Axtarış

The search found 105839 results in 0.074 seconds.

Search results

  1. ​Fransadan Türkiyəni hiddətləndirəcək etiraf: “BİZ TƏLİM VERİRİK”

    PKK terrorçularını yetişdirklərini etiraf elədilər
    Hurriyyet.org xəbər verir ki, ABŞ-ın lideri olduğu İŞİD-ə qarşı koalisuyanın məsul şəxsi, fransız general Frederik Parisot Suriyadakı əməliyyatlardan sonra əllərindəki torpaqları nəzarət altında saxlamaq üçün “Şimali Suriya Müdafiə Qüvvələrinə (SDQ adından istifadə edən YPG/PKK)” təlim verdiklərini söyləyib.
    Fransız general Parisot, video konfrans vasitəsilə ABŞ Müdafiə Nazirliyi ilə əlaqə yaradaraq, Suriya və İraqda İŞİD-ə qarşı aparılan əməliyyatlarla bağlı çıxış edib.

    Muxalifet - 25-07-2018

  2. ​Rusiya təhlükəli gəmi hazırlayır

    Rusiya “Şkval” sinfinə aid yeni esmines hazırlayır.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Militari Voç” jurnalı yayıb. Jurnal bu gəminin çoxlu sayda ağır silahlarla təchiz ediləcəyini bildirib.
    Gəmidə S-500 və S-350 zenit-raket komplekslərinin dəniz üçün nəzərdə tutulan variantının yerləşdiriləcəyi açıqlanıb. Bundan başqa, gəminin “Xəncər”, “Sirkon” hipersionik raketləri, “Kalibr” qanadlı raketləri, “Redut” və Pantsir-M zenit komplekləri ilə təchiz ediləcəyi bildirilib.
     

    Muxalifet - 25-07-2018

  3. ​Saxta Çin peyvəndləri AŞKARLANDI: SƏN DEMƏ...

    Çinin “Çangçun Çangşeng Life Sciences” şirkəti saxta peyvənd istehsal edib. Publika.az xarici mediaya istinadən xəbər ki, şirkətin 15 rəsmisi saxtakarlıq və standartlara uyğun olmayan məhsul istehsal etdiklərinə görə saxlanılıb. Çin mediasının yazdığına görə, ölkənin Qida və Dərman İdarəsi müfəttişləri bununla bağlı araşdırma aparıb. Şirkətin quduzluğa qarşı olan peyvəndləri soyudaraq mühafizə edilməsi və qurudulması prosesində parametrləri pozduğu məlum olub.

    Muxalifet - 25-07-2018

  4. Kolleclərə ixtisas seçimi başladı

    Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi başlanıb. 
    Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, ixtisas seçimi iyulun 25-dən avqustun 6-dək internet vasitəsilə həyata keçirilir.

    Muxalifet - 25-07-2018

  5. ​“BİZ REKLAM ETMƏYİ SEVMİRİK” - Türkiyədən Amerikaya CAVAB

    Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyinin əməkdaşı Başak Yalçın başda ərəb ölkələri olmaqla, heç Türkiyənin də ABŞ qədər Fələstinə yardım eləməmələri ilə bağlı Amerika tərəfindən səsləndirilən tənqidə “Biz humanitar və inkişaf üçün yardımlarımızın reklamını edən və bu məsələ ilə bağlı özümüzü öyən millət deyilik. Fələstin və fələstinli qaçqınlara etdiyimiz yardımlar UNRWA təşkilatına töfhələrimizlə məhdudlaşmır.

    Muxalifet - 25-07-2018

  6. Nazirin irqçi çıxışına təpki - TƏBRİZ AYAĞA QALXDI

    İranın Təhsil naziri Məhəmməd Bəthayinin məktəblərdə Azərbaycan və qeyri-fars dillərin tədrisinin qadağan edilməsi ilə bağlı qərarı ilə əlaqədar Güney Azərbaycanda başlayan etirazlar davam edir. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, nazirə etiraz olaraq, Təbriz şəhərinin müxtəlif istiqamətlərində küçə və prospektlərdən posterlər asılıb. Posterlərdə təhsil nazirinin irqçi fikirlərini pisləyən şüarlar əks olunub. İran hakimiyyətindən məktəblərdə Azərbaycan-türk dilinin tədris olunması tələb olunub.

