Axtarış

The search found 105839 results in 0.1 seconds.

Search results

  1. İfşa oldular! BİR QALMAQAL DAHA ORTAYA ÇIXDI

    Məscid-i Aksaya basqın təşkil edən İslam düşməni Yehuda Glick-in “məşhur” Türk dostu ilə yaxınlığı ifşa oldu.
     
    İsrail polisinin nəzarəti altında 700-dən artıq fanatik Yəhudi, işğal altındakı Şərqi Qüdsün "Köhnə Şəhər" hissəsində yerləşən Məscid-i Aksaya basqın təşkil edib. Basqından dərhal sonra Twitter hesabından mesaj yazan Beynəlxalq Media İnformasiya Dərnəyinin sədri (UMED) Aslan Dəyirmançı, Məscid-i Aksaya basqını təşkil edənlərin təşkilatçısının Binyamin Netanyahunun rəhbərlik etdiyi Likud Partiyasından deputat Yehuda Glick olduğunu açıqlayıb.

    Muxalifet3 - 23-07-2018

  2. Ölünü dirildə bilməyən saxta peyğəmbər linç edildi - VİDEO

    Efiopiyanın Cəlilə qəsəbəsində peyğəmbər olduğunu söyləyən bir adam,  ölü diriltmək cəhdi uğursuzluqla nəticələndiyi üçün saxlanılıb.
     
    QƏBİRDƏN ÇIXARILDI
     
    Ailə, Biftunun qəbirdən çıxarılmasını qəbul edib. Görüntüləri sosial mediada paylaşılan "ölü diriltmə" seansında Getayawkal Ayele, cəsədin üzərində oturaraq "Belay, oyan" deyə çığırdı. Bəzi ailə üzvlərinin huşunu itirdirdiyi seans sonunda ölü dirilməyib.
     
    POLİS XİLAS ETDİ
     

    Muxalifet3 - 23-07-2018

  3. Trampdan Ruhaniyə hədə dolu xəbərdarlıq

    ABŞ prezidenti Tramp, İran lideri Ruhaniyə sosial media vasitəsilə təhdid kimi bir mesaj göndərib.
     
    ABŞ prezidenti Tramp, İran lideri Ruhaniyə Twitter hesabındann, "ABŞ-ı bir daha təhdid etmə, yoxsa, tarix boyu bir neçəsinin yaşadığı kimi, zərər görəcəksən. Artıq dəlicəsinə zorakılıq və ölüm sözlərinizə dözəcək bir ölkə deyilik. Diqqətli ol" deyə, hədə dolu mesaj göndərib.
    Müxalifət.az

    Muxalifet3 - 23-07-2018

  4. Hazırda bu yollarda sıxlıq var

    Hazırda Bakının bir çox yollarında avtomobil sıxlığı müşahidə edilir.
    Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Muxalifet.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi və Binəqədi şossesi (mərkəz istiqaməti) nisbətən sıxlıq var.
    Həmçinin Üzeyir Hacıbəyov küçəsi, Tiflis prospekti (mərkəz istiqaməti) və Heydər Əliyev prospekti-Koroğlu metrosunun qarşısında (mərkəz istiqaməti) avtomobil sıxlığı müşahidə edilir.

    Muxalifet - 23-07-2018

  5. ​İsrail Suriyanın hərbi bazasını darmadağın etdi

    İsrail aviasiyası Suriyanın Masyaf şəhərindəki hərbi obyektə zərbə endirib.
    Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, hücum zamanı Masyaf şəhərindəki hərbi obyekt darmadağın edilib.
    İnsan itkisi barədə məlumat verilmir.

    Muxalifet - 23-07-2018

  6. ​Ermənilər atəşkəsi 98 dəfə pozub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.
    Bu barədə Muxalifet.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet - 23-07-2018

  7. ​Müharibə elanı kimi BƏYANAT - İrəvan ölüm FƏRMANINI YAZDI

    Ermənistanda yerləşən Rusiyanın sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək.
    Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, bu haqda Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.
    Nazir Rusiyanın sərhəd qoşunlarının statusu haqqında müqaviləyə hansı dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib.Ancaq o, Ermənistanın Şirak vilayətinin Panik kəndində bu günlərdə baş verən hadisəni xatırladıb.

