Axtarış

The search found 105828 results in 0.096 seconds.

Search results

  1. Həftəsonu səyahətə çıxanların nəzərinə

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

    Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 29-34, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

    Muxalifet2 - 13-07-2018

  2. İrandan Türkiyə sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

    “NATO qüvvələri Suriya sərhədinə yerləşdirilə bilməz”

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamaneinin xarici siyasət üzrə müşaviri Əli Əkbər Vilayəti NATO-nun Türkiyə-Suriya sərhədində öz qüvvələrini yerləşdirməsinin “həyata keçməyəcək xəyal” olduğunu deyib. Vilayəti İranın Suriyadakı hərbi varlığı ilə bağlı qərarlarını İsrail ilə müzakirə eləməyəcəyini vurğulayıb.

    Muxalifet2 - 13-07-2018

  3. Növbəti Dünya Çempionatı YAYDA OLMAYACAQ - FİFA QƏRAR VERDİ

    FİFA 2022 Dünya Çempionatının keçiriləcəyi tarixi açıqlayıb.

    Muxalifət.az xəbər verir ki, 22-ci mundial 21 noyabr – 18 dekabr tarixləri arasında baş tutacaq.

    2022 Dünya Çempionatın ev sahibi isə Qətərdir.

    Muxalifet2 - 13-07-2018

  4. İran ABŞ-la danışıqlardan imtina etdi

    İran beynəlxalq qətnamələr və razılaşmaları pozan ABŞ-la danışıqlar masası arxasında oturmağa ehtiyac görmür.

    Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu İranın ali dini lideri Ayətulla Əli Xameneinin beynəlxalq məsələlər üzrə məsləhətçisi Əli Əkbər Vilayəti Valday klubundakı çıxışında deyib.

    “Bizim danışıqlar aparmaq üçün əsasımız yoxdur. Etibar edilməyən biri ilə necə danışıqlar aparmaq olar? ABŞ hakimiyyəti nüvə sazişi də daxil olmaqla, beynəlxalq razılaşmaları pozub”, - deyə Vilayəti vurğulayıb.

    Muxalifet2 - 13-07-2018

  5. İyulun 16-na MANATIN MƏZƏNNƏSİ

    İyulun 16-na manatın məzənnəsi açıqlanıb.

    Muxalifət.az Mərkəzi Banka istinadən xəbər verir ki, 16.07.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.

    Qeyd edək ki, 2018-ci il iyulun 13-də də USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.

    Muxalifet2 - 13-07-2018

  6. Zabratda avtomobil oğrusu tutulub

    İyulun 12-də Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Eldar Alıyev axşam saatlarında Zabrat qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilinin qaçırıldığını bildirib.

    DİN-dən musavat.com-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobil qısa müddətdə Zabrat-1 qəsəbəsi ərazisində onu qaçırmaqda şübhəli bilinən şəxslə birgə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Vahid Məmmədtağıyev olduğu müəyyən edilib.

    Muxalifet2 - 13-07-2018

  7. Как конфликт Китай — США отразится на Ближнем Востоке?

    В марте 2018 года Си Цзиньпин был переизбран на пост председателя КНР. На давосском форуме 2017 года Си Цзиньпин, которого китайцы очень любят, дал понять, что его страна возьмет на себя лидерство в мире и воплотит свое новое положение не как надменный Запад, а как чрезвычайно смиренный Восток. Он отметил, что проект «Один пояс, один путь» тоже внесет вклад в мировую торговлю. Но с последовавшими от президента США Трампа в 2018 году залпами торговой войны ситуация стала меняться.

    Muxalifet2 - 13-07-2018

  8. Ronaldo yaşıl meydana çıxmadan "Yuventus" REKORD QIRDI

    “Yuventus” Kriştiano Ronaldonu transfer edəndən sonra rekord qırıb.

    Muxalifət.az xəbər verir ki, klub 24 saat ərzində yeni transferinin 520 000 formasını satıb.

