Axtarış

The search found 105828 results in 0.143 seconds.

Search results

  1. ​Ağsuda yanğın: təyyarə və helikopterlər cəlb olundu

    Ağsu rayonunda güclü yanğın baş verib.
    Muxalifet.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Bico kəndinə yaxın ərazidə 100 hektardan çox biçilmiş taxıl sahələrində qeydə alınıb. Hazırda yanğın kəndin şimal dağlıq ərazilərinə tərəf irəliləyir.
    Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri, Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb olunub.

    Muxalifet3 - 12-07-2018

  2. ​İtaliya Trampın çağırışına qarşı çıxdı

    İtaliya hazırki hərbi büdcəni artırmaq niyyətində deyil.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İtaliya Baş naziri Cuzeppe Konte deyib.
    “İtaliya NATO-nun hərbi büdcəsi ilə bağlı öhdəliyinə əməl edib və büdcənin artırılması ilə bağlı öhdəliyimiz yoxdur”, - deyə baş nazir bildirib.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinə çağırış edərək NATO hərbi büdcəsinin artırılmasının vacibliyini vurğulamışdı.
     

    Muxalifet3 - 12-07-2018

  3. ​Lotu Qulinin yeni fotosu YAYILDI

    Azərbaycanlı “qanuni oğru”, hazırda Türkiyədə yaşayan “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeni görüntüsü yayılıb.
    Muxalifet.az xəbər verir ki, fotonun bu ilin iyulunda İstanbulda, hotellərdən birində çəkildiyi bildirilir. Məlumata görə, fotoda solda əyləşən Qia ləqəbi ilə tanınan Qeorqi Nijaradzedir.
    Xatırladaq ki, Lotu Quli Azərbaycanda cəzasının çəkilməmiş hissəsindən azad edildikdən sonra Gürcüstana, oradan da Türkiyəyə gedib. Lotu Quli ilə bərabər qardaşı Namik Səlifov da bu ölkədə yaşayır.

    Muxalifet3 - 12-07-2018

  4. ​Ölkə üzrə elektrik enerjisi tam bərpa olundu

    Hazırda ölkə ərazisində elektrik enerjisinin təminatı tam bərpa olunub.
    Muxalifet.az xəbər verir ki, bunun nəticəsində enerji təchizatında yaranmış məhdudiyyət “Azərenerji” ASC-nin mütəxəssisləri tərəfindən çevik tədbirlərlə aradan qaldırılıb.
    Hadisənin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq texniki işlər görülür.

    Muxalifet3 - 12-07-2018

  5. ŞoK: ​ABŞ İrandan neft alan bu ölkələri “vuracaq”

    ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.
    Muxalifet.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu fikri ABŞ-ın maliyyə naziri Stiven Mnuçin konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.

    Muxalifet3 - 12-07-2018

  6. ​“Gülənçi”lər Azərbaycandan və Ukraynadan Türkiyəyə gətirildilər

    Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları Fətullah Gülən terror təşkilatının (FETÖ) iki üzvünü Azərbaycan və Ukraynadan Türkiyəyə gətiriblər.
    Muxalifet.az “Anadolu”ya istinadla xəbər verir ki, Türkiyəyə gətirilənlər Gülən hərəkatının Azərbaycan üzrə “xəzinədar”ı və Gülən tərəfdarlarının Türkiyənin Mersin əyaləti üzrə “imamı”dır. 

    Muxalifet3 - 12-07-2018

  7. Suriya ordusu 7 il sonra oranı ələ keçirdi

    Suriya ordusu İordaniya sərhədini nəzarətə keçirib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
    O əlavə edib ki, ordu həmçinin Dəra şəhərini də terrorçulardan təmizləyib:
    “Son mərhələ yekunlaşmaq üzrədir. 7 ildir ki, silahlıların nəzarətində olan Deranin mərkəzi ərazisində vəziyyətin normallaşması üçün razılıq əldə edildi”.
     

