Axtarış

The search found 105839 results in 0.135 seconds.

Search results

  1. ​Ərbilə hücum: İnsanlar girov götürüldü

    İraq Kürd Regional Birliyinin nəzarətində olan Ərbildə valiliyin binasına silahlı şəxslər hücum edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
    Xəbərə əsasən, 3 nəfər silahlı binaya hücum edib. Hadisə zamanı 1 polis əməkdaşı yaralanıb. Binanın içərisində gizlənən silahlılar valiliyin əməkdaşlarını girov götürüb.
    Polis binanın ətrafında təhlükəsizlik tədbirlərini gücləndirib.

    Muxalifet - 23-07-2018

  2. ​“Xoşuna gəldi, məni evinə apardı, sonra da...”- Həbs edilmiş müğənni - VİDEO

    Bir neçə il əvvəl həbs edilmiş müğənni Rasim Rzayev ARB TV-nin “Rezonans” verilişinin qonağı olub.

    Muxalifet - 23-07-2018

  3. ​Araz Abdullayev "Qarabağ"ın düşərgəsində

    Milli komandamızın üzvü Araz Abdullayev hazırda "Qarabağ"ın düşərgəsindədir.
    Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib. O bildirib ki, hazırda klubsuz olan futbolçu formadan düşməmək üçün Ağdam təmsilçisi ilə məşqlərdə iştirak edir.
    N. İbrahimovun sözlərinə görə, Araz komandanın düşərgəsində olsa da, onun "Qarabağ"a keçidi gündəmdə deyil. Sadəcə, milli komandanın da baş məşqçisi olan Qurban Qurbanov yarımmüdafiəçinin formada qalması üçün ona məşqlərdə iştirak etməyə icazə verib.

    Muxalifet - 23-07-2018

  4. ​Baş nazir Bakıya dəvət edildi – Foto

    Malayziyanın Baş naziri Mahathir Məhəmməd Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldini qəbul edib.
    Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı Baş nazirə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, həyata keçirdiyi layihələr, VI Qlobal Bakı Forumu haqqında ətraflı məlumat verilib. Mərkəzin beynəlxalq əlaqələri, müxtəlif ölkələrdə keçirilən tədbirlər haqqında danışılıb. Qeyd olunub ki müasir dünyada qarşılıqlı dialoq, mədəniyyətlərarası yaxınlaşma olduqca mühüm əhəmiyyətə malikdir.

    Muxalifet - 23-07-2018

  5. ​İsrailin hava hücumundan müdafiə sistemlərindən həyəcan siqnalı: ƏSƏD HÜCUMA KEÇİB?

    Muxalifet.az xəbər verir ki, Suriya hökumətinin ölkənin cənubunu, İsrail sərhədinə yaxın bölgələrini təmizləmək məqsədilə elədiyi hücumlar zamanı atdığı raketlər səbəbindən İsrailə məxsus hava hücumundan müdafiə sistemlərinin həyacan siqnalı çaldıqları bildirilir.

    Muxalifet - 23-07-2018

  6. ​İtkin düşən 4 uşaq anası tapıldı

    Goranboy rayonunda itkin düşən qadın tapılıb.
    "Report"un Qərb bürosunun məlumatına görə, bir müddət əvvəl Səfikürd kəndində yaşadığı evdən çıxaraq itkin düşmüş qadın tapılıb. Belə ki, 1995-ci il təvəllüdlü Əzizova Elvira İmran qızı 11 gün əvvəl 4 uşağını evində qoyaraq naməlum istiqamətə gedib. Aparılan axtarışlar nəticəsində o, Göygöl rayonunda tapılaraq ailələsinə təhvil verilib

    Muxalifet - 23-07-2018

  7. "Angela Merkel Məsud Özilə böyük dəyər verir” - Steffen Seibert

    “Kansler Angela Merkel Məsud Özilə böyük dəyər verir”.
    Muxalifet.az “haberturk”ə istinadən xəbər verir ki, bunu Almaniya kansleri Angel Merkelin sözçüsü Steffen Seibert bildirib.
    Hökumət sözçüsü deyib ki, Almaniya hökuməti Məsud Özilin milli komandadan ayırlmaqla bağlı qərarına hörmətlə yanaşır.
    Qeyd edək ki, iyulun 22-də Almaniyanın futbol üzrə milli komandasının oyunçusu Məsud Özil yığmadan ayırıldığını bildirib. Futbolçu bunu cəmiyyətin ona münasibəti ilə əlaqələndirib. 

    Muxalifet - 23-07-2018

  8. ​“MEYİTLƏRİ KAMAZA DOLDURUB…” - Xalq artistindən qandonduran sözlər

    Bu gün Ağdamın işğal olunduğu gündür.Yenicag.az-a açıqlama verən xalq artisti Nəzakət Teymurova doğulduğu Ağdamın Əlimədətli kəndindəki son günlərini xatırlayıb: “Erməni ara vermədən “qrad”la hər yeri dağıtsa da, biz kəndimizdən – Ağdamın Əlimədətli kəndindən çıxmırdıq. Qardaşlarım döyüşdə idi, anam, bacılarım və bacım uşaqları ilə evimizdə qalırdıq. Həmin dəhşətli günü yəqin ki ömrümün sonuna qədər unuda bilməyəcəm. Səhər tezdən “qrad” səsinə oyandıq. Hava işıqlanmamışdı,amma atılan mərmilərin alovundan hər yer işıq idi.