    “Yuventus” 33 yaşında olmasına rəğmən, Ronaldo transferinə 100 milyon avro ödəməklə həm də böyük alıcı və azarkeş kütləsi qazanacağını bilirdi. Buna görə də Ronaldo “Real”dan ayrıldığını elan edən kimi forma istehsalına başlayan klub bir gündə mağazalardan 20 000, onlayn satışdan isə 500 000 formanı bir gün ərzində satmağı çatdırıb.

    Muxalifet2 - 13-07-2018

  9. Pakistanda mitinq zamanı daha bir terror aktı törədilib, 20 nəfər ölüb- YENİLƏNİB

    “Report” “Haber7”yə istinadən xəbər verir ki, hadisə ölkənin qərbində yerləşən Bəlucistan əyalətinin Mastunq dairəsində baş verib. 

    Partlayış nəticəsində 20 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlər arasında bu yaxınlarda təsis edilən Bəlucistan Avami Partriyasının sədri, deputatlığa namizəd Navabzada Siray Raysani də var. 

    17:37

    *****

    Muxalifet2 - 13-07-2018

  10. AST Telmanın keçmiş işçiləri “Mardan Palace”ı qarət etdilər

    Azərbaycanlı iş adamı Telman İsmayılovun Türkiyədəki "Mardan Palace" otelinin keçmiş işçiləri tərəfindən qarət olunduğu məlum olub.

    Muxalifət.az qafqazinfo-ya istinadən xəbər verir ki, Antalyada yerləşən, 1,4 milyard dollara başa gələn otel borca görə müsadirə edildikdən sonra baxımsız hala düşüb. Məlum olub ki, uzun müddət maaş ala bilməyən işçilər oteldəki plazma TV-ləri və bir çox elektrik əşyalarını oğurlayıblar.

    Muxalifet2 - 13-07-2018

  11. O saytlar xarici ölkələrin marağındadır - Umud Rəhimoğlu

    "Son vaxtlar ölkədə baş verən hadisələr fonunda milli-dini və etnik ayrıseçkilik yaratamaq istəyən saytların ictimai rəyə böyük təsirinin olduğunu düşünmürəm. Çünki Azərbaycan xalqı, ictimaiyyət ölkədə baş verən reallıqları öz gözləri ilə görür".

    Muxalifət.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu deyib.

    Muxalifet2 - 13-07-2018

  12. Lerikdə "Niva" dərəyə aşdı - XƏSARƏT ALAN VAR

    Lerik rayonunda avtomobil dərəyə aşıb.

    Muxalifət.az xəbər verir ki, hadisə ucqar dağ kəndi olan Kirəvud ərazisində baş verib.

    Belə ki, həmin kəndin sakini, Pənah Abuzər oğlu Kərimov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək dərəyə aşıb. Yaralıya Lerik Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri ilkin tibbi yardım göstəriblər. Xəsarət alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Vəziyyəti ağır olan P.Kərimov Reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır./report/

    Muxalifet2 - 13-07-2018

  13. Fədayə Laçının cinayət işi ilə bağlı - Yeni xəbər

    Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ittiham aktı ilə tanışlıq mərhələsi başa çatıb.

    Bu barədə F.Laçının vəkili Türkel Süleymanlı məlumat verib.

    Onun sözlərinə görə, Bakı İstintaq Təcridxanasında müvəkkili cinayət işi ilə tanış olub.

    Vəkil bildirib ki, müğənni özünü qismən təqsirli bildiyini söyləyib.

    T.Süleymanlı deyib ki, digər təqsirləndirilən şəxslər də ittiham aktı ilə tanış olduqdan sonra cinayət işi yaxın günlərdə məhkəməyə göndəriləcək.

    Muxalifet2 - 13-07-2018

  14. Facebook istifadəçilərinə xoş xəbər – Şəxsi məlumatlarla bağlı…

    ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) şəxsi məlumatların ələ keçirilməsi ittihamı ilə Facebook-a qarşı araşdırmaya başlayıb.

    Muxalifet2 - 13-07-2018

  15. Yaponiyanın qərbində daşqınlar təqribən 206 milyon dollar zərər vurub

    Yaponiyanın qərbində yerləşən kənd təsərrüfatı sahələrinə daşqınlar nəticəsində dəyən zərər hesablanıb.

    AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində dəyən ümumi zərərin təqribən 206 milyon dollar olduğu bildirilir. Bu rəqəmin artacağı gözlənilir.

    Muxalifet2 - 13-07-2018

  16. Xamneyi:“Yalnız Bağda və Dəməşqin xahişindən sonra bu ölkələrdən çıxacağıq”

    İran Suriya və İraqı yalnız bu ölkə hökumətlərinin xahişindən sonra tərk edəcək.

    Trend-in məlumatına görə, bunu İranın ali lideri ayətulla Əli Xamneyi deyib.

    O bildirib ki, İran və Rusiyanın Suriyadakı mövcudluğu bu ölkəni terrorçulardan və ABŞ təcavüzündən məqsədi daşıyır:

    “Biz ABŞ və İsrailin təzyiqi ilə deyil, yalnız Bağdad və Dəməşqin xahişindən sonra bu ölkələrdən çıxacağıq”.

    Muxalifet2 - 13-07-2018

  17. Səmərəsiz səfər: Sərkisyan əliboş qayıtdı

    Ermənistanın “toy prezidenti” Armen Sərkisyanın Böyük Britaniya, Fransa və ABŞ-a səfəri ilə bağlı Ermənistan mətbuatı hay-küylü müzakirə açıb. Bu səfərin Ermənistan üçün hansı geosiyasi dividendlər gətirə biləcəyi barədə müxtəlif fikirlər ortaya atmaqdadırlar. Bir sıra ekspertlər hesab edirlər ki, rəsmi İrəvan faktiki olaraq Qərb ölkələri ilə münasibətləri yeni müstəviyə çıxarır. Bu zaman onlar “yeni Ermənistan” ifadəsini tez-tez işlədirlər. Ancaq bu “yeniliyin” nədən ibarət olduğu barədə heç biri tutarlı fikir deyə bilmir. Deməli, erməni ekspertlər ancaq pafoslu danışırlar.

    Muxalifet2 - 13-07-2018

  18. AzTV sədrinə sui-qəsd işində bir nəfər digərlərinə qarşı ifadə verib - vəkillər mübahisə etdi

    Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin növbəti məhkəməsi baş tutub.

    Muxalifet2 - 13-07-2018

  19. Uqo Çavesin ölümü ilə bağlı müəmma – Eks baş prokurordan ilginc açıqlama

    Venesuelanın hazırda mühacirətdə olan sabiq baş prokuroru Luis Orteqa Dias ölkə prezidenti Uqo Çavesin 2013-ci ilin martında deyil, əslində 2012-ci ilin dekabrında öldüyünü bəyan edib.

    Muxalifət.az xəbər verir ki, Orteqa bunu “Punto del Corte” portalına müsahibəsində deyib.

    O qeyd edib ki, bu barədə ona həmin vaxt Milli Assambleya (parlament) sədri Diosdado Kabelye məlumat verib:

    “Mən 28 dekabrda (2012-ci il) ölkədən kənarda idim və mənə Diosdado zəng vurdu ki, “gəl, elə indicə Çaves öldü”.

    Muxalifet2 - 13-07-2018

  20. Qazaxıstanda kasıblar üçün vergi güzəşti tətbiq olunacaq

    Qazaxıstan Prezidenti Nursultan Nazarbayev parlamentin hər iki palatasının birgə iclasında əməkhaqqısı aşağı olan vətəndaşlardan tutulan verginin məbləğini on dəfə azaltmağı təklif edib.

    AZƏRTAC vergiler.az saytına istinadla bildirir ki, dövlət başçısı nisbətən az əməkhaqqı alan qazaxıstanlılara yardım məqsədilə 2019-cu il yanvar ayının 1-dən həmin şəxslərin vergi yükünün on dəfə azaldılmasını və onlardan 1 faiz həcmində vergi tutulması təklifini irəli sürüb.

    Muxalifet2 - 13-07-2018

Pages