Axtarış

The search found 105839 results in 0.152 seconds.

Search results

  1. ​Terrorçular Bakını təhdid etdi: “MİNGƏÇEVİRİ VURACAĞIQ”

    Ehtiyac yaranacağı təqdirdə Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirəcəyik.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Xankəndidə jurnalistlərə açıqlamasında Qarabağın silahlı terrorçularının rəhbəri Levon Mnatsakanyan deyib. Onun sözlərinə görə, Mingəçevir SES erməni ordusunun əsas hədəfləri sırasında yer alıb:
    “Hərb sənəti bu cür ərazilərə və hərbi obyektlərə zərbə endirilməsini tələb edir. Bu, düşmən ordusunu təminat imkanlarından məhrum edəcək, iqtisadiyyata zərbə vuracaq. Bu obyekt bizim planlarımıza daxildir”.

    Muxalifet - 24-07-2018

  2. Quantanamo məhkumu saxta pasportla Türkiyəyə qaçdı - FOTOLAR

    Uruqvayda yaşayan keçmiş Qantonamo məhkumu Cihat Diyabın ötən ay saxta pasportla ailəsinin yaşadığı Türkiyəyə qaçdığı aşkara çıxıb. Türkiyəyə gəldikdən sonra pasportunun saxta olduğu üçün ölkədən çıxarılan Diyab barəsində Uruqvay mətbuatı onun bu ölkənin pasportundan istifadə eləmədiyini, bunun səbəbinin isə bundan əvvəl Türkiyəyə gəlmək müraciətlərinin rədd edilməsi olduğunu yazıb.

    Muxalifet4 - 24-07-2018

  3. “Suriyanın Menbiç bölgəsində yeni bir mərhələyə başlayırıq” - Ərdoğan

    “Fərat qaxlanı” və “Zeytun budağı” əməliyyatı nəticəsində 4 min kv km-ə yaxın ərazini suriyalı qardaşlarımız üçün təhlükəsiz bölgəyə çevirmişik”.
    Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının toplantısında bildirib.

    Muxalifet - 24-07-2018

  4. Ermənilərin “mədəniyyət” adı altında Bakıya gəlişinin PƏRDƏARXASI.... - Təhlil

    Azərbaycanda və Güney Qafqazda yenidən “erməni məsələsi” dolayı yolla gündəmə gətirilməkdədir. Bu yöndə bir sıra lokal və geniş maşstablı projelərin dərin hədəfləri isə göz önündədir. Bəs “erməni məsələsi”nin ardında nələr durur? Nədən “erməni məsələsi” yenidən Rusiya, İran mollakratiya rejimi, BMT, Avropa Şurası və Avropa Birliyinin bu qədər diqqət mərkəzindədir? Nə üçün uluslararası birliklər “erməni məsələsi”nə bu qədər həssaslıq göstərirlər? Nədən Azərbaycan Türkünü heçə saymaqla öz içimizdəki manqurtların əli ilə bu qədər canfəşanlıq edirlər?

    Muxalifet4 - 24-07-2018

  5. Bakı metrosunda qatar ADAM VURDU

    Bu gün Bakı Metrosunda xoşagəlməz hadisə baş verib.
    Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, saat 13:41-də metronun Neftçilər stansiyasında qatar platformada dayanan gənci vurub.
    Məlumata görə, hadisə nəticəsində 30 yaşlarında olan gənc oğlan başından zədə alıb və qolu sıyrılıb.

    Muxalifet - 24-07-2018

  6. ​XƏRÇƏNGDƏN XİLAS OLMAĞIN YOLU... – Elm adamlarının şok kəşfi

    Elm adamları xərçəng hüceyrələrini onların böyüməsi üçün həyati dərəcədə vacib olan qlütamin fermentlərindən məhrum edərək çoxalmalarının qarşısını alan üsul tapıblar.
    Amerikadakı Vanderlit universitetinin alimləri qlütamini hüceyrələrə daşıyan ACST2 proteininin istehsalını əngəlləyərək hüceyrələri “ac qoymağı” bacarıblar.

