Axtarış
The search found 105828 results in 0.066 seconds.
Search results
Erməni ordusunun arxiv müdiri öldürüldü
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin rəisi Emiliya Ananyan İrəvanda ölüb. Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Nazirlik onun travmalar aldığını və bunun nəticəsində öldüyünü bildirib. “Shamshyan.com” saytı isə Ananyanı 5 iyulda maşın vurduğunu bildirib.
Muxalifet2 - 9-07-2018
Səudiyyə Ərəbistanı xəbərdarlıq edir –NEFT 100 DOLLARA QALXA BİLƏR
Cümə günü “Baker Hughes”ın açıqladığı məlumatlara görə, ABŞ-da neft qazma qurğularının sayı ötən həftə 5 artaraq 863-ə qalxıb. Bu artım neft qiymətlərinin müvəqqəti düşməsilə nəticələnib və bazar ertəsi neft qiymətləri yenidən yüksəlir.
“ICE Futures Europe”ın məlumatlarına görə, hedc fondları Brent neftinin düşəcəyi gözləntiləri ilə açdıqları mövqe (qısa mövqe) sayını beş həftə ardıcıl azaldıblar. Kanada, Liviya və Venesuelada hasilatın azalması müşahidə olunur. Bu azalma Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının artırdıqları hasilatı bağlayır.
Muxalifet2 - 9-07-2018
40 azərbaycanlıdan xəbər yoxdur – Güneydə həbslər davam edir
Güney Azərbaycanın tanınmış incəsənət xadimi və mədəni fəal Abbas Nikrəvan ETTELAAT-ın Salmas şəhərindəki təcridxanasında aclıq aksiyasına başlayıb.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, azərbaycanlı fəal iyulun 5-də İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi (ETTELAAT) tərəfindən iş yerində saxlanılıb.
Məlumata görə, o, təcridxanada təknəfərlik kamerada saxlanılır. Azərbaycanlı mədəni fəal Babək qalasına yürüşü ərəfəsində başlayan kütləvi həbslər vaxtı saxlanılıb.
Muxalifet2 - 9-07-2018
Türk ordusundan Suriyadakı YPG-yə ağır zərbə
Terror təşkilatı PKK/YPG-nin 22 terrorçusu Suriyanın şimalında Racu və Mabeta bölgəsində yerləşən Türkiyənin Xüsusi Təyinatlılarına intihar hücumu hazırlığındaykən, Türk F-16-ları bu xain təşəbbüsə imkan verməyib.
TSQ-nin terrorçulardan təmizlədiyi Afrin bölgəsində yerləşən Türk xüsusi xidmət orqanları, qısa bir müddət əvvəl PKK/YPG-nin bölgədə olan Türk Xüsusi Qüvvələrinə qarşı intihar hücumu hazırlığı içində olduğu məlumatı əldə edib.Muxalifet3 - 9-07-2018
Cərrah-ginekoloqdan xəbərdarlıq: “Qeysəriyyə doğuşdan 7 dəfə risklidir”
Ötən il Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib. Bu məlumat Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Bu ilin ilk 3 ayı ərzində isə 7 ana ölümü faktı qeydə alınıb. Bunu isə Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Muxalifet2 - 9-07-2018
Sabah 26 mindən çox abituriyent imtahan verəcək
Dövlət İmtahan Mərkəzi iyulun 10-da növbəti imtahanlar keçirəcək.
Mərkəzdən verilən məlumata görə, imtahanlar 9 şəhər və rayonda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunacaq.
İmtahanlarda ümumilikdə 26 014 nəfərin iştirak edəcəyi gözlənilir.
Muxalifet2 - 9-07-2018
DMX: Əcnəbilər elektron qaydada əmək vizası ala biləcəklər
İyulun 6-dan “ASAN Viza” sistemində viza növlərinin siyahısına əmək vizası da əlavə olunub.
