Axtarış
The search found 105828 results in 0.071 seconds.
Search results
Elmar Vəliyevi güllələyən şəxs Gəncədə vəhhabiliyi yaymaq istəyib -İDDİA
İyulun 3-ü axşam Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevi və cangüdənini güllələmiş Yunis Səfərovun bölgədə vəhhabiliyin təbliğatçılarından biri olması haqda fikirlər səslənib.
Muxalifet.az xəbər verir ki, bu iddia ilə moderator.az əməkdaşına müsahibə verən tanınmış politoloq Cümşüd Nuriyev çıxış edib.
Yunis Səfərov Gəncə kimi strateji şəhərin rəhbərini qətlə yetirmək planını hansı ölkənin sifarişi ilə həyata keçirməyə cəhd edib?
Bu və ya digər suallara cavabları Cümşüd Nuriyevin saytımıza müsahibəsində tapa bilərsiniz.Muxalifet3 - 7-07-2018
Əliyevlə Qarabağ danışıqlarını o aparmalıdır - Sərkisyan
Dağlıq Qarabağ konfliktinin güc yolu ilə həll variantları qəbuledilməzdir.
Muxalifet.az-ın verdiyi məlumata görə, bu barədə Ermənistan prezidenti Armen Sərksiyan İrəvanda “Demokratiya, təhlükəsizlik və xarici siyasət” mövzusunda keçirilən üçüncü gənclər forumunda çıxışı zamanı bildirib.
“İstənilən hərbi həll yolu hamı üçün – “Arsax” (işğal altındakı Dağlıq Qarabağ – red.), Ermənistan və Azərbaycan üçün fəlakətli olacaq. Ona görə ki, müharibə dağıdıcı olacaq”, - deyə o qeyd edib.Muxalifet3 - 7-07-2018
Ruhani növbəti dəfə xəbərdarlıq etdi: Sazişdən çıxacağıq
Avropa ölkələri nüvə razılaşmasının davam etməsi üçün siyasi öhdəliyə sahibdir. Bunun üçün onlar müəyyən zaman ərzində praktiki addımlar atmalıdır.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra sazişin davam etməsi üçün Avropanın ciddi addımlar atmasının vacib olduğunu bildirən Ruhani ölkəsinin maraqlarının təmin olunmadığı təqdirdə rəsmi Tehranın sazişdən çıxacağını bildirib.
Muxalifet3 - 7-07-2018
TBMM-də qeydiyyat başa çatdı: Kimlər var?
Türkiyənin Böyük Millət Məclisində millət vəkillərinin qeydiyyatı tamamlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik yayıb.
Məlumata görə, parlamentdə iyunun 26-dan başladılan qeydiyyat 600 deputatın qeydiyyatdan keçməsindən sonra başa çatıb. Bu gün qeydiyyata düşən millət vəkilləri arasında baş nazirin müavini Fikri İşıq, Daxili İşlər naziri Süleyman Soylu, Ailə və Sosial Siyasət naziri Fatma Bətül Sayan Qaya da olub.Muxalifet3 - 7-07-2018
Cənubi Koreyada qadınların ən irimiqyaslı mitinqi keçirilib
Cənubi Koreyada seksual xarakterli cinayətlərin araşdırılması zamanı qadınlara qoyulan ayrıseçkiliyə görə, Seulun mərkəzi rayonlarından birində qadınların üçüncü mitinqi keçirilib. Mitinqdə 18 min nəfər iştirak edib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə “Renhop” agentliyi məlumat yayıb.
Daha əvvəl Seul polisi “Womad” saytı ilə bağlı araşdırmalara başlayıb. Saytda bir neçə universitetdə kişilər üçün ayaqyolunda çəkilmiş gizli kameraların videoları, eləcə də kişilərin fotoları yer alıb.Muxalifet3 - 7-07-2018
Azərbaycanda uşaq bağçasını necə açmaq olar? – ARAŞDIRMA
Uşaq bağçası biznesi Azərbaycanda çoxluğun maraqlandığı investisiya sahəsidir. Bu gün gündəlik həyatında hər on nəfərin azı beşi “Uşaq bağçasını necə açmaq olar?”, “Lisenziya üçün nə qədər rüsum tələb olunur?”, “Bu yöndə biznes-planı haradan əldə etmək olar?” kimi suallarla rastlaşmamış deyil.
