Axtarış
The search found 105844 results in 0.085 seconds.
Search results
Azərbaycanda yeni doğulan hər 10 körpədən cəmi ikisi ana südü ilə qidalanır
78 mln. körpənin (dünyada yeni doğulan hər beş körpədən üçü) doğulduqdan sonra ilk saat ərzində ana südü almaması onlar arasında ölüm və xəstəlik riskini artırır.
Bu barədə BMT-nin Uşaq Fondunun (UNİCEF) və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında deyilir.
Belə uşaqların əksəriyyəti aşağı və orta gəlirli ailələrdə dünyaya gəlir. Ana südü ilə qidalanma onların həyatınə xilas edərdi, deyə UNİCEF-in Azərbaycan nümayəndəliyinin mətbuat xidmətində qeyd edilir.
Azərbaycanda yeni doğulanların 20%-dən bir qədər azı ilk sayda ana südü ilə qidalanır.Muxalifet - 31-07-2018
Qaradağda iki qardaşı “Vinçester”lə vurub öldürən Tərlanovu “ömürlükdən” kim azad etdi? - DƏRDLİ ANANIN FƏRYADI
“Bir insanın evinin beş dəqiqənin içində dağılması nə deməkdir, bilirsinizmi? Bu elə bir yanğı, elə bir dərddir ki, sözlə ifadə etmək olmur. İki övladımı bir-birlərinin gözü önündə güllələyib, ailəmizi faciəyə sürükləyib, bizi ömürlük gözüyaşlı qoyan qatilin cəzasını müddətli həbslə əvəzləyiblər. Məmurlar torpaq altında yatan oğlanlarımın qanı üzərindən qumar oynayırlar. O rüşvət qan içindədir, onu yemək olmaz. Çünki o uşaqlar inəldəyir torpağın altında, haqlarını istəyirlər”.
Muxalifet - 31-07-2018
NAXÇIVANDA DAHA BİR ŞOK - Baş nazirin müavini arvadbazlığa görə həbs olundu!
Son illər nazirlərin, generalların işdən çıxarılması və hətta həbsi ilə nəticələnən silsilə qalmaqalların qeydə alındığı Naxçıvan hakimiyyətində yeni çalxalanma var. “AzPolitika.info”ya Muxtar Respublikadakı mötəbər mənbələrdən daxil olan məlumata görə, bugünlərdə daha bir neçə yüksək vəzifəli məmur vəzifəsindən azad olunub, aralarında saxlanılanlar var. MR hökumətindəki növbəti qalmaqalın əsası iyunun 21-də gözlənilmədən baş nazirin birinci müavini Asəf Məmmədovun vəzifəsindən azad olunması ilə qoyulub.
Muxalifet - 31-07-2018
“10 qəpik böyük artım deyil…” – DEPUTATDAN DAHA BİR AÇIQLAMA
Tarif Şurasının verdiyi yeni qərar ilə metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, həmçinin digər şəhər və rayonlarda sərnişindaşıma xidməti, şəhərdaxili məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik təsdiq edilib. Yeni qərar avqustun 1-dən qüvvəyə minəcək.
Muxalifet.az xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov məsələ ilə bağlı finans.az-a bildirib ki, gediş haqqının 10 qəpik artırılması böyük artım deyil:Muxalifet - 31-07-2018
Lukaşenko “insult”dan sonra ilk dəfə üzə çıxdı
Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Minsk regional icra komitəsinin sədri ilə görüşüb.
“BelTA” agentliyinin yaydığı məlumata görə, dövlət başçısı regionda biçin kampaniyası, ət-süd kompleksinin inkişafı və yol tikintisi ilə bağlı hesabatı dinləyib.
Bu, son bir neçə gündə Lukaşenkonun keçirdiyi ilk görüş olub. İyulun 30-da “Nezıqar” “Telegram” kanalı və Ukraynanın “İşgüzar paytaxt” nəşri belarus liderin insult keçirdiyini yazmışdı.
Amma Belarus prezidentinin mətbuat xidməti bu informasiyanı təsdiq etməmişdi.
