Axtarış
The search found 105828 results in 0.068 seconds.
Search results
Enerji qəzasını araşdıran Dövlət Komissiyasının üzvü: “Orada o qədər faktlar var ki…”
İyulun 3-də Mingəçevirdəki İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza bütün Azərbaycanı zülmətə qərq elədi, dövlətə və əhaliyə böyük ziyan vurdu. Baş verən hadisə ilə bağlı Energetika Nazirliyi və “Azərenerji” ASC-nin birgə rəsmi məlumatında bəyan bildirilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib.
Muxalifet2 - 13-07-2018
NATO Sammitinə sərxoş gəldi, rəzil oldu
NATO Sammitinin ən diqqət çəkən və mübahisəyə səbəb olan obrazlarından biri də Avropa İttigaqı Komissiyasının sədri Jan Klod Juncker olub. NATO Sammitinin ilk gününün sonunda verilən iş yeməyi mərasimində iştirak edən Juncker, naharda çox spirtli içki içdiyii üçün sərxoş olub və ayaq üstə durmaqda çətinlik çəkib.
Bir neçə dəfə büdrəyən Juncker, ayaqda qalmaq üçün NATO liderlərindən yardım almaq məcburiyyətində qalıb.Muxalifet3 - 13-07-2018
“NATO-dan uzaqlaşır”, - dedilər, amma... - Türkiyədən NATO-ya ÜÇ YENİ TÖHFƏ
Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyənin Rusiya ilə müqavilələri ilə bağlı yenidən gündəmə gələn “NATO-dan uzaqlaşırmı?” mübahisələri davam elədiyi bir dövrdə, Ankara üzv olduğu hərbi ittifaqa yeni töfhələr verməkdədir.
Muxalifet - 13-07-2018
SON DƏQİQƏ: Türk Ordusu terrorçuları darmadağın etdi - 76 ölü
Türkiyə Silahlı Qüvvələri 6-12 iyul tarixlərində PKK-PYD-YPG və İŞİD terrorçularına qarşı əməliyyatlar keçirib. Muxalifet.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bununla bağlı hesabat hazırlayıb. Məlumata görə, keçirilən əməliyyatlar zamanı 3 terror qruplaşmasından ümumilikdə 76 terrorçu məhv edilib. Öldürülənlər arasında liderlər də var.
Muxalifet - 13-07-2018
NATO Sammiti nə ilə yadda qaldı?
Brüsseldə NATO sammiti Avropanın müdafiəsinin maliyyələşdirilməsi məsələsi ilə bağlı kəskin fikir ayrılıqları fonunda açıldı. ABŞ prezidenti Donald Tramp Avropa müttəfiqlərinin alyansın müdafiəsinə kifayət qədər maliyyə sərf etməməsindən şikayət edir. Birləşmiş Ştatlar ümumdaxili məhsulun (UDM) 3.5 faizini müdafiə xərclərinə sərf edərək, NATO-nun büdcəsinin 70 faizini təmin edir.
Muxalifet3 - 13-07-2018
Sabaha olan hava proqnozu açıqlandı
Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 14-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-26, gündüz 30-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-45 faiz təşkil edəcək.Muxalifet - 13-07-2018
ATƏT-in Minsk qrupundan bəyanat
ATƏT-in Minsk Qrupunun həmsədrləri - İqor Popov (RF), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) Azərbaycan və Ermənistan XİN başçıları - Elmar Məmmədyarov və Zograb Mnatsakanyanın iyulun 11-də Brüsseldə onların iştirakı ilə keçirilən görüşünün yekunları haqqında bəyanat yayıb.
Danışıqlarda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşik də iştirak edib.
"Bu, Ermənistanda və Azərbaycanda seçkilərdən sonra tərəflər arasında bu formatda ilk görüş idi", bəyanatda qeyd edilir.Muxalifet3 - 13-07-2018
Hüquq-mühafizə orqanları təcili toplandı
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevinyanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.Muxalifet3 - 13-07-2018
Türk əsgəri əməliyyat üçün hazırlandı: Əsəd və PYD BİRLİKLƏRİ QAÇDI
Türk Silahlı Qüvvələri (TSQ) ilə Azad Suriya Ordusu (ASO) hissələrinin Suriyanın Tel Rifat bölgəsi üçün əməliyyat hazırlıqlarına başlaması, Əsəd rejimi və PKK-lıları qorxutdu.
“Zeytun Budağı” Hərəkatı zamanı Afrin zonasından qaçan PKK/YPG-lilərin sığındığı Tel Rifat bölgəsi və Minnig Havalanını əlində saxlayan Əsəd qüvvələri, dünən gecə Hələbin şimalına çəkilməyə başlayıb. Rejimə bağlı böyük birliklərin Tel Rifatdan çəkilməsi, Afrin əməliyyatı zamanı bölgəyə qaçan terrorçuların də böyük hissəsinin də Tel Rifatdan qaçmasına səbəb olub.Muxalifet3 - 13-07-2018
Müəllimlərin işə qəbul imtahanında hansı çatışmazlıqlar var? - EKSPERT AÇIQLADI
2018-ci il üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu prosesi başlayıb. İyulun 2-dən 8-dək aparılan elektron sənəd qəbulu zamanı nəticəsində 46 757 namizədin ərizəsi qəbul olunub.