Mövzuya aydınlıq gətirmək üçün kiçik bir araşdırmaq apardıq. Məlum oldu ki, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılmasını təmin etmək məqsədilə dövlət, doğrudan da, sahibkarlar üçün investisiya qoyuluşu prosedurlarını asanlaşdırıb.Muxalifet3 - 7-07-2018
SON DƏQİQƏ: Səudiyyə Ərəbistanı bombardman edilir
Yəməndə husilərin nəzarəti altında olan ərazilərdən Səudiyyə Ərəbistanın Cazan kəndinə raket zərbəsi endirilib.
Muxalifet.az bildirir ki, bu barədə Səudiyyənin “Əl-İhbariyyə” dövlət televiziyası məlumat verib.
Qeyd olunub ki, Yəməndəki husilərin atdığı ballistik raket Səudiyyənin müdafiə sistemləri vasitəsilə havada olarkən zərərsizləşdirilib. Yəməndə husilərə məxsus “Əl-Məsirə” telekanalı isə bəyan edib ki, Səudiyyənin başçılıq etdiyi ərəb ölkələri koalisiyasının qüvvələrinə və Yəmən hökumətinə aid bəzi hədəflərə raketlərlər zərbələr endirilib.Muxalifet3 - 7-07-2018
Tereza Mey və şahzadə Uilyam İngiltərə yığmasını təbrik edib
Böyük Britaniyanın baş naziri Tereza Mey ingilis yığmasını futbol üzrə dünya çempionatının yarımfinalına çıxması münasibətilə təbrik edib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Samarada keçirilən yarışda İngiltərə yığması isveç komandasını 2:0 hesabı ilə məğlub edərək 1990-cı ildən indiyə qədər ilk dəfə olaraq yarımfinala çıxıb.
“Haret Sautqeytə (yığmanın məşqçisi) və komandasına dərin təşəkkürlər. Ölkənin qürur duyduğu daha bir qələbə”, – deyə baş nazir “Twitter” hesabında yazıb.Muxalifet3 - 7-07-2018
Polşa Azərbaycanda ticarət nümayəndəliyini açacaq
Polşa 2018-ci ildə Azərbaycanda ticarət nümayəndəliyini açmaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə Polşanın Xarici İşlər naziri Yaçek Kşiştof Çaputoviç müsahibəsində bildirib.
Bu il biz Bakıda ticərət nümayəndəliyinin ofisini açmağı planlaşdırırıq. Bu Polşa İnvestisiya və Ticarət Təşkilatı (PAIH) nəzdində fəaliyyət göstərən filial olacaq. Mən əminəm ki, bu ticarət nümayəndəliyi ticarət və qarşılıqlı investisiyaların daha da artmasına təkan verəcəkdir ", - nazir deyib.Muxalifet3 - 7-07-2018
Naxçıvanda qanunsuz yaşayan 16 əcnəbi aşkar edilib
İyun ayı ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən yaşayan 16 əcnəbi aşkarlanıb.
Muxalifet.az xəbər verir ki, onlardan 14-ü barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 2-si barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.Muxalifet3 - 7-07-2018
Koreyada minlərlə qadın gizli kameraya etiraz etdi
Cənubi Koreyada minlərlə qadın ictimai yerlərdə gizli kameralarla foto və videolarının çəkilməsinə etiraz edib.
Muxalifet.az xəbər verir ki, paytaxt Seulda toplaşan qadınlar gizli şəkildə çəkiliş edənlərə, bu görüntüləri internetdə paylaşanlara və izləyənlərə ağır cəza verilməsini tələb ediblər.
Təşkilatçılar etirazlara 55 min nəfərin qatıldığını desə də, polis iştirakçı sayının 20 min olduğunu bildirib.
Muxalifet3 - 7-07-2018
Bu ölkədə Trampa qarşı etirazlar başladı - Foto
Belçikanın paytaxtı Brüsseldə minlərlə insan NATO zirvəsi öncəsi ABŞ Prezidenti Donald Trampa etiraz edib.
Muxalifet.az xəbər verir ki, qatar vağzalına toplaşan etirazçılar “Trampı dayandırın”, “Balaca əllərini hüquqlarımdan çək”, “İqlim dəyişiklikləri yalan deyil” kimi şüarlar səsləndiriblər.
Etirazlara qoşulan Fələstin tərəfdarları Tramp və ABŞ-ın Yaxın Şərq siyasətinin əleyhinə çıxışlar edib.
Qeyd edək ki, 11-12 iyulda Brüsseldə NATO zirvə görüşü baş tutacaq.
