Axtarış
The search found 105828 results in 0.123 seconds.
Search results
Tanınmış kardiocərrah:“İnsan peşə fəaliyyəti ilə nə qədər çox məşğul olsa, ömrü daha uzun olur”
Peşə fəaliyyəti ilə uzun müddət məşğul olan insan öz sağlamlığını uzun müddət qoruyur, müxtəlif sahələrdə yaşlı nəslə mənsub olan peşəkarlar isə dünyanın müxtəlif ölkələrində daha yüksək qiymətləndirilir və onlara tələbat daha yüksəkdir.
AZƏRTAC xəbər verir ki, Bakulev adına Ürək-Damar Cərrahiyyə Mərkəzinin rəhbəri, tanınmış kardiocərrah Leo Bokeriya bu fikri TASS agentliyinin müxbiri ilə söhbətində söyləyib.
Muxalifet2 - 13-07-2018
Paşinyan razılaşmaq məcburiyyətindədir - Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belçika Krallığına səfəri kifayət qədər uğurlu oldu. Bu səfər Azərbaycan-NATO münasibətlərinin bu gününə və perspektivlərinə qiymət verilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsi və Azərbaycanın bu prosesə töhfəsinin qiyməti baxımından səfər böyük məna və əhəmiyyət kəsb edir.
Muxalifət.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Muxalifet2 - 13-07-2018
Nazir: Son 15 ildə Azərbaycanda üç mindən çox...
Son 15 ildə Azərbaycanda 3 min 100-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir edilib. Bu göstərici ölkədə olan ümumi məktəblərin sayının 70 faizindən də çoxdur. Eyni zamanda, dövlətimizin başçısı tərəfindən 2018-ci il üçün təsdiq edilmiş dövlət investisiya proqramına uyğun olaraq, bu il ölkə ərazisində 137 modul tipli məktəbin quraşdırılması da nəzərdə tutulur. Belə məktəblər əsasən ucqar, şagirdlərin sayı az olan yaşayış məntəqələrində quraşdırılır. Bu prosesə ötən ildən başlanılıb və 2017-ci ildə ölkə ərazisində 106 belə məktəb quraşdırılıb.
Muxalifet3 - 13-07-2018
Prezident güllələnən icra başçısından danışdı: ”Bu, İslam dininə qarşı ən böyük cinayətdir...” - VİDEO
Gəncədəki qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir.
Muxalifet.az xəbər verir ki, bunu iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.
Dövlət başçısı qeyd edib ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində törədilmiş qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilmiş cinayətlərdir:Muxalifet3 - 13-07-2018
Davud Rəhimli: Onların qətlə yetirilməsi qanlı cinayətdir
Asayişin keşiyində dayanan polis əməkdaşlarının qətlə yetirilməsi insanlığa siğmayan qanlı cinayətdir. Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa çalışan qaragüruhçu qüvvələr növbəti dəfə məkrli niyyətlərini göstərdilər. Belə təxribatlar xalqımızı qorxuda bilməz. Əksinə, xalqımız daha güclü siyasi iradə nümayiş etdirərək dövlətin və dövlətçiliyin müdafiəsinə qalxdı. Bu hadisələri törədənlər, onların havadarları tezliklə məsuliyyətə cəlb olunacaq, qanun və xalq qarşısında cavab verəcəklər.
Muxalifet3 - 13-07-2018
İranın bizə sifarişlər verməsini istəyirik - Novak
Əlaqələrimizi inkişaf etdirmək və ticarət dövriyyəsini artırmaq üçün İranın Rusiya sənayesinə sifarişlər verməsini istəyirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib.
Novak Rusiyanın İranla neft qarşılığında mal və xidmət mübadiləsinə dair mümkün razılaşmaya qarşı hüquqi məsələlər üzərində iş aparıldığını söyləyib.
Muxalifet3 - 13-07-2018
On minlərlə insan Trampa qarşı ayağa qalxdı - Foto
ABŞ Prezidenti Donald Trampa qarşı on minlərlə insan Londonda küçələrə axışıb.
