Axtarış
The search found 105839 results in 0.068 seconds.
Search results
ŞOK: Kod adları belə eyni çıxdı
FETÖ lideri Gülənin və Adnan Oktarın kod adlarının eyni olduğu ortaya çıxıb.
15 iyul qanlı çevriliş cəhdinin başçısı Fətullah Gülənin digər bir kod adının “Kapitan” olduğu bilinirdi. Ötən günlərdə keçirilən əməliyyatla onlarla üzvü ilə birlikdə həbs olunan Adnan Oktarın kod adının da terror təşkilatı başçısı Fətullah Gülənlə eyni olduğu, yəni “Dayı” olduğu müəyyənləşib. Oktarın Gülənlə kod adının eyni olması diqqətlərdən yayınmayıb.Müxalifət.az
Muxalifet3 - 25-07-2018
ABŞ-da 4 azərbaycanlının hər birini 50 İL HƏBS GÖZLƏYİR: – TƏFƏRRÜAT
ABŞ-da 25 nəfər avtomobillərin satışında böyük dələduzluqda ittiham edilərək saxlanılıb.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nyu-Yorkun Cənub dairəsinin prokurorluğunun məlumatına görə, saxlanılanların əksəriyyəti post-sovet ölkələrinin vətəndaşlarıdır. İttiham edilənlər arasında Rusiyanın 7, Gürcüstanın 5, Azərbaycanın 4, Qazaxıstanın 3, Latviya və Ukraynanın isə hər birinin 2 vətəndaşı var. Digər 3 nəfər isə ABŞ və Türkiyə vətəndaşlarıdır.Muxalifet - 25-07-2018
Bakıda oteldə İran vətəndaşı qollarnı kəsdi
Qaradağ rayonunda əcnəbi vətəndaş özünü doğrayıb.
Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, hadisə Sədərək Ticarət Mərkəzində yerləşən oteldə baş verib.
1974-cü il təvəllüdlü Kərimzadə Bayram qonaq olduğu oteldə hər iki qolunu iti alətlə kəsib. O çoxlu qan itirib.
Yaralı təcili yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi və Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.Muxalifet - 25-07-2018
PUTİNƏ ŞOK MÜRACİƏT: Kreml bu müharibəyə də girəcək?
Yəmən "müstəqilliyini" əldə edəndən sonra imperialist güvvələrin döyüş meydanına çevrilib.
Bu sözləri Axar.az-a İranın və Bəşər Əsədin müttəfiqi olan husilərin Vladimir Putinə rəsmi məktub göndərməsinə münasibət bildirən politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, məktubda Putindən Yəməndə gedən vətəndaş müharibəsinə müdaxilə edilməsini və bununla da "sülhə" nail olunmasını xahiş edirlər:Muxalifet - 25-07-2018
“Paşinyan Moskvada məhşər ayağına çəkiləcək” - HESABAT ZAMANI
Politoloq: “İki stulda oturmaq cəhdi onun siyasi karyerasının sonunu gətirə bilər”
Muxalifet - 25-07-2018
İvanişvili Gürcüstan prezidenti olmaq istəyir
Gürcüstanın keçmiş Baş naziri Bidzina İvanişvili Gürcüstan prezidentliyinə namizəd ola bilər.Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Birinci kanal”a müsahibəsində İvanişvilinin özü deyib.“Zurab Abaşidze, Sozar Subari, David Sergeyenko, Teya Çulukiani və mənim namizədliyim müzakirə edilir. Bizim birinci turda qalib gələcək çoxlu namizədimiz var.Muxalifet - 25-07-2018
Ermənistan atəşkəsi 90 dəfə pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 90 dəfə pozub.
Bu barədə Muxalifet.az Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.Muxalifet - 25-07-2018
Jirinovskidən ŞOK açıqlama: Ərdoğan hakimiyyəti itirdiyi ana qədər...
ABŞ-ın Yaxın Şərqdəki bəzi ölkələrdən getməsindən sonra oradakı situasiya Suriya ssenarisinə bənzəyəcək.Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O bu ölkələr sırasına Əfqanıstan, İraq və Liviyanı aid etdiyini bildirib:“Bu dövlətlərdə Suriya variantı bərpa edilməyə başlanacaq. Əgər noyabrda keçirilən seçki Respublikaçı Partiyasının xeyrinə başa çatsa, hansısa hərəkətlənmələr ola bilər.Muxalifet - 25-07-2018
Məşhur aktrisa bikinili görüntüləndi - FOTOLAR
Məşhur aktrisa Beren Saat bikinili halda görüntülənib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa dünən hotelin çimərliyində istirahət edərkən paparatsilərin kameralarına yaxalanıb. Təxminən yarım saat suda üzən 34 yaşlı aktrisa sahildəki zibilləri də toplayıb.
Kino ulduzunun əri Kənan Doğulu isə həmin saatlarda otağında istirahət edib.Muxalifet - 25-07-2018
Erməni ordusunun hərbiçisi öldürüldü
Ermənistan ordusunun müqavilə əsasında xidmət göstərən hərbçisi Jora Petrosyan xidmət zamanı odlu silahla güllələnərək öldürülüb.Report xəbər verir ki, məlumatı istintaq komitəsinin mətbuat xidməti yayıb.Hadisənin səbəbi araşdırlır.Faktla bağlı cinayət işi başlanılıb.Muxalifet - 25-07-2018
Narkotik qəbul edən avtobus sürücüsü həbs olundu
Bakıda sükan arxasında narkotik maddə qəbul edən Masallı rayon sakini, 1984-cü il təvəllüdlü Tağıyev İlkin Əlisəftar oğlu adlı avtobus sürücüsü həbs edilib.
