Axtarış

The search found 105839 results in 0.065 seconds.

Search results

  1. ​Ermənilər Qarabağda yeni səngər qazır – Foto

    Ermənistan ordusu Qarabağdakı mövqelərini möhkəmləndirməkdə davam edir.
    Modern.az xəbər verir ki, düşmən cəbhənin Füzuli rayonu istiqamətində yerləşən postlarında yeni mühəndis-kəşfiyyat qurğuları yerləşdirir.
    Bununla yanaşı, postlara Günəş batareyaları da quraşdırılır.

    Muxalifet - 28-07-2018

  2. ​Rusiya və Çin vizasız rejimə keçməyə hazırlaşır

    Rusiya və Çin yaxın vaxtlarda iki ölkə arasında vizasız gediş-gəlişi nəzərdə tutan sənəd imzalamaq niyyətindədirlər.
    Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının turizm üzrə Federal Agentliyi rəhbərinin müavini Nikolay Korolyov deyib.
    Onun sözlərinə görə, bu, iki ölkə arasında turizmin genişlənməsinə, turistlərin sayının artmasına təsir göstərəcək.
    O deyib: "Çin tərəfi ilə əsas məsələlər artıq razılaşdırılıb, daha bir neçə işçi görüş keçiriləcək".

    Muxalifet - 28-07-2018

  3. ​Quba, Siyəzən və Şabranda güclü yanğın başlayıb

    Quba rayonunun Qonaqkənd kəndi ərazində güclü yanğın başlayıb.
    Qonaqkənd İnzibati Ərazi Vahidliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, yanğın meşə massivinə də keçib. Quba Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları, o cümlədən kənd sakinləri yanğının söndürülməsi üçün çalışır.
    Kənd sakinlərinin verdiyi məlumata görə, təxminən 10 hektara yaxın ərazi yanıb.
    Siyəzənin Əriziküş kəndi ərazisində qeydə alınan yanğın isə Şabranın Zöhrabkənd kəndinə keçib. Alovun meşəyə yayılması ehtimalı var.

    Muxalifet - 28-07-2018

  4. ​Kürdlər Bəşər Əsədə elçi göndərdi: “Zamanı çatıb...”

    Terror təşkilatı PKK/YPG-nin ana sütunu olan Suriya Demokratik Güclərinin siyasi qanadı Suriya Demokratik Konqresi ilk dəfə Dəməşqə nümayəndə heyəti göndərib.
    Muxalifet.az xəbər verir ki, Suriya Demokratik Konqresi Bəşər Əsədlə Suriya böhranı ilə bağlı müzakirələr aparmağa nail olmaq istəyir.
    “Röyter” xəbər verir ki, kürd heyəti 3 gün əvvəl Dəməşqə gedib. Heyətə Suriya Demokratik Konqresinin lideri İlham Əhməd rəhbərlik edir.

    Muxalifet - 28-07-2018

  5. ​Məhkəmə Köçəryanı zaminə buraxmadı

    Yerevan məhkəməsi Ermənistanın eks-prezidenti Robert Köçəryanı zaminə buraxmaqdan imtina edib.
    "Robert Köçəryanın zaminə buraxılması barədə vəsatət təqdim olunub. Söhbət kifayət qədər böyük məbləğdən gedib. Vəsatət təmin olunmayıb", - deyə jurnalistlərlə görüşdə vəkil Ruben Saakyan bildirib.
    Xatırladaq ki, R.Koçaryan 2008-ci ildə konstitusiya quruluşunun devrilməsi ittihamı ilə dünən həbs edilib.(“Report”)

    Muxalifet - 28-07-2018

  6. Rusiya ordusunun komandanı Merkellə nəyi müzakirə edib?

    Almaniya qəzeti Moskvadan gələn elçilərlə kanslerin müəmmalı görüşündən yazıb
    Bu həftənin 2-ci günü Berlində baş tutan müəmmalı görüş siyasi ekspertlərin diqqətini cəlb edib.
    Almaniyanın “Bild” qəzetinin əməkdaşları Yulian Röpke və Filip Pyatovun yazdığına görə, həmin gün Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maas Rusiya Federasiyası Silahlı Qüvvələrinin baş qərargah rəisi Valeri Gerasimov və xarici işlər naziri Sergey Lavrovu qəbul ediblər.