Muxalifet.az xəbər verir ki, etiraz aksiyasında iştirak edən vətəndaşlar Trampı irqçilik, qadınlara qarşı düşmənçilikdə və işgəncəyə yönəlik açıqlamalar verməkdə günahlandırır.
Qeyd edək ki, Tramp Londonda rəsmi səfərdədir.
Muxalifet3 - 13-07-2018
Karaman “Qarabağ”ın hansı futbolçusunu bəyənib?
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” ilə keçirdiyi oyunu izləyənlər arasında “Trabzonspor”un baş məşqçisi Ünal Karaman da olub.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.
Bildirilir ki, Qara dəniz təmsilçisinin çalışdırıcısı Sloveniyadakı qarşılaşmadan sonra hər iki komandanın bir neçə oyunçusunun adını siyahısına əlavə edib. Axtarışlarını davam etdirəcək Karamanın “transfer pəncərəsi” bağlanana qədər “Qarabağ”dan hansısa futbolçunu komandasında görmək istəməsi istisna olunmur.Muxalifet3 - 13-07-2018
Ərdoğandan dünyaya SƏRT MESAJ: "Hər kəs bilsin ki,..."
Milli iradənin üzərində heç bir fani güc tanımırıq.
Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Türkiyənin 24 iyun seçkiləri ilə yaşadığı tarixi dönüşün ilk addımını milli iradənin sayəsində atdıq. 98 il əvvəl olduğu kimi, bu gün də milli iradənin üzərində heç bir fani güc tanımırıq", - Ərdoğan söyləyib.
Muxalifet3 - 13-07-2018
Brüsseldə erməni tərəfinin siyasi avantürasına son qoyuldu
Azərbaycan Prezidentinin Brüsselə səfəri, orada keçirilən görüşlər və imzalanan sənədlər Azərbaycanın xarici siyasətində növbəti mühüm uğur kimi qiymətləndirilməlidir. Əslində bu cür ciddi əhəmiyyətli strateji sənədlərin imzalanması ilə bağlı ilkin anonsu Prezident İlham Əliyev iyul ayının 8-də Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş toplantıda vermişdi. İlk növbədə, dövlət başçısı Azərbaycanda keçirilən son prezident seçkilərinə toxunaraq bunu Azərbaycan cəmiyyətinin, Azərbaycan xalqının legitim iradəsinin hüquqi əsaslarda nəticəsi kimi qeyd etdi.
Muxalifet3 - 13-07-2018
Tanınmış jurnalist “Speys”dən getdi
"Speys” televiziyasında növbəti bir kadr itkisi baş verib. Əməkdar jurnalist Nüşabə Hüseynli uzun müddətdir çalışdığı "Speys” telekanalındakı işindən ayrılıb.
Muxalifet.az-ın məlumatına görə, N.Hüseynli 2008-ci ildən bu günə kimi "Speys” televiziyasında redaktor vəzifəsində çalışırıb.
N.Hüseynli əməkdaşımıza telekanaldan getdiyini nə təsdiq, nə də inkar edib. Bildirib ki, hazırda səhhəti ilə əlaqədar evdə müalicə alır. İndi onun üçün ən önəmlisi budur.Muxalifet3 - 13-07-2018
ABŞ Gülənin ekstradisiyası ilə bağlı bəyanat yaydı
Türkiyə Xarici İşlər Nazirliyində Fətullah Gülənin ekstradisiyası, viza, konsulluq və işçi qrupunun iclası ilə bağlı məsələlər müzakirə edilib.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın Ankara səfirliyi bəyanat yayıb.
"Hər iki tərəf üçün əhəmiyyətli məsələlərdə mühüm görüşlər keçirilib və davamlı irəliləyişin olması gözlənilir", - bəyanatda qeyd edilir.
Muxalifet3 - 13-07-2018
Azərbaycan əhalisinin sayı açıqlandı - SON MƏLUMAT
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb.
