Axtarış
The search found 105817 results in 0.069 seconds.
Search results
Deputat Avronest PA-nın sədr müavini seçildi - FOTO
Brüsseldə Avronest Parlament Assamblyasının (PA) 7-ci sessiyası keçirilir.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, sessiyada təşkilatı məsələlərə də baxılıb. Azərbaycan nümayəndə heyətini üzvü, deputat Tahir Mirkişili Avronest Parlament Assamblyasının Enerji təhlükəsizliyi komitəsinin sədr müavini vəzifəsinə seçilib.
Komitənin iclasında T.Mirkişilinin həmmüəllifi olduğu “Avropa Birliyi və Avropa Şərq Tərəfdaşlığı ölkələrində enerji dayanıqlılığı və enerji səmərəliliyinin artırılması” mövzusunda məruzəsi səsvermə ilə qəbul edilib.
Muxalifet2 - 27-06-2018
Almaniya və Braziliya üçün TARİXİ GÜN
F və E qrupundakı son oyunlar dünya futbolunun iki əfsanə komandasını “pley-off”da rəqib edə bilər
Bu gün F və E qrupunda son turun oyunları keçiriləcək. Saat 18:00-da F qrupunda Cənubi Koreya – Almaniya və Meksika – İsveç qarşılaşması başlayacaq.
Saat 22:00-da isə E qrupunun iki cütlüyü- Serbiya – Braziliya, İsveçrə - Kosta-Rika oyunlarının da start fiti veriləcək.
Almaniya ya dəyişməli, ya da...
Muxalifet2 - 27-06-2018
Hacı Beyləqanskinin silahdaşı ilə bağlı qərar – AÇIQLANDI
Kriminal aləmdə Emin Naxçıvanski kimi tanınan Emin Qasımovun barəsində hökmdən verilən kasasiya şikayətinə baxılıb. Muxalifət.az xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan iclasda kasasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin hökmü ilə Emin Qasımov 2 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Emin Qasımov apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Nərimanov rayon Məhkəməsinin hökmü dəyişidirilib.
Muxalifet2 - 27-06-2018
Türkiyə təyyarəsi qəzaya uğradı: ÖLƏN VAR
Türkiyənin Adıyaman şəhərinin Besni mahalında təlim təyyarəsi qəzaya uğrayıb.
Muxalifət.az xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində pilot həlak olub.
Əraziyə xeyli sayda xilasedicilər cəlb edilib.
Muxalifet2 - 27-06-2018
Bakı-Sumqayıt yolunda HƏYAT DURDU
Hazırda Sumqayıt-Bakı yolunda böyük tıxac müşahidə edilir.
Muxalifət.az xəbər verir ki, Tbilisi prospekti, Bakı Beynəlxalq Avtovağzalının ətrafı, Sumqayıt şossesi boyunca nəqliyyat vasitələrini ən aşağı sürətlə hərəkət edir.
Səhər saatlarından müşahidə edilən tıxacın yaranmasına Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsidir.
Muxalifet2 - 27-06-2018
Terror təşkilatı PKK-dan CHP-yə TƏŞƏKKÜR
PKK-nın siyasi qolu olan HDP-nin, CHP-dən verilən səslərlə seçki barajını aşması terror təşkilatı tərəfindən sevinclə qarşılanıb.
24 iyun seçkilərində prezident Rəcəb Tayyib Ərdoğana olan düşmənçilikləri ilə hərəkət edən bəzi CHP-lilər, terror təşkilatı PKK-nın siyasi qanadı HDP-ni Məclisə salmaq üçün üçün əlindən gələni etdi.
Qəndilin partiyası HDP kürtlərin yaşadığı Türkiyənin şərqində xeyli səs itirərkən, qərbdə CHP-dən verilən əmanət səslərlə seçki barajını aşa bildi.
KILIÇDAROĞLUNUN ETİRAFI
Muxalifet3 - 27-06-2018
Lerik zəlzələsi ilə bağlı AÇIQLAMA: Dağıdıcı zəlzələ gözlənilirmi?
Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir.
Bu sözləri teleqraf.com-a açıqlmasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Azərbaycan seysmik aktiv zonada yerləşir: “Xırda təkanlar hər gün baş verir. Bundan sonra da bu cür təkanların olma ehtimalı yüksəkdir. Lerikdə baş vermiş zəlzələ güclü təkan deyil. Bu baxımdan əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur. 7-9 bal arasında təkanlar baş verərsə, müəyyən dağıntılara səbəb ola bilər”.
