Axtarış

The search found 105828 results in 0.132 seconds.

Search results

  1. ​Dönərə pulu çatmayan 14 yaşlı uşaq döyüldü - İYRƏNC HADİSƏ

    Ötən gün Səbail rayonu, İslam Səfərli küçəsi 3-də yerləşən restoranda 14 yaşlı azyaşlı döyülüb.
    Muxalifet.az olke.az-a istinadən xəbər verir ki, restoran işçiləri olan 2 nəfər naməlum şəxs 2004-cü il təvəllüdlü Mirsüleyman Rəhimovu döyüblər. Zərərçəkən uşaq xəstəxanaya çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. Uşağın döyülməsi ilə bağlı xəstəxanadan polisə məlumat verilib. Xəstəxanaya gələn polis əməkdaşları uşağın ilkin izahatını alıblar.

    Muxalifet - 16-07-2018

  2. ​Fransada dünya çempionluğunu qeyd edərkən 2 nəfər ölüb

    Fransada milli komandanın futbol üzrə dünya çempionatındakı qələbəsini qeyd etdiyi vaxt 2 nəfər ölüb, ağır yaralılar var. 
    Muxalifet.az "Le Monde" nəşrinə istinadən verdiyi məlumata görə, Ansi şəhərində 42 yaşlı kişi sevincdən özünü suyun səviyyəsi aşağı olan kanala atıb. Nəticədə başı yerə dəyən fanat dünyasını dəyişib. 
    Ölümlə nəticələnən digər insident Sen-Feliksdə baş verib. Həmin şəhərdə kişi maşınını divara çırpıb. 

    Muxalifet - 16-07-2018

  3. Шиитский след с криминальным подтекстом - Аналитика

    Аналитическая служба Turan

    Официальная версия покушения на главу исполнительной власти Гянджи Эльмара Bелиева сформирована - его совершили исламско-шиитские радикалы.

    Она была сформулирована спустя 3 дня после общественного и официозного дискурса о причинах и мотивах, подтолкнувших уроженца Гянджи Юниса Сафарова к попытке убийства Bелиева 3 июля.

    Muxalifet4 - 16-07-2018

  4. ​Sabaha olan hava proqnozu

    Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 29-34, Bakıda gecə 24-26, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 16-07-2018

  5. MİT-dən Suriyada xüsusi əməliyyat: TÜRKİYƏYƏ GƏTİRİLDİ

    Türk kəşfiyyatı, təslim olmaq istəyən PYD/YPG-nin Münbiçdəki hərbi xəstəxana üzrə məsul şəxsi A.K.-nı keçirdiyi uğurlu əməliyyatla Türkiyəyə gətirib.
     
    5 il əvvəl PYD/YPG-yə qoşulan qardaşını gətirmək üçün getdiyi Suriyada terror təşkilatına qatılan A.K.-nin, önəmli xidmətlərdə olduğu  və ən son Münbiçdə hərbi xəstəxana üzrə məsul şəxs olduğu bildirilib.
     
    TƏŞKİLATDAN QOPMALAR BAŞLADI
     

    Muxalifet3 - 16-07-2018

  6. ​Bakıda çökmüş yolun altında tunel çıxdı - FOTO

    Cəlil Məmmədquluzadə küçəsində çökmüş ərazidə aparılan qazıntılar zamanı təqribən yol səthindən 5-6 metr dərinlikdə tunel tipli boşluq aşkarlanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Facebook” hesabında qeyd edib.
    Onun sözlərinə görə, ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır.
    Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir.

    Muxalifet - 16-07-2018

  7. ​İlham Əliyev Fransa prezidentini təbrik etdi

    Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
    Muxalifet.az-ın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

    Muxalifet - 16-07-2018

  8. ​Qadın sürücü avtomobili aşırdı - BACISI ÖLDÜ

    Siyəzəndə qadın ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törədib.
    Muxalifet.az-ın DİN-in saytına istinadən məlumatına görə, iyulun 14-də saat 16 radələrində Siyəzən şəhərinin ərazisində Bakı şəhər sakini Sevda Kərimova idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb. Nəticədə S.Kərimovanın sərnişini - bacısı Zəhra Xələfova hadisə yerinə ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır

