Axtarış
The search found 105839 results in 0.067 seconds.
Search results
Sergey Lavrov erməni həmkarına zəng edib
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Zoqrab Mnaçakanyan arasında telefon danışığı olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə bu barədə məlumatı Rusiya XİN yayıb.
Bildirilir ki, tərəflər ikitərəfli əməkdaşlığın ayrı-ayrı məsələlərini, ümumi inteqrasiya birlikləri çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.Muxalifet - 28-07-2018
Bazar günü hava necə olacaq? - PROQNOZ
Azərbaycanda bazar gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, sabah, iyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-26°, gündüz 31-35° isti, Bakıda gecə 24-26°, gündüz 33-35° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 35-40 % olacaq.Muxalifet - 28-07-2018
"Qızımı saxta nikahla evləndirdilər, toydan bir gün sonra...."
Adnan Oktarın qurbanlarından birinin anası danışdı
Muxalifet - 28-07-2018
Parlamentdə terror və... - Köçəryandan sonra həbs növbəsi Serj Sərkisyana çatıb?
Ermənistan faktiki olaraq son 20 ildə antikonstitusion rejimdə və kriminal oliqarxiyanın cəngində yaşayıb.
Muxalifet.az avropa.info-ya istinadən xəbər verir ki, bu fikirlər Ermənistanın 1in.am xəbər portalı ölkənin ikinci preizdenti Robert Köçəryanın və onun sələfi Serj Sərkisyanın hakimiyyət illərini şərh edən yazısında qeyd edib.
Erməni saytı yazır ki, R. Köçəryanın həbsi faktiki olaraq Ermənistanda yeni situasiya yaradıb.Muxalifet - 28-07-2018
3 mindən çox namizəd müəllim olmaq üçün yarışır
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir.
Təhsil Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə,bu gün keçiriləcək fizika və texnologiya üzrə test imtahanlarında 3468 namizədin iştirakı gözlənilir.
Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilən imtahanlar iyulun 31-də başa çatacaq. İyulun 27-də tarix və kimya üzrə imtahanlarda 2977 nəfər iştirak edib. Namizədlər arasında ən yüksək nəticə olaraq hər iki fənn üzrə 59 bal qeydə alınıb.Muxalifet - 28-07-2018
“ÖLKƏ QANUNLARLA DEYİL, GÖSTƏRİŞLƏRLƏ İDARƏ OLUNUR” – “Dərhal cinayət işi qaldırılmalıdır”
Ədalət partiyasının sədri İlyas İsmayılovun Ovqat.com-a müsahibəsini təqdim edirik:
- İlyas müəllim, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev keçirdiyi mətbuat konfransında qeyd etdi ki, bu ilin ilk yarısında 3874 vətəndaşın müraciətinə baxılıb. Onun sözlərinə görə, bu dövr ərzində 126 cinayət xarakterli material araşdırılıb. Sizcə, sözügedən qurumun korrupsiyaya qarşı bu qədər fəallaşması hansı zərurətdən doğub? Niyə indiyə qədər eyni fəallıq müşahidə olunmurdu?Muxalifet - 28-07-2018
Qəbul imtahanının nəticələri BU GÜN AÇIQLANACAQ
İyulun 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün keçirilmiş imtahan nəticələri bu gün açıqlanacaq.
Bu barədə Muxalifet.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilib ki, iyulun 27-dən etibarən isə imtahanda istifadə olunmuş tapşırıqların məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb və hazırda Komissiya işini davam etdirir.Muxalifet - 28-07-2018
Ağstafada ferma sahibinə atəş açıldı
Ağstafada ferma sahibi həmkəndlisini öldürəcəyi ilə hədələyərək atəş açıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, ötən gün Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələyib və sonuncu onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb.Muxalifet - 28-07-2018
YAXIN ŞƏRQDƏ İRANA QARŞI NATO SAYAĞI İTTİFAQ
Muxalifet.az xəbər verir ki, Tramp iqtidarı Yaxın Şərqdə İrana qarşı NATO-ya bənzər ittifaq qurmağa hazırlaşır. Bu məlumatı ABŞ və Yaxın Şərq ölkələrinin yüksək səviyyəli şəxsləri verib. İranın bölgədə qol-qanad açmasına qarşı siyasət və təhlükəsizlik ittifaqına Misir və İordaniyanın, Körfəz ölkələrinin daxil olduğu bildirilir. İttifaqın raket müdafiəsi, hərbi təlim, antiterror, bölgə ölkələrinin iqtisadi və dilomatik münasibətləri dəstəkləmək kimi məsələlərdə əməkdaşlığı qüvvtləndirməyi hədəfə aldığı qeyd edilib.
Muxalifet - 28-07-2018
Oğul atasını öldürdü, ögey anasını yaraladı - Azərbaycanda
İyulun 27-də Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən xəbərə görə, o, könüllü olaraq polisə təslim olub.
