Axtarış

The search found 105839 results in 0.074 seconds.

Search results

  1. ​SURİYADA DİPLOMATİYA HƏRBİ ÜSTƏLƏYİR –Moskva bütün tərəflər üçün sərfəli vasitəçiyə çevrilib - TƏHLİL

    Aleksandr Xlebnikov
    “Middle East Eye”

    Muxalifet - 25-07-2018

  2. ​Ronaldodan sonra Messi də İtaliya yolunda

    İtaliyanın “Yuventus” klubunun portuqaliyalı Kriştiano Ronaldonu heyətinə qatmasından iştaha gələn “İnter” də Lionel Messini transfer etməyə çalışır.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Pirelli” şirkətinin rəhbəri Marco Tronchetti Provera söyləyib:
    “Suning Group feyr pley məsələsini həll edərək böyük bir transferə imza ata bilər. Məsələn, Messiyə kim yox deyə bilər?”
    Qeyd edək ki, “Suning Group” “İnter” klubunun səhmlərinin 68,55 faizinə sahibdir.

    Muxalifet - 25-07-2018

  3. ​49 yaşlı Cennifer Lopez - Foto

    Ötən gün məşhur müğənni və aktrisa Cennifer Lopezin 49 yaşı tamam olub.
    Muxalifet.az “Spletnik”ya istinala xəbər verir ki, Ceylo doğum gününü ailə üzvləri və dostları ilə birlikdə keçirib.
    Ad günündə sevgilisi Aleks Rodriqez də Cenniferi tək buraxmayıb. Lopez şənlikdən fotoları İnstaqram səhifəsində paylaşıb.

    Muxalifet - 25-07-2018

  4. ​Türkiyədə həbsdə olan amerikalı pastor ev dustaqlığına buraxıldı

    Türkiyədə həbsdə olan amerikalı rahib Endryü Branson (Andrew Brunson) haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.
    APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, İzmir 2-ci Ağır Cəza Məhkəməsi bu gün A. Bransonun işi ilə bağlı toplaşaraq yeni qərar qəbul edib. Məhkəmə A. Branson barəsində həbs tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib.

    Muxalifet - 25-07-2018

  5. ​“Qarabağ”ın bugünkü oyunu canlı yayımlanacaq? - Açıqlama

    “Qarabağ” bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Kukesi” ilə Albaniyadakı oyunun teleyayımında yaranmış problemlə əlaqədar bəyanat yayıb. Teleqraf.com klubun rəsmi saytına istinadla xəbər verir ki, “Kukesi”-“Qarabağ” matçının ölkəmizdə yayımlanması üçün heç bir telekanalımız qarşı tərəflə razılaşmayıb: “Azarkeşlərimizin istəyini nəzərə alan klub rəhbərliyimiz və sponsorumuz “Azərçay” yayım məsələsini öz üzərinə götürüb və Albaniya telekanalıyla danışıqlara başlayıb. Hazırda da danışıqlar davam edir, ilk mərhələdə baş tutan danışıqlar uğurlu alınıb.

    Muxalifet - 25-07-2018

  6. ​Türk qırıcıları İraqın şimalını bombaladı

    Türkiyə hərbi hava qüvvələrinə məxsus qırıcılar İraqın şimalını bombalayıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
    Xəbərə əsasən, Hakkarinin Yüksekova qəsəbəsində, İraq sərhədindən daxil olmaq istəyən 4 PKK terrorçusu öldürülüb.

    Muxalifet - 25-07-2018

  7. ​Bakıda tozun miqdarı normadan 4 dəfə yuxarıdır

    Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 4 dəfə yuxarıdır.
    Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən məlumat verilib.
    Məlumatda bildirilib ki, buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz-dumanının daxil olmasıdır.
    Qeyd edək ki, atmosferdə müşahidə olunan toz iyulun 27-dək davam edəcək.