    Muxalifet4 - 24-07-2018

  7. ​PKK-dan TÜRK ORDUSUNA HÜCUM: Bir əsgər yaralandı

    Türkiyənin Şırnak bölgəsinin Güclüqonaq mahalında PKK terrorçuları axtarış-yoxlama fəaliyyətini icra edən təhlükəsizlik qüvvələrinə hücum edib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, hücum nəticəsində türk ordusunda xidmət aparan bir çavuş yaralanıb. Yaralı hərbçi helikopterlə xəstəxanaya çatdırılıb.
    Təhlükəsizlik orqanlarının cavab atəşi ilə bölgədə şiddətli atışma başlayıb. Bölgəyə helikopterlər vasitəsilə əlavə qüvvələr cəlb olunub. Qaçan terrorçuların yaxalanması üçün genişmiqyaslı əməliyyat başladılıb.

    Muxalifet - 24-07-2018

  8. ​Kreml paşinyanı devirmək üçün HƏRƏKƏTƏ KEÇDİ – “Silahlar Rusiyadan göndərilib...”

    Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryanın cəbbəxanalarından tapılmış hərbi maşınlar Qarabağdakı erməni ordusuna aid deyil.
    Bunu Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların “müdafiə naziri” Levon Mnatsakanyan deyib.
    “Həştərxan Cəmiyyəti tərəfindən hədiyyə edilən bu avtomobillər indi də Qarabağdakı ordunun balansındadır. Manvel Qriqoryanın həmin avtomobillərin haradan əldə etdiyi isə məlum deyil”, - deyə Mnatsakanyan qeyd edib.

    Muxalifet4 - 24-07-2018

  9. "Türkiyə İrana qarşı sanksiyalara qoşulmayacaq" - ÇAVUŞOĞLU

    “Türkiyə ABŞ-ın İrana qarşı sanksiyalarına qoşulmayacaq”.
    APA-nın Türkiyənin “Dünya” qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
    “Amerikadan heyət gəlmişdi. Biz onlara dedik ki, bu sanksiyaların tətbiqində iştirak etməyəcəyik.  Biz rahat şərtlərlə neft alırıq. Sizin dediyinizi etməyəcəyik”, -deyə Çavuşoğlu qeyd edib.

    Muxalifet - 24-07-2018

  10. ​Ərdoğandan Özilin millidən getməsinə REAKSİYA

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya millisinin türk əsilli futbolçusu Məsud Özilin komandadan ayrılmaq qərarına münasibət bildirib. Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. “Məsud Özilin nümayiş etdirdiyi mövqe milli və yerlidir. Gözlərindən öpürəm”, - Ərdoğan bildirib.

    Muxalifet - 24-07-2018

  11. Kabildə binaya RAKET DÜŞDÜ, 3 nəfər xəsarət alıb

    Əfqanıstan paytaxtı Kabilin mərkəzində yerləşən binaya raket düşüb.
    "Report" "ToloNews"a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər - iki uşaq və bir qadın xəsarət alıb.
    Hadisə şahidlərinin bildirdiyinə görə, Kabilin mərkəzində üç partlayış olub. Polis raketin Kabilin Əfşar rayonunda binaya düşdüyünü təsdiqləyib.
    Binaya yalnız bir mərmi düşüb, digər iki raket yamaca düşüb.
    Qeyd edək ki, Əfşar rayonunda Əfqanıstan Polis Akademiyasının binası yerləşir.

    Muxalifet - 24-07-2018

  12. “Ermənistan 200 milyonluq silah alsa da, heç nə dəyişməyəcək” - GENERAL

    Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz.
    Muxalifet.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib. O, bildirib ki, Azərbaycan hər il 100 milyonlarla dollarlıq yeni silahlar alır: "İndi Ermənistan 200 milyonluq silah alsa nə edəcək? Sadəcə, Nikol Paşinyan Azərbaycan ordusunun möhtəşəm hərbi paradından sonra ölkə əhalisini sakitləşdirmək, arxayınlaşdırmaq üçün belə yollara əl atır".

    Muxalifet - 24-07-2018

  13. Dibinə yandırıcı MƏHLUL TÖKÜLMÜŞ ağaclar xilas edilir - VİDEO

    Bakının Yasamal rayonunda dibinə yandırıcı maye tökülmüş ağacların xilas edilməsi üçün tədbirlər görülür.
    Ağacların dibinə meşə torpağı tökülür, yandırıcı mayenin vurduğu ziyan aradan qaldırılır.
    Bakı şəhər Ekologiya departamentinin rəisi Əlişah Rəcəbov REAL-a müsahibəsində deyib ki, ərazidəki 21 ağacın dibinə yandırıcı maye tökülüb. 
    Götürülmüş müayinələrin nəticələri iyulun 25-də açıqlanacaq.

