Axtarış

The search found 105844 results in 0.246 seconds.

Search results

  1. «Палаццо Исмаилия». Чудо бакинской архитектуры

    Одно из самых монументальных зданий столицы, дворец «Исмаилие», предназначенный для мусульманского благотворительного общества, в котором ныне располагается президиум Академии Наук Азербайджана. История постройки этого красивого здания началась с трагического события.

    Когда сын миллионера Мусы Нагиева — Ага Исмаил — заболел туберкулезом, его доктор Мамед Рза Векилов повез больного парня в Швейцарию. После продолжительного лечения ему стало немного лучше. Они вернулись в Баку. Однако, спустя некоторое время Ага Исмаил скончался.

    Muxalifet - 31-07-2018

  2. ​AZƏRBAYCANDA CİDDİ BAHALAŞMA GÖZLƏNİLİR: “Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına səbəb olacaq”

    Tarif Şurası ictimai nəqliyyatda gediş haqqının avqustun 1-dən 50 faiz artırıldığına dair qərarını açıqlayıb. İqtisadçı Qubad İbadoğlu isə bunu şərh edərkən bildirib ki, 30 qəpik gediş haqqı keçid dövrü üçündür. Yəni bir müddətdən sonra 10 qəpik çatışmazlığı bəhanəsi ilə qiymətlər 40 qəpiyə qaldırılacaq.
    Q. İbadoğlunun fikrincə, Tarif Şurasının qərarı ilk növbədə taksi xidmətlərinin və kənd təsərrüfatı məhsullarının qiymətini bahalaşdıracaq və növbəti qiymət artımları üçün əsas yaradacaq:

    Muxalifet - 31-07-2018

  3. “Kreml Paşinyanı devirməyə çalışacaq…” – ZƏRDÜŞT ƏLİZADƏ

    Muxalifet.az politoloq Zərdüşt Əlizadənin teleqraf.com saytına müsahibəsini oxucularına təqdim edir:

    Muxalifet - 31-07-2018

  4. ​DƏHŞƏT: Sırğasını oğurlamaq üçün qadına daş parçası ilə xəsarət yetirdi – FOTO

    Bakının Nizami rayonunda qadına qarşı quldurluq edilib.
    Bu barədə zərərçəkən Nizami rayon Polis İdarəsinin 25-ci polis şöbəsinə məlumat verib.
    Belə ki, qadın izahatında rayonun Nəsimi və Şərifli küçələrinin kəsişməsində naməlum şəxsin ona hücum etdiyini, əlində olan küt alətlə başına zərbələr endirdiyini və qulağında olan qızıl sırğanın bir tayını götürərək hadisə yerindən qaçdığını bildirib.
    Məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.

    Muxalifet - 31-07-2018

  5. Məşhur türkiyəli müğənni RAHİBƏ OLDU - FOTO

    Türkiyənin məşhur simalarından biri, tanınmış müğənni Hilal Cebeci rahibə həyatını seçdiyini deyib.

    Publika.az xəbər verir ki, cazibədar müğənni sosial media hesabından paylaşdığı cəsarətli fotolarla gündəm olub. Açıq-saçıq fotoları ilə heyranlarının qəlbini ovsunlayan Hilal Cebeci bu dəfə xüsusi proqramla özünün hicablı fotosunu çəkib. Fotonu "İnanmazsınız, həyatım rahibə həyatından fərqlənmir. Hətta onlarınki çox daha əyləncəlidir" başlığı ilə paylaşıb.

    Həmin fotonu təqdim edirik:

    Muxalifet - 31-07-2018

  6. Azərbaycanlıların Türkiyədə açdığı telekanalın yayım vaxtı dəqiqləşdi – HEYƏT HAZIRDIR

    Türkiyədə "Haber Global" adlı xəbər telekanalı  yayım lisenziyası alıb. Kanal sentyabrın 1-dən fəaliyyətə başlayacaq. Azərbaycanlı jurnalist Məmməd Gülməmmədov TV-də CEO və baş direktor vəzifəsini icra edəcək.
    Məmməd Gülməmmədov Modern.az saytına açıqlamasında deyib  ki, kanalın Azərbaycan və digər türkdilli ölkələrdə yayımı da nəzərdə tutulub:

    Muxalifet - 31-07-2018

  7. “ELMİRA DA ORA GƏLDİ, DEDİ RAZILAŞIN…” – Daha bir nəfərdən deputatla bağlı açıqlama

    İllərdir ki, Milli Məclisin deputatı, Əfv Komissiyasının üzvü Elmira Axundova və oğlu “Amalya” qadın salonunun şəriki Həbib Axundovun adı mətbuatın gündəmindən düşmür. Dünən mediada Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olan telefon söhbətinin sensasiyalı audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədovdan borc aldığı böyük məbləğdə puldan gedir.
     
