Axtarış
The search found 105828 results in 0.066 seconds.
Search results
İraqda gərginlik artır: partiya binalarına hücuma keçildi
İraqda işsizliyə və elektrik kəsintisi ilə bağlı başlayan aksiyalar çərcivəsində xalq Hillə şəhərindəki partiya binalarına hücum edib. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb. Məlumata görə, etirazçılar ölkənin sabiq baş naziri Nuri əl-Malikinin liderlik etdiyi və Prezident Heydər Abadinin üzv olduğu İslami Dövlət Partiyası ilə Fazilət Partiyasının binalarına hücum edib.
Muxalifet3 - 14-07-2018
Çində 100 mindən çox sakin təxliyə edildi: reyslər dayandırıldı
Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən təxliyə edilib.
Muxalifet.az xəbər verir ki, Sinxua agentliyinin yaydığı məlumata görə, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi çox yüksək həddə çatıb. Bir neçə gündür davam edən leysanlar səbəbindən çaylarda suyun səviyyəsinin artması regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.
Hökumət orqanları suyun səviyyəsini aşağı salmaq və daşqından dəyən zərəri azaltmaq məqsədilə bənd işinin təcili rejimə keçməsi barədə göstəriş verib.Muxalifet3 - 14-07-2018
Moskvadan Londonun araşdırmasına reaksiya: Düzgün deyil
Eymsberi bölgəsində Britaniya vətəndaşlarının sinir-iflicedici maddə ilə zəhərlənmə iddialarının təsdiq edilməsi Londonun apardığı araşdırmanın düzgün olmadığını göstərir. Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Londondakı səfirliyinin rəsmisi deyib. Məlumata görə, səfirlik bu araşdırmanın şəffaf olamdığını bildirərək, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) mexanizimlərini pozduğunu bildirir. Qeyd edək ki, Böyük Britaniya vətəndaşı 44 yaşlı Don Stercess və Çarli Rouli 30 iyunda Eymsberi şəhərində huşsuz vəziyyətdə tapılıblar.
Muxalifet3 - 14-07-2018
Ərdoğan Putinlə görüşdü: Yohannesburq qərarı verildi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, iki ölkə lideri danışıq zamanı ikitərəfli münasibətləri və regional məsələləri müzakirə edib.
Türkiyə-Rusiya münasibətlərinin daha da inkişaf etdirilməsi mövzusunda qətiyyətlərini təsdiq edən liderlər enerji sahəsindəki əməkdaşlıqdan da məmnunluqlarını dilə gətiriblər. Həmçinin liderlər Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün siyasi həllin sürətləndiriləcəyini bildiriblər.Muxalifet3 - 14-07-2018
"Astana" "Qarabağ"ın liderlərini niyə transfer etdi? - Açıqlama
Pedro bir sıra çempionatlarda oynayıb, təcrübəsi çoxdur. Ötən mövsümü Azərbaycanın "Qarabağ" klubunda keçirib.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri “Astana”nın prezidenti Sayan Həmidjanov komandanın yeni transferi Pedro Enrike haqda danışarkən deyib.
Klub rəhbəri “Sports.kz”a açıqlamasında “Qarabağ”ın sabiq braziliyalı yarımmüdafiəçisi haqda müsbət fikirlər səsləndirib:Muxalifet3 - 14-07-2018
Nazir ölkəsindəki vəziyyətə görə istefa verdi
Tunisin Vətəndaş Cəmiyyəti və Konstitusiya Qurumları ilə Əlaqələr naziri Mehdi bin Qarbiye istefa verib.
Muxalifet.az xəbər verir ki, bu brədə nazir şəxsi Feybuk səhifəsində məlumat yayıb. O, Tunisdə aylardır həyat şərtlərinin yaxşılaşdırılması əvəzinə hökumətin dəyişdirilməsi məsələsinin gündəmdə olmasına görə istefa verdiyini deyib.
Tunisin Baş naziri Yusif Şahid Qarbiyenin istefasını qəbul edib.
Qeyd edək ki, M.Qarbiye 2016-cı ildən bəri sözügedən vəzifədə xidmət göstərir.
Muxalifet3 - 14-07-2018
Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?
Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin yekunlarına görə dərc etdirdiyi bülletendə dünya əhalisinin ölümünə səbəb olan 10 əsas faktor göstərilib.