Muxalifet - 31-07-2018
“MTN İŞİ”:Zərərçəkən Ali Məhkəməyə şikayət verdi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər şəxslərin işində zərərçəkmiş kimi tanınan şəxslərdən biri olan İlqar Aşurbəyov Ali Məhkəməyə müraciət edib.
Muxalifet.az apa-ya istinadən xəbər verir ki, kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edən İlqar Aşurbəyov mülki iddiasını təmin edilməsini istəyir.
Onun şikayəti hakim İnqilab Nəsirovun icraatına verilib.Muxalifet - 31-07-2018
Naməlum şəxs stadionda ÖZÜNÜ PARTLATDI
Belçikanın Liege şəhərinin Verviers bölgəsində naməlum şəxs futbol meydanında özünü partladıb.
Verviers bələdiyyəsinin vəkili Hasan Aydın mediaya açıqlamasında şəxsin kimliyinin hələlik müəyyən edilmədiyini, lakin məhəllədə yaşayan keçmiş hərbiçi olduğu haqda məlumatların olduğunu bildirib.
H. Aydın hadisənin terror aktı kimi qəbul edilmədiyini, hazırda araşdırma apardıqlarını deyib.
Partlayış nəticəsində hadisəni törədən şəxs istisna olmaqla ölən və yaralanan yoxdur./publika.az/Muxalifet - 31-07-2018
"Qiymətlərin 50 faiz artımının sadəcə “10 qəpiklik artım” kimi xarakteriza olunması doğru deyil" - İQTİSADÇI
“Metropolitendə, şəhər və rayonlarda, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında qiymətlərin 50 faiz artımı sadəcə “10 qəpiklik artım” kimi xarakteriza olunması doğru olmazdı. Elmi baxımdan artımların faiz nisbəti ilə ifadə olunması həmin sektorlar üzrə tam təsəvvür formalaşdırır. Bu baxımdan, birdən-birə 50 faizlik həddə tariflərdə dəyişiklərin edilməsi ondan xəbər verir ki, həmin xidmətləri həyata keçirən təsərrüfat subyektlərinin istehsal etdikləri mal və xidmətlərin maya dəyərində əhəmiyyətli dərəcədə dəyişiklər baş verib.
Muxalifet - 31-07-2018
3 nazirliyə ayrılan vəsaitlərlə bağlı rəsmi yoxlama aparıldı - Materiallar parlamentə göndərildi
Hesablama Palatasında növbəti kollaegiya iclası keçirilib.
Muxalifet - 31-07-2018
Naxçıvan Nəqliyyat Nazirliyi ləğv edildi
Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.
Muxalifet.az xəbər verir ki, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən avtomobil nəqliyyatı sahəsində idarəetməni təkmilləşdirmək məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nəqliyyat Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Dövlət Nəqliyyat Xidməti yaradılıb.Muxalifet - 31-07-2018
Bu tarixdə Tramp devriləcək və... - Evanqelistlərin hazırladığı QİYAMƏT SSENARİSİ
Vaşinqtonda evanqelistlər Donald Trampı devirməyə hazırlaşır. Dünyanı qiyamətə sürükləməyi planlaşdıran radikal xristian təriqət Oval kabinetə Trampın kabinetindəki təmsilçiləri olan prezidentin köməkçisi Mayk Pensi gətirməyi düşünürlər.
Türkiyə mediası xəbər verir ki, evanqelistlərin bu ssenarisi reallaşarsa, Pens 10 il ABŞ prezidenti vəzifəsini icra edə biləcək.
Muxalifet - 31-07-2018
Bölgə sakinləri “Nar”-ın “Yerlim” tarifini seçir
2018-ci ilin ikinci rübündə “Nar”-ın bölgələr üçün xüsusi yaradılmış “Yerlim” tarifinə qoşulanların sayı ötən rüblə müqayisədə 7% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə “Yerlim”-ə qoşulanların sayı 53% artıb.
Xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan “Yerlim” tarifinə qoşulanların hər keçən gün artması bu tarifin bölgə sakinləri üçün sərfəli olması ilə əlaqədardır. Bölgələrdə yaşayan abunəçilər bu tarifə qoşulmaqla dəqiqəsi 1 qəpikdən zəng edə bilir.