    Muxalifet - 25-07-2018

  8. ​“Putin heç vaxt dostumuz olmayacaq” – ABŞ

    ABŞ Rusiya və onun prezidenti Vladimir Putinə heç vaxt güvənməyib, heç vaxt da güvənməyəcək.
    Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
    “Rusiya və Putinə güvənmirik, heç vaxt da güvənməyəcəyik. Heç vaxt bizim dostumuz olmayacaqlar. Bu, adi bir həqiqətdir”, - deyə amerikalı diplomat qeyd edib.
    ABŞ Prezidenti Donald Tramp və Vladimir Putin arasında Finlandiyada keçirilmiş görüşün əhəmiyyətli olduğunu bildirən Nikki Heyli görüşü uzun vaxtdır gözlədiklərini diqqətə çatdırıb.

    Muxalifet - 25-07-2018

  9. “Evimi bank, pulumu dostum, uşaqlarımı həyat yoldaşım aldı...” - Azərbaycanlı rejissorun qandonduran DRAMI

    “İki diplomum var. Kiyevdə Xarici İşlər Akademiyasını bitirmişəm. Sonra Moskvada rejissorluq diplomu aldım. Sovet dövrünün sonlarında Rusiyada əks-kəşfiyyat xidmətində işlədim. Günlərin bir günü Vətənimə qayıdıb burada fəaliyyətimi davam etdirmək qərarı verdim. Ailəmi də götürüb gəldim. Azərbaycana qayıdıb burada biznes fəaliyyəti ilə məşğul olmağa başladım. Uzun illər bizneslə məşğul oldum. Sonra ağdamlı şərikim mənə 182 min dollar pul atdı. Evim, mülküm, hər şeyim əlimdən çıxdı. 8 ildir ailəmi görə bilmirəm. 8 aydır ki, küçələrdəyəm”.

    Muxalifet4 - 25-07-2018

  10. Cahangir Əsgərovdan hava limanında milli brendə QADAĞA - FOTOLAR

    Hava limanında “Azərçay”ın satışı dayandırılıb.

    Neft və qazdan sonra xaricə ən çox istehsal edilən məhsullarımızdan biri də “Azərçay”dır.

    Muxalifet.az bildirir ki, yenicag-in əldə etdiyi məlumata görə, Heydər Əliyev adına Hava limanında 10 gündən çoxdur ki, “Azərçay”a məxsus stend götürülüb, Duty Free və digər mağazalarda çayın satışı qadağan edilib.

    Hava limanında işləyən satıcıların bildirdiyinə görə, rəhbərlik “Azərçay”ın satışına qadağa qoyaraq hava limanında yalnız İngiltərə istesalı olan çay məhsullarının satılmasına icazə verib.

    Muxalifet4 - 25-07-2018

  11. ​Sinqapurda Özili cangüdən ordusu qorudu – Foto

    Londonun “Arsenal” klubunun ulduz futbolçusu Məsud Özil komandası ilə birlikdə turnirdə iştirak etmək üçün Sinqapura səfər edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, səfər çərçivəsində azarkeşlər üçün təşkil olunan tədbirin sonunda Məsud Özilin ətrafındakı cangüdənlərin çoxluğu diqqətdən yayınmayıb. Ulduz futbolçunu bir tərəfdən klubun cangüdənləri, digər tərəfdən isə yerli təhlükəsizlik əməkdaşları mühasirəyə alıb.

    Muxalifet - 25-07-2018

  12. İsmayıllıda otlaq sahəsində naməlum kişi meyiti tapıldı

    İsmayıllı rayonu Namazgah kəndinin ərazisində naməlum kişi meyiti tapılıb.
    APA-nın yerli bürosunun xəbərinə görə, Namazgah kəndində yaşayan Atayev Elşad İkram oğlu və Babayev Elməddin Əfqan oğlu xırdabuynuzlu heyvanları Namazgah və Bağəli kəndləri ərazisində otarmağa apararkən orada çürümüş insan meyiti görüblər və bu barədə dərhal polis şöbəsinə məlumat veriblər.

    Muxalifet - 25-07-2018

  13. Baş redaktor məhkəmə zalından azadlığa buraxıldı

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən “İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. “Report”un xəbərinə görə, hakim Zeynal Ağayevin sədliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıb. İttihamda qeyd olunub ki, A.Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul almaqda ittiham olunur.