    Muxalifet - 23-07-2018

  8. ​Benyamin Netanyahu yenidən dindiriləcək - Korrupsiyaya görə

    İsrailin baş naziri Benyamin Netanyahu yenidən istitaqa çağırılacaq.
    Muxalifet.az xəbər verir ki, bunu “Maariv a-Şavua” yazıb.
    İsrail hökumətinin başçısı “Bezek” şirkətinə dair korrupsiya işi ilə bağlı yenidən dindiriləcək. O, Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində ifadə verəcək.  
    Qəzetin yazdığına görə, B.Netanyahunun ifadəsi alınandan sonra müstəntiqlər toplanan materialların öyərinləməsinə başlayacaqlar.

    Muxalifet - 23-07-2018

  9. ​Azərbaycanda YOL TERRORU: 5 ölü, 17 yaralı

    2018-ci il iyul ayının 21-dən 23-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
    Muxalifet.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 172 cinayət faktı qeydə alınıb, onların da 29-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.

    Muxalifet - 23-07-2018

  10. ​İran hökumətdən daha çox mafiyanı xatırladır – ABŞ Dövlət katibi

    ABŞ İran neftini ixrac edən ölkələrlə müzakirələr aparır və onları bu ölkənin neftini almaqdan çəkindirməyə çalışır.
    Muxalifet.az xəbər verir ki, bunu Ronald Reyqan Fondunda çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
    “Bu təzyiqin mərkəzində İranın enerji və bank sektoruna qarşı sanksiyaların yenilənməsi dayanır. Son bir neçə həftə ərzində dediyimiz kimi hədəfimiz İran neftinin ixracını sıfır həddinə endirməkdir”, – deyə o bildirib.
    O, İran rəhbərliyini korrupsiya və insan haqlarını pozmaqda ittiham edib:

    Muxalifet - 23-07-2018

  11. ​Rusiya Ermənistanda hərəkətə keçdi: 3000 hərbçi, texnika...

    Rusiya Ermənistanda hərbi təlimə başlayıb.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.
    Təlimə 3000-dən çox hərbçi cəlb edilib. Mətbuat xidməti təlimin 28 iyula qədər davam edəcəyini bildirib. Ümumilikdə təlimə 500 hərbi texnika cəlb olunub.

    Muxalifet - 23-07-2018

  12. Türk ordusundan PKK-ya ağır zərbə: 11 ölü

    Türkiyə Silahlı Qüvvələri Hakkari, Ərzincan, Kemah düzənliyi və İraqın şimalındakı Avaşin-Basyan bölgələrində PKK-ya zərbə endirib.
    Muxalifet.az xəbər verir ki, bu barədə TSQ-nin Baş Qərargahından informasiya yayılıb.
    Məlumata görə, 21-22 iyul tarixlərində həyata keçirilən hava əməliyyatları zamanı terror qruplaşmasının 11 üzvü məhv edilib.

    Muxalifet - 23-07-2018

  13. ​“TRAMP KOREYA LİDERİNİN YALANLARINI ÜZÜNƏ ÇIRPMALIDIR” – TƏHLİL

    Kent Harrinqton “Project Syndicate” Hələ heç kim Helsinkidə keçirilən iki saatlıq görüşdə ABŞ prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə konkret nə söylədiyini bilmir. Amma Sinqapur sammitində Kimlə görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsinə razılıq alması münasibətilə Trampı artıq təbrik ediblər. ABŞ-ın apardığı əlavə danışılar ilə yanaşı, Kim rejimi nüvə dövləti kimi öz mövqeyini gücləndirməyə davam etdirir. Kremlin sahibi, yəqin ki, bunu nəzərə alır.

    Muxalifet - 23-07-2018

  14. ​İtkin düşmüş 3 yaşlı uşağın axtarışları davam edir

    İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub.