    Elmira Axundova “Real” tv-yə 10 dəqiqəlik açıqlama verərək, F.Məmmədovla münasibətlərindən, onun gizli şəkildə səsyazma apararaq qanun pozuntusu etməsindən danışıb.
     

    Muxalifet4 - 31-07-2018

  8. Rayon avtobuslarında qiymət nə qədər artacaq? - AÇIQLAMA

    Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq.
     
    Belə ki, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
     

    Muxalifet4 - 31-07-2018

  9. Yaşar Quliyev qocalar evinə yerləşdirildi - FOTO

    Bir neçə gün öncə sosial şəbəkələrdə yayılan videoda övladları tərəfindən küçəyə atıldığını iddia edən Sumqayıt şəhər sakini 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu Qocalar evinə yerləşdirilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctiamiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıbov bildirib. Onun sözlərinə görə, 70 yaşlı kişinin qocalar evinə yerləşdirilməsi məsələsində heç bir problem yaşanmayıb:

    Muxalifet - 31-07-2018

  10. ​ “Bakı Metropoliten”indən yeni qiymət AÇIQLAMASI – Sabahdan etibarən….

    "Tarif şurasının qərarına əsasən bu günün sonuna qədər sərnişinlər metropolitendən əvvəlki tariflərə uyğun şəkildə istifadə edə biləcəklər. Avqust ayının 1-dən etibarən isə yeni qaydalara uyğun olaraq bir gediş üçün kartdan 0,30 qəpik silinəcək”.
    Bu sözləri “Bakı Metropoliten”in mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, kartların balansına yüklənilən məbləğdə heç bir problem olmayacaq:

    Muxalifet - 31-07-2018

  11. Bakıda “Caspian Plaza” yanır – VİDEO, FOTO - Yenilənib

    Bakıda “Caspian Plaza” yanır.
    Virtualaz.org-un əməkdaşının hadisə yerindən verdiyi xəbərə görə, bu dəqiqələrdə Bakının Cəfər Cabbarlı küçəsində yerləşən “Caspian Plaza” iş mərkəzində yanğın baş verib.

    Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub.

    İş mərkəzində çalışanlar təxliyyə edilib.

    Muxalifet - 31-07-2018

  12. ​ŞOK: Azərbaycanlı bankir arvadının London mülkləri müsadirə olunur – “HARRODS”da 16 milyon funt xərcləyib

    Böyük Britaniyanın məşhur “Daily Mail” qəzeti Azərbaycanla bağlı maraqlı yazı dərc edib.
    Məqalədə deyilir ki, Londonda yaşayan bir azərbaycanlı qadına qarşı iş qaldırılıb. Buna səbəb onun Harrods adlı ticarət mərkəzində 10 il ərzində 16 milyon funt sterlinq dəyərində alış-veriş etməsinin aşkara çıxarılmasıdır. Bu məlumatı əldə edəndən sonra qadınla bağlı araşdırma aparan Milli Cinayət Agentliyi müəyyən edib ki, bu şəxsin Londonda iki mülkü var və onların dəyəri 22 milyon funt sterlinqdir.

    Muxalifet - 31-07-2018

  13. BAKIDAN GETDİ, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı...

    Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan KİV-lərinə müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alıb.

    Qeyd edək ki, bu günlərdə M.Zaxarova Azərbaycanda səfərdə olub və “Jara” musiqi festivalında iştirak edib.

    Lakin Bakını tərk edən kimi M.Zaxarova Rusiyanın “Sputnik” agentliyinin erməni versiyasına müsahibə verib və həmin müsahibədə Rusiyanın tanınmış ictimai-siyasi xadimlərinin bu yaxınlarda 2016-cı ilin aprel ayında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səs-küylü səfərini şərh edib.