    Muxalifet4 - 25-07-2018

  14. ​İyulun 30-dan ali məktəblərə ixtisas seçimi başlayır

    Dövlət İmtahan Mərkəzi ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.
    DİM-in mətbuat xidmətindən Muxalifet.az-a verilən xəbərə görə, abituriyentlər Mərkəzin regional bölmələrində, Azərbaycan Universiteti və Qərbi Kaspi Universitetində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. 

    Muxalifet - 25-07-2018

  15. Vahid Ələkbərovun Bakıdakı YDM-lərində kütləvi oğurluq - VİDEO

    Bakının Nizami rayonunda, “Su səsi” restoranı ilə üzbəüz yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsində yanacaq çəninin maksimal tutumu 55 litr olan və çənində təqribən 7-8 litr yanacaq qalan  “Hyundai” İX35 avtomobilinə bu gün səhər saatlarında 57 litr yanacaq vurublar. Bu faktla virtualaz.org saytının əməkdaşı qarşılaşıb. Yanacaqdolurma məntəqəsinin operatoru  absurd vəziyyəti izah edə bilməyib və aldadılma faktının olduğunu inkar edib.

    Muxalifet4 - 25-07-2018

  16. SABAH ERMƏNİ MÜĞƏNNİ BAKIYA GƏLƏCƏK? – “Bu boyda sayqısızlıq olmaz”

    Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir.

    “Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edəcəklər.

    Muxalifet4 - 25-07-2018

  17. ​3000 rus əsgəri Ermənistanda AYAĞA QALXDI - Qarabağda payız müharibəsinə HAZIRLIQ

    Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının hərbiçiləri “Kamxurd” və “Alaqyaz” poliqonunda hərbi təlimlər keçirir. Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, təlimlər 23 iyuldan 28 iyula qədər davam edəcək. Təlimlərdə 3000-dən çox hərbi qulluqçu və 500 hərbi texnika iştirak edir. Təlimlərin miqyası böyük qiymətləndirilir. Ermənistan mediası Rusiyanın bu təlimlərini payızda Dağlıq Qarabağda gözlənilən mümkün eskalasiya ilə bağlı olduğunu yazır.

    Muxalifet - 25-07-2018

  18. ​Gürcüstanda Zavodda partlayış olub, 5 nəfər xəsarət alıb

    Bu gün günorta saatlarında Gürcüstanın Kutaisi şəhərində yerləşən Çuqunəritmə zavodunda güclü partlayış olub.
    “Report”un Gürcüstan bürosu xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ağır xəsarət alıb.
    Gürcüstan Fövqəladə Halları Xidmətindən bildirilib ki, partlayış nəticəsində zavodun dəmir konstruksiyası dağılıb və yanğın baş verib. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub. Yanğın lokallaşdırılıb və alovun tam söndürülməsi davam etdirilir.
    Gürcüstanın müvafiq strukturları hadisəsinin səbəblərini araşdırır, faktla bağlı cinayət işi başlanılıb. 

    Muxalifet - 25-07-2018

  19. ​Nabranda bir ailənin 4 üzvü dənizdə batdı

    Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.
    APA-nın məlumatına görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.
    Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.

    Muxalifet - 25-07-2018

  20. ​Adnan Oktarın evindən çıxan silahlar

    İstanbul polisi Türk İslam Camaatı lideri Adnan Oktarın evindən çıxan silahları mediaya təqdim edib. Lent.az "Demirören" xəbər agentliyinə istinadən xəbər verir ki, camaat rəhbərinin evindən 17 ədəd müxtəlif ölkələrin istehsalı olan tüfənglər, avtomatlar, eləcə də 70 ədəd tapança aşkar edilərək götürülüb.
    Maraqlı məqam ondan ibarətdir ki, silahların əksəriyyətinin lisenziyası var. Hətta aşkarlanan silah-sursat içərisində polislərin istifadə etdiyi simsiz rabitə vasitəsinin olduğu da bildirilir.

    Muxalifet - 25-07-2018

Pages