    Muxalifet3 - 12-07-2018

  8. ​Putin ərzaq sanksiyalarının müddətini artırdı+

    Rusiya prezidenti Vladimir Putin Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələrə qarşı ərzaq embarqosunun müddətini artırıb.
    Muxalifet.az xəbər verir ki, sanksiyalar 2019-cu ilin sonuna qədər davam edəcək. Sənəd bu gündən, yəni imzalandığı gündən qüvvəyə minir.
    Rusiyalı ekspertlər qeyd edirlər ki, bu addım qiymətlərə və infilyasiyaya təsir etməyəcək.
    Qeyd edək ki, siyahıda ABŞ, Aİ ölkələri, Kanada, Avstraliya və Norveçin adı var. Bu ölkələrdən bəzi kənd təsərrüfatı malları, xammal və digər məhsulların idxalı qadağan edilib.
     

    Muxalifet3 - 12-07-2018

  9. ​Azərbaycanda orta aylıq əmək haqqı 4% artıb

    2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,0% artaraq 541,0 manat təşkil edib.
    Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
    İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

    Muxalifet3 - 12-07-2018

  10. ​Vətəndaşın iddiası əsassızdır - DGK

    Bəzi kütləvi informasiya vasitələrində Qazax rayonu, Çaylı kənd sakini Əliyev Eyvaz İsa oğlu tərəfindən yazıldığı bildirilən, Dövlət Gömrük Komitəsi (DGK) və onun əməkdaşlarının ünvanına əsassız ittihamlar irəli sürülən məktub dərc olunub. Məktubun əvvəlində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda idxal əməliyyatları zamanı guya qanunsuzluqlara yol verilməsi ilə bağlı iddialar hər hansı fakta söykənmədiyindən qeyri-ciddi hesab olunur və müəllifin şəxsi təxəyyülünün məhsuludur.
    Muxalifet.az xəbər verir ki, bu barədə DGK-nın Mətbuat xidməti məlumat yayıb.

    Muxalifet3 - 12-07-2018

  11. ​İsrail çaşqındır: Suriya hər an...

    Son illərdə İsrail Suriyanın silahlı müxalifəti olaraq göstərilən qruplaşmalara dəstək verir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Nidal Said əl-Sabaa deyib.
    O bildirib ki, xüsusilə Qolan təpələrində qeyri-qanuni silahlı dəstələrə böyük önəm verilir:
    “İsrail Cənubi Livanla təmasın olmaması üçün bufer zona yaratmaq istəyirdi. Lakin bu planlar baş tutmadı və hazırda Təl-Əviv çaşqınlıq içərisindədir. İsrail müxalifəti öz tərəfinə çəkmək üçün onları müxtəlif konfranslara dəvət edir”.
     

    Muxalifet3 - 12-07-2018

  12. ​Ucarda faciə: körpə həlak oldu

    Ucarda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin Nərimanov küçəsində baş verib.
    Şəhər sakini, 2017-ci il təvəllüdlü Sahib Əziz oğlu Abbasovu elektrik enerjisi vurub. Zərərçəkən Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilsə də, onun keçindiyi məlum olub.
    Məlumata görə, nəzarətsiz qalan uşağın üstünə sərinkeş aşıb və onu elektrik enerjisi vurub. 
    Fakt araşdırılır.
     

    Muxalifet3 - 12-07-2018

  13. ​NATO-nun bu dəstəyini yüksək qiymətləndiririk - İlham Əliyev

    İyulun 12-də Brüsseldə NATO-nun Əfqanıstanda həyata keçirdiyi əməliyyata töhfə verən tərəfdaş ölkələrin dövlət və hökumət başçılarının və potensial əməliyyat tərəfdaşlarının iştirakı ilə Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşü olub.
    Muxalifet.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.
    Prezident İlham Əliyev Qətiyyətli Dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə iştirak etmək üçün NATO-nun yeni mənzil-qərargahına gəldi.

