Axtarış

The search found 105839 results in 0.082 seconds.

Search results

  1. ​Ərdoğan Afrika səfərindən danışdı: Son gündə...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasının paytaxtı Yohannesburqda keçirilən BRİKS sammiti ilə bağlı fikirlərini Tvitter hesabında bölüşüb.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan görüşlər barədə məlumat verərək, Cənubi Afrika ilə Türkiyə münasibətlərinin yaxşılaşdırılması üçün bir çox müzakirələr apardığını bildirib.

    Muxalifet3 - 28-07-2018

  2. Rusiyanın hərbi bazasına hücum: PUA məhv edildi

    Suriyanın Hmeymim aviabazasında Rusiyaya məxsus havadan müdafiə sistemi naməlum pilotsuz uçuş aparatını məhv edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
     
     

    Muxalifet3 - 28-07-2018

  3. ​Amerikalılar “Putini xilas etdi” – Film

    ABŞ-da Rusiya prezidentinin amerikalılar tərəfindən xilas edilməsini əks etdirən bədii film çəkilib.
    Muxalifet.az xəbər verir ki, yeni film “Qatil ovçu” adlanıb. ABŞ sualtı gəmisinin ekipajından bəhs edən filmdə hadisələr əsasən Şimal Buzlu okeanda cərəyan edir. Belə ki, Şimal Buzlu okeanda xidmət aparan sualtı gəmi burada Rusiya Müdafiə Nazirliyinin prezidentə qarşı çevriliş hazırlaması barədə informasiya əldə edir. Çevrilişin Üçüncü Dünya Müharibəsi təhdidi yaradacağı üçün ekipaj Rusiya liderini xilas etmək haqqında qərar qəbul edir.

    Muxalifet3 - 28-07-2018

  4. ​Formula 1 üzrə Macarıstan Qran Prisinin kvalifikasiya yarışının qalibi Luis Hemilton olub

    "Mercedes" komandasının ingilis pilot Luis Hemilton "Formula 1" çempionatının 12-ci mərhələsi olan Macarıstan Qran-prisinin kvalifikasiya mərhələsinin qalibi olub. Muxalifet.az xəbər verir ki, güclü yağış yağmasına baxmayaraq, Hamilton 1 dəqiqə 35.658 saniyə ilə "Hungaroring" avtodromunda ən yaxşı dövrəsini keçib. Qalibdən azacıq geri qalan Valtteri Bottas (+0,260 saniyə) ikinci, finlandiyalı Kimi Raykonen (+0,528 saniyə) 3-cü, alman Sebastian Fettel (+0,552 saniyə) isə (hər ikisi "Ferrari" komandasının üzvü) dördüncü olub.

    Muxalifet3 - 28-07-2018

  5. ​Mingəçevirdə toyda kütləvi dava - YEVLAXLI QONAQ DÖYÜLDÜ

    Mingəçevirdə kütləvi dava olub.
     
    "Report" bildirir ki, hadisə şadlıq sarayının qarşısında baş verib.
     
    Belə ki, Yevlaxdan bu şəhərə toy mərasiminə gələn qonaqlar arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı Yevlax rayonu, Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Musayev Mikayıl Natiq oğlu döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib.
     
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet4 - 29-07-2018

  6. ​“ABŞ bizi qoyub YPG ilə anlaşdı” – TÜRKİYƏDƏN AÇIQLAMA

    ABŞ-ın Türkiyənin ünvanına səsləndirdiyi təhdidlər iki ölkənin münasibətlərinə yalnız zərər verir.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu sözlər Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalının “Deyli Sabah” qəzetindəki məqaləsində yer alıb.
     

    Muxalifet4 - 29-07-2018

  7. Köpək balığı insanlara hücum etdi - VİDEO

    Çin çimərliklərindən birində böyük köpək balığının insanlara hücumunun görüntüləri yayılıb.
     
    Publika.az xəbər verir ki, kadrlara görə, suyun dayaz hissəsinə çıxan köpək balığı özü çətin vəziyyətdə olmasına baxmayaraq, ətrafına toplaşan insanlardan ən azı birini tutmağa çalışır.
     
    Turistlər isə öz təhlükəsizliyi haqqında fikirləşmədən köpək balığının cəmi 2 metrliyində dayanmağa və onu çəkməyə davam edirlər.
     

    Muxalifet4 - 29-07-2018

  8. Dünyanın ən QORXUNC HƏBSXANASI: insan əti yeyən məhkum və... - FOTO

    Rusiyanın Qazaxıstanla sərhəddində yerləşən Black Dolphin” (Qara delfin) həbsxana haqqında eşidən hər kəs qorxur. Bu həbsxanadakı məhkumlar ölkənin ən dəhşətli cinayətini törətmiş insanlardır.

