Axtarış

The search found 105839 results in 0.07 seconds.

Search results

  1. ​"Fitç"in Azərbaycanla bağlı proqnozu bunun üçün... - Ekspert

    Orta aylıq əməkhaqqı səviyyəsinə görə Azərbaycanın MDB məkanında ilk üçlüyə daxil olması müsbət məqamdır. Nəticə etibarilə Azərbaycanda orta aylıq əməkhaqqının dollar ifadəsində MDB-nin əksər ölkələri ilə müqayisədə daha yüksək olduğundan xəbər verir. Eyni zamanda, Azərbaycanın MDB-də bu mövqeyi xüsusən də ötən il iqtisadiyyatın stabilləşməsi və bu ildə iqtisadi tempinin güclənməsi ilə bağlıdır.
    Muxalifet.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

    Muxalifet3 - 30-07-2018

  2. ​İŞİD-in əlində olan ən böyük qala ələ keçirildi

    Suriya ordusu Dəra şəhərində İŞİD-in nəzarətindəki ən böyük qala olan Şacranı ələ keçirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan suriyalı komandir Şacranın son və ən böyük qalasının ələ keçirildiyini təsdiqləyib.
    Suriyalı komandir ordu qüvvələrinin Yermuk vadisində yerləşən mövqelərə şimal-qərb və şimal-şərq olmaq üzrə iki istiqamətdən əməliyyat aparıldığını bildirib.
    Komandirin verdiyi məlumata görə, istehkam qoşunları xadimlərdən azad edilmiş bölgələrdə araşdırmalar aparır və ərazini minalardan təmizləməyə başlayıb.
     

    Muxalifet3 - 30-07-2018

  3. Niyə BRİKS ölkələrinin Türkiyəyə ehtiyacı var?

    Türkiyəsiz Mərkəzi Asiyada böyük iqtisadi layihələrin həyata keçirilməsi mümkün deyil.
    Muxalifet.az xəbər verir ki, bunu rusiyalı siyasətçi Vladimir Bruter söyləyib.
    Bruter Ankaranın BRİKS-də iştirakının həm ittifaq, həm də Türkiyənin özü üçün maraqlı ola biləcəyini qeyd edib:
    "Bu gün Türkiyə ən böyük regional gücdür. Əgər Prezident Rəcəb Tayyib Ərdoğanın niyyəti həqiqətən ciddidirsə, BRİKS bu məsələni ən qısa müddətdə nəzərdən keçirməli və müsbət qərar verməlidir".
    Qeyd edək ki, Ərdoğan Türkiyənin BRİKS-ə qəbul edilməsi ilə bağlı müraciət edib.
     

    Muxalifet3 - 30-07-2018

  4. ​İran idmançıların ölkə xaricinə çıxışına qadağa qoydu

    İranın İdman Nazirliyi idmançıların zəruri olmadığı halda ölkə xaricinə çıxmamasını tələb edib.
    Muxalifet.az xəbər verir ki, qurum xarici valyuta məzənnəsinin həddindən artıq artması səbəbi ilə bu addımı atıb.
    Nazirlik həmçinin ölkə xaricində təlim-məşq toplanışı və hazırlıq oyunlarının ləğv edilməsini istəyib.
     

    Muxalifet3 - 30-07-2018

  5. ​Trampdan İrana mesaj: Ruhani ilə görüşə hazıram

    Heç bir ilkin şərt olmadan, İran tərəfi ilə görüşə hazıram.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İtaliya Baş naziri Cuzeppe Konte ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
    "İranın təşəbbüs göstərdiyi təqdirdə, ilkin şərt olmadan hər an görüşə hazıram", - Tramp qeyd edib.
     

    Muxalifet3 - 30-07-2018

  6. ​Ərdoğanın başçılıq etdiyi iclas bitdi: ABŞ-a qarşı bəyanat...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə keçirilən Milli Təhlükəsizlik Şurasının iclası başa çatıb.
    Muxalifet.az xəbər verir ki, iclas 5,5 saat davam edib.
    Hökumət üzvlərinin də iştirak etdiyi iclasın sonunda yekun bəyannamə qəbul edilib.
    Bəyannamədə ABŞ-ın Türkiyə ilə təhdid dilində danışmasının qəbuledilməz olduğu deyilib:
    “Bu yanaşma iki ölkə arasında müxtəlif sahələrdə olan razılaşmalara ciddi zərbə vurur”.
    Bəyannamədə bundan əlavə, hökumətin Suriya siyasəti, FETÖ, PYD, YPG ilə mübarizə yolları haqda müddəalar da yer alıb.
     