    Muxalifet - 16-07-2018

  9. ​Burak Yılmaz uzun müddətə sıradan çıxdı

    Türkiyə millisinin və "Trabzonspor" klubunun futbolçusu Burak Yılmaz uzun müddətə sıradan çıxıb.
    "Report" klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Sloveniyadakı təlim-məşq toplanışında zədələnib.
    Əzələsi yırtılan oyunçunun əməliyyat olunacağı müəyyənləşib. Bu zədə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin əsas heyət üzvünə çevrilmə şanslarını artırıb. Avstriya "Mattersburq"u ilə anlaşa bilməyən 22 yaşlı hücumçu hazırda müqavilə üzrə məxsus olduğu "Trabzonspor"un Sloveniya toplanışındadır.

    Muxalifet - 16-07-2018

  10. ​Kosmosa səyahətin qiyməti açıqlandı - 200 MİN DOLLAR

    Milyarder Ceff Bezosun təşkil etdiyi kosmosa səyahətin qiyməti 200 min dollar təşkil edəcək. 
    Muxalifet.az-ın məlumatına görə, bu barədə “Reuters” özünün şirkətdəki mənbəsinə istinadən xəbər verib. 
    İnsayderin sözlərinə görə, Ceff Bezosun “Blue Origin” şirkətinin kosmosa səyahətin biletlərinin qiyməti 200-300 min dollar təşkil edəcək. Uçuş “New Shepard” kosmik gəmisində baş tutacaq. Təbii ki, onun pulunu Bezosun “Forbes” jurnalının siyahısında olan həmkarları ödəməyə qadirdirlər. Uçuşun marşrutu barədə hələlik heç bir məlumat verilmir.

    Muxalifet - 16-07-2018

  11. ​Gürcü müxalifəti prezidentliyə vahid namizədini müəyyənləşdirdi –Sabiq nazir olacaq

    Gürcüstanın 10 müxalifət partiyası “Güc birlikdədir” adlı birlik yaradıb.
    Təşkilat bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində vahid namizədlə iştirak edəcək. Vahid namizədin “Vahid Milli Hərəkat” Partiyasının üzvü Qriqol Vaşadze olacağı gözlənilir. Onun namizədliyi sabah rəsmən açıqlanacaq.
    Qeyd edək ki, Q. Vaşadze 2008-2012-ci illərdə Gürcüstanın xarici işlər naziri olub. O, ötən ilin oktyabrında yerli idarəetmə orqanlarına keçirilmiş seçkilər zamanı Kutaisi şəhərinin meri vəzifəsinə namizəd olsa da,  qalib gələ bilməyib. (APA)

    Muxalifet - 16-07-2018

  12. Putin Helsinkiyə gəldi – Tarixi görüş

    Rusiya Prezidenti Vladimir Putin Helsinkiyə gəlib.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
    Qeyd edək ki, Putin Helsinkidə ABŞ Prezidenti Donald Trampla görüşəcək. Görüşdə əsas müzakirə mövzusu beynəlxalq təhlükəsizlik, Yaxın Şərqdəki vəziyyət və “Şimal axını-2” boru kəmərinin tikintisi olacaq.

    Muxalifet - 16-07-2018

  13. ​İtaliya prezidenti Gürcüstana gəlir

    Gürcüstan tarixində ilk yaşanacaq.
    Muxalifet.az “Sputnik”ə istinadən xəbər verir ki, İtaliya prezidenti Sercio Matarella Gürcüstana ikigünlük səfər edəcək. Bu, Gürcüstan müstəqillik əldə etdikdən sonra ölkə tarixində ilkdir. 
    Səfərin ilk günü Matarella və gürcü həmkarı Georgi Marqvelaşvili bir araya gələcək. Növbəti gün isə İtaliya liderinin baş nazir Mamuka Baxtadze və parlament sədri İrakli Kobaxidze ilə görüşəcəyi qeyd edilir.

