Axtarış
The search found 105844 results in 0.089 seconds.
Search results
"Bu bahalaşma insanların həyat şəraitinə ciddi təsir göstərəcək" - DEPUTAT
«Metro və ictimai nəqliyyatda gediş haqlarının artması təkcə bu sahə ilə kifayətlənməyəcək, digər sahələrdə də bahalanmaya səbəb olacaq».
Muxalifet4 - 31-07-2018
“Türkiyə bir çox məsələlərdə yaxın və önəmli partnyordur” – ALMANLAR TÜRKİYƏ QARŞISINDA GERİ ÇƏKİLİR
Türkiyə bir çox məsələlərdə yaxın və önəmli partnyordur.
Bu sözləri Almaniya hökuməti sözçüsünün köməkçisi Ulrike Demmer deyib.
Türkiyə prezidenti Ərdoğanın Berlin səfəri zamanı Kansler Merkellə görüşüb-görüşməyəcəyinə gəldikdə Demmer xatırladıb ki, kanslerin proqramı görüşlərin baş tutacağı tarixdən bir həftə əvvəl açıqlanır.
Türkiyənin bir çox mövzularda yaxın və önəmli müttəfiq olduğunu deyən Demmer Türkiyə ilə görüşlər keçirməyə isti yanaşdıqlarını ifadə edib.Muxalifet - 31-07-2018
İnanılmaz FAKT: Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır - VİDEO
Vaxtilə qibtəedici sərvəti və zəngin həyat tərzilə tanınan milyarder Telman İsmayılovun nəvələri yoxsulluq içində yaşayır.
Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, Malaxovun "Pryamoy efir" proqramına gələn eks milyarderin oğlu Sərxan İsmayılovun vətəndaş nikahında yaşadığı Yekaterina Romanova iki uşağı ilə birlikdə acınacaqlı vəziyyətdə yaşadığını açıqlayıb.
Muxalifet4 - 31-07-2018
KİM KARDAŞYANDAN ŞOK AÇIQLAMA: “Tramp məni ofisə çağıranda çılpaq idim”
ABŞ-da yaşayan erməni əsilli model Kim Kardaşyan Prezident Donald Trampla görüşündən danışıb.
ABC TV-yə müsahibəsində o, oval ofisdə prezidentlə səmimi bir görüşün keçdiyini deyib.
Görüşdə məhkəmə islahatları və digər məsələlər ətrafında müzakirə apardıqlarını bildirən Kim Kardaşyan Trampın onun görüş təklifini qəbul etməsilə əlaqədar maraqlı fikirlər səsləndirib:
“Ümidim yox idi ki, Tramp təklifimi qəbul edəcək. Bir neçə dəfə bununla bağlı müraciət etmişdim. Amma son müraciətimi qəbul etdi. Bir həftə sonra məni ofisə çağıranda mən çılpaq idim”.Muxalifet - 31-07-2018
Tabutlar və dəfn mərasimləri ləğv edilir – TORPAĞA QƏNAƏT...
Çinin cənub-şərqindəki Tszyansi vilayətində səlahiyyətli şəxslər torpaq resurslarını qorumaq üçün "yalnız kremasiya" siyasətini həyata keçirmək məqsədi ilə tədbirlər görməyə başlayıblar.
"Report" xəbər verir ki, bu səbəbdən yerli əhalidən hazır tabutlar zorla müsadirə edilib və ölülərin ənənəvi dəfn mərasimlərinə qadağa qoyulub.
Vilayət rəhbərliyi kremasiyanı (meyiti yandırmaq - red.) insan qalıqlarını məhvinin yeganə icazə verilən üsulu etmək niyyətindədir. Artıq bu qaydanın təbiqinin sentyabrdan icbari olacağı bildirilir.Muxalifet - 31-07-2018
Molla “din buyurub” deyərək, azyaşlıları aldatdı, zorladı və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Özünü təriqət şeyxi adlandıran 65 yaşlı İ.Süleyman aralarında azyaşlı oğlan uşaqlarının da olduğu 7 nəfərə təcavüz etməkdə ittiaham edilir.
Türkiyə mətbuatı xəbər verir ki, kişi uşaqları dinə inandıraraq, cinsi istismar edib və onlara bunun dində buyrulduğunu deyib.
Hadisə Türkiyənin Konya şəhərində qeydə alınıb. 65 yaşlı Süleyman İşığın cinsi istismara məruz qoyduğu gənclərdən bir neçəsi cari ilin birinci yarısında polisə şikayət edərək təcavüzə məruz qaldıqlarını bildirib. Məsələ ilə bağlı Konya polisi tərəfindən araşdırma başladılıb.Muxalifet - 31-07-2018
Bu gün Mars-Yer qarşıdurması baş verəcək
Bu gün Qırmızı planet (Mars) Yerə ən yaxın məsafədə olacaq.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Mətbuat xidmətindən məlumat verilib.