    Muxalifet - 28-07-2018

  7. Kanal-13-ün əməkdaşına xəbərdarlıq edilib

    İyulun 27-də "Kanal-13" internet televiyzasının əməkdaşı İsmayıl İslamogluna sosial şəbəkələrdəki statusu ilə bağlı xəbərdarlıq edilib.
     
    İslamoğlunun yaxınları Amerikanın Səsinə bildirib ki, jurnalist bu gün saat 17 radələrində iki mülki geyimli şəxs təərfindən evindən aparılıb.
    “İslamoğlu Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. O 3 saatadək saxlanıldıqdan sonra “Jara” musiqi festifalı ilə bağlı sosial şəbəkələrdə yazdığı tənqidi statusu ilə bağlı xəbərdartlıq edildikdən sonra azad buraxılıb”, jurnalistin yaxınları bildirib.

    Muxalifet3 - 28-07-2018

  8. ​Gəncə olaylarına görə daha bir nəfər ÖLDÜRÜLDÜ - DTX xüsusi ƏMƏLİYYAT KEÇİRDİ

    Gəncədə ictimai asayişi pozmağa cəhd göstərmiş daha bir nəfər zərərsizləşdirilib.
    Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü qrupun fəal üzvlərindən daha biri Səmədov Fuad Tofiq oğlu zərərsizləşdirilib.
    Belə ki, iyulun 28-də Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı F.Səmədovun Samux şəhərində gizləndiyi yer müəyyən edilib.

    Muxalifet - 28-07-2018

  9. AXCP-çinin atasının saxlandığı yer məlum deyil

    Ötən gün həbs edilmiş AXCP fəalı Zəfər Əhmədovun ailə üzvləri onun taleyindən narahatdır. Onlara Z.Əhmədovun saxlandığı yer barədə məlumat verilmir.
     
    Şənbə günü Xətai Rayon Polis İdarəsindən ailə üzvlərinə bildiriblər ki, Z.Əhmədov həmin idarədədir. Lakin yaxınları yemək gətirərkən onun orada olmadığını deyiblər.
    Binəqədidə inzibati qaydada həbs olunanların saxlanma məntəqəsində də Z.Əhmədovun orada olmadığını bildiriblər.

    Muxalifet3 - 28-07-2018

  10. ​Maral Akşənərin istefa səbəbi açıqlandı – “Manevr”

    MHP İyi Partiyada Maral Akşənərin qurultaya getmək qərarı və “namizəd olmayacağam” açıqlamasını manevr kimi qiymətləndirib.
    Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bununla Akşənərin seçkilərdəki məğlubiyyətini kölgələmək istədiyi vurğulanıb.
    Bundan başqa, Akşənərin istefasının əsas səbəbi MHP tərəfindən aparılan FETÖ ilə bağlı araşdırma olduğu iddia edilib. Bu prosesin Akşənəri küncə sıxışdırdığı qeyd olunub.

    Muxalifet - 28-07-2018

  11. Güclü yağış Türkiyədə böyük fəsadlar yaradıb

    Türkiyənin ayrı-ayrı bölgələrində yağan güclü yağış böyük fəsadlar yaradıb.
    AZƏRTAC xəbər verir ki, İstanbul və Kocaeli şəhərlərində bir neçə tunel və yeraltı keçidi su basıb. Çoxlu sayda maşın su altında qalıb. Kocaelində dəmir yolu stansiyasını su basması nəticəsində İstanbul ilə Ankara arasında qatarların hərəkəti dayandırılıb. İctimai nəqliyyatın normal işi pozulub. Fəsadları aradan qaldırmaq üçün əlavə tədbirlər görülür.
    Gəbzə bölgəsi də sel və daşqınlara məruz qalıb. Meşədə köməksiz qalan 21 nəfəri xilas etmək üçün əraziyə helikopterlər cəlb olunub.

    Muxalifet - 28-07-2018

  12. Vəkillər pulsuz ximdət göstərəcək – BİR GÜNLÜK

    Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, vəkillərin peşə bayramı günü münasibətilə 30 iyul tarixində saat 09:00-18:00-da vəkil qurumlarına müraciət edən bütün şəxslərə ödənişsiz hüquqi yardım göstəriləcək.
     
    Bu barədə Vəkillər Kollegiyasından məlumat verilib.
    Məlumata görə, bununla bağlı qeyd olunan tarixdə istənilən şəxs ölkə ərazisində fəaliyyət göstərən vəkil qurumlarına müraciət edərək ödənişsiz hüquqi yardımdan faydalana bilər.