Bununla da 2018-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 9 mln. 929,5 min nəfərə çatıb.
Muxalifet3 - 13-07-2018
Gəncə hadisələri ilə bağlı - Müraciət
Avropa Azərbaycanlıları Konqresi (AAK) Gəncə hadisələri ilə bağlı müraciət yayıb.
Muxalifet3 - 13-07-2018
SON DƏQİQƏ: NATO Azərbaycana ermənistanla müharibə etmə hüququ tanıdı
Ermənistan liderinin siyasi kələkbazlığı faş oldu
NATO-nun Brüssel sammitinin yekun sənədində postsovet məkanında yaranmış bütün münaqişələrlə birlikdə Qarabağ münaqişəsinin ərazi btüövlüyünün təmin edilməsi çərçivəsində həll edilməsinin vacib sayılması Ermənistan üçün təhlükəmlidir.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri Ermənistanın “1in.am” portalına müsahibəsində politoloq Stepan Safaryan bildirib.Muxalifet3 - 13-07-2018
ABŞ Suriyada iki kəndi niyə hədəf aldı?
Suriya Xarici İşlər Nazirliyi ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Deyr əz-Zorun iki kəndini hədəf almasına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, XİN koalisiya qüvvələrinin Suriya Demokratik Qüvvələrinə qarşı çıxan vətəndaşları hədəf aldığını bəyan edib.
Məsələ ilə bağlı XİN BMT baş katibi və Təhlükəsizlik Şurasına məktub göndərərək 30 nəfərin ölümünə səbəb olan hücumla bağlı məlumat verib.Muxalifet3 - 13-07-2018
Gürcü deputat: Azərbaycanda xaos yaratmaq istədilər
Azərbaycanın imicinə zərbə vurmağa, ölkə daxilində çaşqınlıq, xaos yaratmağa çalışan qüvvələr istəklərinə nail ola bilmədilər.
Muxalifet.az xəbər verir ki, bu sözləri Azərtac -a müsahibəsində Gürcüstan parlamentinin deputatı Azər Süleymanov söyləyib.Muxalifet3 - 13-07-2018
Ronaldo 24 saatda “Yuventus”a 52 milyon qazandırdı
“Yuventus”un “Real”dan transfer etdiyi Kristiano Ronaldonun formalarına maraq böyükdür.
Muxalifet.az-ın məlumatına görə, portuqaliyalı superulduzun bir sutka ərzində satılan formasının sayı 520 mindir.
Bunun cəmi 20 mini mağazalardan alınıbsa, 500 min forma onlayn sifarişlə əldə edilib. Bir formanın qiymətinin 100 avro olduğunu nəzərə alsaq, “Yuventus” 24 saat ərzində Ronaldonun forma satışından 52 milyon avroluq qazanc götürüb. Turin klubunun rəhbərliyi bu gedişlə onun transferi üçün xərclədiyi 100 milyon avronu qısa müddətdə geri qaytaracaq.
Muxalifet3 - 13-07-2018
Trampın prezident seçilməsində rolu 12 agent oynayıb?
Rusiyanın 12 kəşfiyyatçısı iki il öncə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etməkdə günahlandırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ Federal Məhkəməsi məlumat yayıb.
Sözügedən məsələni araşdıran hakim Robert Mueller Rusiyanın prezident seçkilərinə təsir göstərdiyi iddialarına dair istintaq haqqındakı qərarını verib.
Mueller qeyd edib ki, 12 rusiyalı agent Demokratik Partiyanın inzibati orqanı Demokratik Milli Komitənin və Hillari Klintonun kampaniyasına müdaxilə edib.
Muxalifet3 - 13-07-2018
Azərbaycan əhalisinin gəlirləri artdı
2017-ci ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 23526,7 milyon manata çatıb.
Muxalifet.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2422,9 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 86,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 faizi isə yığıma yönəldilib.Muxalifet3 - 13-07-2018