Bu zaman məsafə 0.39 astronomik vahid və ya 57.5 milyon kilometrədək qısalacaq. Belə ki, Marsı adi gözlə də müşahidə etmək mümkün olacaq. Qırmızı planet səmada adi gözlə çox parlaq, ulduz ölçüsü 2.8 olan qırmızı ulduz kimi görünəcək.Muxalifet - 31-07-2018
Deputatın mandatı alındı – EKS-PREZİDENTİ MÜDAFİƏ ETDİYİ ÜÇÜN
Ermənistanda Çarukyan Blokundan olan deputat Vardan Bostancyan deputat mandatından imtina edib.
Bu barədə məlumatı “1in.am” saytı yayıb. Sayt Bostancyanın istefaya getməsinə səbəb onun müsahibələrinin birində Ermənistanın eks-prezidenti Robert Köçəryana qarşı cinayət işini “siyasi təqib” adlandırması olub.
Bu mövqeyinə görə Qagik Çarukyan deputatdan mandatdan imtina etməyi tələb edib.Muxalifet - 31-07-2018
“VƏTƏNDAŞLAR DÖVLƏTİN XƏRCLƏRİNİ BÖLÜŞMƏLİDİR” - Deputat qiymət artımına haqq qazandırır
“Tarif Şurasının qərarı ilə nəqliyyat sahəsində qiymətlərin artımı ilk növbədə dövlət xərclərinin azalmasına xidmət edəcək. Bu, həm də nəqliyyat sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırılmasına da dəstək olacaq”. Muxalifet.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov Tarif Şurasının nəqliyyat sektorunda qiymət artımı ilə bağlı qərarını şərh edərkən deyib.
Muxalifet - 31-07-2018
Əliyev-Paşinyan görüşü barədə: “Razılaşma yoxdur, amma…”
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşündə dövlət başçılarının görüşü razılaşdırılmayıb.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Tiqran Balayan deyib.
Onun sözlərinə görə, hələlik ATƏT-in Minsk qrupundan da belə bir təklif gəlməyib:
“Prezidentlərin görüşü barədə heç bir razılaşma yoxdur. Ermənistan baş naziri və Azərbaycan prezidenti arasında keçirilməsi ehtimal edilən görüş münaqişənin birdəfəlik həll ediləcəyi demək olmayacaq, amma prosesə təkan verəcək”.Muxalifet - 31-07-2018
AMERİKALI EKSPERT: “Bu, Trampın Bakıya xüsusi diqqətidir”
Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İtaliyanın baş naziri Cuzeppe Konte arasında Transadriatik boru kəməri (TAP) layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın rəsmi Bakıya xüsusi diqqətini nümayiş etdirir.
Bunu Trend-ə qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, TAP layihəsinə hər zaman ABŞ Energetika Nazirliyi və Dövlət Departamenti tərəfindən yüksək diqqət göstərilib.Muxalifet - 31-07-2018
Tanınmış "qanuni oğru" ad günündə güllələndi - VİDEO
Rusiyada ən qəddar və mütəşəkkil cinayətkar qruplaşmalardan olan "Zapsibovskie" (Qərbi sibirlilər) bandasının liderlərindən biri Aleksandr Jestokov güllələnib.
Muxalifet.az milli.az-a istinadən bildirir ki, olay Kemerovo vilayətindəki Novokuznetsk şəhərindəki "Cambul" barında yaşanıb.
Quldurluq və qətlə görə həbs olunmuş A.Jestokov ötən ay azadlığa çıxıb. O, ad gününü dostları ilə birlikdə "Cambul"da qeyd edərkən yerli vaxtla gecə saat 1 radələrində ona arxadan yaxınlaşan killer səsboğucu tapançadan bir neçə dəfə atəş açıb.
Muxalifet - 31-07-2018
“Paşinyan əhaliyə verdiyi vədləri yerinə yetirir” - QABİL HÜSEYNLİ ERMƏNİSTANDAKI HƏBSLƏR HAQDA
Ermənistanda keçmiş prezident Robert Koçaryana və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturova qarşı cinayət işinin açılması göstərir ki, Ermənistanda maraqlı proseslər gedir. Göründüyü qədər Ermənistanda bu məhkəmə işinə münasibət birmənalı deyil. Paşinyanın tərəfdarları və “Qarabağ klanı”nın zülmündən bezmiş insanlar Koçaryan başda olmaqla generalların həbsini tələb etsələr də, bəzi erməni siyasətçilər bu məhkəmə işinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasına qarşı olan generalların neytrallaşdırmaq məqsədi daşıdığını iddia edirlər.
