Axtarış

The search found 105839 results in 0.068 seconds.

Search results

  1. ​Bakıda avtobusa hücum: yaralanan var...

    Bu gün Nərimanov rayonu "Gənclik" metrostansiyasının çıxışında 26 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusuna hücum olub.
    Muxalifet.az xəbər verir ki, bu barədə musavat.com -a hadisə şahidi məlumat verib. Şahidlərin sözlərinə görə, əqli qüsurlu bir kişi daşla avtobusun şüşəsini sındırıb.
    Hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq. Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan da olub.
     

    Muxalifet3 - 29-07-2018

  2. ​Ərdoğan məşhur fələstinli qıza zəng etdi

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün azadlığa buraxılan 17 yaşlı fələstinli Ahed Təmimi ilə telefon əlaqəsi yaradıb.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısı cəsur qızı cəsarətindən və mübarizə əzmindən dolayı təbrik edib.
    O, Təmiminin azadlığa buraxılmasının sevindirici olay olduğunu əlavə edib.
    Ərdoğan bundan sonra Fələstin xalqının haqlı mübarizəsini dəstəkləcəyəni də vurğulayıb.
    Xatırladaq ki, Ahed Təmimi 8 aylıq həbsdə sonra bu gün azadlığa buraxılıb.
     

    Muxalifet3 - 29-07-2018

  3. ​Ronaldo hər tvitinə görə milyon qazanır

    İtaliyanın “Yuventus” komandasının portuqaliyalı ulduzu Kristiano Ronaldo İnstaqram sosial şəbəkəsindəki hər paylaşımına görə 640 min avro (təxminən 1 milyon 88 min manat) qazanır.
    Muxalifet.az xəbər verir ki, ilk üçlüyü braziliyalı Neymar (512 min avro) və argentinalı Lionel Messi qapayır (426 min avro).
    Qeyd edək ki, hazırda Ronaldonun İnstagramda 137 milyon izləyicisi var.
     

    Muxalifet3 - 29-07-2018

  4. ​Dünya şöhrətli robot Bakıda çıxış edəcək

    Oktyabrın 27-28-də Bakıda "Keepface DMCC” və "International Trade Events” şirkətlərinin əməkdaşlığı ilə keçiriləcək "Global Influencer Day” tədbiri çərçivəsində dünya şöhrətli robot "Sofiya”nın çıxışı olacaq.

    Muxalifet3 - 29-07-2018

  5. ​Qonşumuzda dollar rekorda yüksəldi

    İranda sərbəst bazarda 1 dollar 10 min tüməndən baha olub.
    Muxalifet.az xəbər verir ki, İranda son bir neçə aydır yüksəlişi dayanmayan dollar bazarda 10 min 700 tümənə dəyişdirilir.
    Avro 12 min 650 tümən, 1 türk lirəsi isə 2 min 250 tümən dəyərindədir.
    İranda dolların qısa müddət ərzində 4 mindən 7 min 500 tümənə yüksəlməsindən sonra Prezident Həsən Ruhaninin hökuməti apreldə dolların 4 min 200 tümədə sabit saxlanılmasına qərar vermiş və sərbəst bazarda alğı-satqı qadağan etmişdi.

    Muxalifet3 - 29-07-2018

  6. ​Köçəryan neçə il həbs ala bilər? - Rus ekspert

    Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ən azı 15 il azadlıqdan məhrum ediləcək.
    Muxalifet.az xəbər verir ki, bunu oxu.az-a rusiyalı bloqer, siyasi təhlilçi Denis Korkodinov keçmiş erməni prezident R.Koçaryanın həbsini şərh edərkən bildirib.

    Muxalifet3 - 29-07-2018

  7. ​Dənizçilərimizdən inanılmaz sağqalma məşqi...