    Xarici media xəbər verir ki, həbsxana adamyeyənlər, dəfələrlə cinayət törətmiş şəxslər və terrorçularla doludur. Təxminən buradakı cinayətkarlar 3500 nəfərin ölümünə görə məsuliyyət daşıyır.

    Muxalifet4 - 29-07-2018

  9. ​Marsda evlər tikiləcək – VİDEO

    Amerika Milli Kosmik Agentliyi (NASA) Mars planetində astronavtlar üçün evin hazırlaması üzrə müsabiqənin finalçılarını seçib.
     
    “RİA-Novosti” agentliyi xəbər verir ki, birinci yer Arkanzas ştatından olan komanda tutub.
     
    Onların fikrincə, robotlar evin tikintisi üçün lazımlı resursları Marsda toplayacaqlar və evi 3D-printerlərinin köməyi ilə çap etmək mümkün olacaq. Müəlliflər iddia edirlər ki, bu texnologiya binanın sahəsini, həmçinin orada qalacaq insanlarının sayını artırmağa imkan verəcək.
     

    Muxalifet4 - 29-07-2018

  10. “Azərsu” keçmiş nazirdən 1200 manat istəyib – DANIŞIQLARDAN SONRA SUYU PULSUZ ALIB...

    Hökumət ildə bir neçə dəfə azərbaycanlıların evlərində su təchizatının yaxşılaşdığını bəyan edir. Kəndlərdə içməli su və kanalizasiya sistemi var, halbuki, əvvəllər orada mərkəzləşdirilmiş su kəməri olmayıb. İyulda "Azərsu" ASC bildirib ki, Bakıətrafı qəsəbələrin bəzisinin kanalizasiya və su təchizatı sistemlərinin yenidən qurulması üçün 3,5 milyon manat yönəldiləcək. "Azərsu" podratçılarla ümumi dəyəri 3 milyon 503,817 manat məbləğində 6 müqavilə bağlayıb. İşlər Mərdəkan, Buzovna, Bilgəh, Şüvəlan, Zabrat qəsəbələrində həyata keçiriləcək, "Azərsu"-dan bildiriblər.
     

    Muxalifet4 - 29-07-2018

  11. ​ABŞ Rahib Brunsonla bağlı açıqlama yaydı - "Türkiyə ilə danışıqlar..."

    ABŞ Dövlət Departamenti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ-ın dövlət katibi Mayk Pompeo arasındakı telefon danışığı ilə əlaqədar yazılı açıqlama yayıb. Türkiyə KİV-ləri xəbər verir ki, qurumun sözçüsü Hizer Nauert amerikalı rahib Andrey Kreyk Brunsonla bağlı məsələnin həlli üçün səyləri davam etdirəcəklərini bildirib. “Dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında rahib Andrey Kreyk Brunson məsələsi ilə bağlı telefon danışığı oldu.

    Muxalifet4 - 29-07-2018

  12. O nazirə Vətən xaini demək olarmı?

    Çoxları üçün o əsl Vətən xainidir.
     
    Onu müdafiə edənlər də çox azdır.
     
    Yoldaşları və silahdaşları da ona nifrət edirdi.
     
    Söhbət müsavatçı Məmməd Həsən Hacinskidən gedir.
     
    Məhz o işğala bir neçə gün qalmış ərizə yazaraq bolşeviklərə qoşuldu.
     
    Dostları Fövqəladə Komissiyanın (FK) zindanlarında işgəncə görəndə o məsul vəzifələrdə çalışırdı.
     
    Gəlin, lap əvvələ qayıdaq.
     
    Hekayəmiz Misirdə başlayır.
     

    Muxalifet4 - 29-07-2018

  13. ​““F-35”ləri tədarük etməkdən imtina ediblər” - Ərdoğan ABŞ-ı məhkəmə ilə hədələdi

    Ankara ABŞ-ın “F-35” tipli yeni nəsil qırıcı təyyarələrini Türkiyəyə tədarük etməkdən imtina edəcəyi təqdirdə beynəlxalq arbitraja müraciət edəcək.
     
    Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
     
    “Bizi hədələyirlər. Ortada nə baş verib ki, onlar “F-35”ləri tədarük etməkdən imtina ediblər. Verməyəcəksinizsə, biz beynəlxalq arbitraja müraciət edəcəyik”, - deyə Ərdoğan qeyd edib.
     