Muxalifet - 31-07-2018
İTV-də daha bir veriliş bağlandı, direktor işdən çıxarıldı - Kütləvi dəyişikliklər başlayır
İTV-də həftənin beş günü səhər saatlarında yayımlanan “Yeni Gün” proqramı fəaliyyətini dayandırıb.
“Bakupost” xəbər verir k, verilişin direktoru və aparıcısı TV-dən çıxarılıb.
Onun gedişindən sonra isə veriliş də bağlanıb. Lakin verilişin komandası hələ də dağıdılmayıb.
“Yeni Gün”ün yeni mövsümdən başqa formatda efirdə olacağı bildirilir.
Muxalifet - 31-07-2018
“Ermənilərin gəlişinin qarşısını ala bilmiriksə, heç olmasa prosesi millətimizin xeyrinə yönəldək” - PARTİYA SƏDRİ
“Erməni aktrisa Zara Mqoyanın Bakıya gəlməsi Azərbaycanın reytinqini artırır”. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun mətbuata verdiyi bu açıqlama sosial şəbəklərdə düzgün anlaşılmayıb. Hətta bəzi sosial şəbəkə istifadəçiləri Sərdar Cəlaloğlunu təhqir etməkdən belə çəkinməyiblər. Halbuki, dərc edilən mətndə də Sərdar Cəlaloğlunun adi vətəndaşdan fərqli olaraq siyasi düşüncələri ortadadır ki, burada irad tutulası, təhqirə, söyüşə səbəb olacaq heç bir məqam yoxdur.
Muxalifet - 31-07-2018
Məsut Özilin tərəfdarları Berlində etiraza qalxdılar - AKSİYA
Almaniya millisinin və Londonun “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özilin tərəfdarları Berlində etiraz aksiyası keçiriblər.
Yüzlərlə etirazçının qatıldığı aksiyanın iştirakçıları Məsud Özilin Almaniya Futbol Federasiyasının rəhbərliyi və bəzi azarkeşlər tərəfindən məruz qaldığı haqsız tənqidlərlə əlaqədar milli komandada çıxış etməməsi ilə bağlı qərarından sonra onu dəstəkləmək üçün küçələrə axışıblar.
Muxalifet - 31-07-2018
Bakıda taksi şirkətləri qiyməti qaldırır? - AÇIQLAMA
Sabahdan etibarən ictimai nəqliyyatda olan qiymət dəyişikliyi taksilərin qiymətinə təsir edəcəkmi?
Məsələ ilə bağlı Axar.az-ın taksi şirkətləri arasında keçirdiyi sorğunu təqdim edirik:
“Salam taksi” (*9933): “Qiymət artımının olacağı ilə bağlı heç bir məlumatımız yoxdur”.
“Bumeranq taksi” (*9333): “Qiymətin artırılması ilə bağlı heç bir təlimat verilməyib”.
“Ekonom taksi” (*9111): “Metro və avtobuslarda qiymətin qalxması taksilərdə qiymət dəyişikliyinə səbəb ola bilməz”.Muxalifet - 31-07-2018
“Koreya lideri Amerikanı aldadır...” – KƏŞFİYYATDAN İDDİA
Şimali Koreya bir və ya iki müəssisədə nüvə başlığı daşıyan qitələrarası ballistik raket əldə etmək üçün sınaqları davam etdirir.
Bunu “Vaşinqton Post” qəzeti ABŞ kəşfiyyat mənbələrinə istinadla yazıb.
Qəzet qeyd edib ki, son həftələr səmadan çəkilən görüntü və əldə edilən yeni kəşfiyyat məlumatları Pxenyan yaxınlığındakı Sanumdonq kəndində yeni sınaq müəssisələrinin fəaliyyətdə olduğunu deməyə əsas verir.
Qəzet ona məlumat verən kəşfiyyat mənbələrinin dosyelərini gizli saxlayaraq konkret ad çəkməyib:Muxalifet - 31-07-2018
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü barədə razılıq var - RƏSMİ
BMT Baş Assambleyasının qarşıdan gələn sessiyası çərçivəsində Nyu Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə razılıq əldə olunub.
Muxalifet - 31-07-2018
“Nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edilirdi” – İCTİMAİ NƏQLİYYATDA QİYMƏT ARTIMIN SƏBƏBİ...
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir.
Bu sözləri DANX-nin mətbuat katibi Nuridə Allahyarova qeyd edib. O bildirib ki, bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir:Muxalifet - 31-07-2018