    Muxalifet - 25-07-2018

  7. ​Lukaşenko Belarusun qapılarını Qərbin üzünə açır - Ölkəyə vizasız səfər müddəti 5 gündən 30 günədək uzadılıb

    Belarus ölkəyə vizasız səfər müddətini 5 gündən 30 günədək uzadıb. Minsk bildirir ki, bundan məqsəd ölkəyə daha çox turistin cəlb edilməsidir.
    Prezident Aleksandr Lukaşenko iyulun 24-də 39 Avropa ölkəsi də daxil 80 ölkədən Belarusa gələn qonaqların vizasız səfər müddətini 30 günə çatdıran fərman imzalayıb. Bura Birləşmiş Ştatlar, Avstraliya və Yaponiyadan gələn turistlər də daxildir.
    Fərman qüvvəyə dərc edildikdən sonra minəcək.
    Fərmanda deyilir ki, bu addımdan məqsəd Belarusun turizm sektorunun inkişaf etdirilməsidir.

    Muxalifet - 25-07-2018

  8. Emmanuel Makronun başı cangüdəni ucbatından dərddə

    1 may nümayişçisinə qoçuluq edən Aleksandr Benalla şefini pis vəziyyətdə qoyub

    Muxalifet - 25-07-2018

  9. ​Sabiq icra başçısı MƏHKƏMƏDƏN vaxt istədi

    Ağcabədi rayonunun sabiq icra başçısı Münsif Səfərov və onunla birgə ittiham olunan Rüstəm Bayramovun barələrindək cinayət işi üzrə məhkəmə prosesi davam edib.
    Muxalifet.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə sabiq başçısı çıxış edib. O, zərərçəkmişə dəymiş ziyanın ödənilməsi üçün məhkəmədən bir qədər vaxt istəyib. Məhkəmə ona dəymiş ziyanın ödənilməsi üçün sonuncu dəfə vaxt verib.
    Məhkəmə prosesi qeyri-müəyyən günədək təxirə salınıb.

    Muxalifet - 25-07-2018

  10. Messi DÇ-2018-in rəmzi komandasından kənarda qaldı

    FIFA Rusiyada keçirilən dünya çempionatının rəmzi komandasını açıqlayıb. "Report"un qurum saytına istinadən verdiyi məlumata görə, azarkeşlər tərəfindən aparılan səsvermədə ən çox səsi Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarmmüdafiəçisi Luka Modriç toplayıb.

    Muxalifet - 25-07-2018

  11. Bəylər Eyyubovun qardaşı oğlu yüksək vəzifəyə təyin edildi

    Daxili işlər orqanlarında yeni təyinat olub.

    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

    Muxalifet4 - 25-07-2018

  12. ​Sabahın hava proqnozu

    Bakıda və Abşeron yarımadasında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 25-07-2018

  13. ​PAŞİNYAN DA BAKINI TƏHDİD ETDİ – “Ermənistanın Azərbaycanın strategiyasına cavabı…”

    Ermənistanın Azərbaycanın strategiyasına cavabı adekvat olacaq.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib. Paşinyanın sözlərinə görə, guya yalnız erməni tərəfi konfliktin sülh yoluyla həllinin tərəfdarıdır.
    Qeyd edək ki, son günlər Ermənistandan Azərbaycana qarşı təhdid xarakterli mesajların sayı artıb. Dünən qondarma rejimin silahlı terrorçularına rəhbərlik edən Levon Mnatsakanyan da Azərbaycanı təhdid edərək, Mingəçevir Su Elektrik Stansiyasını vura biləcəklərini deyib.

    Muxalifet4 - 25-07-2018

  14. ​TACİKİSTAN RUSİYAYA NOTA VERDİ – Cinayətkarı cəzalandırın...

    Tacikistan Moskva ətrafındakı Serpuxov rayonunda qətlə yetirilən 5 yaşlı qızın ölkə vətəndaşı olduğunu təsdiqləyib. Rəsmi Düşənbə hərtərəfli istintaq aparılması və cinayətkarın ciddi şəkildə cəzalandırılması üçün Rusiya Xarici İşlər Nazirliyinə nota verib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Tacikistan XİN-in bəyanatında bildirilib.