    Muxalifet4 - 29-07-2018

  14. Ərdoğan xəbərdarlıq etdi: ABŞ bizi itirə bilər

    ABŞ Türkiyə kimi güclü bir müttəfiqini itirə bilər.
    Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Mənim fikrimcə, bütün bunlar psixoloji müharibədir. Sanksiyalara görə geri addım atmayacağıq. Branson məsələsində sövdələşmə aparmamışıq”, - Ərdoğan bildirib.

    Muxalifet - 29-07-2018

  15. Meksikada dəhşət: 40 dinc sakin narkobaronların qurbanı oldu

    Meksikanın Qunaxuato ştatında son iki gün ərzində - iyulun 27-28-də 40 nəfər qətlə yetirilib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Aristegui Noticias” portalı məlumat yayıb.
    Portal qeyd edir ki, iyulun 27-də 19, iyulun 28-də isə daha 21 nəfər öldürülüb.
    Ölənlərin əksəriyyəti odlu silahdan açılan atəş nəticəsində həyatını itirib. Xəbərin müəllifləri onların narkobaronlar arasında nüfuz müharibəsinin qurbanı olduqalırını ehtimal edirlər.
    Bununla yanaşı Meksikanın digər ştatı Puebldə eyni vaxtda 6 polis əməkdaşı öldürülüb.

    Muxalifet - 29-07-2018

  16. Sürücülər turistlərə qiymət “oxuya” bilməyəcək – Bakıda yenilik

    Biz ölkənin yüksəlişinə çalışırıq, qeyri-neft sektorunun inkişafı üçün ölkəyə daha çox turist cəlb etməklə turizm sektorunu genişləndirmək istəyirik. Və Azərbaycan özünün bu məqsədinə müəyyən mənada çata bilib.
    Lakin hava limanından ölkəyə ilk addımını qoyan andaca aldadılan, ağac kölgəsini 5 manata satın alan turistlərlə bağlı da məlumatlar yayılır. Bu gün hava limanında düşüb, 5 manatlıq məsafəni 25 manata gedən turistlər taksi biabırçılığı ilə qarşılaşırlar.

    Muxalifet - 29-07-2018

  17. "Prezidentlər masa arxasına oturmalı və..." - Müharibənin dayandırılması üçün İKİ TƏKLİF

    “Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda sülhə görə Kremlin başçısı Vladimir Putinlə danışıqlar stoluna oturmalıdır”.
    Bunu ölkə mediasına müsahibəsində Ukraynanın birinci prezidenti Leonid Kravçuk bildirib.
    “Mən birinci dəfə deyil ki, bunu deyirəm: müharibəni dayandırmaq üçün Poroşenko və Putin bir masa arxasında oturmalıdır. Əgər Putin istəmirsə, onda Poroşenko bildirsin ki, “mən təklif edirəm, amma Putin istəmir”. Amma mən bilirəm ki, Rusiyanın iştirakı olmadan Donbasda sülhə gedən yolu tapmaq çox çətin olacaq”, - o dedi.

    Muxalifet - 29-07-2018

  18. ​Paşinyan Köçəryanı niyə həbs etdirdi? – GİZLİ DETAL

    "Paşinyan daxili siyasət faktorlarını nəzərə alır və çevriliş etmək imkanı olan adamları sıradan çıxarır".
    Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Köçəryan da çevriliş edə biləcək adamlardan idi:
    “Paşinyan indidən Köçəryana qarşı önləyici addımlar atır. Bu, bizim üçün də əslində maraqlıdır. Bu szərbaycanlıları da müəyyən dərəcədə qane edir. Çünki Azərbaycan xalqına qarşı cinayət, terror törədənlərin ən azından həbsdə yatması bizim üçün də müəyyən dərəcədə təsəllidir”.

    Muxalifet - 29-07-2018

  19. "Bu, nə qələtdir etmisən, ya çıx camaatdan üzr istə, ya da..." - Qarabağ qazisindən şairə sərt tələb

    Muxalifet.az mia.az-a istinadən xəbər verir ki, Dəyərli dostlar, məni və mənim doğma Cəbrayılımı tanıyan insanlar yaxşı bilir ki, bu bölgənin insanları necə adamlardır. Mən bir Azərbaycan türkü kimi bölgüçülüyün əleyhinə olan adamam. Cəbrayıl Qarabağın bir parçasıdır. 

    Muxalifet3 - 29-07-2018

  20. ​Tramp: Ən səfeh miqrasiya qanunları bizdədir

    ABŞ-ın miqrasiya qanunları dünyanın ən səfeh qanunlarıdır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
    “Sərhədimizi qanunsuz keçən miqrantları uşaqlarının olub-olmamasına görə müxtəlif cəzalar gözləyir. Məgər, bu miqrantlar uşaqları öz cılız məqsədləri üçün istifadə etmirlər?” - deyə dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 29-07-2018

Pages