    Muxalifet3 - 28-07-2018

  13. “Ukrayna SOCAR-a problemlər yaradır”

    “İndiki şəraitdə Ukraynanın bir çox səbəblərə görə Rusiyanın enerji asılılığından xilas olması çətindir”.
     
    Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynanın “A-95” Konsaltinq Qrupunun rəhbəri Sergey Kuyun deyib.
    – Ukrayna Rusayadan neft məhsullarının idxalını demək olar ki tamamilə dayandırıb. Bu halda Azərbaycan nefti Rusiyadan alınan xammalı əvəz edə bilərmi?

    Muxalifet3 - 28-07-2018

  14. BMT batır: ABŞ, İran, Səudiyyə borclarını ödəmir

    ABŞ və daha 80 ölkənin BMT büdcəsinə üzvlük haqlarını ödəməməsi ucbatından, beynəlxalq təşkilat çətin vəziyyətə düşüb.
    Axar.az xəbər verir ki, bu barədə məlumat BMT-nin rəsmi saytında yer alıb. Borclular arasında xüsusilə Belarus, Misir, İran, Tacikistan, Səudiyyə Ərəbistanı kimi ölkələrin olduğu bildirilib. Ümumilikdə borcluların BMT-yə 810 milyon dollar ödəməli olduğu vurğulanıb. BMT həmçinin üzvlük haqlarını tam şəkildə yalnız 112 ölkənin ödədiyini bildirib.

    Muxalifet - 28-07-2018

  15. ​İsrailin “Dəmir Günbəz”lərinə hücum hazırlığı - İDDİA

    “Həmas” İsrailin “Dəmir Günbəz” raket əleyhinə müdafiə sistemlərinə pilotsuz təyyarələrlə hücuma hazırlaşır.
    Muxalifet. publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə İsrail mediası çıxış edib.
    Məlumata görə, hədəflər partlayıcı maddələrlə yüklənmiş pilotsuz təyyarələr vasitəsilə vurulacaq.
    İsrail mediası yazır ki, “Həmas”ın Çin istehsalı olan BPLA təyyarələri var. Bu təyyarələr 5 kilometr distansiyada hərəkət etməyi bacarırlar.

    Muxalifet - 28-07-2018

  16. ​“Yuventus” “Barselona”dan gələcəyin ulduzunu aldı

    İtaliyanın “Yuventus” klubu “Barselona”nın 16 yaşlı oyunçusu Pablo Morenonu transfer edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb. Müqavilənin şərtləri isə açıqlanmayıb.
    Morena gənclər komandasında oynadığı müddətdə 200-dən çox qol vurub.

    Muxalifet - 28-07-2018

  17. İmtahanlarda 4 nəfər 700 bal toplayıb

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanlarının nəticələrini elan edib.
     
    DİM mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və "cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

    Muxalifet3 - 28-07-2018

  18. В Баку шутят: выдайте нам гражданина Азербайджана - Кочаряна

    В аресте Робика есть вселенская закономерность

    Muxalifet - 28-07-2018

  19. Rusiya ilə Afrika ölkə arasında böyük - Anlaşma

    Rusiya ilə Cənubi Afrika Respublikası arasında böyük çapda iqtisadi razılaşma əldə olunub.
    Teleqraf.com xəbər verir ki, iki ölkə arasında razılaşma BRİKS zirvəsi çərçivəsində əldə olunub.
    Qeyd edək ki, Braziliya, Çin, Hindistan, Rusiya və Cənubi Afrika iqtisadi əməkdaşlığı artırmaq məqsədilə BRİKS təşkilatını qurub. Hazırda bu təşkilatın Cənubi Afrikada zirvə görüşü keçirilir. Görüşdə Türkiyə prezidenti də iştirak edir.

    Muxalifet - 28-07-2018

  20. “Erməni müğənninin Bakıda oxumasında qəbahət yoxdur” – ŞUŞANIN İCRA BAŞÇISI

    Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov erməni-kürd əsilli rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” adlı festivalına gətirilməsinə münasibət bildirib.
     
     B.Səfərov Demokrat.Az-a açıqlamasında bu cür səfərlərə pis baxmadığını söyləyib:

    Muxalifet3 - 28-07-2018

Pages