    “Dəniz kuboku - 2018” beynəlxalq müsabiqəsinə hazırlıq məqsədilə iştirakçı ölkələrin komandaları gəmi heyətlərinin sağqalma qabiliyyətini məşq etdiriblər.
    Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırlıq məşqlərinin birinci mərhələsi “quru” üsulu, yəni suyun gəmiyə daxil olmaması ilə aparılıb.

    Muxalifet3 - 29-07-2018

  8. Rusiya rəsmi parad zamanı DÜNYAYA RƏZİL OLDU - Ekskluziv VİDEO

    Sankt-Peterburqda keçirilən Hərbi Dəniz Qüvvələrinin paradı zamanı “Serna” adlı desant kateri “Blaqoveşensk” körpüsünün dayaqlarından birinə çırpılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə RT informasiya yayıb.
    Məlumata görə, qarşıda gedən gəmilərin yaratdığı axın kateri körpüyə tərəf aparıb. Nəticədə katerin sol tərəfi körpünün dayaqlarından birinə çırpılıb. Toqquşmadan sonra kater kursunu düzəldərək hərəkətinə davam edib.

    Muxalifet3 - 29-07-2018

  9. ​Türkiyəyə sanksiya tətbiq etməyə hazırıq - ABŞ

    Rahib Endryu Branson azadlığa buraxılana qədər sanksiya tətbiq etməyə hazırıq.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Mayk Pens deyib.
    Qeyd edək ki, Türkiyə məhkəməsi Bransonu ev dustaqlığına buraxıb.
     

    Muxalifet3 - 29-07-2018

  10. ​İsraillilər Bakını kəşf edir - İsrail mediası

    Bu il məhz Azərbaycan Cənubi Qafqazda israilli turistlər üçün həqiqi ulduza çevrilib. Şərq və Qərb sivilizasiyalarının kəsişməsində yerləşən bu ölkədə hər iki sivilizasiyanın təsiri hiss olunur. Burada heyrətamiz görməli məkanlar çoxdur: Tunc dövrünün petroqlifləri, orta əsrlər dövrünə aid minarələr və məscidlər və əlbəttə, nadir təbiət. Azərbaycan Respublikası Xəzər dənizinin sahilində yerləşən turizm incisidir. O, özünün turizm potensialı ilə öyünə bilər.

    Muxalifet3 - 29-07-2018

  11. ​"Qarabağ"ın oyununa 10 min bilet satıldı

    UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ” - "Kukesi” (Albaniya) matçına bilet satışı davam edir.
    Muxalifet.az xəbər verir ki, artıq oyuna 10 min bilet satılıb. Bu barədə klubun Feysbuk səhifəsi məlumat yayıb.
    Qeyd edək ki, "Qarabağ” - "Kukesi” matçı avqustun 1-də, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç saat 21:00-da başlayacaq. Cütün ilk görüşündə 0:0 hesablı heç-heçə qeydə alınıb.

    Muxalifet3 - 29-07-2018

  12. ​MİT-dən növbəti FETÖ əməliyyatı: 11 nəfər tutuldu

    Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) FETÖ üzvü dəstənin Yunanıstana qaçmasının qarşısını alıb.
    Muxalifet.az xəbər verir ki, Sahil Mühafizə Xidmətinin (SMX) qaynar xəttinə daxil olan məlumat əsasında əməliyyata başlayan MİT 11 nəfəri saxlayıb.

    Muxalifet3 - 29-07-2018

  13. ​Fransada Makrona dəstək azalır - Rekord

    Fransa Prezidenti Emmanuel Makronun reytinq göstəriciləri kəskin şəkildə aşağı düşüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “İfoq” şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub.
    18-27 iyul tarixlərində keçirilən araşdırmanın nəticələrinə görə, Fransa prezidentinə dəstək göstəricisi 41 faizdən 37 faizə qədər azalıb. Buna qədər isə Makronun ən aşağı dəstək göstərici faizi 40-a bərabər olub. Bu nəticə ilə isə fransız prezident özünün yeni antirekordunu təzələyib.
     