    Muxalifet - 23-07-2018

  15. Gürcüstanda oğru polis tərəfindən öldürüldü

    Gürcüstanın Poti şəhərində səhər saatlarında orta yaşlı kişi ödəmə terminalını qarət etməyə cəhd göstərərkən polis tərəfindən öldürülüb.
    APA-nın Gürcüstan bürosunun məlumatına görə, oğru polisə tabe olmaqdan imtina edərək fiziki müqavimət göstərib. Polis əməkdaşı isə atəş açaraq onu baş nahiyəsindən yaralayıb. Cinayətkar xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.   
    İnsidentlə bağlı araşdırma aparılır.

    Muxalifet - 23-07-2018

  16. ​ABŞ Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI İŞƏ SALDI - Yeni TARİX BAŞLAYIR

    ABŞ İran auditoriyası üçün fars dilində gecə-gündüz rejimində telekanalın yayımına başlayır.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib.
    “Yayım İdarəetmə Şurası internet senzuranı keçməkdə İran xalqına kömək etmək üçün yeni addımlara təşəbbüs edir. Şura fars dilində fasiləsiz teleyayıma başlayır. Bu, yalnız televiziya olmayacaq, həm də radio və sosial media formatında olacaq”, - Pompeo Kaliforniyada Ronald Reyqan Fondunda çıxışında bildirib.

    Muxalifet - 23-07-2018

  17. ​Lənkəranda hamilə qadın faciəli şəkildə öldü

    Lənkəranda hamilə qadın ölüb. Məlumata görə, Lənkəran şəhəri, Sahil 32 ünvanında yaşayan 1998-ci il təvəllüdlü İbrahimova Günay Ümid qızı hamiləliyini sonlandırmaq məqsədilə güclü dozada dərman qəbul edib. Vəziyyəti ağırlaşan G.İbrahimova Lənkəran Rayon Mərkəzi Xəstəxanasının ginekoloji şöbəsinə yerləşdirilib. Xəstəxanada ona 16 həftəlik hamiləlik diaqnozu qoyulub. Həkimlərin müayinəsi zamanı məlum olub ki, dərmanın təsirindən ana bətnində fəsadlaşma yaranıb, kəskin qanaxma olub. Nəticədə G.İbrahimova dünyasını dəyişib.

    Muxalifet - 23-07-2018

  18. ​Bilgəh bağlarında intihar hadisəsi

    Bakı şəhərinin Sabunçu rayonunda intihar hadisəsi baş verib. Muxalifet.az xəbər verir ki, Bilgəh bağlarında həyət evində yaşayan 1965-ci il təvəllüdlü İmanov Fikrəddin Məlikheydər oğlu özünü asaraq intihar edib. Onun meyitini ailə üzvləri aşkarlayaraq hüquq-mühafizə orqanlarına məlumat veriblər.
    Bildirilir ki, 53 yaşlı F.İmanovun əsəb sistemində problemlər varmış.
    Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

    Muxalifet - 23-07-2018

  19. ​Qızlarla əylənməyə getdi, hesabı ödəyə bilmədi arvadının adını verdi

    Sarışın qadınla görüntülənən və qız dostlarıyla çimərliyə əylənməyə gedən Ali Küçükbalçık hesabın yarısını ödəyə bilmədiyi üçün həyat yoldaşı Kibariyenin adından istifadə edib. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin əri "Mən Kibariyenin həyat yoldaşıyam, başqa pul vermirəm" deyərək getdiyi məkandan ayrılıb. Son dövrdə yaşadığı maddi problemlərlə yanaşı həyat yoldaşı Kibariyəni aldatması xəbərləriylə gündəmə gələn Ali Küçükbalçık 370 TL-lik (təxminən 185 manat) hesabın çox olduğunu deyərək məkan sahibi ilə mübahisə edib.

    Muxalifet - 23-07-2018

  20. ​Çindən Azərbaycana 8 milyonluq hədiyyə - Foto

    Nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün xarici ölkələrdən 6 ayda 112 adda 200-ə yaxın texnika gətirilib.
    Bunu Muxalifet.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov deyib. O bildirib ki, Çin tərəfindən yardım məqsədilə 8,2 milyon dollar dəyərində texnika təmənnasız olaraq Azərbaycana verilib:

    Muxalifet - 23-07-2018

Pages