Axtarış
The search found 105835 results in 0.13 seconds.
Search results
FETÖ-çu Adnan Oktarı dəstəklədi: Alçaltmaq, güc tətbiqi...
Adnan Oktara və qruplaşmasına FETÖ növbəti dəfə sahib çıxıb.
Muxalifet.az xəbər verir ki, təşkilata məxsus olan və yayımı dayandırılan Bugün TV-nin baş redaktoru Tarık Toros Adnan Oktarın əlləri bağlı, başından basılaraq tutulmasını sərt tənqid edib.
O, Tvitter hesabında, "Az əvvəl Tvitterdə rast gəldim. 6 gündür həbs edilən Adnan Oktar müayinəyə götürülərkən əlləri arxadan qandallanıb, başından və boynundan aşağı basılaraq polis maşınına mindirilir. Bu, kameralar qarşısında onu alçatmaqdan və güc tətbiqindən başqa bir şey deyil", sözlərini qeyd edib.Muxalifet3 - 21-07-2018
Yaponiyada istidən 13 nəfər ölüb
Yaponiyanın Kioto şəhərində isti hava şəraiti səbəbindən 13 nəfər həlak olub.
Muxalifet.az-ın Kioto Agentliyinə istinadən verdiyi məlumata görə, temperatur 38 dərəcədən yuxarı olub.
Məlumata əsasən, xəstəxanaya müraciət edənlərin sayı durmadan artır.
Muxalifet3 - 21-07-2018
Misirdən İsrailin qərarına sərt reaksiya: Qəbuledilməzdir
Misir Xarici İşlər Nazirliyi İsrail dövlətinin yalnız yəhudilərə aid olması haqqında Konstitusiya qanununa sərt reaksiya verib.
Muxalifet.az xəbər verir ki, nazirlik yaydığı yazılı açıqlamada irqçi anlayışları təbliğ edən qərarın qəbuledilməz olduğunu bildirib. Həmçinin qanunun Fələstin-İsrail arasında sülhün bərpa edilməsi istiqamətindəki imkanları zəiflətdiyi vurğulanaraq, beynəlxalq qərarlarla sabit olan fələstinli qaçqınların geriyə qayıtma haqqına da mənfi təsir etdiyi vurğulanıb.Muxalifet3 - 21-07-2018
Anti-hökümət nümayişləri: 350 ölü – ABŞ-dan Reaksiya
Hal-hazırda ABŞ-ın Nikaraquaya müdaxilə etmək planı yoxdur.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Amerika Dövlətləri Təşkilatındakı nümayəndəsi, səfir Karlos Truxilo bildirib.
O qeyd edib ki, ABŞ Nikaraquanın demokratiyaya qayıtması üçün mümkün olan hər şeyi edir:
“Bütün variantlara baxılır. Hazırkı variantlar arasında hərbi əməliyyat keçirilməsi planı yoxdur”.
Qeyd edək ki, Nikaraquada artıq 3 aydır anti-hökümət nümayişləri keçirilir. Nümayişlər nəticəsində 350-dən çox insan həlak olub.Muxalifet - 21-07-2018
WhatsApp ölümə səbəb olan mesajları dəyişdi - DAHA BİR YENİLİK
WhatsApp Hindistanda 200 milyon istifadəçisi üçün dəyişikliklər edəcəyini bildirib. Bu elan, ölümcül hücumla nəticələnən kütləvi mesajların yayılmasından sonra baş verib. Hindistan hökuməti mesajlaşma platformasını bu hadisəyə görə məsuliyyətə və cavabdehliyə çağıraraq, WhatsApp-ı bağlı şikayətini məhkəməyə ünvanlayacağı deyib. İnformasiya Texnologiya Nazirliyi bu cür hadisələrə sakit izləyici kimi yanaşa bilməyəcəklərini bildirib.
Muxalifet4 - 22-07-2018
Nüvə proqramını dayandırdı, iqtisadi göstəriciləri kəskin düşdü – ŞİMALİ KOREYADA BÖHRAN
Şimali Koreyanın iqtisadiyyatı 2017-ci ildə son 20 il ərzində ən kəskin dərəcə aşağı düşüb. Bu barədə məlumatı, aparılan hesablamalar nəticəsində Cənubi Koreyanın mərkəzi bankı bildirib. Mərkəzi Bank əlavə edib ki, Pxenyanı nüvə və raket proqramını dayandırması üçün tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına ağır zərbə vurub.