M. Baxşəliyev hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş D. Baxşəliyevanın vəziyyəti orta-ağırdır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Muxalifet - 28-07-2018
Bakıda mühüm anlaşma memorandumu imzalandı
İyulun 28-də Sumqayıt Kimya Sənaye Parkı MMC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, SOCAR Polimer MMC ilə polimer istehlakçısı olan müəssisələr arasında anlaşma memorandumu imzalanıb.Muxalifet.az xəbər verir ki, imzalanma "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbir çərçivəsində baş tutub.Qeyd edək ki, ümumilikdə indiyədək 18 müəssisə ilə polimer məhsullarının istehsalı üzrə əməkdaşlığa dair razılaşmalar imzalanıb.Muxalifet - 28-07-2018
69 yaşlı qadın evində ölü tapıldı
Bakının Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Muxalifet.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Minliko İbova Yakobovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Muxalifet - 28-07-2018
“Koçaryanın həbsi bizim üçün təsəllidir” - Qarabağ icmasının sədri
İrəvan şəhər məhkəməsi sabiq prezident Robert Koçaryan barəsində həbs qərarı çıxarılıb. Məhkəmə Robert Koçaryan barəsində iki aylıq həbs qərarı verib.
“Robert Koçaryan iki ay müddətinə həbs edilib. Bundan əlavə heç nə deyə bilmərəm. Digər açıqlamalar sabah mətbuat konfransında veriləcək”, deyə R.Koçaryanın vəkili Aram Orbelyan bildirib.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Modern.az-a açıqlamasında deyib ki, Robert Koçaryanın həbs olunub xalqımız qarşısında cavab verməyini çoxdan gözləyirdik:Muxalifet - 28-07-2018
Bakı-Qazax yolunda avtomobil aşıb, üç nəfər xəsarət alıb
Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Şəlalə Ramil qızı Quliyeva idarə etdiyi "Kia Rio" markalı minik avtomobili ilə hərəkətdə olarkən əvvəlcə qarşısına çıxan inəyi vurub. Daha sonra idarəetmə itdiyindən avtomobil yoldan çıxaraq aşıb.Muxalifet - 28-07-2018
Qəribə: İti polislər qoruyur – Mafiya onu öldürənə 70 min dollar vəd edib
Kolumbiyanın ən böyük narkotik şəbəkəsi olan Urabenos mafiyası narkotiki axtarışı aparan iti öldürənə 70 min dollar vəd edib.
Muxalifet.az xəbər verir ki, Kolumbiyada illərdir rekord miqdarda narkotik vasitə aşkar edən itin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər həyata keçirilir.
Kəşfiyyat mənbələri müəyyən edib ki, Urabenos şəbəkəsi son dəfə 10 tona yaxın kokainin saxlanılmasında xidməti olan Sombra adlı iti öldürənə 70 min dollar vəd edib.
Məhz bu səbəbdən də Sombra mafiyanın güclü olduğu regiondan alınaraq Boqota hava limanına gətirilib.Muxalifet - 28-07-2018
ABŞ-dan Köçəryanın həbsiylə bağlı bəyanat
koceryanABŞ Ermənistan hökumətini 1 mart qırğını ilə bağlı ciddi, etibarlı və müstəqil şəkildə araşdırma aparmağa səsləyib. Axar.az xəbər verir ki, bu sözləri “Amerikanın səsi” radiosuna müsahibəsində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndələrindən biri deyib.
Muxalifet - 28-07-2018
Ermənistan KTMT-nin erməni rəhbərini dəyişməyi təklif edib
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərə təşkilatın baş katibi Yuri Xaçaturovun işdən çıxarılması və onun başqa şəxslə əvəz olunması prosesinə başlamağı təklif edib.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.Muxalifet3 - 28-07-2018
PKK terrorçularıdan XAİN hücum
PKK terrorçuları İğdırda su idarəsinin işçilərinə hücum edib. Publika.az xəbər verir ki, İğdır su kanalizasiya idarəsinin əməkdaşları Ağrı dağının ətəyindəki Korhan yaylasında su xəttini düzəltməyə gedərkən terrorçuların hücumuna məruz qalıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, işçiləri aparan maşın terrorçuların yola düzdükləri bombanın partlaması nəticəsində zərər görüb. Daha sonra maşından düşən işçilər terrorçuların silahlı hücumu ilə qarşılaşıb. Əsgər və polislər işçiləri terrorçuların hücumundan xilas ediblər. Bölgədə havadan dəstəklə geniş çaplı əməliyyat başlayıb.
Muxalifet - 28-07-2018
Anası intihara cəhd edən Hadisədən ŞOK QƏRAR - Bütün əlaqələri kəsdi
Məşhur müğənni Hadisə anası Gülnihal Açıqgözün intihar cəhdindən sonra vacib qərar verib.
“Sabah” xəbər verir ki, ifaçı bu xoşagəlməz hadisədən sonra menecerliyini edən bacısı Hülya Açıqgözlə yollarını ayırıb.
Müğənni eyni zamanda stilisti olan digər bacısı Dərya ilə də işləməmək qərarı verib. Artıq bacıların bir-biriləri ilə danışmadığı bildirilir.
Qeyd edək ki, Hadisənin anası qızlarını pul qazanmaq dərdinə düşüb onunla maraqlanmamaqda ittiham etmişdi./Teleqraf.com/Muxalifet - 28-07-2018
Restoranlarda reyd – 24 kişi və 30 qadın saxlanıldı
Sumqayıt şəhərində əxlaqsızlıq yuvasına çevrilən restoranlara qarşı reyd keçirilib. “Report” xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisindəki “Metallurq”, “Qızlar bulağı”, “Göyçə” restoranlarında əxlaqsızlıqla məşğul olan 24 kişi və 30 qadın saxlanılıb. Saxlanılanlar barəsində inzibati protokol tərtib olunub.
Muxalifet - 28-07-2018