    Muxalifet - 31-07-2018

  14. Paytaxtda daha bir süpürgəçi qadını maşın vurdu – QADIN XƏSTƏXANADA ÖLDÜ

    Bakıda süpürgəçini maşın vuraraq öldürüb.
    Daxili İşlər Nazirliyinin mətbuat ximdətindən verilən məlumata görə, iyulun 30-da saat 10 radələrində Yasamal rayonunun  Mətbuat prospektində Bakı şəhər sakini Fərhad Vəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun kənarında təmizlik işləri aparan mənzil kommunal istismar sahəsinin işçisi Telli Babayevanı vurub.
    Nəticədə xəstəxanaya yerləşdirilən T.Babayeva orada ölüb.
    Yasamal RPİ tərəfindən araşdırma aparılır.

    Muxalifet - 31-07-2018

  15. ​Azərbaycanda şirkət rəhbərləri HƏBS OLUNDU – Korrupsiya ittihamı

    Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində görülən işlərdən kimi iqtisadiyyatın bütün sahələrində sahibkarlıq subyektlərinin formalaşmasına dövlət səviyyəsində geniş imkanların yaradılması, habelə bu istiqamətdə qanunvericilik aktlarının qəbul edilməsi və uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi bu sahənin prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

    Muxalifet - 31-07-2018

  16. Xınayaxdıda kişi qonaq faciəvi şəkildə öldü - SABİRABADDA

    Sabirabadda faciəli hadisə baş verib.
    APA-nın məlumatına görə, rayonun Qaragüney kəndində təşkil olunmuş xınayaxdı mərasiminə qatılmış qonaqlardan biri Arif Kərim oğlu Fətişov qəflətən sönmüş elektrik lampasını yandırmaq istəyərkən cərəyan vurmasi nəticəsində ölüb.
    Faktla bağlı Sabirabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

    Muxalifet - 31-07-2018

  17. ​Toy karvanında “avtoşluq” edən sürücü tutuldu - VİDEO

    Qusar rayonunda toy karvanında avtoxuliqanlıq edən sürücü tutulub.
    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün əvvəl Qusar rayonunda toy karvanında iştirak edən bir gəncin hərəkətdə olan avtomobillərə məhəl qoymayaraq avtoxuliqanlıq etməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı.

    Muxalifet - 31-07-2018

  18. ​Köçəryan həbsxanada memuar yazacaq

    Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan özünü yaxşı hiss edir və hər gün idmanla məşğul olur.
    "RİA Novosti" xəbər verir ki, bu barədə məlumatı Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan verib.
    "Prezident Köçəryan özünü yaxşı hiss edir. O, gündəlik idman məşqlərini davam etdirir. Yaxşı, necə deyərlər, döyüş əhval-ruhiyyəsindədir", - deyə Soqomonyan bildirib.
    Onun sözlərinə görə, başqa işlərlə yanaşı, Köçəryan avtobioqrafik kitab üzərində işini  davam etdirməyi planlaşdırır.

    Muxalifet - 31-07-2018

  19. “MTN İŞİ”: Daha bir nəfər barəsində HƏBS QƏRARI

    Dələduzluqda təqsirləndirilən Ceyhun İbayev, Vüqar Əsədov, Vüqar Güləli, Anar İsmayılov və Nicat Əliyevin barəsində olan hökmdən apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
    Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

    Prokurorun protesti təmin edilib və Vüqar Əsədov barəsində 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə qərarı verilib. Onun barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs edilib. Digər şəxslərlə bağlı hökm qüvvədə saxlanılıb.

    Muxalifet - 31-07-2018

  20. ​Adam oğurluğunda ittiham olunan Salman HƏBS OLUNDU

    Kiyevdə Azərbaycan vətəndaşı adam oğurluğu ittihamı ilə həbs olunub.
    "Report"un əldə etdiyi məlumata görə, Ukrayna paytaxtının Darnitskiy rayon polisi tərəfindən Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Salman Hidayət oğlu Əsgərov saxlanılıb.
    Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
    S.Əsgərov çoxsaylı adam oğurluğu və insan alveri maddələri ilə ittiham olunur. O, ittihamla razılaşmır, ciddi hüquqi yardıma ehtiyacı olduğunu bildirir.

    Muxalifet - 31-07-2018

Pages