Axtarış
The search found 105828 results in 0.128 seconds.
Search results
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi
Ötən ay iyunun 26-da Bakıda Azərbaycan ordusunun yaradılmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda nümayiş etdirilmiş silahlardan xüsusən biri-Türkiyənin istehsalı olan “hava-yer” tipli SOM-B1 qanadlı raketi düşməni təəcübləndirdi. Çünki bu raket paradda ilk dəfə nümayiş olunurdu və erməni hərbi analitikləri etiraf etdilər ki, Azərbaycanın SOM-B1 qanadlı raketləri ilə silahlanması ona Qarabağda erməni qüvvələrinin infrastrukturuna yüzlərlə kilometr məsafədən dəqiq zərbə endirməyə imkan verir. Və bu raketlərə qarşı mübarizə aparmaq praktiki olaraq mümkün deyil.
Muxalifet2 - 9-07-2018
Ərəblər Trampın “Əsrin müqaviləsi”nə qarşı çıxdı
Ərəb ölkələrinin liderləri ABŞ-ın Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı təklif etdiyi “Əsrin müqaviləsi”nə qarşı çıxıblar.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fələstin lideri Mahmud Abbas deyib.
“Ərəb ölkələri bizə dedilər ki, “Əsrin müqaviləsi”nə qarşı çıxacaqlar. Bəzi Avropa, Asiya və Afrika ölkələri də belə razılaşmanın əleyhinədir”, – deyə o bildirib.
Muxalifet2 - 9-07-2018
DÇ-2018: Xorvatiya millisinin müdafiəçisi İngiltərə ilə yarımfinal oyununu buraxacaq
Xorvatiya milli komandasının və İspaniyanın "Atletiko" klubunun futbolçusu Şime Vrsalko dünya çempionatında İngiltərə yığması ilə yarımfinal oyununda iştirak etməyəcək.
"Report"un məlumatına görə, səbəb 26 yaşlı müdafiəçinin Rusiya ilə 1/4 final matçında zədələnməsidir. Sol dizindən xəsarət alan Vrsalkonun dəqiq bərpa tarixi yaxın günlərdə müəyyənləşəcək.
Daha bir müdafiəçi İvan Striniç və hücumçu Mario Mancukiçdə isə hematoma aşkarlanıb. Vəziyyətlərinin ciddi olub-olmadığının müəyyənləşdirilməsi üçün onlar xəstəxanada həkim müayinəsindən keçəcəklər.
Muxalifet2 - 9-07-2018
HELSİNKİ ZİRVƏSİNİN MÜZAKİRƏ MÖVZULARI:təkbətək görüşdə Tramp və Putin nədən danışacaqlar? - TƏHLİL
ABŞ prezidenti Donald Tramp iyulun 16-da Finlandiyanın paytaxtı Helsinkidə Suriya müharibəsində yeni qələbə qazanmış və Dünya çempionatına ev sahibliyi etməklə, beynəlxalq tanınma əldə edən müzəffər Rusiya prezidenti Vladimir Putinilə görüşəcək.
Rusiya prezidenti Birləşmiş Ştatlar və Avropa Birliyi arasındakı sıxıntılar və İran-İsrail rəqabətindən iki əsas hədəfinə nail olmaq üçün istifadə edəcək: Rusiyanı beynəlxalq təcriddən çıxarmaq və Suriyadakı yeganə qurucu kral olmaq.
Muxalifet2 - 9-07-2018
“İş adamı” xanımın 300 minini mənimsədi – 9 il aldı
Sumqayıtda dələduzluq etməkdə təqsirli bilinən Əhməd Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Əhməd Quliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Əhməd Quliyev özünü iş adamı kimi təqdim edib və Sumqayıt şəhər sakini Məhburə Hüseynovanı tikdiyi obyektə çıxarış alacağı adı ilə aldadıb.
Əhməd Quliyev qadının 300 min manat pulunu ələ keçirib.
Muxalifet2 - 9-07-2018
Zəvvarların Həcc ziyarətinin tarixi dəyişdirildi
Azərbaycanlı zəvvarların Həcc ziyarətinə yola düşmə tarixi dəyişdirilib.
Məlumata görə, azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər.
Zəvvarların dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.
Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustu 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılmışdı.
Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək.
Muxalifet2 - 9-07-2018
Almaniyanın Türk futbolçusu Mesut Özilə təzyiq
Almaniya Futbol Federasiyasının rəhbəri Reinhard Grindel, Türk əsilli milli futbolçu Mesut Özilin ictimaiyyət qarşısında açıqlama verməsini istəyib.
Grindel, “Kicker” jurnalına verdiyi açıqlamada, Mesut Özilin indiyə qədər açıqlama vermədiyi üçün artıq sualları cavablandırmasını gözləyən bir çox tərəfdarı xəyal qırıqlığına məruz qoyduğunu irəli sürüb.Muxalifet3 - 9-07-2018
Gülənin sirr dağarcığı Uzun Cövdət - Foto
FETÖ lideri Fətullah Gülənin yaşadığı Pensilvaniyadakı düşərgəsini “Uzun Cövdət” ləqəbli daşınmaz əmlak kralı Cövdət Türkyolu maliyyələşdirir.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, sözügedən şəxsin Pensilvaniya və Floridada yüz minlərlə dollar dəyərində 7 evinin, Türkiyədə isə qohumlarının adına keçirdiyi 39 mülkünün olduğu aşkarlanıb.
Məlumata görə, düşərgədəki qruplaşma üzvlərinin fəaliyyətinə də məhz Türkyolu rəhbərlik edir. Gülənin Mebrukə adlı qohumu ilə evli olan Türkyolu illərdir FETÖ liderinə ən yaxın şəxs olaraq tanınır.
Muxalifet2 - 9-07-2018
Universitet rektoru haqqında ŞOK İTTİHAMLAR – “Üzümə iki qızı qoydu ki...”
Azərbaycan Texnologiya Universitetindən qanunsuz olaraq çıxarıldığını iddia edən Azər Allahverdiyev Muxalifet.az saytı vasitəsilə president İlham Əliyevə müraciət ünvanlayıb. Onun müraciətini olduğu kimi dərc edirik: “Cənab Prezident! Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də hansısa nailiyyətlər əldə etmək üçün bu istiqamətdə gördüyünüz işlərin daha şəffaf olması qaçılmazdır.
Muxalifet4 - 9-07-2018
Kombayn sürücüsü oğruluqda ittiham edilir – “Kombaynın bunkerində 1 tondan çox arpa aşkarlanıb” - ŞİKAYƏT
Ucar rayonu Rəstəcə kənd sakini Hüseynova Sevinc Əjdər qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubova müraciət edən şikayətçi yazır:
“Cənab nazir!
Xahiş edirəm ki, mənim taxılımı biçib-oğurlayan kombayn sahibinin və Şirvan Təcrübə İdarəsinin müdiri Arzu Hacıyevin barəsində qanunu tədbirlər görəsiniz.Muxalifet4 - 9-07-2018
“Bu toyuqlara iynə vurub, sarı rəngə boyayıb “kənd toyuğu” adı ilə satırlar” –Elmi-Tədqiqat İnstitutunun direktoru
Broyler toyuqlarının xüsusi iynə vasitəsilə şişirdilməsi haqda informasiyalar məqsədli şəkildə aparılan “qara piar”dır.
Muxalifet2 - 9-07-2018
Çin ABŞ-a qarşı dələduzluq edir, Tramp isə... – SENATOR
Çin Şimali Koreya ilə ABŞ arasındakı danışıqlara mane olmaq istəyir.
Muxalifət.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində ABŞ senatoru Lindsi Qrem deyib.
“Bütün bunların arxasında Çin dayanır. Biz Çinlə mübarizə aparırıq. Çinin Şimali Koreyanı ABŞ-dan uzaqlaşdırmaqla bağlı iş gördüyünə şübhəm yoxdur. Pekin beləliklə, Vaşinqtona ticarət müharibəsində təzyiqlər etmək istəyir.
Muxalifet2 - 9-07-2018
Ağdamda 66 yaşlı kişi intihar edib
Ağdamda intihar hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə köçkünlər üçün salınmış İmamqulubəyli qəsəbəsində baş verib.
