Axtarış

The search found 105839 results in 0.073 seconds.

Search results

  1. ​“ASLANIN QUYRUĞU İLƏ OYNAMA”:Trampın qəzəbi qarşısında İran duruş gətirə biləcəkmi? - TƏHLİL

    Leonid Berşidski
    “Bloomberg”

    Muxalifet - 24-07-2018

  2. Fədayə Laçın hakim qarşısına çıxacaq

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının işi hakim icraatına verilib.
    Muxalifet.az xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun icraatına verilib.
    Məhkəmənin hazırlıq iclası avqsutun 3-nə təyin edilib.

    Muxalifet - 24-07-2018

  3. BAKIDA ŞOK OLAY: Narkotika alveri haqda polisə məlumat verdi, DÖYÜLDÜ

    Bakı sakini Ülviyyə Baxşıyeva Nərimanov rayonunda narkomanların 17-ci bölmənin polis əməkdaşları tərəfindən himaya olunduğu iddiasındadır. Onun sözlərinə görə, hər gün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76-da (Keşlə bazarının yaxınlığında) bir qrup narkomanın yaşadığı məhəllədə narkotik maddələrin qızğın alveri gedir.

    Muxalifet4 - 24-07-2018

  4. Bakıda satıcını bıçaqla hədələyib 900 manat pulnu apardı

    Quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə,  iyulun 22-də saat 23 radələrində Nəsimi rayonu ərazisindəki apteklərin birində naməlum şəxsin satıcını bıçaqla hədələyərək kassa aparatından 900 manat pul aparması barədə DİN-in “102 - Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

    Muxalifet - 24-07-2018

  5. AZƏRBAYCANDA ŞOK: AĞACIN KÖLGƏSİNİ ƏRƏBƏ SATDI - “Ağacı Allah yaradıb, amma buraya mən baxıram”

    Muxalifet.az xəbər verir ki, Qubanın Qəçrəş kəndində ərəb turistlə azərbaycanlı gənc ağacın kölgəsinə pul ödəməyə görə mübahisə edib.
    Hadisənin şahidi olan əməkdaşımız həmin anları lentə alıb.
    Həmin yerdə somavar çayı satan gənc ərəb turistdən ağacın kölgəsinə görə 5 manat pul tələb edib. Bu da turistin narazılığına səbəb olub. Ərəb turistlərdən biri ağacı Allahın yaratdığını deyib. Gənc isə ona, “Ağacı Allah yaradıb, amma bu məkanın sahibi mənəm, 5 manat verməlisən”deyərək mübahisə edib.
    Sözügedən hadisə anının görüntülərini sizlərə təqdim edirik:

    Muxalifet4 - 24-07-2018

  6. ​İstanbulda leysan yağışlar YOLLARI BAĞLADI

    İstanbulda güclü yağan leysan yağışları bir sıra fəsadlara yol açıb. Trend-in məlumatına görə, şəhərin böyük avtomagistralları və yolları yağış sularından keçilməz olub. Bu səbəbdən yollarda tıxaclar yaranıb, avtomobillərin hərəkətində problemlər yaranıb.
    Hazırda yağışın yollarda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
    Əlverişsiz hava şəraitinin axşam saatlarına qədər davam edəcəyi pronozlaşdırılıb.

    Muxalifet - 24-07-2018

  7. 6 azərbaycanlını öldürən türkiyəli sürücü 10 il 6 ay azadlıqdan məhrum edildi

    Ağstafa rayonunda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən avtoqəzada təqsirli bilinən sürücünün məhkəməsi başa çatıb.

    Muxalifet - 24-07-2018

  8. Azərbaycan və Ermənistan ordusu hərbi təlimdə birgə iştirak edəcək... - EKSPERTLƏRDƏN AÇIQLAMA

    Natiq Miri: “Ermənistan Gürcüstandakı NATO tədbirlərində bu dəfə iştirak edəcək”

    Üzeyir Cəfərov: “Mümkün deyil ki, Azərbaycan zabiti ilə erməni zabiti bir masa arxısında otursun”

    Muxalifet4 - 24-07-2018

  9. ​Pakistanda mitinq iştirakçılarına atəş açılıb

    Pakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.
    Hadisə dünən gecə saatlarında baş verib. Yerli partiyalardan birinin təşkil etdiyi mitinqə gələn şəxs kütləyə avtomatik silahdan atəş açdıqdan sonra özünü də vurub.
    Polis hadisə ilə bağlı araşdırma aparır.
    İlkin versiyaya görə, nümayişçilərə hücum edən şəxs ruhi xəstə olub.

    Muxalifet - 24-07-2018

  10. SENSASİON İDDİA: Sərkisyan İtaliyaya qaçdı

    Ermənistan Respublikaçılar Partiyasının sədri, keçmiş prezident Serj Sərkisyan Avropaya gedib.
    Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti məlumat yayıb.
    Qəzet onun İtaliyada tətilə çıxdığını bildirib: “Əldə etdiyimiz məlumata görə, o, hazırda İtaliyadadır. O, Avropada tibbi müayinədən keçməlidir. Bu barədə onun partiyasından məlumat almağa çalışdıq. Partiyanın parlament fraksiyasının rəhbəri Vaxram Bağdasaryan bunu təkzib etmədi. O, Sərkisyanın 10 gündür Ermənistanda olmadığını bildirib.

