Axtarış
The search found 105839 results in 0.092 seconds.
Search results
Bakının mərkəzində qanunsuz ağac kəsənlər tutuldu
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 20 yanvar küçəsi 22 ünvanında ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən dərhal yerində araşdırılıb.Nazirliyin Mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı köküstə yaş müxtəlif cinsli 3 ədəd ağacın kəsildiyi müəyyən olunub. Faktla bağlı akt tərtib edilib.Muxalifet - 27-07-2018
İsrail Trampın xahişi ilə türk qızı azadlığa buraxdı
İsrail hökuməti ABŞ prezidenti Donald Trampın xahişindən sonra HƏMAS hərəkatı ilə əlaqədə ittiham olunan Türkiyə vətəndaşı Ebru Özkanı azadlığa buraxıb.
Bununla bağlı “Reuters” İsrail hökumətindəki mənbəyə istinadla məlumat yayıb.
“The Washington Post” qəzeti qeyd edib ki, Tramp bununla Ankaranın 2017-ci ildə terrorçularla əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonu azadlığa buraxmasına çalışır.
Guya ABŞ prezidenti bu məsələni İsrail baş naziri Binyamin Netanyahu ilə danışıb və ondan Özkanı azadlığa buraxmağı xahiş edib.(oxu.az)Muxalifet - 27-07-2018
Putin Trampı Moskvaya dəvət edib: "Mən hazıram"
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampı Moskvaya dəvət edib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Rusiya lideri ABŞ Prezidentinin növbəti görüş arzusunda olduğunu açıqlayıb. “Mən də hazıram”, – Vladimir Putin deyib.
Rusiya prezidentinin sözlərinə görə, ABŞ lideri ilə təmaslar davam edir, tezliklə beynəlxalq səviyyədə görüşlər keçirilməsi mümkündür.Muxalifet - 27-07-2018
Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması niyə gecikir? - SƏFİRDƏN AÇIQLAMA
"Azərbaycanla Misir arasında birbaşa aviareyslərin açılması barədə razılıq olsa da, bu proses bir sıra səbəblərdən uzanır".
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim Əhməd İbrahim deyib.
Səfir bildirib ki, aviaşirkətlər birbaşa reyslərin açılması nəticəsində böyük maliyyə itkiləri ilə qarşılaşacaqlarını düşünürlər: "Təbii ki, bu da prosesin uzanmasına gətirib çıxarır".Muxalifet - 27-07-2018
ƏHALİYƏ ŞAD XƏBƏR: Pensiyalar artır
Cari ilin əvvəlinə nisbətən ölkədə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb. Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, iyul ayının 27-nə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 311 min 739 nəfər təşkil edib. İlin əvvəlinə nisbətən ölkədə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artaraq iyul ayının 1-nə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.
Muxalifet3 - 27-07-2018
İrana hərbi təcavüz edərlərsə... - Cəfəri
Düşmənlər tərəfindən edilən hədələr o qədər də ciddi deyil. Biz bu hədələrə cavab vermək iqtidarındayıq. İranda olan təhlükələr daha ciddidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məhəmməd Əli Cəfəri bildirib.
"Hazırda bu hədələrin və sanksiyaların ən zirvə nöqtəsinə çatmışıq. Onların icra edə bilmədikləri yeganə hədələri hərbi müdaxilədir. Bilirlər ki, hərbi təcavüz edərlərsə, bu, onlar üçün çox baha başa gələcək", - Cəfəri söyləyib.
Muxalifet3 - 27-07-2018
Bakıda dənizdə 1 nəfər boğuldu, 2-si isə...
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6000 metr aralı, nəzarətsiz ərazi) 3 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Muxalifet.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 2 nəfəri xilas edib və 1977-ci il təvəllüdlü Zərbəliyev Azər Allahverdi oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.Muxalifet3 - 27-07-2018
İraqda təcili hökumət qurulmalıdır, əks halda... - Sistani
İraqda yeni hökumət təcili qurulmalı və rəhbər şəxs də müqtədir və güclü olmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu İraq şiələrinin mənəvi lideri ayətullah Əli Sistani bildirib.
"Nümayişlər bitmədi. Azalsa da, başqa bir vaxt güclü şəkildə yenə baş verəcək. Nümayişçilərin bütün tələbləri dərhal yerinə yetirilməlidir. Vəzifəyə gələcək yeni hökumət də hazırki hökumət kimi olarsa, xalqın etiraz aksiyalarını genişləndirməkdən başqa bir əlacı qalmayacaq", - Sistani söyləyib.
Muxalifet3 - 27-07-2018
“Artilleriya atəşinin ustaları”ndan sınaq atışları - Foto
“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən komandalar yarışların şərtləri ilə tanış olub, silahlardan sınaq atışları icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir.
Muxalifet3 - 27-07-2018
Ronaldonun əvəzləyicisi tapıldı: Fransada...
"Real" Edinson Kavani transfer etmək üçün PSJ ilə danışıqlara başlayıb.
Qol.az-ın yaydığı xəbərə görə, Madrid klubunun rəhbərliyi uruqvaylı hücumçunun transferini Neymar və Kilian Mbappe ilə müqayisədə daha münasib hesab edib. Buna görə də "Real" Kristiano Ronaldonun "Yuventus"a keçməsindən sonra onun əvəzinə 31 yaşlı oyunçunu almağa qərar verib.
Qeyd edək ki, Kavani ötən mövsüm 48 matçda 40 qol vurub.