    Muxalifet3 - 12-07-2018

  14. SON DƏQİQƏ: Azərbaycanda bu şəxslər təhsil haqlarından AZAD EDİLİR

    "Peşə təhsili haqqında” qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqından azad olacaqlar.
    Muxalifet.az Trend-dən aldığı məlumata görə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, I, II və III qrup əlillər, münaqişə zamanı əlil olanlar və şəhid ailələrinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödəniləcək.

    Muxalifet3 - 12-07-2018

  15. ​Brüsseldən Paşinyana soyuq duş

    NATO üzv dövlətlərinin Zirvə toplantısında iştirak etmək üçün Belçika paytaxtında səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşündə günəşli Ermənistandan gəlmiş qonaq gözlənilmədən Brüsselin soyuq duşuna məruz qalıb.

    Muxalifet3 - 12-07-2018

  16. ​Ərdoğanla Çipras görüşdü: 1 saat 45 dəqiqə...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Yunanıstan baş naziri Aleksis Çipras arasında görüş baş tutub.
    Muxalifet.az xəbər verir ki, Brüsseldə NATO sammiti çərçivəsində keçirilən görüş 1 saat 45 dəqiqə davam edib.
    Məlumata görə, görüş mətbuata qapalı keçirilib.
     

    Muxalifet3 - 12-07-2018

  17. ​Aeroporta 3 bomba qoyulub, gecə yarısına qədər... - Gizli zəng

    Yunanıstanın paytaxtı Afinada Elefterios Venizelos beynəlxalq hava limanında partlayıcı yerləşdirilməsi ilə bağlı yayılan məlumat ölkəni ayağa qaldırıb.
    Muxalifet.az xəbər verir ki, naməlum şəxs yerli media orqanlarından birinə zəng edərək, aeroporta 3 bombanın yerləşdirildiyini və gecə yarısına qədər hər üçünün partladılacağını bildirib.
    Dərhal hərəkətə keçən hüquq-mühafizə orqanları məlumatın doğru olub-olmadığını araşdırır.
    Olayla bağlı əlavə məlumat verilmir.
     

    Muxalifet3 - 12-07-2018

  18. Adnan Oktar araşdırmasında ilginc detallar: 15 YAŞINDA QIZLARI..

    Cinsi istismardan casusluğa qədər haqqında 30 ittihamı olan Adnan Oktarın 15 kiçik qız uşağına cinsi təcavüz etdiyi iddia edilib.
     

    Muxalifet3 - 13-07-2018

  19. Adnan Oktarın qaçmaq üçün 3 planı olub - TƏFƏRRÜAT

    İstanbulda nəzarətə alınan Adnan Oktarın 3 qaçış planı ortaya çıxıb.
     
    Çirkli pul yuylması iddiasıyla 2 il əvvəl açılan bir istintaqda təqibə alınan Adnan Oktar ilə bağlı istintaq genişləndirilir.
    “Habertürk”-ün xəbərinə görə, Üsküdardakı villasından yaxalanmamaq üçün qaçdığı və Sarıyerdə yaxalanan Oktarın 3 ayrı qaçış planının olduğu ortaya çıxıb.
     
    OKTARIN YOL MARŞRUTU
     

    Muxalifet3 - 13-07-2018

  20. Muhərrəm İncə İstanbul Bələdiyyə Başqanlığına namizəd olacaqmı?

    Muhərrəm İncə, iştirak etdiyi canlı yayımda, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd olmayacağını açıqlayıb.
     
    “Habertürk” TV-nin canlı efirində danışan Muhərrəm İncə, İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədlik təklifi gəldiyi təqdirdə bunu rədd edəcəyini söyləyib.
     
    “MƏN NAMİZƏD OLMAYACAĞAM, ENGİN BƏY ÖZÜ NAMİZƏD OLA BİLƏR”
     

    Muxalifet3 - 13-07-2018

Pages