    Muxalifet - 24-07-2018

  11. ​Leyla Əliyevadan Eminə ikinci evlilik TƏBRİKİ - FOTO

    Azərbaycan Prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva keçmiş həyat yoldaşı, müğənni və biznesmen Emin Ağalarovu yenidən ailə qurması münasibəti ilə təbrik edib. “Əziz dostlar! Çoxu mənim şeirlərimi anlamır! Onlar mənim qəlbimdən gəlir və konkret olaraq bir insana həsr edilməyib. Mən Eminə və Alyonaya xoşbəxtlik arzulayıram. Onlar çox ləyaqətli və gözəl insanlardır. Allah onların sevgisini həyatlarında hər şeydən uca etsin! Hər kəsə həyatdan zövq almaq və sevmək arzulayıram!

    Muxalifet4 - 24-07-2018

  12. DİM: 31904 abituriyent imtahan verəcək

    Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 26-da 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
    DİM-dən Muxalifet.az-a verilən məlumata görə, imtahanda 31904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14993 abituriyent II qrup üzrə, 16911 abituriyent III qrup üzrə imtahan verəcək.

    Muxalifet - 24-07-2018

  13. Gəncədə cinayət: 3 nəfər tutuldu

    Gəncə şəhərində oğurluq hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, iyulun 18-nə keçən gecə Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsi ərazisində oyun zallarının birindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi” xidmətinə müraciət daxil olub.
    Dərhal Nizami (Gəncə) rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin obyektdən damı sökmək yolu ilə 4 ədəd televizorun və 4 oyun aparatının oğurlandığı məlum olub.

    Muxalifet - 24-07-2018

  14. Məşhur yazıçıdan Özilə dəstək: Qazanan sən olacaqsan

    Məruz qaldığı irqçilik və təzyiqlərə görə Almaniya milli komandasında çıxışını dayandıran Məsud Özilə məşhur yazıçı Paulo Koelyodan dəstək gəlib.
    Muxalifet.az xəbər verir ki, yazıçı Tvitter vasitəsilə Özilin milli komandadan ayrılmaq qərarına münasibət bildirib.
    “Oxumağa dəyər bir mətn: “Uduzanda miqrant oluram”. Özil, keçmişdə və indi baş verənlər barədə nə söyləyirlərsə söyləsinlər, daim qazanan sən olacaqsan”, - Koelyo bildirib.

    Muxalifet - 24-07-2018

  15. DEPUTAT OĞLUNUN ŞOK GÖRÜNTÜLƏRİ - Kef içində yaşayır və… - VİDEO

    Deputat Elmira Axundovanın oğlu Həbib Axundov ölkə mətbuatının gündəminə model Günel Mirzəyevanın ölümü ilə düşmüşdü. Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi. Həmin vaxt istər deputat E.Axundova istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər.Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi.

    Muxalifet4 - 24-07-2018

  16. Ölkədaxili qatarlarda gediş haqqı 10% artırılacaq

    27 iyul 2018-ci ildən ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gediş haqqı tariflərində bəzi dəyişikliklər ediləcək.
    Muxalifet.az bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
    Belə ki, plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq.

    Muxalifet - 24-07-2018

  17. ​Sabahın hava proqnozu

    Bakıda və Abşeron yarımadasında iyulun 25-də hava şəraitinin  yağmursuz keçəcəyi, lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən  məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 24-07-2018

  18. Rusiya millisinin sabiq futboçusu məşqçiliyə başladı

    Rusiya milli komandasının və Moskva MOİK-inin sabiq futbolçusu Sergey İqnaşeviç məşqçilik karyerasına başlayıb. 
    "Report" klubun saytına istinadən xəbər verir ki, 39 yaşlı sabiq müdafiəçi MOİK-in gənclər komandasında çalışacaq. O, baş məşqçi Andrey Aksyonovun köməkçisi olacaq. 
    Qeyd edək ki, Sergey İqnaşeviç DÇ-2018-in 1/4 finalında Xorvatiyaya penaltilər seriyasında uduzduqları görüşdən sonra futbolçu karyerasını başa vurduğunu açıqlayıb. 

    Muxalifet - 24-07-2018

  19. ​Paşinyan hakimiyyəti çökür – Yeni inqilabın anonsu verildi

    Ermənistanda yaşayan insanlar hakimiyyətə qarşı mübarizədə ixtisaslaşıblar. İndi cəmiyyət istənilən hakimiyyəti devirmək gücündədir və bu, Baş nazir Nikol Paşinyanın qiyamçı komandası üçün təhlükəlidir. Baş qaldıran etirazlar fonunda belə təəssürat yaranıb ki, yeni hakimiyyət piramidası da artıq çökməyə başlayıb.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “İrates” qəzeti yazır.
    Qəzet qeyd edir ki, çatlar Paşinyanın komandasının həm daxili, həm də xarici siyasətində nəzərə çarpır:

    Muxalifet - 24-07-2018

  20. ​Məhkəmədən azərbaycanlı"qanuni oğru" ilə bağlı YENİ QƏRAR

    Moskva şəhər məhkəməsi azərbaycanlı “qanuni oğru” “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlının vəkilinin vəsatətini rədd edib.
    BAKU.WS “yenicag”a istinadən xəbər verir ki, vəkil müvəkkilinin sərbəst buraxılmasını istəsə də, məhkəmə qarşı tərəfə “yox” deyib.
    Bu səbəbdən “Hacı Beyləqanski” 30 iyuladək istintaq təcridxanasında saxlanılacaq.

    Muxalifet - 24-07-2018

Pages