    Muxalifet3 - 30-07-2018

  7. Yanacaq, işıq, təbii qaz və suyun da qiyməti artacaq - AÇIQLAMA

    Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır.
    Muxalifet.az  xəbər verir ki, bunu ictimai nəqliyyatın qiymətində bu gün müəyyənləşmiş bahalaşmaya münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev deyib. O bildirib ki, qaza da, suya da növbə çatacaq: "Bu qiymət artımı sonuncu olmayacaq, davamı gələcək. Növbə yanacağındır. İşığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq".işığın qiymətinin artımını Mingəçevirdəki yanğın ertələdi, ancaq baş verəcək. Qaza da, suya da növbə çatacaq.

    Muxalifet3 - 30-07-2018

  8. ​PREZİDENTDƏN İDDİA: “ABŞ ölkədə çevrilişi maliyyələşdirir”

    Nikaraquadakı etirazların maliyyələşdirilməsini ABŞ-ın həyata keçirməsiylə bağlı kifayət qədər sübutlarımız var.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu “Yevronyus” televiziyasına müsahibəsində Nikaraqua Prezidenti Daniyel Orteqa deyib.

    Muxalifet - 31-07-2018

  9. ​İran ABŞ-a qarşı 3 şərt irəli sürdü… - BU HALDA DANIŞIQLARA GEDƏ BİLƏR

    İran ABŞ-la danışıqlara qayıtmaq üçün şərtlərini açıqlayıb.
    “RİA-Novosti” agentliyi xəbər verir ki, İranın prezident administrasiyasının başçısının müavini Həmid Abutalebinin sözlərinə görə, İranla ABŞ-ın danışıqları Vaşinqtonun nüvə sazişinə qayıdışı şərti ilə mümkündür.
    “Mədəni cəmiyyətlərdə mübahisələrin həlli metodu kimi dialoqa inananlar bunları yerinə yetirməlidir: İranın böyük millətinə hörmət, döyüş əməliyyatlarının ixtisarı, nüvə sazişinə qayıdış. Nüvə sazişinə qayıdış dialoq üçün məcburi şərtdir”, - Abutalebi tvitterdə yazıb.

    Muxalifet - 31-07-2018

  10. ​Adnan Oktarın 121 internet saytı bloklandı – MƏHKƏMƏ QƏRARI

    Türkiyədə həbs edilən Adnan Oktara aid saytlara giriş dayandırılıb.
    Bu barədə Türkiyənin İstanbul şəhərinin 10-cu Sülh Cəza Məhkəməsi qərar çıxarıb.
    Qərara əsasən, A.Oktara məxsus 121 internet saytının fəaliyyəti dayandırılıb.
    Qeyd edək ki, İstanbul Baş Prokurorluğunun istintaqı çərçivəsində A.Oktarla yanaşı 168 nəfər də yaxalanıb. O, FETÖ və PKK adına casusluq etməkdə, qadınlara qarşı cinsi istismarda ittiham edilir.

    Muxalifet - 31-07-2018

  11. Türk əsgər qətərli generalı başından vurub? - HƏRBİ MƏNBƏLƏRDƏN AÇIQLAMA

    Türkiyəli hərbçinin qətərli generalı başından atəş açaraq öldürməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
    Bu barədə Anadolu Agentliyi hərbi mənbələrə istinadən məlumat yayıb.
    Qeyd edək ki, bəzi ərəb portallarında, sosial şəbəkələrdə türk hərbçinin qətərli general Məhəmməd bin Əbdüləzizə saraya icazəsiz girdiyi üçün silahla atəş açdığı yönündə xəbərlər yayılmışdı.

    Muxalifet - 31-07-2018

  12. ​“Başımızdan keçərik, Can Azərbaycandan keçmərik” – TÜRK DEPUTAT

    Muxalifet.az Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Malatya millət vəkili Öznur Çalıkın axar.az-a müsahibəsini oxucularına təqdim edir:
    - İyunun 24-də Türkiyədə keçirilən seçkilərin nəticələrini necə qiymətləndirirsiniz?

    Muxalifet - 31-07-2018

  13. “Ölkədə neft və qaz istehsalından yaranan gəlirlər…” – TƏŞKİLAT RƏHBƏRİ ÇATIŞMAZLIQLARDAN DANIŞDI

     

    Muxalifet - 31-07-2018

  14. NAZİRDƏN ŞOK İDDİA: "Rusiya regionda gərginliyi artırmaq istəyir" - VİDEO

    Rusiya Azov dənizində hərbi gəmiləri saxlayaraq Ukraynaya böyük zərər verir, biznesi qorxudur və regionda gərginliyi gücləndirməyə çalışır.