    Muxalifet - 25-07-2018

  15. “Azərbaycanda ermənilərə bağlı olan təbəqə cəmiyyətə təsir edir..." – AKİF NAĞI

    “Azərbaycan cəmiyyətini mənəviyyatsızlaşdırmaq istəyirlər” 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına erməni əsilli müğənni Zara Mgoyanın da qatılacağı gözlənilir. Hansı ki, haqlı olaraq erməni müğənnisinin Bakıya gəlməsi sosial şəbəkədə və ictimaiyyət arasında kəskin etirazla qarşılanıb. İnsanlar sözügedən konsertin ləğv edilməsini tələb edir və erməni müğənnisinin Bakıya gələrək konsert verməsini şəhid ailələrinə və şəhidlərimizin ruhuna qarşı hörmətsizlik hesab edirlər.

    Muxalifet4 - 25-07-2018

  16. ​Dövləti xərçəng xəstəliyinə yoluxdurmaq olmaz! – ELDAR SABİROĞLU YAZIR

    Gizlətməklə iş düzəlməz. Etiraf edin ki, anlaşılması çətin olan bir məmləkətdə ömür sürürük. Qanunları ucuzlaşdıra-ucuzlaşdıra son mənzilə yaxınlaşdırırıq. Niyə belə olur? Axı, qanun dövlətin qan damarıdı. Bu qana çirkab qatıb dövləti xərçəng xəstəliyinə yoluxdurmaq olmaz! Yıxılar, sonra müalicəsinə dərman tapılmaz.
    Yolun yarısından çoxunu getsəniz də geri dönməyə hələ ki vaxt tam tükənməyib.
    Sözlərim anoloqu olmayan, həm də "siyasi uzaqgörənlikləri" sirkə küpəsi tək qıcqıran "idioloqlarımıza" xoş görünməyəcək.

    Muxalifet4 - 25-07-2018

  17. Avtobus sürücüsünün sükan arxasında narkotikdən istifadə etdiyi an - YENİLƏNİB - VİDEO

    Muxalifet.az minval.info-ya istinadən 202 saylı marşurut xətti ilə hərəkət edən avtobus sürücüsünün narkotikdən istifadə etdiyi anın görüntülərini təqdim edir.

     

    ***

    Muxalifet4 - 25-07-2018

  18. ​Akşənər mövqeyini açıqladı – “QƏRARIM QƏTİDİR”

    Maral Akşənər istefasından sonra İYİ Partiyasının qurultayında namizəd olub-olmayacağına bir daha aydınlıq gətirib. Muxalifet.az xəbər verir ki, bu barədə siyasətçi Tvitter hesabında yazıb. “Dəyərli əqidə yoldaşlarım, qurultayımızda namizəd olmamaq barədə qərarım qətidir”, - Akşənər bildirib. Qeyd edək ki, ötən həftə M.Akşənər İYİ Partiyası sədrliyindən istefa verdiyini bildirmişdi.

    Muxalifet4 - 25-07-2018

  19. ​"İçib oturur traktora, düşünür ki..." - YPX-nin şöbə rəhbəri

    May ayının 1-dən bu günə qədər kənd təsərrüfatı nəqliyyat vatisələri ilə 13 hadisə baş verib. Nəticədə 13 nəfər ölüb, 10 nəfər yaralanıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Bakı Dövlət Yol Polisi İdarəsi Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.
    Kamran Əliyev kənd təsərrüfatı nəqliyyatı vasitələrinin yollarda hərəkət qaydalarını pozmasının yaratdığı problemlərdən də danışıb:

    Muxalifet - 25-07-2018

  20. ​"Çeçen camaatı"na qoşulan Hüseynova hökm oxundu

    Suriyada qanunsuz silahlı birləşmələrdə döyüşməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. O, Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edilib.
    Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşməkdə təqsirli bilinən Rufan Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
    Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
    İttihamda yazılır ki, Rufan Hüseynov 2014-2015-ci ildə Suriyadakı qanunsuz silahlı birləşmələrin təlimlərində iştirak edib.

    Muxalifet - 25-07-2018

Pages