Birinci yerdə ürəyin işemik xəstəliyi, ikinci yerdə insult, üçüncü yerdə tənəffüs yollarının respirator infeksiyaları durur. Əsrin bəlası olan xərçəng 5-ci yerdədir. 6-cı yerdə getdikcə yayılan diabet. Siyahının sonuncu yerini yol qəzaları tutub. Hansı ki, hər il yüzminlələ insanın həyatına son qoyur.Muxalifet3 - 14-07-2018
Azərbaycanlı milyarderin oğlu evləndi - EMİN AĞALAROVUN TOYUNDAN VİDEO VƏ FOTOLAR - YENİLƏNİB
Bəylə gəlini və qonaqları mərasimi aparan müğənni Vladimir Kuzmin əyləndirib. O, verilən məlumata görə, Emin Ağalarovun və Alyona Qavrilovanın uşaqlıqlarının kumiridir. Emin və Alyona toyla bağlı təntənəli elan vermək istəməyiblər, mərasimə yalnız ən yaxın və əziz qonaqları dəvət ediblər. Amma hətta belə format və statusda da toy bahalı və təmtəraqlı, həmçinin kifayət qədər genişmiqyaslı alınıb. Təşkilatçılar məxsusi olaraq bu bayram üçün qolf-klubun ərazisində böyük yarımşəffaf çadır qurublar.
Muxalifet4 - 15-07-2018
Ermənistanda partlayış – ŞƏHƏR İŞIQSIZ QALDI
Ermənistanda Vanadzor şəhərinin "Taronner" adlı ərazisində güclü partlayış qeydə alınıb.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, partlayış "Taron-2" rayonu ilə qonşuluqda, dağlıq ərazidə yerləşən yüksəkgərginlikli elektrik dirəyində baş verib.
Hazırda həmin ərazidə işıqlar sönüb. İlkin ehtimala görə, işıq dirəyində qısaqapanma baş verib. Sakinlərin sözlərinə görə, belə hadisələr hər dəfə yağışlar yağanda baş verir.
Muxalifet4 - 15-07-2018
Adnan Oktara məlumat ötürən polislər... – ŞOK FAKTLAR
İstanbul polisinin keçirdiyi əməliyyatlar barədə Adnan Oktara məlumat ötürən şübhəlilər arasında Üsküdarda çalışan polis məmurları da olub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı "Haberler" yayıb. Məlumata görə, şübhəli iki polis həbs edilib.
Qeyd edək ki, türkiyəli din xadimi kimi tanınan Adnan Oktar və tərəfdarlarına qarşı aparılan istintaq çərçivəsində saxlanan 235 şübhəlidən 190-ı həbs edilib.
Muxalifet4 - 15-07-2018
Gürcüstan parlamenti yeni hökuməti təsdiqlədi – SİYAHI
Gürcüstan parlamenti iki gün davam edən müzakirələrdən sonra Baş nazir Mamuka Baxtadzenin təqdim etdiyi tərkibdə yeni hökumətə etimad göstərib.
Belə ki, parlamentdə keçirilən səsvermə zamanı hökumətin yeni tərkibinin lehinə 101, əleyhinə 12 deputat səs verib.
Məlumat üçün qeyd edək ki, yeni hökumət əvvəlki kimi 14 deyil, 10 nazirlik və bir dövlət nazirindən ibarətdir.Muxalifet4 - 15-07-2018
Tramp snayperlərin nəzarəti altında qolf oynadı – FOTO
ABŞ Prezidenti Donald Tramp Şotlandiyada istirahət edərkən Edinburq sakinlərinin etirazı ilə üzləşib.
Belə ki, qolf oynadığı zaman minlərlə insan Edinburq küçələrində Trampın siyasətinə etiraz edib.
ABŞ prezidentinin həyatını qorumaq məqsədilə əraziyə snayperlər, kəşfiyyatçılar və xeyli sayda təhlükəsizlik işçisi cəlb edilib.
İngiltərə Beynəlxalq Ticarət naziri Liam Foks açıqlamasında etirazçıların utanmalı olduğunu deyib.Muxalifet4 - 15-07-2018
TRT-də Gülənin mahnısı yayımlandı – CƏZALANDIRILANLAR OLDU
Türkiyənin “TRT Dəyanət” televiziyasında Fətullah Gülənin müəllifi olduğu dini mahnı yayımlanıb.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, 22 iyunda yayımlanan “Tapanlar haqqı tapdı” adlı ilahinin müəllifi kimi F.Gülənin adı ekranda qeyd olunub.
Türkiyə Dəyanət İşləri Nazirliyi sözügedən süjetdən məsul olan şəxsin işdən azad edildiyini və məsələ ilə bağlı araşdırma aparıldığını açıqlayıb.