Muxalifet2 - 27-06-2018
Türkiyədə əməliyyat: general və pilotlar HƏBS EDİLDİ
Ankarada FETÖ istintaqı çərçivəsində keçirilən əməliyyat zamanı Türkiyənin Hərbi Hava Qüvvələrinin 99 üzvü saxlanılıb.
Muxalifət.az xəbər verir ki, bu barədə Ankara Prokurorluğu informasiya yayıb.
Saxlanılan şəxslərdən biri ehtiyatda olan general, 30-u isə pilotdur.
Muxalifet2 - 27-06-2018
İran qarışdı: On minlərlə etirazçı küçələrdə - FOTOLAR
İranda minlərlə insan iqtisadi böhran səbəbilə küçələrə axışıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu ölkədə 2012-ci ildən bəri yaşanan ən böyük protest hesab olunur və etirazçılar “heç bir işə yaramayan zorbalar” şüarı ilə Milli Məclisə doğru yürüş keçirib.
Ölkədə iqtisadi böhran yaranmasının səbəbi kimi hökumətin Suriya və Fələstin siyasətini göstərən etirazçılar “Fələstini Suriyaya verin, öncə bizə baxın, bizi düşünün”, “diktatora ölüm”, “düşmənimiz burada” kimi şüarlar da səsləndiriblər.
Muxalifet2 - 27-06-2018
Həsən Dəmirçinin ailəsinə şok: YAS MƏRASİMİ LƏĞV EDİLDİ
ETTELAAT əməkdaşları Təbrizin Tubaiyyə məscidində güneyli musiqi ustadı Həsən Dəmirçinin 3 mərasiminin keçirilməsinə icazə verməyib.
ETTELAAT milli fəal və musiqiçinin ailəsinin məsciddə 3 mərasimini keçirməsinə mane olub və dəvət üçün hazırlanan bildirişləri müsadirə edib.
Qeyd edək ki, iyunun 24-də Təbrizin “Ali nəsəb” xəstəxanasında vəfat edən Həsən Dəmirçinin 3 mərasiminin bu gün yerli vaxtla 18:00-dan 20:00-dək Təbrizin Tubaiyyə məscidində keçirilməsi nəzərdə tutulmuşdu.
Muxalifet2 - 27-06-2018
“İnstagram”dan yenilik: ARTIQ VİDEOZƏNGLƏR ETMƏK DƏ MÜMKÜNDÜR
“Instagram” sosial şəbəkəsi istifadəçiləri üçün yenilik edib.
Trend-in məlumatına görə, şəbəkənin sonuncu yenilənməsində artıq görüntülü zənglər də etmək mümkün olacaq. Həmçinin, proqramda tematik kanallar və fotoşəkillər üçün yeni effektlər də mövcud olacaq. Videozəngdə eyni zamanda 4 nəfər iştirak edə bilər.
Qeyd olunur ki, istifadəçilər videoçatda olduğu zaman tətbiqdə digər funksiyalardan da istifadə edə bilərlər.
Muxalifet2 - 27-06-2018
Prokuror "Atrabank" sədrinə 10 il cəza istədi - 8 MİLYONLUQ İTTİHAM
“AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin məhkəməsi davam etdirilib.
Musavat.com xəbər verir ki, E.Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror E.Nəbiyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Muxalifet2 - 27-06-2018
Nazirlikdə yeni TƏYİNATLAR
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli Fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamə, nazirliyin strukturu, həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə təsdiq edilib.
Muxalifet2 - 27-06-2018
Vaşinqton İrandan neft alan ölkələrə təzyiq edir – Sanksiyalar noyabrda yenidən QÜVVƏYƏ MİNƏCƏK
Birləşmiş Ştatlar noyabrın əvvəllərindən İran neftinin idxalının dayandırılması üçün bütün ölkələr üzərinə təzyiq göstərməyə başlayıb. İyunun 26-da ABŞ Dövlət Departamenti bildirib ki, İran neftinin idxalı üçün heç bir istisnaya yol verilməyəcək. Prezident Donald Tramp mayın 8-də ABŞ-ın İranla imzalanmış 2015-ci il nüvə sazişindən çıxdığını elan edib. 2015-ci ilin sazişi İranı özünün nüvə proqramını məhdudlaşdırması hesabına sanksiyalardan azad edirdi.