    Muxalifet - 16-07-2018

  14. Ermənistanda dövlət binasının fasadı uçdu: 1 ölü - Foto

    İrəvanda Ermənistan Ədliyyə Nazirliyinin Təcrübə Mərkəzi dövlət təşkilatının binasının fasadı uçub.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, biri isə yaralanıb.
    Ölən və yaralananların hər ikisinin idarənin əməkdaşları olduğu bildirilib.
    Yaralı baş-beyin travması diaqnozu ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

    Muxalifet - 16-07-2018

  15. Maradonadan Fələstinə dəstək

    Argentinalı futbol əfsanəsi Dieqo Maradona, bir araya gəldiyi Fələstin dövlət başçısı Mahmud Abbasa, “Mən Fələstinliyəm” deyib.
     
    Fələstin dövlət başçısı Mahmud Abbas, Rusiyaya etdiyi səfər çərçivəsində Argentinalı futbol əfsanəsi Dieqo Maradona ilə Moskvada bir araya gəlib.
    Maradona, görüşdə "Mən Fələstinliyəm" deyərək, Fələstinin haqlı mübarizəsinin yanında olduğunu bildirib. Maradona, Fələstinlə həmrəyliyini sosial media hesabından Abbas ilə paylaşdığı şəkillə də ifadə edib.

    Muxalifet3 - 16-07-2018

  16. ​“RUSİYA BAKIDAN İSTƏDİYİNİ ALA BİLMƏSƏ, ÇEVRİLİŞƏ CƏHD EDƏCƏK” - Deputatdan ŞOK açıqlamalar

    “Azərbaycandan istədiklərini ala bilməsələr, payızda daha böyük təxribatlara cəhd olacaq” “İqtidarın daxilində də oyuncaq prezident olmaq istəyən kütbeyin insanların sayı yetərincədir” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev apa-ya müsahibə verib. Muxalifet.az həmin müsahibəni oxucularına təqdim edir. - Qüdrət bəy, bu gün hər kəsi düşündürən bir məsələ var: Gəncədəki olaylar niyə təşkil olundu və bu olayları bitmiş hesab etmək olarmı? – Zənnimcə, hadisələrin baş verməsində bir çox səbəblər təhrikçi rol oynadı.

    Muxalifet - 16-07-2018

  17. Ermənistan NATO ilə sıx əməkdaşlığın səbəbini ilk dəfə açıqladı

    Ermənistan hakimiyyəti Rusiya ilə hərbi müttəfiqlik münasibətlərinə baxmayaraq NATO ilə sıx əməkdaşlığın qurulmasının sensasion səbəbini açıqlayıb.
    Virtualaz.org xəbər verir ki, Ermənistan milli təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu barədə “Kommersant”ın sorğusuna cavab olaraq danışıb. Qriqoryan Ermənistanın NATO ilə əməkdaşlıqdan hansı fayda əldə etdiyini izah edərək deyib ki, bu əməkdaşlıq sayəsində erməni hərbçiləri “Azərbaycan ordusunun necə işlədiyini” anlamağa çalışır.

    Muxalifet - 16-07-2018

  18. PKK və Əsəd arasında anlaşma

    Terror təşkilatı YPG/PKK və Əsəd rejimi arasında su bəndləri ilə bağlı anlaşma əldə edilib. Müqaviləyə görə, terror təşkilatı işğal altında saxladığı su bəndlərini Əsəd rejiminə təhvil verəcək.
     
    Suriyada YPG/PKK terrorçuları və Əsəd rejimi, təşkilatın işğalında olan iki böyük su bəndinin rejimə dövr ediləcəyi ilə bağlı razılaşıblar.

    Muxalifet3 - 16-07-2018

  19. ​AB-yə ağır zərbə: ABŞ İranla bağlı güzəştdən imtina etdi

    ABŞ Dövlət katibi Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçin Avropa Birliyinə aid şirkətlərə qarşı İran məsələsində xüsusi istisnalar edilməsinə rəsmi şəkildə icazə verməyiblər.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” qəzeti məlumat yayıb.
    AB şirkətlərinə qarşı xüsusilə maliyyə, energetika sahəsində güzəştlərə icazə verilməyib.

    Muxalifet - 16-07-2018

  20. ​Tramp-Putin görüşü başladı

    Finlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.
    Muxalifet.az bildirir ki, əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.
    Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D. Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

    Muxalifet - 16-07-2018

Pages