Muxalifet4 - 15-07-2018
SENSASİON QƏRAR - Suriyalılar Rusiyada hərbi təlim keçəcək…
Rusiya hökuməti rusca bilən və bir sıra sınaqlardan keçən suriyalı gənclərin rus hərbi məktəblərində pulsuz təlim almasını təmin edən qərar verib.
Bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, bütün xərclərin Rusiya tərəfindən qarşılanacağı təlim müddətində suriyalı gənclərdən ölkədəki ənənələrə və qanunlara əməl etmələri tələb edilib.
Qeyd edək ki, Rusiya və Suriya arasında əldə edilən razılığa əsasən, təlim 7 il müddətində qüvvədə qalacaq və tərəflərin etirazı olmayacağı təqdirdə daha 7 il uzadılacaq.
Muxalifet4 - 15-07-2018
Azərbaycana mühüm səfər – POMPEONUN BAKI SƏFƏRİNİN PƏRDƏARXASI
ABŞ-ın yüksək dövlət rəsmilərinin ölkəmizə səfər edəcələrini bildirmələri çox böyük hadisədir.
Bunu ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Müdafiə naziri Ceyms Mettisin Bakıya ehtimal edilən səfəri haqda danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, bu səfərlər Bakının geostrateji əhəmiyyətindən xəbər verir:Muxalifet2 - 15-07-2018
Çe Gevara və Fidel Kastro ilə tez-tez görüşən azərbaycanlı inanılmaz FAKTLARI AÇDI: Bizə qadınlar təklif etdi və...
Muxalifet.az xəbər verir ki, publika.az-ın müsahibi Azərbaycanın qocaman neftçisi, ömrünün 60 ilini Xəzər dənizi ilə bağlayan ziyalımız Şikar İbrahimovdur.Muxalifet2 - 15-07-2018
Tramp Kimi Çen Inı “böyük şəxsiyyət” adlandırdı – BİR VAXTLAR “DƏLİ” DEYİRDİ…
ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kimi Çen Inı “böyük şəxsiyyət” adlandırıb.
Muxalifet.az TASS agentliyinə istinadən xəbər verir ki, Tramp bu haqda Britaniyanın “Daily Mail” nəşrinə müsahibəsində bildirib.
“Mən onunla çox yaxşı yola gedirəm. O çox ağıllıdır, dahi şəxsiyyətdir. Çox şən və sərtdir, danışıqlar aparmağı yaxşı bacarır”, - Ağ Evin başçısı deyib.
Prezident əlavə edib ki, KXDR son 9 ay ərzində nə ballistik raket, nə də nüvə sınağı keçirib.Muxalifet2 - 15-07-2018
ÇEVRİLİŞ CƏHDİNİN İKİNCİ İLİ: 1617 nəfərə ömürlük həbs cəzası KƏSİLDİ
Türkiyə bu gün 2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının hərbi çevrilişə cəhdinin ikinci ildönümünü qeyd edir.
Türkiyə KİV-ləri xəbər verir ki, Ədalət Nazirliyinin açıqladığı son məlumatlara görə, çevriliş cəhdindən sonra Türkiyə daxilində 289 cinayət işi açılıb.
Onlardan 184-ü tamamlanaraq hökm çıxarılıb, 105 cinayət işi hələ davam edir.
Hökm çıxarılan 184 cinayət işi çərçivəsində 729 şübhəli ağırlaşdırılmış ömürlük, 888 şübhəli ömürlük, 655 şübhəli isə 1 il 2 aydan başlayaraq 20 ilə qədər müxtəlif müddətlərdə həbs cəzalarına məhkum edilib.Muxalifet2 - 15-07-2018
CƏBHƏDƏ GƏRGİNLİK: Düşmənin kəşfiyyat-diversiya qrupu ÖLKƏMİZƏ SOXULMAQ İSTƏDİ… - FOTO
İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Muxalifet.az-ın Azərbaycan Müdafiə Nazirilinə istinadən verdiyi xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.
Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.Muxalifet2 - 15-07-2018
“O, cazibədarlığı ilə məni məst etdi” – PREZİDENT
ABŞ prezidenti Donald Tramp Böyük Britaniya kraliçası ikinci Yelizavetanı cazibədar və möhtəşəm qadın adlandırıb.
Publika.az xəbər verir ki, "Daily Mail" nəşrinə müsahibə verən prezident üstün zəkaya və bu qədər enerjiyə sahib kraliça ilə görüşündən məmnun olduğunu deyib:Muxalifet2 - 15-07-2018