Cənubi Koreyanın Mərkəzi Bankı bildirir ki, Şimali Koreyanın Ümumi Daxili Məhsulu (ÜDM) əvvəlki il göstəricisi ilə müqayisədə 3.5 fazi aşağı düşərək, 1997-ci ilin mənfi 6.5 göstəricisidən bəri ən zəif göstərici olub.
Muxalifet4 - 22-07-2018
Milli mətbuatımızın 143 yaşı tamam olur
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 143 il ötür.
Ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul 1991-ci ildən Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.Muxalifet4 - 22-07-2018
İngiltərədə FETÖ-çu saxlanıldı – TÜRKİYƏYƏ TƏHVİL VERİLƏCƏK
İngiltərə Daxili İşlər Nazirliyi, Akın İpəyin nəzarətə alındığını açıqlayıb.
İngiltərə Daxili İşlər Nazirliyi Türkiyənin ekstradisiya tələbindən sonra FETÖ fərarisi Akın İpəyin nəzarətə alındığını açıqlayıb.
Qeyd edək ki, Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül, İngiltərənin paytaxtı Londonda ev həbsinə alınan FETÖ fərarisi Akın İpək haqqında dünən "Biz, bunlar müstəqil Türk məhkəməsinə təhvil verilsin, deyirik" açıqlamasını etmişdi.Müxalifət.az
Muxalifet3 - 22-07-2018
Qəzza, şəhidini Türk bayrağıyla yola saldı
İsrailin Qəzzaya qarşı döyüş təyyarələri və tank atəşləri ilə keçirdiyi dünənki hücumlarda şəhid olan 4 Fələstinli torpağa verilib. Yolda üzərində Türk bayrağı ilə örtülən şəhid Şərif Bedvanın nəşi məsciddə qılınan cənazə namazından sonra şəhərdəki qəbiristanlıqda dəfn edilib.
Müxalifət.azMuxalifet3 - 22-07-2018
Saakaşvilinin silahdaşı prezidentliyə namizəd oldu
Gürcüstanın müxalif “Avropalı Gürcüstanı” Partiyası David Bakradzenin prezidentliyə namizədliyini irəli sürüb.
D. Bakradzenin namizədliyi Kutaisi şəhərində təqdim olunub.
Tədbirdə çıxış edən partiyanın liderlərindən biri Gigi Uqulava bu gün cəmiyyətə sabahkı günə ümid verəcək prezidentin lazım olduğunu deyib: “Ölkədəki xaosa son qoyulmalıdır. Gürcüstana vətəndaşların yanında olan, lakin onları ambisiyaları ilə narahat etməyəcək prezident lazımdır”.Muxalifet3 - 22-07-2018
ABŞ-da mağazada insanları girov götürdülər
CNN-in verdyi məlumata əsasən, naməlum şəxs Kaliforniya ştatında "Trader Joe's" şəbəkəsinin mağazasında insanları girov götürülüb.
Qeyd olunur ki, hər şey polisin şübhəli avtomobil sürücüsünü izləməsindən başlayıb. Avtomobil qəzaya uğradıqdan sonra, sürücü salondan qaçaraq polislərə atəş açıb və mağazada gizlənib.
Hadisə nəticəsində bir nəfər xəstəxayana yerləşdirilib.
Muxalifet3 - 22-07-2018
Münbiçdə xüsusi Türk-ABŞ hərbi birliyi yaradılacaq
Türkiyə və ABŞ arasındakı yol xəritəsinin detallarına görə, Qaziantepdə keçiriləcək təlimlərdə 3 batalyon Türk əsgəri və 1 batalyon ABŞ əsgəri iştirak edəcək. Ortaq təlimlərlə müttəfiq birliklərin bir-birinə atəş açmaması üçün hazırlıq görüləcək. Təlimdən sonra Münbiçdə xüsusi Türk-ABŞ birliyi yaradılacaq.
Muxalifet3 - 22-07-2018
Adnan Oktarın banklarda yatan şok sərvəti
Adnan Oktar və qrupunun sərvəti insanlarda şok yaradıb. MASAK-ın (Maliyyə Cinayətləri Araşdırma Komitəsinin) göndərdiyi hesabatlardan sonra düyməyə basan polisin apardığı araşdırmalara görə, Oktarın sərvəti 1 milyard dollara yaxınlaşır.
