Axtarış
The search found 105839 results in 0.068 seconds.
Search results
Düz bağırsağından 100 qram narkotik çıxdı
Gömrükçülər narkotik vasitə aşkarlayıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb.Muxalifet3 - 24-07-2018
Çavuşoğlu Bakıda FETÖ-dan danışdı: Onların məktəbləri...
“Bu gün Avropa Şurasında və AŞ PA-da nələr olur, haraya doğru gedirik? Bu günki görüşümüzdə Səməd Seyidov da iştirak edirdi. Onunla da bu istiqamətdə müzakirə apardıq. Bu təşkilatda irqçilik və xarici düşmənçilik kimi meyillər baş qaldırıb. Biz bu istiqamətdə birgə əməkdaşlığı müzakirə etdik”, - deyə Çavuşoğlu bildirib.
O, sentyabr ayında Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasının keçiriləcəyini vurğulayıb:Muxalifet3 - 24-07-2018
İsrailin vurduğu qırıcının pilotu öldü - Yeniləndi
Vurulan qırıcının bir pilotu ölüb, digərinin taleyi isə naməlumdur.
Bu barədə Suriya hərbi dairələri məlumat yayıb.
Muxalifet3 - 24-07-2018
İlham Əliyev yunan həmkarına başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev yunanıstanlı həmkarı Prokopis Pavlopulosa başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.
Muxalifet3 - 24-07-2018
Nazirlik bu yaşıllıq sahəsini himayəyə götürdü
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Yasamal rayonu Şərifzadə küçəsi 130A ünvanında mənşəyi məlum olmayan maddə ilə qəsdən qurudulmasına cəhd göstərilən yaşıllıq sahəsi himayəyə götürülüb.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, nazirlik tərəfindən yaşıllıq sahəsinə münbit torpaq və gübrə gətirilib, 21 ağacın qurumasının qarşısının alınması üçün ağaclara aqrotexniki qulluq göstərilib.
Xatırladaq ki, iyulun 23-də Yasamal rayonu, Şərifzadə küçəsi 130A ünvanındakı yaşıllıq ərazidə ağacların dibinə mənşəyi məlum olmayan maddə tökülüb.Muxalifet3 - 24-07-2018
Trampla Putin yenidən razılaşdı - Görüş
ABŞ lideri Donald Trampla rusiyalı həmkarı Vladimir Putin yeni görüşün zəruriliyi ilə bağlı razılığa gəlib.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
O bildirib ki, bununla bağlı detallar hələ ki, məlum deyil.
Muxalifet3 - 24-07-2018
"Azərenerji" "Azərişıq"ı təkzib etdi: Sabah işıq olacaq...
“Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən bəzi Kütləvi İnformasiya Vasitələrində Abşeron rayonu Masazır qəsəbəsi ərazisində “Azərenerji” ASC-nin balans mənsubiyyətində olan 110 kV-luq elektrik verilişi xətlərində aparılan təftişlə əlaqədar enerji təminatında yaranacaq fasilə ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda deyilir.Muxalifet3 - 24-07-2018
Yunanıstan matəm elan etdi: 70 ölü - Video
Yunanıstanda meşə qurbanlarının sayı 74-ə çatıb.
Bu barədə TASS məlumat yayıb.
Muxalifet3 - 24-07-2018
Rusiya qərb cəbhəsini gücləndirir: NATO təhlükəsi...
2016-cı ildən bu yana Rusiyanın Qərb Hərbi dairəsində 70-dən çox hərbçinin olduğu birlik yaradılıb. Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. “Qərb strateji istiqamətində daim dəyişən durum birliklərimizin savaş qabiliyyətini və dislokasiyasını daim yenilənməsini tələb edir. 70-dən çox əsgərin olduğu diviziya üçün hər cür struktur formalaşdırılıb”, - nazir bildirib.
Muxalifet3 - 24-07-2018
SON DƏQİQƏ: Ərdoğandan ABŞ-a ölümcül zərbə vuracaq BÖYÜK GEDİŞ
ABŞ-ın qlobal ticarət müharibəsinə başlamasından sonra BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) milli valyuta ilə ticarət aparmaq üçün hərəkətə keçdi.
Muxalifet.az xəbər verir ki, BRİKS-in növbəti sammiti iyulun 25-27-də Yohannesburqda keçiriləcək. Rusiya sammitə Türkiyəni də dəvət edib. Ərdoğanın sammitdə iştirak edəcəyi BRİKS ölkələrinin ABŞ-la qarşıdurmasında ən diqqət çəkən məqamdır.
Muxalifet3 - 24-07-2018
İsraildən Suriya açıqlaması: Dözməyəcəyik
İsrail son günlər Suriya ilə sərhəddə ordunu yüksək hazırlıq vəziyyətində saxlayır və bu ölkədən hökumət, yaxud müxalifət qüvvələrinin təxribat cəhdlərinə dözməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri İsrail ordusunun nümayəndəsi Conatan Konrikus deyib.