Muxalifet3 - 7-07-2018
Azərbaycanda nazir işdən çıxarıldı - Fərman
Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
Muxalifet.az-ın məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.
Fərmana əsasən, Məmməd Qəribov Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
Muxalifet3 - 7-07-2018
Yol polisinin bu səlahiyyətləri ƏLİNDƏN ALINDI - Sürücülərə BƏD XƏBƏR
Həmin video sujeti təqdim edirik
Muxalifet3 - 7-07-2018
Yardımlıdakı meşə yanğını ilə bağlı növbəti məlumat
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində alov söndürülüb.
“Ərazidə ayrı-ayrı kiçik yerlərdə hələ də müşahidə olunan tüstülənmə hallarının qarşısını tam almaq məqsədi ilə müvafiq işlər davam etdirilir. Ərazini bir neçə gün ərzində nəzarətdə saxlamaq məqsədi ilə ETSN əməkdaşları tərəfindən növbətçilik təşkil edilib”, – məlumatda bildirilib.Muxalifet3 - 7-07-2018
Azərbaycanı təbliğ edən ABŞ vətəndaşı ailəsi ilə birgə öldü - Foto
Gürcüstanın Duşeti bölgəsində ABŞ vətəndaşı Rayn Smit və onun həyat yoldaşı Laura Smitin meyitləri tapılıb.
Muxalifet.az-ın məlumatına görə, Duşetiyə ailəvi istirahətə yollanmış cütlük qəfil sürüşmə və daşqın səbəbindən həyatlarını itiriblər.
R. Smit və ailəsinin itkin düşməsi barədə məlumat iyulun 6-da “112” xidmətinə daxil olub.
Xilasetmə işləri zamanı R. Smitin həyat yoldaşının meyiti ötən gün, onun özünün meyiti isə bu gün Xevi kəndində şəlalə yaxınlığında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.Muxalifet3 - 7-07-2018
DÇ-2018: Xorvatiya Rusiyanı penaltilərlə məğlub etdi
Futbol üzrə dünya çempionatında 1/4 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, günün ikinci oyununda növbəti yarımfinalçı müəyyənləşib.
Muxalifet4 - 8-07-2018
Məşhur pilotun idarə etdiyi qırıcı təyyarə qəzaya uğradı - VİDEO
Rumıniyada qırıcı MiQ-21 Lancer təyyarəsi Feteşti hərbi-hava bazası yaxınlığında qəzaya uğrayıb.
Bu barədə RİA "Novosti" məlumat yayıb.
Ölkənin Milli Müdafiə Nazirliyinin saytında yayılan məlumata görə, hadisə zamanı pilot 36 yaşlı leytenant Florin Rotaru həlak olub. O, 861-ci eskadrilyanın əsas qırıcısı olub.
Qəzanı Rumıniyanın Müdafiə Nazirliyinin xüsusi komissiyası araşdıracaq.Muxalifet4 - 8-07-2018
Paşinyan eks-prezidentin korrupsioner qohumlarını bitirir - QARDAŞI VƏ QIZI AXTARIŞA VERİLDİ
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan qeyri-qanuni yolla zənginləşmə və əmlakına dair bəyannamə təqdim etməkdən boyun qaçırmaqda ittiham edilərək barəsində axtarış elan edilib.
APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatında bildirilir.
Bundan başqa, analoji ittiham üzrə Levon Sarkisyanın qızı Ani Sarkisyan barəsində də axtarış elan edilib.
Muxalifet4 - 8-07-2018
Kim Çün Ina hakimiyyətdə qalmaq zəmanəti verildi – ÜÇTƏRƏFLİ ANLAŞMA
Yaponiya, ABŞ və Cənubi Koreya Xarici İşlər Nazirliyinin başçıları səviyyəsində Tokioda üçtərəfli danışıqların gedişatında Koreya Xalq Demokratik Respublikasında (KXDR) rejimin saxlanılmasına zəmanət verməyə hazır olduğunu təsdiq ediblər.
“RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqdaYaponiya Xarici İşlər Nazirliyinin başçısı Taro Kono bugünkü görüşdən sonra keçirilən birgə mətbuat konfransının gedişatında bildirib.
“Biz təsdiq etdik ki, Sinqapur sammitində əldə olunan razılığa əsasən Şimali Koreyaya təhlükəsizlik zəmanətləri veriləcək”, - Kono deyib.Muxalifet4 - 8-07-2018