Ağdam rayon Güllücə kənd sakini Hüseynov Aydın Xəlil oğlu yaşadığı evdə özünü asaraq intihar edib. A.Hüseynov İmamqulubəyli qəsəbəsində feldşer kimi fəaliyyət göstərib. İntihara A.Hüseynovun qız övladının xəstəliyinin səbəb olduğu ildirilir.
Faktla bağlı Ağdam Rayon Prokrorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Muxalifet2 - 9-07-2018
Abşeron sakini torpaq sahəsinə qanunsuz olaraq mülkiyyət sənədi verilməməsinə ETİRAZ EDİR – PREZİDENTƏ MÜRACİƏT
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, İ.Dadaşov küçəsi, ev 176-da yaşayan Mirzəməmmədov Telman Heybət oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə ölkə başçısına və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən müəllif bildirir ki, uzun müddətdir ailəsi ilə birlikdə Abşeron rayonun Aşağı Güzdək qəsəbəsində, İ.Dadaşov küç, 176 ünvanda yerləşən fərdi evində yaşayır: “Bu evə qeydiyyat sənədim var.
Muxalifet4 - 9-07-2018
“Rusiya NATO-nu dağıtmaq istəyir” – ABŞ
Rusiya Türkiyə və bir sıra ölkələri öz tərəfinə çəkmək istəyir.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı nümayəndəsi Key Beyli Hatkison deyib.
“Fox News Sunday”a açıqlama verən Hatkison qeyd edib ki, Rusiya Türkiyəni NATO-dan çıxarmaq niyyətindədir:
Muxalifet2 - 9-07-2018
“Topaz”dan oğurluq edən şəxs yaxalandı
İyulun 8-də DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Bölməsi və Yalama Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində üç gün əvvəl Xudat şəhəri ərazisində yerləşən “Topaz” məntəqəsinin xəzinəsindən gizli yolla 160 manat pul ogurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Məmmədov saxlanılıb.
Muxalifet4 - 9-07-2018
"Fənərbağça" klubu Volkan Dəmirəllə müqaviləni uzadıb
Türkiyənin "Fənərbağça" klubu qapıçı Volkan Dəmirəllə müqavilənin müddətini uzadıb. Muxalifet.az klubun saytına istinadən xəbər verir ki, 37 yaşlı qolkiper İstanbul təmsilçisi ilə yeni müqavilə imzalayıb. Sözləşmənin detalları hələ ki, bəlli deyil. Qeyd edək ki, V.Dəmirəl 2002-ci ildən "Fənərbağça"da çıxış edir. O, komanda ilə birgə 5 dəfə Türkiyə çempionu olub.
Muxalifet - 9-07-2018
Neftçilər içdiyi suyun keyfiyyətindən narazılıq edirlər … - Qurumdan açıqlama
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Neft Daşlarındakı neftçilərə verilən içməli suyun tərkibi ilə bağı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC və Dövlət Neft Şirkətinə müraciət ünvanlayıb.
Muxalifet.az xəbər verir ki, M.Qəhrəmanlının sözlərinə görə, Neft Daşları, 28 May Neft-Qazçıxarma İdarəsi və həmin idarələrə məxsus platformadakı işçilər onlara verilən içməli suyun keyfiyyətindən narazılıq ediblər.Muxalifet - 9-07-2018
“Ermənistanın yeni hakimiyyəti Sarkisyanın yolu ilə getsə…” – Elmar Məmmədyarov
“Ermənistan rəhbərliyi başa düşməlidir ki, münaqişənin həll edilməsi onların ən çox ehtiyac duyduğu regional əməkdaşlıq imkanları yarada və regionda davamlı sülhü təmin edə bilər”.
APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov “AzərTAC” agentliyinə müsahibəsində bildirib.
E. Məmmədyarov deyib ki, 2018-ci ilin əvvəlində əldə olunan razılıq ondan ibarət idi ki, mövcud gündəlik əsasında Ermənistanda və Azərbaycanda keçiriləcək seçkilərdən sonra intensiv danışıqlar davam etdirilsin:Muxalifet - 9-07-2018
Sabah Azərbaycanda 41 dərəcə isti olacaq
Azərbaycanda sabaha, iyulun 10-na olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-37, Bakıda gecə 25-27, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütünu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.Muxalifet - 9-07-2018