Onun sözlərinə görə, vurulan Suriya qırıcısının cənub-qərb torpaqlarının qaytarılması əməliyyatında iştirak edib-etməməsi araşdırılır.
Qeyd edək ki, bu gün İsrail Suriya qırıcısını vurub.
Muxalifet3 - 24-07-2018
İdmançımız Avropa çempionu oldu
Rumıniyanın Kluj-Napoka şəhərində keçirilən gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatı başa çatıb.
Muxalifet.az xəbər verir ki, 44 ölkədən idmançıların iştirak etdikləri çempionatda Azərbaycan millisinin üzvü Ning Jing şəxsi oyunlarda bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub.
Beləliklə, idmançımız ikinci dəfə gənclər arasında Avropa çempionu titulunu qoruyub.
Muxalifet3 - 24-07-2018
Rusiya şərtini açıqladı: ABŞ Suriyada o halda qala bilər ki...
ABŞ-ın Suriyada hərbi əməliyyatları davam etdirmək üçün heç bir qanuni səbəbi yoxdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
“ABŞ yalnız miqrantların geri qayıtması üçün Moskva və Dəməşqlə razılaşma əldə edəcəyi halda, Suriyada hərbi mövcudluğunu qoruya bilər”, - deyə sözçü bildirib.
Muxalifet3 - 24-07-2018
Sinayda 13 terrorçu məhv edildi
Misir Silahlı Qüvvələrinin Sinay yarımadasında keçirdiyi əməliyyat nəticəsində 13 terrorçu məhv edilib.
Muxalifet.az xəbər verir ki, əməliyyat Əl-Əriş şəhərində evlərdən birində baş tutub.
Məlumata görə, mənzildə terrorçuların olması ilə bağlı hüquq-mühafizə orqanları informasiya əldə edib və bundan sonra hərbçilər hərəkətə keçib.
Ərazidən həmçinin müxtəlif çaplı silahlar da götürülüb.
Muxalifet3 - 24-07-2018
Azərbaycanda Çili səfirliyi açılacaq
Latın Amerikasının Azərbaycanda iştirakının günü-gündən artan aktivliyi bizi sevindirir.
Muxalifet.az-ın xəbərinə görə, bunu Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo ölkəsinin milli günü münasibətilə keçirilən tədbirdə deyib.
Xanım Qalindo artıq keçən il Azərbaycanda Peru səfirliyinin açıldığını xatırladıb və bildirib ki, bu ilin ikinci yarısında Bakıda Çili səfirliyinin açılışı gözlənilir.
Muxalifet3 - 24-07-2018
Trampın Rusiya qorxusu: 2018-ci ildə...
2018-ci il Konqresə keçiriləcək seçkilərdə Rusiyanın demokratlara yardım edəcəyindən narahatam.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.
“Heç bir prezident mənim qədər Rusiya ilə sərt olmayıb. Ona görə də ruslar bütün gücləri ilə demokratlara yardım etməyə çalışacaqlar. Onlar Trampı istəmirlər”, - deyə dövlət başçısı bildirib.
Muxalifet3 - 24-07-2018
MN-dən Ermənistana SƏRT CAVAB: “Ermənistanı xəritədən silə bilərik...”
Azərbaycan Müdafiə Nazirliyi qondarma “dqr müdafiə naziri” Levon Mnatsakanyanın Mingəçevir SES-in vurulacaq hədəflər sırasına daxil edildiyi barədə bu günkü bəyanatlarına cavab verib.
Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a daxil olan bəyanatda deyilir ki, son günlər Ermənistan mətbuatının təhlilinə əsasən bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur.
Muxalifet3 - 24-07-2018
Mədət Quliyev Gəncə hadisələrindən danışdı
İyulun 24-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
Muxalifet3 - 24-07-2018
Rusiya Səudiyyəni geridə qoydu
Rusiya may ayında təqribən 10,6 milyon barel ton neft hasil edərək Səudiyyə Ərəbistanını geridə qoyub.
Muxalifet.az xəbər verir ki, bu barədə “Rosstat” məlumat yayıb.
Bildirilib ki, həmin dövrlə müqayisədə Səudiyyə isə 9.99 barel ton neft hasil etməyə müvəffəq olub.
Bundan əlavə, OPEK ölkələrinin sözügedən ayda hasil etdiyi 31,9 ton barrel neftin yalnız 4,5-ni İraq verib.
Muxalifet3 - 24-07-2018
Trampdan İrana mesaj: Yeni sazişə hazırıq...
İranın nüvə proqramı ilə bağlı əsl saziş imzalamağa hazırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Kanzasda veteranlar qarşısında çıxışı zamanı deyib.
“İran artıq o ölkə deyil... Görək, sonra nə baş verəcək. Lakin biz yeni və əsl sazişə hazırıq. Keçmiş adminitrasiyanın əldə etdiyi razılaşma isə bədbəxtlik idi”, - deyə Ağ Ev rəhbəri bildirib.
Muxalifet3 - 24-07-2018