    Bu haqda “Obozrevatel” nəşrinə müsahibəsində Ukraynanın infrastruktur naziri Vladimir Omelyan bildirib.

    Onun sözlərinə görə, beynəlxalq məhkəmələrdə Rusiyanın verdiyi zərərlərin kompensasiyası üçün bütün hadisələr sənədlərlə əsaslandırılır.

    Muxalifet - 31-07-2018

  15. ​BAKIDA DƏHŞƏT: Arvadını bu səbəbdən boğazından bıçaqladı

    Nəsimi rayonunda qadın qısqanclıq zəminində bıçaqlanıb.
    Hadisə Cavadxan küçəsində yerləşən mənzildə baş verib.
    1988-ci il təvəllüdlü Məhəbbət Şıxıyeva həyat yoldaşı ilə mübahisə edib. Əri onu qısqanclıq zəminində döyüb. Daha sonra qadın qol və boğaz nahiyələrindən bıçaqlanıb.
    Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 31-07-2018

  16. SENSASİON AÇIQLAMA - Avqustun 24-də MÜHARİBƏ BAŞLAYA BİLƏR

    “Rusiyayönlü döyüşçülər Donbasda təmas xəttinə hərbi texnikanı cəlb edirlər. Bu, onunla izah olunur ki, işğal edilmiş regionlardakı indiki vəziyyət Rusiya prezidenti Vladimir Putini qane etmir və xüsusi halda, Ukraynaya qarşı yeni təxribatlar hazırlayaraq, vəziyyəti dəyişdirmək üçün yollar axtarır”.
    Bunu Ukraynanın Silahlı qüvvələrinin baş qərargahının sabiq başçısının müavini general-leytenant İqor Romanenko “Apostrof” nəşrinə bildirib.
    General vurğulayıb ki, Rusiya avqustun 24-nə (avqustun 24-ü Ukraynanın müstəqilliyinin ildönümüdür –red.) hazırlaşır.

    Muxalifet - 31-07-2018

  17. ​Bakının bu rayonunda su olmayacaq

    Paytaxtın Xətai rayonu istiqamətində içməli suyun verilişində fasilələr yaranacaq.
    "Azərsu" ASC-dən verilən məlumata görə, Bakı şəhəri Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar bu gün ərzində Gəncə prospekti, M.Hadi, Vunqtau, Xudu Məmmədov, Səməd bəy Mehmandarov, General Əliağa Şıxlinski və Nəsrəddin Tusi küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.
    Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

    Muxalifet - 31-07-2018

  18. ​Yataq otağında özünü tavandan asdı – BAKIDA İNTİHARA CƏHD

    Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib.
    Hadisə Dadaş Bünyadzadə küçəsində yerləşən mənzildə qeydə alınıb.
    Belə ki, 1980-ci il təvəllüdlü Tural Zülfüqarov yaşadığı evin yataq otağında özünü tavandan asıb. Lakin yaxınları onun intihara cəhdinin qarşısını alıb.
    T.Zülfüqarovun vəziyyəti ağır olduğundan o, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
    Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Muxalifet - 31-07-2018

  19. ​ABŞ-dan PAKİSTANA ZƏRBƏ - “Yeni hökumətə yardım edilməməsi üçün…”

    ABŞ Dövlət katibi Mayk Pompeo Beynəlxalq Valyuta Fonduna (BVF) Pakistanın yeni hökumətinə yardım etməməsi üçün xəbərdarlıq edib.
    Bunu jurnalistlərə açıqlamasında Pompeonun özü deyib.
    Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti BVF-nin ayıracağı bu pulların Pakistanın Çinə olan borclarını ödəmək istifadə edilə biləcəyini düşünür:
    “Biz BVF-nin addımlarına nəzarət edəcəyik. BVF Çin kreditorlarını xilas etmək istəyənləri qorumamalıdır”.

    Muxalifet - 31-07-2018

  20. ​SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bu gecə Bakı-Sumqayıt yolu yenidən bağlanacaq

    Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) iyulun 31-dən avqustun 1-nə keçən gecə hərəkət məhdudlaşdırılır.
    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi davam edəcək. Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna, dairə istiqamətinə yönəldiləcək.

    Muxalifet - 31-07-2018

Pages