Muxalifet3 - 22-07-2018
Yevlaxda Mingəçevirli qadın bıçaqlandı
Yevlaxda bıçaqlanma hadisəsi olub.
Hadisə rayonun Xanabad kəndində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mirzəliyeva Şəbnəm Namiq qızına bıçaqla xəsarət yetirilib. İki zərbə qarın nayihəsinə, bir zərbə isə qoluna vurulub.Yaralı qadın xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır(report).Muxalifet4 - 22-07-2018
Cibində 1 manatı olmayan “bomj” 200 min manatlıq heroinlə tutuldu
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Rasim Zəkaryayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Virtualaz.org-un xəbərinə görə, məhkəmənin hökmü ilə Rasim Zəkaryayev 11 il müddətinə azadlıqdan məhrum edilib.
Muxalifet4 - 22-07-2018
DƏHŞƏT: 38 yaşlı kişi özünü asdı
Bu gün səhər saatlarında Salyan rayonunda intihar hadisəsi baş verib.
Belə ki, Qaradağ rayonunun Ələt qəsəbə sakini , 1980-cı ildə anadan olmuş, 3 azyaşlı uşaq atası Həmid Fərhad oğlu Qasımov Salyan rayonunun Xıdırlı kəndindəki evinə gələrək orada özünü iplə asıb. İntiharın hansı səbəbdən baş verdiyi hələlik bilinmir.
Faktla bağlı araşdırmalara başlanılıb.Muxalifet4 - 22-07-2018
“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
“Nar TV” xidmətinə qoşulan yeni abunəçilər indi TV tüner cihazını pulsuz əldə edəcəklər. Yalnız bir TV tüner kifayət edir ki, abunəçilər yüksək keyfiyyətli rəqəmsal TV xidmətindən yararlana bilsin. Xidmətə qoşulmaqla abunəçilər usta axtarışı, anlaşılmaz menyu və vaxt itkisi kimi çətinliklərdən azad olur.
Muxalifet4 - 22-07-2018
ABŞ-da yaxalanan Rus casusuna Putinin agentindən dəstək
Ötən illərdə ABŞ-da yaxalanan və Moskva ilə Vaşinqton arasında diplomatik böhrana səbəb olan Rus casusu Anna Çapman, sosial mediada diqqətçəkici paylaşma edib. Ötən həftə FTB tərəfindən yaxalanan Rus casusu Mariya Butinaya dəstək mesajı verən Çapman, "Sorğu zamanı hər əziyyətə döz" – deyə, mesaj göndərib.
Çapman, "Səni çözmək və səndən məlumat almaq istəyəcəklər, amma sən dayan" mesajını bölüşərək Butinanın yanında olduğunu bildirib.Muxalifet3 - 22-07-2018
ABŞ-da girov götürmə böhranı: ƏVVƏLCƏ NƏNƏSİNİ GÜLLƏLƏDİ...
ABŞ-ın Kaliforniya ştatının Los Ancelos şəhərində nənəsini silahla yaralayan bir adam polis təqibindən qaçarkən supermarketdə olan adamları girov götürüb. 1 nəfərin öldüyü və 2 saat sürən girovalma böhranında təcavüzkar təslim olub.
ABŞ-ın Los-Ancelos şəhərində meydana gələn hadisədə polisdən verilən məlumata görə, nənəsi olduğu anlaşılan bir qadını silahla yaralayan və onun yanındakı bir qadını da silahla girov alan 28 yaşındakı bir adamın, daha sonra nənəsinə məxsus avtomobillə qaçmağa çalışdığı qeyd olunub.
Muxalifet3 - 22-07-2018
Göyçayın Ədliyyə İdarəsindən PREZİDENTƏ ŞİKAYƏT – “Bu, açıq-aşkar cinayət əməlidir...”
Göyçay rayonu Müskürlü kənd sakini Həsrətov Fərman Hasil oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Göyçay Regional Ədliyyə İdarəsinin əməkdaşı Akif Kərimovun qanunsuz əməlləri barədə prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova müraciət edən şikayətçi yazır:
“Hörmətli Prezident və hörmətli Fikrət Məmmədov!Muxalifet4 - 22-07-2018