    Muxalifet - 23-07-2018

  9. Böhran Qrupu Azərbaycanın Ermənistana güc tətbiq edəcəyini proqnozlaşdırır - HESABAT

    Beynəlxalq Böhran Qrupu dünyadakı bəzi münaqişələrlə bağlı son icmalında Dağlıq Qarabağ münaqişəsinə də yer ayırıb.

    Muxalifet4 - 23-07-2018

  10. ​Mövlüd Çavuşoğlunun Azərbaycana səfərinin vaxtı açıqlanıb

    “Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu iyulun 24-də Azərbaycana rəsmi səfər edəcək". 
    APA-nın xəbərinə görə, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.  
    O bildirib ki, səfər çərçivəsində M. Çavuşoğlu ilə Elmar Məmmədyarov arasında təkbətək və geniş tərkibdə görüşlər nəzərdə tutulub.
    Türkiyəli nazir Fəxri Xiyaban və Şəhidlər xiyabanını ziyarət edəcək. 
    H. Hacıyev əlavə edib ki, Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq və strateji prinsiplərə əsaslanır. 

    Muxalifet - 23-07-2018

  11. ​Ölkəyə narkotik gətirilməsinin qarşısı alındı - DGK

    Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstana gedən İran vətəndaşının idarə etdiyi yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib.

    Muxalifet - 23-07-2018

  12. ​Akşənər istefa verdi: İYİ MHP-yə birləşə bilər?

    İYİ Partiyasının sədrinin istefası əslində müəyyən qədər proqnozlaşdırılırdı.
    Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, partiya yarananda çox böyük hədəfləri var idi:

    Muxalifet - 23-07-2018

  13. ​“Qarabağ”ın ÇL-də potensial rəqibləri bilindi

    Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
    Qol.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 32 komanda iştirak edib.
    Çempionlar yolunda mübarizə aparan təmsilçimiz “Qarabağ”ın da mümkün rəqibləri bəlli olub. Ağdam klubu 2-ci mərhələdə Albaniyanın “Kukesi” klubunu keçərsə, BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

    Muxalifet - 23-07-2018

  14. ​Adnan Oktar məşhur müğənniləri kanalına çıxarmaq üçün BİR GECƏLİK... - ŞOK

    Türkiyəli müğənni Muazzez Ersoyun Adnan Oktarın “A9” kanalının yubiley gecəsində çıxışı üçün 150 min TL (təxminən 52 min manat) aldığı məlum olub.
    Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni Onur Akay Adnan Oktarın kanalının tədbirində səhnəyə çıxan həmkarlarının bir gecəlik qonorarlarının miqdarını açıqlayıb. O,

    Muxalifet - 23-07-2018

  15. PKK terror təşkilatı ilə Əsəd arasında MENBİÇ BAZARLIĞI

    Muxalifet.az xəbər verir ki, YPG/PKK terror təşkilatı Türkiyə-ABŞ əməkdaşlığı nəticəsində Menbiçdən çıxarılmasını əngəlləmək üçün alternativ yollar axtarır. İndiyə qədər Amerikanın himayəsi altında şəhərə sahiblənmiş YPG/PKK terrorçuları Menbiçin Bəşər Əsəd hökumətinə verilməsi üçün danışıqlar aparırlar. Hurriyyet.org

     

    Muxalifet - 23-07-2018

  16. Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - Fotolar

    Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Volqodonsk” və “Mahaçkala” kiçik artilleriya gəmiləri, eləcə də “SB-45” xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib.
    Muxalifet.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq müsabiqəsində iştirak etməkdir.

    Muxalifet - 23-07-2018

  17. ​Rəsmi Bakıdan Paşinyana CAVAB: "Münaqişənin siyasi həllinə nail olmaq üçün..."

    Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi ən böyük güzəştdir.
    Muxalifet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına cavab olaraq deyib.

    Muxalifet - 23-07-2018

  18. Ədliyyə Nazirliyinin vəzifəli şəxsinə qarşı RÜŞVƏT İDDİASI – “Elşən Qurbanovdan rüşvət alıb, cinayət əməlinin üstünü ört-basdır etmişdir”

    Ucar rayon, 20 Yanvar küçəsi, ev 34 sakini Purqafari Azər Ələsgər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Müəllif bildirir ki, Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi Mehman Soltanov və Bakı şəhəri Nəsimi rayon ərazisndə yerləşən 43 saylı Notariat Kontorunun xüsusi notariusu Elşən Qurbanov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, cinayət əməli törədiblər:

    Muxalifet4 - 23-07-2018

  19. ​Cəlilabadda dəhşət: 2 qardaş qəzada öldü - VİDEO

    Cəlilabadda baş verən yol qəzasında iki nəfər dünyasını dəyişib.
    ARB TV xəbər verir ki, Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində Masallı rayon sakinləri Fariz Novruzlunun idarə etdiyi “Mercedes” markalı avtomobillə Tural Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “M” markalı motosiklet toqquşub.
    Nəticədə T. Mirzəyev və sərnişini, qardaşı Yalçın hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 23-07-2018

  20. ​Nabranda itkin düşən 3 yaşlı uşaq tapıldı

    İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.
    Muxalifet.az apa-ya istinadən xəbər verir ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakıı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.

    Muxalifet - 23-07-2018

Pages