Muxalifet2 - 27-06-2018
Sərkisyanın son dayağı da yox edildi - İSTEFA
İrəvan meri Taron Markaryan istefa ərizəsi yazıb.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.
“Markaryanla bağlı məsələ həll olub. O, istefa ərizəsini yazıb və bir neçə gündür işə çıxmır. Meriyada buna görə qeyri-müəyyən vəziyyət yaranıb”, – deyə qəzet bildirib.
Muxalifet2 - 27-06-2018
Mətbuat Şurası nekroloq imzaladı
Mətbuat Şurası Azərbaycanın ilk hərbi operatoru Seyidağa Mövsümlünün dünyasını dəyişməsi ilə bağlı nekroloq imzalayıb.
Muxalifət.az xəbər verir ki, nekroloqda onun yoxluğunun Azərbaycanın media ictimaiyyəti üçün böyük itki olduğu bildirilir:
“Azərbaycanın müasir jurnalistika tarixində məxsusi yerə və rola malik, Qarabağ müharibəsi veteranı olan ilk hərbi operatorumuz Seyidağa Mövsümlü dünyasını dəyişib. Mərhumun doğmalarına, əzizlərinə, dostlarına dərin hüznlə başsağlığı veririk.
Muxalifet2 - 27-06-2018
Alman gəmisi RAKETLƏ ÖZÜNÜ PARTLATDI
NATO qarşısındakı öhdəliklərinə hazır olub, olmadığı müzakirə edilən Almaniya, Müdafiə Nazirliyinin həyata keçirdiyi bir dəniz təlimində yenə uğursuz olub. Donanmaya məxsus bir gəmidən atılan raket, gəminin özünü partladıb.
Almaniyanın NATO öhdəliklərinə hazır olub, olmadığı davamlı bir mübahisə predmetiydi. Uzun müddətdir danışılan bu məsələ dedi-qodu olmaqdan çıxıb, konkret bir gerçəkliyə dönüşüb. Səbəbi isə Almaniyanın bir təlimdə həyata keçirdiyi uğursuzluqdur.
ÖZÜNÜ VURAN GƏMİ
Muxalifet3 - 27-06-2018
MN: Naxçıvan istiqamətində ordumuzun əks-həmləsi qarşı tərəfi "NOKAUTA" SALIB
“Naxçıvan istiqamətində Ordumuzun həyata keçirdiyi əks-həmlə əməliyyatı qarşı tərəfi həqiqi mənada nokauta salıb. Ermənistan mətbuatının “Günnüt əməliyyatını” növbəti dəfə müzakirəyə çıxarması bunu bir daha sübut edir”.
Bu barədə bir qrup erməni media nümayəndələrinin guya heç bir şey olmamış kimi cəbhənin həmin istiqamətinə səfər etməsi barədə məlumatı “Report”a şərh edərkən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Muxalifet2 - 27-06-2018
Blumberq ABŞ prezidenti olmağa hazırlaşır
“Blomberq” agentliyinin rəhbəri Maykl Blumberq 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkisində iştirak edə bilər.
Muxalifət.az xəbər verir ki, bu barədə informasiyanı CBS televiziyası yayıb. Blumberqin Demokratlar Partiyasından prezidentliyə namizəd olacağı iddia edilib.
Qeyd edək ki, bundan öncə mətbuat Hillari Klintonun prezident olacağı halda Blumberqi dövlət katibi təyin edəcəyi haqda məlumat yaymışdı.
Muxalifet2 - 27-06-2018
DSX-nin əməliyyatı: Gəlin maşınında bir kisə narkotik... - FOTO
Dövlət Sərhəd Xidmətinin əməkdaşları iyunun 24-də saat 23:30 radələrində külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılmasını təmin edib.
DSX-nın mətbuat mərkəzindən verilən məlumata görə, həmin tarixdə Lənkəran rayonunun Vel kəndi yaxınlığındakı sahil nəzarəti məntəqəsinin xidməti sahəsində toy mərasimi üçün xüsusi bəzədilmiş “Wolkswagen” markalı AZ 90-HC-666 dövlət nömrə nişanlı avtomobil ilə əraziyə gəlmiş 2 nəfər naməlum şəxsin hərəkətləri diqqəti cəlb edib.
Muxalifet2 - 27-06-2018