Axtarış
The search found 105828 results in 0.122 seconds.
Search results
Gürcüstanın Tkibuli şəhərində şaxta çökdü: ölənlər var
Gürcüstanın qərbində yerləşən Tkibuli şəhərindəki Mindeli şaxtasında qəza baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Gürcüstanın “Birinci Kanal”ı məlumat yayıb.
Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir. Xəsarət alanların sayı isə hələlik açıqlanmayıb.
Ölü sayının artacağı iddia edilir.Muxalifet - 16-07-2018
Goranboyda 47 yaşlı kişi intihar etdi
Goranboy rayonunda intihar hadisəsi qeydə alınıb.
Muxalifet.az Qərb bürosunun məlumatına görə, Goranboy şəhər sakini 1971-ci il təvəllüdlü Əliyev Ceyhun Zahid oğlu yaşadığı evdə özünü asaraq intihar edib. İlkin məlumatlara görə, onun pisxoloji problemləri olub.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.Muxalifet - 16-07-2018
Didye Deşam Fransa millisindəki postunda qalacaq
Futbol üzrə 2018-ci il dünya çempionatının qalibi olan Fransa yığmasının baş məşqçisi Didye Deşam postunda qalacaq.
Muxalifet.az-ın “L'Equipe” nəşrinə istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssis postundan öz istəyi ilə getməyəcək. O, bildirib ki, 1998-ci ildə dünya çempionu olduqdan sonra Fransa millisini tərk edən Eme Jake kimi davranmayacaq: “Mən qalıram. Çünki müqaviləmə uyğun öhdəliyim var. Bir neçə həftəlik yoxa çıxacağam. Lakin sonra yenə görüşəcəyik”.Muxalifet - 16-07-2018
İsrail Suriyanın hava limanını bombaladı
İsrail qırıcıları Suriyanın hava limanını bombalayıb.
Muxalifet.az milliyet.com.tr-yə istinadla bildirir ki, İsrail ordusuna məxsus qırıcılar gecə saatlarında Suriyanın Nairab hərbi hava limanını bombalayıb. İsrailin hökumət qüvvələrinin nəzarətində olan hava limanının vurulması nəticəsində onlarla hərbi hava gəmisinin məhv edildiyi bildirilir.
İsrail Müdafiə Nazirliyi yayılan informasiyanı təsdiqləyib.Muxalifet - 16-07-2018
Putin-Tramp görüşündə ABŞ və Rusiyanın bazarlıq predmetləri
ABŞ prezidenti Tramp bu gün Finlandiyada Rusiya prezidenti Putin ilə 30-60 dəqiqə arasında təkbətək görüşəcək. Toplantıda Suriyanın gələcəyi və yeni siyasi düzən danışılacaq. Xüsusilə ölkənin şimalı və YPG ilə bağlı fərqli bir mövqe ortaya qoyulacaqdır. Türkiyə başda bu səbəblə və digər məsələlərin də əhəmiyyətini nəzərə alaraq bu zirvə görüşünü yaxından izləyib, sonra mütləq prosesə ağırlığını qoymalıdır.
ABŞ-ın İRAN PROBLEMİ
Muxalifet3 - 16-07-2018
ABŞ-a qarşı Ruhanini dəstəkləməliyik - Xamenei
İranın bütün dövlət strukturları ABŞ sanksiyalarına qarşı hökumətin hazırladığı iqtisadi siyasəti dəstəkləməlidirlər.
Muxalifet.az xəbər verir ki, bunu İran prezidenti və hökuməti ilə görüşü zamanı İranın Ali Dini lideri Əli Xamenei deyib.
“Əminəm ki, əgər hökumət lazımi tədbirlər görsə, o bütün problemlərin öhdəsindən gəlib, ABŞ-ın planını yox edə biləcək. Biz özəl sektoru gücləndirməli, iqtisadi cinayətkarlığa qarşı qəti addımlar atmalıyıq” – deyə o bildirib.Muxalifet - 16-07-2018
Azərbaycanda internetin sürəti azalıb - Ermənistan 28 pillə öndədir
Azərbaycanda internetin orta sürəti saniyədə 2,52 meqabit təşkil edir.