Muxalifet3 - 27-07-2018
ABŞ-ın Türkiyə ilə bağlı məqsədi odur ki... - Özdəmir
ABŞ Türkiyəni öz kursuna qaytarmağa çalışır, iqtisadi böhranı hədəfləyən sanksiyalar tətbiq edə bilər. Muxalifet.az xəbər verir ki, bunu türkiyəli politoloq Volkan Özdəmir deyib. "Tramp genişmiqyaslı sanksiyalarla Türkiyənin beynəlxalq təşkilatlardan kredit almasına əngəl ola bilər. Ancaq Türkiyəni iqtisadi mənada sıxışdırmağa yönəlik bu həmlə ABŞ-ın son həmləsi olmaya bilər. Çünki Pensdən sonra Tramp da geniş sanksiyalar tətbiq edəcəyini söylədi", - Özdəmir vurğulayıb.
Muxalifet3 - 27-07-2018
ŞoK: Ermənistandan Türkiyəyə AÇIQ QAPI: “Bu şərtlə sərhədləri açarıq”
Ermənistan ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır.
Muxalifet.az-ın xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Sərhədi bağlayan tərəf Türkiyədir. Bizim tərəfdə sərhəd hər zaman açıq olub. Sərhədlərin açılması barədə Türkiyə qərar qəbul etməlidir. Ermənistan heç bir ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”, - deyə N. Paşinyan söyləyib.
Muxalifet3 - 27-07-2018
Trampın Moskvaya səfəri ilə bağlı - Açıqlama
ABŞ prezidenti Donald Tramp Moskvaya səfərə hazırdır.
Muxalifet.az xəbər verir ki, bunu Ağ Evin nümayəndəsi deyib.
Muxalifet3 - 27-07-2018
Bu faciə mənim boynumadır - Çipras
80-dan çox insanın ölümü ilə nəticələnən meşə yanğınları ilə bağlı siyasi məsuliyyət mənim boynumadır.
Muxalifet.az xəbər verir ki, bunu Yunanıstan Baş naziri Aleksis Çipras bildirib.
Xatırladaq ki, Yunanıstanın Baş naziri Aleksis Çipras yanğının təxribat nəticəsində başlaması ehtimalını istisna etməmişdi
Muxalifet3 - 27-07-2018
Konstitusiya Məhkəməsi Palatasının iclası keçirildi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, vətəndaş A.Dadaşovun məhkəmə aktlarından verdiyi şikayətə baxılaraq Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.Muxalifet3 - 27-07-2018
Azərbaycanla Misir arasında birbaşa reyslər niyə yubanır?
Azərbaycan və Misir arasında iqtisadi əlaqələr fevralda Qahirədə baş tutan hökumətlərarası komissiyanın iclasında imzalanmış sənədlər əsasında inkişaf etdirilir.
Muxalifet.az-ın xəbərinə görə, bunu Misirin Azərbaycana yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Əhməd İbrahim bu gün keçirilən mətbuat konfransında deyib.
Səfir bildirib ki, yaxın gələcəkdə iki ölkə arasında nazirlər səviyyəsində, eləcə də ali səviyyədə qarşılıqlı səfərlər gözlənilir və bu səfərlərin gerçəkləşdirilməsi üçün işlər görülür.Muxalifet3 - 27-07-2018
İtkin düşən çobanın meyiti nə vaxt təhvil veriləcək?
Zaqatalada itkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.
Muxalifet.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb relyefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb.Muxalifet3 - 27-07-2018
Varşavada etiraz dalğası: polislə nümayişçilər bir-birinə girdi
Polşanın paytaxtı Varşavada nümayişlər keçirilir.
Muxalifet.az xəbər verir ki, nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. Belə ki, tərəflər bir-birinə gözyaşardıcı qazdan istifadə edib.
Qeyd edək ki, bu ayın əvvəllərində Polşada Ali Məhkəməyə bağlı hakimlərin 65 yaşında təqaüdə çıxmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib. Bununla yanaşı, hakimlər prezidentə ərizə və sağlamlıq sənədi təqdim edərək vəzifələrinə davam edəcəklər. Bu qanuna etiraz edən Ali Məhkəmənin sədri Malqorzata Qersdorf yeni qanuna tabe olmağı rədd edib.
Muxalifet3 - 27-07-2018
Mettisdən Türkiyəyə xoş sözlər...
ABŞ ilə Türkiyənin hərbi əlaqələri yüksək səviyyədədir.
Muxalifet.az xəbər verir ki, bu fikirləri ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın sosial şəbəkədə keşiş Andru Kreyq Brunsonun azad edilməyəcəyi təqdirdə Türkiyəyə sanksiyaların tətbiq ediləcəyi barədə ifadələri qardaş ölkədə kəskin etirazla səbəb olub. Hazırda ev dustağı olan Andru Kreyq Brunson Türkiyədə terroru dəstəkləmək, FETÖ və PKK terror təşkilatları ilə əməkdaşlıq etmək və s. qanunazidd əməllərdə təqsirli bilinir.
Muxalifet3 - 27-07-2018
Ərdoğana "diktator" deyən aparıcı işdən çıxarıldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana "diktator" deyən tailandlı aparıcı vəzifədən uzaqlaşdırılıb.
Muxalifet.az xəbər verir ki, Tailandın "Dijital 28" televiziyası aparıcı Fitapfon Eariyaku işdən çıxardığını bəyan edib.
Qeyd edək ki, tailandlı aparıcı idman proqramlarından birində Məsud Özillə bağlı danışarkən Ərdoğanı "diktator" adlandırmışdı
Muxalifet3 - 27-07-2018