Dövlət Miqrasiya Xidmətindən verilən məlumata görə, bundan sonra əcnəbi və vətəndaşlığı olmayan şəxslər elektron qaydada əmək vizası da ala biləcəklər.
Muxalifet2 - 9-07-2018
Rusiyadan ABŞ-a reaktiv cavab
Rusiya parlamentinin alt qanadı Dumadan, ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Kay Bailey Hutchinsonun Rusiyanın Türkiyəni öz tərəfinə çəkmək istədiyi istiqamətindəki açıqlamasına cavab verilib.
Dumanın Müdafiə Komitəsi sədrinin müavini Yuriy Şvıtkin, “Russia Today” (RT)-ə verdiyi müsahibədə, Rusiyanın bütün ölkələrin maraqlarını nəzərə alaraq öz istəkləri istiqamətində müxtəlif ölkələrlə əməkdaşlıq etdiyini, bunun yanında Moskvanın "hər hansı birlərinin ittifaqlarını pozmağa" və birlərini məcburiyyət yolu ilə öz tərəfinə çəkməyə çalışmadığını bildirib.Muxalifet3 - 9-07-2018
Kılıçdaroğlu CHP vəkillərinə danışmağı qadağan etdi
CHP sədri Kamal Kılıçdaroğlu partiya üzvlərinin mətbuata icazəsiz açıqlama verməsini qadağan edib.
Muxalifət.az xəbər verir ki, bu barədə Kılıçdaroğlu partiyasının qrup toplantısında danışıb.
“Mətbuata danışan dostlar qrup sədrlərinə məlumat versinlər. Qrupumuz nizamlı şəkildə hərəkət etməlidir, hər kəs partiya intizamına əməl etməlidir. Partiyadaxili münaqişələr partiyanın daxilində qalmalıdır. Hərənin kefinə görə danışmasını düzgün hesab etmirəm”, - Kılıçdaroğlu bildirib.
Muxalifet2 - 9-07-2018
Vaqif Əsədov işgəncə görüntüsündən danışdı – VİDEO
“Qazel” markalı avtomobilin inəyi maşının arxasına bağlayaraq, sürmək yol hərəkəti qaydalarının pozulmasıdır. Həmin şəxsin törətdiyi xəta ilə bağlı inzitabi məsuliyyət nəzərdə tutulub.
Bu sözləri /axar/ Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Yasamal rayonunda inəyi hərəkətdə olan maşının arxasına bağlayaraq, işgəncə verən sürücü haqqında danışarkən deyib. O bildirib ki, bu cür hallarda sürücülərlə bağlı araşdırmalar aparılır:
Muxalifet2 - 9-07-2018
Ərdoğanın üçmərhələli planı, hədəfləri və Azərbaycana səfəri - Türkiyədə TARİXİ ANLAR
Türkiyədə 24 iyun seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan bu gün andiçmə mərasimindən sonra yeni sistemə keçid üçün üçmərhələli plan başladacaq.
Muxalifət.az xəbər verir ki, prezident Türkiyə Böyük Millət Məclisindəki inauqurasiya mərasimindən sonra Anıtqəbir abidəsinə ziyarət gedəcək.
Ərdoğan yolda olarkən Türkiyənin Rəsmi Qəzetindən “Prezidentin 1 nömrəli fərmanı” yayımlanacaq. Nazirliklərlə bağlı dəyişikliklər və prezident idarəetmə sistemi bu fərmanla elan ediləcək.
Muxalifet2 - 9-07-2018
“İstək” liseyləri fəaliyyətini niyə dayandırdı? – ASLAN İSMAYILOVUN ŞƏRHİ
Tanınmış hüquqşünas , “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov özünün Facebook səhifəsində maraqlı status paylaşıb. O, “İstək” liseyinin fəaliyyətinin dayandırmasına diqqət çəkib.