Trend bu barədə Böyük Britaniyanın genişzolaqlı rabitə üzrə konsaltinq agentliyi “CABLE.co.uk”in reytinqinə istinadən məlumat verir.
Bu göstəriciyə görə, Azəraycan reytinqdə 200 ölkə arasında 135-ci yeri tutur.
Qeyd olunur ki, internetin orta sürəti 4 saat 31 dəqiqə ərzində 5 gb həcmində yüksək keyfiyyətli videonun yüklənməsinə bərabərdir.
Bundan əvvəlki reytinqdə Azərbaycan saniyədə 2,67 meqabit sürətlə 102-ci yerdə qərarlaşmışdı.Muxalifet - 16-07-2018
Bu günə olan rəsmi məzənnə
Azərbaycan Mərkəzi Bankı 16 iyul tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Muxalifet.az Mərkəzi Banka istinadən xəbər verir ki, iyulun 16-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9874 manat təşkil edir.
1 türk lirəsi 0,3502 manat, 1 rus rublu 0,0272 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6936 manatdır.Muxalifet - 16-07-2018
Avropa Birliyi-də ABŞ-ın rəqibidir – Tramp
Avropa Birliyi ABŞ-ın rəqibləri siyahısındadır.
Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Feys Neşn”(“Face the Nation”) verilişində çıxışı zamanı deyib.
“Məncə AB-nin bizə qarşı ticari münasibətlərini nəzərə alsaq, onların rəqibimiz olduğunu deyə bilərik. Rusiya bizim müəyyən aspektlərdə, Çin isə iqtisadiyyat baxımından rəqibimizdir. Bu o demək deyil ki, onlar pisdirlər” – Tramp söyləyib.Muxalifet - 16-07-2018
Sevdiyi qızla cinsi əlaqədə olub telefona çəkdi - DƏHŞƏTLİ CİNAYƏTİN TƏFƏRRÜATLARI
Sevdikləri qızların intim səhnələrin yaymaqları ilə hədələyərək pul tələb edən gənclər cəzalarının azaldılmasını istəyirlər.
Muxalifet - 16-07-2018
Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yandı
Göyçayda güclü yanğın baş verib.
Yanğın Göyçayın Bığır və Qaraməryəm kəndləri arasında, vətəndaşlara məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb.
Yanğının söndürülməsi üçün əraziyə FHN-in Göyçay, İsmayıllı və Ucar Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Hava küləki olduğu üçün yanğını söndürmək çətinləşib və alov qısa vaxtda geniş ərazini əhatə edib. Yanğın dağlıq ərazidə baş verfiyi üçün əraziyə yanğınsöndürən maşınların cəlb edilməsi çətinləşib.Muxalifet - 16-07-2018
Tramp yenə prezidentliyə namizəd olacaq: “GÜCLÜ RƏQİBİM YOXDUR”
ABŞ prezidenti Donald Tramp, 2020-dəki prezident seçkilərində rəqibsiz olduğunu irəli sürərək, yenidən namizəd olacağını açıqlayıb.
İngiltərənin “Mail on Sunday” qəzetinə verdiyi müsahibəsində 2020-ci ildə keçiriləcək prezident seçkiləri üçün, "Niyyətim yenidən namizəd olmaqdır" deyən Tramp, namizəd olmasını "hər kəsin istədiyini" bildirib.
RƏQİBİM YOXDUR
Muxalifet3 - 16-07-2018
“Siz nüvə başlıqlarını gizlədirsiniz” – PAMPEONUN GIZLI DANIŞIQLARININ DETALLARI...
ABŞ-ın dövlət katibi Maykl Pompeo bu yaxınlarda Pxenyana səfər zamanı Koreya Xalq Demokratik Respublikasında zənginləşdirilmiş uranın gizli istehsalı haqqında şübhələrini ifadə edib.
Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın “İomiuri” qəzeti yazıb.
Ancaq Şimali Koreya hakimiyyəti hər hansı uran proqramının mövcudluğunu inkar edib.
Muxalifet4 - 16-07-2018
Adnan Oktarın "qara qutusu" həbs edildi... - FOTO
Adnan Oktarın axtarışda olan "kediciyi"saxlanııb.
Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adnan Oktarın "qara qutusu" hesab edilən Tülay Kumaşçı polisin keçirdiyi əməliyyat zamanı həbs edilib.
Polisin keçirdiyi əməliyyatda qaçdığı söylənilən və Adnan Oktarın sevimlisi olduğu deyilən Tülay Kumaşcı saxlanılıb.Muxalifet - 16-07-2018
BAKIDA DƏHŞƏT: Bağban ev sahibini yaraladı, arvadını öldürdü
Bakıda bağban ev sahibinə ağır xəsarət yetirib və onun həyat yoldaşını öldürüb. Hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib.
Belə ki, Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin 6-cı tağımın əməkdaşları Mərdəkan qəsəbəsində xidmətdə olarkən "Range Rover" markalı avtomobilin sürücüsünün özünü şübhəli aparnası onların diqqətini çəkib.
Yol Polis əməkdaşları maşına saxla əmri veriblər, lakin sürücü hərəkəti davam etdirib. Yaradılan süni tıxacın köməkliyi ilə "Range Roveri" saxlamaq mümkün olub.
Muxalifet4 - 16-07-2018
ABŞ-da TRAMPIN ÇİNƏ TİCARƏT SAVAŞINDAN NƏ GÖZLƏYİRLƏR?- “Çinlilər ABŞ şirkətlərini buna məcbur edir…”
“Çinin ABŞ-a etdiyi ixrac məhsullarının ümumi dəyəri 400 milyard dollardır. Prezident Tramp Çinlə ticarətə qarşı məhdudlaşdırıcı tariflər qoymaq istəyir.Amma Tramp bununla bağlı hansı məqsəd güddüyünü tam dəqiqləşdirməyib. Bəs,Çin hökuməti Trampın düşündüyü tarif siyasətinin həyata keçirilməsinə qarşı hansı tədbirlər görəcək?” Bu fikirlər ABŞ –ın “The Wall Street Journal” nəşrində işıq üzü görən “Tariflərin faydası və ya tariflərdən sui-istifadə?” adlı məqalədə yer alıb.
Məqalədə daha sonra deyilir:Muxalifet4 - 16-07-2018
Bakıda dəniz sahilində kişi meyiti tapılıb
Bakıda dəniz sahilində naməlum kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb. Dəniz kənarında aşkarlanan kişi meyitinin suda boğulduğu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılırMuxalifet - 16-07-2018
“Reyters” xəbər verdi: YPG TERRORÇULARI MÜNBİÇİ TƏRK ETDİ
Suriyanın Münbiç qəsəbəsində nəzarət və asayişi təmin edən yerli milis qüvvələri, sonuncu YPG-li terrorçunun da dünən etibarilə Münbiçdən çıxdığını açıqlayıb. Bu hadisə, Türkiyənin uzun müddətdir reallaşmasını istədiyi bir vəziyyətdir. “Reuters”-in xəbərinə görə, yerli milis qüvvələrinin dünən verdiyi yazılı açıqlamada belə deyilib: "Münbiç Hərbi Şurası, qalan son qrup hərbi müşavirlərin (YPG) də qüvvələrimizin hərbi təlim və hazırlıq işlərini başa çatdıraraq 15 iyulda (Münbiçdən) çəkilmələrini tamamladığını bildirir".
Muxalifet3 - 16-07-2018
Paşinyan Orduya əmr verdi: "Hücuma hazır olmalıyıq"
Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağla bağlı orduya əmr verib.
Teleqraf.com xəbər verir ki, Paşinyan sosial şəbəkədə canlı yayım zamanı Qarabağ konflikti ilə bağlı hərbi-siyasi durumun gərgin olduğunu bildirib:
“Orduya sayıq və provokasiyalara qarşı hazır olmağı əmr etmişəm. Hərbi-siyası vəziyyət gərgindir. Bu atəşkəs rejiminin pozulması halları ilə yanaşı, Azərbaycan tərəfinin bəyanatları ilə də bağlıdır.Muxalifet - 16-07-2018
Rəşad Böyükkişiyev belə öldürüldü - ŞOK FOTOLAR
Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
Muxalifet - 16-07-2018