Muxalifet4 - 31-07-2018
Rusiyanın Ermənistandakı bazasında dava - XƏSARƏT ALANLAR VAR
Rusiyanın Gümrüdəki bazasının yataqxanasında hərbsinin iştirakı ilə baş verən dava nəticəsində 3 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu məlumatı Erməmnistan KİV-i yayıb.
Bildirilib ki, 34 yaşlı Denis Makiyev və 36 yaşlı Pavel Romanov Gümrüdə yataqxanın həyətində mübahisə edib. Bu zaman Makiyev 35 yaşlı Yeqor Kibalçiçə məxsus avtomobilin qapısına bir neçə zərbə vurub. Bundan sonra onlar arasında dava-dalaş düşüb.
Muxalifet - 31-07-2018
Türkiyə ABŞ-ın istəyini rədd etdi
Türkiyənin İzmir II Ağır Cəza Məhkəməsi amerikalı rahib Endryu Branson haqqında ekstradisiya tələbini rədd edib.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.
Qeyd edək ki, ABŞ tərəfi Bransonun tamamilə azadlığa buraxılmasını və ekstradisiyasını tələb edir. Əks halda, Türkiyəyə sanksiyaların tətbiq ediləcəyinin qaçılmaz olduğunu bildirir.
Muxalifet3 - 31-07-2018
Prezidentin Arxiv İdarəsinə rəis təyin etdiyi şəxs kimdir?
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Əsgər Adil oğlu Rəsulovun Milli Arxiv İdarəsinə rəis təyin edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, 1954-cü il martın 3-də Naxçıvan şəhərində anadan olan Ə.A.Rəsulov dörd il SSRİ Xarici İqtisadi Əlaqələr Komitəsinin xətti ilə Türkiyə Cümhuriyyətində tərcüməçi işləyib. 1980-ci ildən bu günə qədər BDU-də baş laborant, müəllim (1981), baş müəllim (1985), dosent (1987) və professor (2007) kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir.Muxalifet3 - 31-07-2018
Su anbarının yanında yanmış mərmilər aşkar edildi
İyulun 31-də saat 15:13-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Cəfərli kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-da verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Qazax rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Muxalifet3 - 31-07-2018
Prezidentdən Əli Həsənovla bağlı - Sərəncam
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Muxalifet.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Muxalifet3 - 31-07-2018
Dəniz kuboku-2018-in açılış mərasimi oldu
İyulun 31-də Hərbi Dəniz Qüvvələrinin qərargahında “Beynəlxalq Ordu Oyunları–2018” çərçivəsində Bakıda təşkil edilən “Dəniz Kuboku-2018” beynəlxalq yarışlarının təntənəli açılış mərasimi keçirilib.
Məlumata görə, açılış mərasimində hərbçilər, iştirakçı dövlətlərdən başqa Türkiyə, Pakistan, ABŞ, Vyetnam, Səudiyyə Ərəbistanı, Bəhreyn Krallığı, Bolqarıstan və digər ölkələrin Azərbaycanda akkreditə olunmuş nümayəndələri və Hərbi Dəniz Qüvvələrinin rəhbər heyətləri iştirak edir.Muxalifet3 - 31-07-2018
O torpaqları Türkiyədən ala bilərik - İddialı açıqlama
Türkiyənin nəzarətindəki bütün torpaqlarımızı geri almaq haqqına sahibik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriyanın BMT-dəki daimi nümayəndəsi İbrahim Cəfəri deyib.
“Bu məsələdə heç bir güzəştdən söhbət gedə bilməz. Təhlükəsiz bölgələrlə bağlı anlaşmanın da bir sərhədi var. Suriya hökumətinin icazəsi olmadan müddət uzadıla bilməz”, - deyə Cəfəri bildirib.
Muxalifet3 - 31-07-2018
Müdafiə Nazirliyi bu şəxslərə müraciət etdi
Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər avqustun 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.
Muxalifet3 - 31-07-2018