Xatırladaq ki, ötən həftə "İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.Muxalifet4 - 9-07-2018
Fəzail Ağamalı Gəncənin gənc deputatına sərt cavab verdi:“İndi bu uşaq mənə iradlar tutur...”
Milli Məclisin deputatı Fəzail Ağamalı Gəncədən olan həmkarı Naqif Həmzəyevin ona ünvanlanmış müraciətinə sərt reaskiya verib.
Muxalifet2 - 9-07-2018
ABŞ PKK-nı qoruyur: PİLOTSUZ HAVA APARATLARI İLƏ ASO VURULDU
Afrinin Racu mahalında TSQ və ASO-ya qarşı hücum hazırlığında olan terror təşkilatı Suriya PKK-sı bölgədə patrul-keşik fəaliyəti aparan Azad Suriya Ordusu (ASO) qüvvələrinə atəş açıb. PKK-lılara cavab verən ASO isə çıxan qarşıdurmada terrorçuları mühasirəyə alaraq bir hissəsini canlı olaraq ələ keçirib.
Muxalifet3 - 9-07-2018
Gəncədə əməliyyat: Silah-sursat aşkarlandı
Gəncə şəhərində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən xüsusi əməliyyat keçirilib.
Muxalifət.az xəbər verir ki, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə, silah və döyüş sursatı aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Hamlet Abdullayev saxlanılıb.
Muxalifet2 - 9-07-2018
Jirinovskinin deputatı Moskvada döyüldü
Rusiya Dumasının deputatına hücum olub.
Muxalifət.az REN TV-yə istinadla xəbər verir ki hücuma məruz qalan deputat Rusiya Dumasının İqtisadi Siyasət Komitəsinin rəhbəri, Liberal Demokrat Partiyasından olan Sergey Jiqarevdir.
Onun Moskvada döyülüb və kəllə-beyin travması alıb.
Muxalifet2 - 9-07-2018
Səhiyyə Nazirliyi:“Elmar Vəliyevin səhhəti ilə bağlı bizdə heç bir məlumat yoxdur”
Gəncə şəhərinin güllə yarası almış icra başçısı Elmar Vəliyevin hazırda müalicəsini İsraildə davam etdirdiyi barədə məlumatlar var.
Muxalifet2 - 9-07-2018
Gələn ay Azərbaycanda iki gün İŞ OLMAYACAQ
Avqust ayında Azərbaycanda Qurban bayramı ilə əlaqədar iki gün iş olmayacaq.
Report xəbər verir ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə və Nazirlər Kabinetinin “2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 40 nömrəli qərarına əsasən avqustun 22-si və 23-də qeyri-iş günüdür.
Bayram həftənin çərşənbə və cümə axşamı günlərinə təsadüf edir.
Muxalifet2 - 9-07-2018
Suriya İsrailin qırıcı təyyarəsini vurdu
Suriyada Bəşər Əsəd rejimi, İsrail döyüş təyyarələrinin Suriyanın Xüms rayonundakı hərbi bazaya raket hücumu təşkil etdiyini irəli sürüb.
Əsəd rejiminin informasiya agentliyi SANA-nın verdiyi xəbərdə, İsrailə aid döyüş təyyarələrinin, Xüms rayonunda yerləşən, İranın dəstəklədiyi xarici qrupların da qaldığı T4 hava bazasına raket hücumu təşkil etdiyi qeyd edilib.Muxalifet3 - 9-07-2018
Canlı yayımda damarlarını doğrayaraq intihara cəhd edən yazıçı MÜRACİƏT YAYDI
Şənbə günü intihar etməyə çalışan və bu cəhdini Facebook-dakı profilində canlı yayımda nümayiş edən yazıçı Cəlil Cavanşir açıqlama yayıb.
Publika.az həmin açıqlamanı təqdim edir:
"Bəzilərinizin narahat olduğunu nəzərə alıb, hamıya ümumi bir mesaj yazmağın yerində olacağını düşündüm.
Muxalifet2 - 9-07-2018