Bunu "Report"a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.Muxalifet - 25-07-2018
Paşinyanın islahatçı imici dağılır - BAŞ NAZİRİN BAŞI DƏRDDƏ
Erməni nəşri: “Xalq üsyanı gözlənilən dividendləri gətirməyib”; erməni ekspert: “Yeni hökumət iqtisadi sahədə sıçrayış edə bilmir”; daha bir nüfuzlu Rusiya nəşri Paşinyanı “vurdu”; sabah erməni baş nazir Putinlə ikinci görüşə gedir - kritik gözlənti...
Muxalifet - 25-07-2018
Kərkükdə yaşayan ərəblər TÜRKİYƏDƏN dəstək gözləyirlər
İraqın Kərkük vilayətində yaşayan ərəblər İŞİD terror qruplaşmasından azad edilən bölgənin infrastrukturunun bərpası üçün Türkiyədən dəstək gözlədiklərini açıqlayıb.Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyinə Kərkükün Ərəb Məclisinin üzvü Hətəm ət-Tayi danışıb.“İnşaat və təmir sahəsində uğurlu işlər görən qonşu Türkiyənin dağıdılan bölgələrimizdə inkişafa dəstək verməsini və investisiya qoymasını gözləyirik”, - Ərəb Məclisi üzvü bildirib.Muxalifet - 25-07-2018
Hadisənin anası intihara cəhd etdi: Şok ittihamlar...
Türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib. Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb. Xəbərə əsasən, çoxlu yuxu dərmanı içən ifaçının anası daha əvvəl qızlarına məktub yazıb: “Mənimlə heç maraqlanmırsınız. Narahat olduğumu söyləyirəm, məni həkimə aparmırsınız. Aranızdakı pul məsələlərindən və davalarınızdan bezmişəm”. Analarından xəbər tuta bilməyən qızlar onun yaşadığı binanın mühafizə xidmətinə müraciət ediblər. Polislərlə bağlı qapını açaraq Gülnihal Açıkgözü xəstəxanaya çatdırıblar.
Muxalifet - 25-07-2018
Korrupsiya cinayətlərinə görə 25 milyon manatlıq əmlaka həbs qoyulub - RƏSMİ
Korrupsiya cinayəti işləri üzrə 25 milyon manat dəyərində əmlak üzərinə həbs qoyulub.
Muxalifet.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.Muxalifet - 25-07-2018
Bakıda və 4 rayonda XUSUSİ ƏMƏLİYYAT: 5 həbs
Daxili işlər orqanlarının əməkdaşları ötən gün bir neçə rayonlarda narkotiklərlə bağlı xüsusi əməliyyat keçirib.
Muxalifet - 25-07-2018
Əs-Suveydədə bazarda partlayış- Ölən və yaralananlar var
Suriyanın Əs-Suveydə şəhərində güclü partlayış baş verib.
Trend-in məlumatına görə, partlayış bazarın ərazisində terrorçi-intiharçı tərəfindən törədilib. Hadisə zamanı ölən və yaralananların olduğu bildirilir.
Daha öncə isə Suriya ordusu İŞİD terror təşkilatına aid iki terrorçu-intiharçının hücumlarının qarşısını alıb.
Bundan başqa, Duma kəndi sakinləri də 4 silahlını zərərsizləşdiriblər.Muxalifet - 25-07-2018
Daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb - Kamran Əliyev
Azərbaycanda daş karxanaları ilə bağlı 7 cinayət işi başlanıb.
APA-nın məlumatına görə, bunu Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, Baş İdarədə ölkənin müxtəlif regionlarında olan daş karxanaları ilə bağlı 7 cinayət işi istintaq olunur.
K. Əliyev həmçinin qeyd edib ki, Göyçayda körpünün uşması faktı ilə bağlı 7 vəzifəli şəxs məsuliyyətə cəlb edilib. Hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir.Muxalifet - 25-07-2018
Pakistanda dəhşətli PARTLAYIŞ: 25 ölü, 40 yaralı
Pakistanın Ketta bölgəsində dəhşətli partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, partlayış seçki günü səsvermə məntəqəsi yaxınlığında törədilib. Nəticədə 25 nəfər həlak olub, 40 nəfər yaralanıb.
Xatırladaq ki, bu gün Pakistanda parlament və əyalət məclisinin üzvlərini müəyyənləşdirmək məqsədilə seçkilər keçirilir.Muxalifet - 25-07-2018
“Çox gülünc vəziyyətdədir…” – “Qaynar xətt” niyə soyuyub?
Bizdə sözlərin mahiyyətinə uyğun işlədilməməsi problemi var. Ölkədə əksər qurumda “Qaynar xətt” yaradılıb. Bu gün müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaradılan “Qaynar xətt xidmətləri çox gülünc vəziyyətdədir.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
Millət vəkili qeyd edib ki, Daxili İşlər Nazirliyinin (102), təcili tibbi yardım (103), Fövqaladə Hallar Nazirliyi (101, 112” və digər bir neçə qurumun “Qaynar xətt”indən başqa əksər qaynar xətlər formal fəaliyyət göstərir:Muxalifet - 25-07-2018