Muxalifət.az xəbər verir ki, müəlimləri işə qəbul imtahanını şərh edən təhsil eksperti Kamran Əsədov imtahan suallarının hansı kitablar əsasında hazırlanması narahatlığının olduğunu deyib:
Muxalifet2 - 13-07-2018
Başçıya sui-qəsdlə bağlı 3 nəfər həbs edildi, 21 nəfərə...
Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlayıb, 3 şəxs həbs edilib. Digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Muxalifət.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları məlumat yayıb.
Muxalifet2 - 13-07-2018
DÖRD SAATLIQ QARABAĞ MÜZAKİRƏSİ:hər şey Əliyev-Paşinyan görüşünəmi saxlandı? - TƏHLİL
Brüsseldə ATƏT Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ilk rəsmi görüşü baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər. Habelə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Anjey Kaspşik də iştirak edib.
Muxalifet2 - 13-07-2018
Xameneinin müşaviri:"İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
“İran qətnamələri və beynəlxalq razılaşmaları pozan ABŞ ilə danışıqların aparılmasına ehtiyac görmür”.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə İranın Ali lideri Əli Xameneyinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “Valday” diskussiya klubunda deyib.
“Danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar etmədiyimiz insanla danışıqlar necə aparmaq olar?”, – o bildirib.
Ə.Ə.Vilayəti qeyd edib ki, ABŞ hakimiyyəti beynəlxalq, o cümlədən nüvə sazişi üzrə razılaşmaları pozub.
Muxalifet2 - 13-07-2018
Paşinyan etiraf etdi: Avropa İrəvandan imtina edir
Brüsselə səfərimin əsas nəticəsi Avropanın İrəvanla bağlı mövqeyini müəyyən etməkdir.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Muxalifet2 - 13-07-2018
"Çelsi" Antonio Konte ilə yollarını ayırdı - RƏSMİ
İngiltərənin “Çelsi” klubu baş məşqçi Antonio Konte ilə yollarını ayırıb.
Muxalifət.az xəbər verir ki, çoxdan idi gözlənilən bu istefa qərarı bu gün London klubunun rəsmi saytı vasitəsilə açıqlanıb.
Konteni “Çelsi”də Maurisio Sarri əvəz edəcək. Bu barədə qərarın da tezliklə klub tərəfindən açıqlanması gözlənilir.
Muxalifet2 - 13-07-2018
Kılıçdaroğlu Ərdoğana 20 min dollar təzminant ödəyəcək –Məhkəmə qərar çıxardı
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, millət vəkili Kamal Kılıçdaroğlu prezident Rəcəb Tayyib Ərdoğana 95 min türk lirəsi (20 min dollar) təzminat ödəcəyək.
“Report” xəbər verir ki, bunu R.T.Ərdoğanın vəkili Hüseyn Aydın bildirib.
Məlumata görə, K.Kılıçdaroğlu çıxışlarından birində Türkiyə prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.
Muxalifet2 - 13-07-2018
Bu yol iflic oldu: təmir nə vaxt bitir? – Rəsmi
Ukrayna dairəsində aparılan işlərin təxminən 1 həftə müddətinə yekunlaşdırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yolun Ukrayna dairəsində aparılan təmirlə bağlı o istiqamətdə hərəkətin tam bağlanması ilə bağlı danışarkən deyib.
Qurum rəsmisi bildirib ki, yolun tez açılması və məhdudiyyətin aradan qaldırılması üçün işlər sürətlə davam edir:
Muxalifet2 - 13-07-2018
Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb
Bakıda yolu keçən piyadanı maşın vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com verilən məlumata görə, iyulun 12-də saat 16 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Mübariz Səttarov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəlal Əlirzayevi vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Muxalifet2 - 13-07-2018
Heç kim məsuliyyətdən qaça bilməyəcək - Prezident
Müstəqillik illərində bir neçə belə cinayət törədilib, onlar niyyətlərinə çatmayıb. Çünki Azərbaycanda xalq-iqtidar birliyi var.
APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda bildirib.
Dövlət başçısı deyib ki, xalq-iqtidar birliyinə nə xarici, nə də hər hansı daxili qüvvə təsir edə bilər:
Muxalifet2 - 13-07-2018
“Almaniya Rusiyanın girovudur” - Trampın bu iddiası doğrudurmu?
“Almaniya Rusiyadan alınan enerjiyə görə milyardlarla pul ödəyir və artıq Moskvanın tam nəzarəti altındadır”, - ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirilən NATO toplantısı öncəsi özünün tvitter hesabına bunları yazmışdı.
“Bu iddianın hansısa əsası varmı” sualını qoyaraq Almaniyanın “Der Spiegel” qəzetinin yazarı Klaus Heking cavab tapmağa çalışıb.
Jurnalistin yazdığına görə, ümumi şəkildə götürdükdə Tramp Almaniyanın neft və qaz üçün Rusiyaya milyardlarla pul ödəməsi barədə söylədiklərində haqlıdır.
Muxalifet2 - 13-07-2018