    Muxalifet3 - 29-07-2018

  14. ​Ərdoğandan çağırış: Bizi də bu təşkilata üzv edin!

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrikanın Yohannesburq şəhərində çıxışı zamanı ölkəsinin də BRİKS alyansına üzv edilməsini istəyib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısı Türkiyənin də bu birliyə qoşulacağı təqdirdə, alyansın BRİKST adlandırılacağını bildirib.
    “Biz bu 5 ölkə ilə birlikdə G20-yə üzvük. İstərdik ki, onlar bizi də BRİKS-ə üzv etsinlər və biz də burada öz yerimizi müəyyən edək”, - deyə Ərdoğan bildirib.
    Qeyd edək ki. R.T. Ərdoğan hazırda C.Afrika Respublikasında səfərdədir.
     

    Muxalifet3 - 29-07-2018

  15. ​Cüdoçumuz "Qran-Pri"ni bürünc medalla başa vurdu

    Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə “Qran-Pri” yarışına yekun vurulub.
    Muxalifet.az xəbər verir ki, beynəlxalq turnirin sonuncu günü millimiz aktivinə daha bir medal yazdırıb.
    90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Məmmədli Mehdiyev Zaqrebdə bürünc medal qazanıb. Qeyd edək ki, 78 ölkədən 508 (326 kişi, 182 qadın) cüdoçunun qüvvəsini sınadığı “Qran-Pri”də Azərbaycan millisi 11 (10 kişi, 1 qadın) cüdoçu ilə təmsil olunub.
     

    Muxalifet3 - 29-07-2018

  16. "Erməni milləti ilə düşmən deyilik..."- Xəzər tv - VİDEO

    Muxalifet.az həmin video sujeti oxucularına təqdim edir:

    Muxalifet3 - 29-07-2018

  17. ​160-dan çox məhbus həbsxanadan qaçdı

    Kamerun Respublikasının şimal-qərbində separatçı qrupun hücumu nəticəsində 160-dan çox məhbus həbsxanadan qaçıb.
    Muxalifet.az xəbər verir ki, ölkənin şimal qərb və cənub-qərb regionlarında bir neçə belə hücum olub.
    Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.
     

    Muxalifet3 - 29-07-2018

  18. ​İsraillə bu ölkə arasında dəniz böhranı - Trampa müraciət

    İordaniya İsraillə Qırmızı dənizi Ölü dənizlə (Lut gölü) birləşdirən kanal yaradılması layihəsində (Sülh kanalı) irəliliyiş qeydə alınmadığı üçün ABŞ Prezidenti Donald Trampa vasitəçilik etməsi üçün müraciət edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
    Məlumata görə, müraciətdən sonra ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya öhdəliklərin icrası üçün təzyiq göstərib.
     

    Muxalifet3 - 29-07-2018

  19. ​Türk ordusundan böyük uğur: "Aram Civan" məhv edildi

    Türkiyənin təhlükəsizlik qüvvələri Diyarbəkirdə Osman Gülən adlı axtarışda olan PKK terrorçusunu məhv edib.
    Muxalifet.az xəbər verir ki, "Aram Civan" ləqəbli təhlükəli terrorçu antiterror əməliyyatı zamanı polislərlə atışmada zərərsizləşdirilib.
    O, bir çox ağır cinayətlərdə günahlandırılırdı.
     

    Muxalifet3 - 29-07-2018

  20. Cəlalabadda partlayış: İŞİD üzərinə götürdü...

    İŞİD Əfqanıstanın Cəlalabad şəhərində törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb.
    Ötən gün Cəlalabadda tibb mərkəzinin qarşısında terrorçu-kamikadze özünü partladıb. Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü, 5 nəfərin isə yaralandığı bildirilirdi.
     
     

    Muxalifet3 - 29-07-2018

Pages