    Muxalifet - 24-07-2018

  14. Göydələndə 108 metrlik şəlalə... - VİDEO

    Çinin cənub-qərbindəki Quiyan şəhərinin mərkəzində hündürlüyü 121 metr olan Lebian göydələninin bir tərəfində 108 metrlik süni şəlalə yaradılıb.
    Muxalifet.az xəbər verir ki, bina dörd qatlı yeraltı su anbarı və drenaj sisteminə malikdir. Suyu binanın yuxarı hissəsinə çatdırmaq üçün dörd 185 kilovatlıq pompa tələb olunur.
    Bu süni şəlalə saatda 116 dollarlıq energi sərfiyyatına səbəb olduğundan ancaq bayram günlərində və cəmi 15-20 dəqiqəlik binanın ümumi görüntüsünə rəng qatır.

    Muxalifet - 24-07-2018

  15. ​"Qarabağ" - "Kukesi" matçının biletləri satışa çıxarıldı

    "Qarabağ" klubu Çempionlar Liqasında II təsnifat mərhələsində Albaniya "Kukesi"si ilə keçirəcəyi cavab oyununun biletlərini satışa çıxarıb.
    "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya ən ucuz bilet 1 manatadır. Digər biletləri sektorlara uyğun olaraq, 2 manat, 3 manat, 5 manat və 10 manata almaq olar. VİP biletlər isə 50 manatadır. 

    Muxalifet - 24-07-2018

  16. ​Türkiyədə azərbaycanlı qadın GÜLLƏLƏNƏRƏK öldürüldü - FOTOLAR

    Türkiyənin Konya şəhərində həyat yoldaşından boşanmış Azərbaycan əsilli qadını sevgilisi güllələyib.
    Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, insident yerli vaxtla 09.30-da Karatay qəsəbəsində qeydə alınıb.
    Məlumata əsasən, ötən gün 3 uşaq anası olan Sahibə Yüksəlir (50 yaş) 4 ildir sevgili olduğu Rahim A.-nın (46 yaş) iş yerinə gedib. Qadın Rahimdən xanımından boşanıb onunla evlənəcəyi ilə bağlı verdiyi vədə əməl etməsini istəyib. Mübahisə nəticəsində hadisə yerinə polis gəlib. Sevgililər bir-birindən şikayətçi olmadıqlarını bildiriblər.

    Muxalifet - 24-07-2018

  17. Ermənistan rəhbərliyi və separatçılar QORXU İÇİNDƏDİR - MN

    "Son günlər Ermənistan mətbuatının təhlili göstərir ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi və Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrinin biri-birindən sərsəm bəyanatlar səsləndirmələri onların ciddi narahatlıq keçirmələrinə, qorxu və təşviş içində olmalarına sübutdur".
    Bunu Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    Muxalifet - 24-07-2018

  18. Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb - FOTO

    Türkiyə xarici İşlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri başlayıb.
    APA-nın xəbərinə görə, onu hava limanında Azərbaycan rəsmiləri və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral qarşılayıb.
    Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun baş nazir Novruz Məmmədov, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

    Muxalifet - 24-07-2018

  19. SON DƏQİQƏ: İsrail Suriya təyyarəsini vurdu

    İsrail ordusu Suriyaya məxsus “Su” tipli təyyarəni vurub.
    APA-nın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
    Məlumatda bildirilir ki, İsrail hava məkanını pozan təyyarə “Patriot” sistemindən buraxılan 2 raketlə vurulub.
    Hadisə ilə əlaqədar başqa təfərrüat verilməyib.

    Muxalifet - 24-07-2018

  20. ​Xaçmazda itkin düşən uşaq oğurlanıbmış? - DAYISINDAN ŞOK İDDİA

    "Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış".
    Muxalifet.az xəbər verir ki, bu fikirləri olke.az-a açıqlamasında 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:
    "Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".

    Muxalifet - 24-07-2018

Pages