Axtarış
The search found 105817 results in 0.18 seconds.
Search results
Bakıda yeni qadağa: POLİS VƏ İCRA PROSES BAŞLATDI
İcra hakimiyyəti Nərimanov rayonu ərazisində balkonlarda paltarların qurudulması üçün çəkilən zivələrin yığışdırılması prosesini polislə birgə həyata keçirir. Hələ indiyə qədər bu prosesə etiraz edən olmayıb.
Bu sözləri axar.az Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdiri Hüseyn Cəfərov rayonun mərkəzi prospektlərində yerləşən binalardan zivələrin yığışdırılması ilə bağlı danışarkən deyib. O bildirib ki, bu addım təkcə mərkəzi prospektdə deyil, Nərimanov rayonunun bütün prospekt və küçələrində tətbiq edilib:
Muxalifet2 - 25-06-2018
Hərbi paradda 13 ölkədən nümayəndə heyəti iştirak edəcək - SİYAHI
Sabah Bakıda keçiriləcək hərbi parada qatılacaq ölkələrin adı məlum olub.
Muxalifət.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin mətbuat xidmətindən apa-nın sorğusuna cavab olaraq bildirilib ki, 26 iyun – Azərbaycan ordusunun 100 illiyi münasibətilə Bakıda keçiriləcək təntənəli hərbi paradda Türkiyə, Pakistan, Belarus, Bəhreyn, BƏƏ, Gürcüstan, İran, İsrail, Qazaxısan, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı və Ukraynadan nümayəndə heyətləri qonaq qismində iştirak edəcək.
Muxalifet2 - 25-06-2018
Səudiyyə Ərəbistanından FƏLƏSTİNƏ XƏYANƏT: GÖRÜŞ İFŞA OLDU
İsrailin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salmanın, iki ölkə arasında rəsmi diplomatik münasibət olmamasına rəğmən, gizli görüş keçirdikləri müəyyənləşib.
İsrailin “Maariv” qəzetinin xəbərinə görə, Netanyahu və bin Salman, həftənin əvvəlində İordaniyanın paytaxtı Əmmanda bir araya gəlib. Qəzet, görüşlərin, ABŞ prezidenti Donald Trampın kürəkəni və müşaviri Jared Kuşnerın və ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Jason Greenblattın Əmman səfəri zamanı həyata keçirildiyini bildirib.
Muxalifet3 - 25-06-2018
Hakim DTX-nin tutduğu qaçaqmalçının işində özünə - ETİRAZ VERDİ
Qaçaqmalçılıq yolu qanunsuz narkotik vasitələri ölkəmizə gətirməkdə təqsirli bilinən Çingiz Muradovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra tərkibdə olan hakimlərdən biri Eldar İsmayılov özü-özünə etiraz verib. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işini araşdıran istintaq qrupunun üzvlərindən biri onun oğlu olub.
Muxalifet2 - 25-06-2018
Amerika ilə “dostluq” Çinə baha başa gəldi:Asiya nəhəngi ABŞ-la ticarət savaşına girməyə məcbur oldu – TƏHLİL
ABŞ prezidenti Donald Trampın ən yaxın müttəfiqlər və qonşulara qarşı başladığı ticarət savaşı davam edir: Çin mallarına rüsum tətbiq edilib. Tramp ABŞ-a Çin ixracatı üçün məhdudlaşdırıcı tədbirləri çoxdan elan etmişdi, amma yenə də sürpriz olub. Axı Vaşinqton və Pekin danışıqlar aparıb və Çin ciddi güzəştlərə gedib. ABŞ-ın əsas iddiaları Çinin xeyrinə 2017-ci ildə 376 milyard dollara çatan nəhəng ticarət kəsiri və Pekin tərəfdən əqli mülkiyyət hüququnun pozulmasıdır.
Muxalifet2 - 25-06-2018
Daha 105 dövlət əmlakı satışa çıxarılacaq – NÖVBƏTİ HƏRRAC
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən növbəti hərrac 24 iyulda baş tutacaq.
Komitədən verilən məlumata görə, budəfəki hərraca iş yerlərinin yaradılmasını mümkün edən, investorları yeni biznes sahələrinə cəlb edəcək 105 dövlət əmlakı çıxarılıb.
Bunlardan 23-ü səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisə və obyekti, 41-i qeyri-yaşayış sahəsi, 4-ü nəqliyyat vasitəsidir. Prosesdə özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakları qiymət, yerləşdiyi ərazi, ümumi faydalılıq cəhətdən müxtəlifdir.
Muxalifet2 - 25-06-2018
Avropa Birliyi çevik hərbi qüvvələr yaradır – Ciddi böhranların həlli üçün istifadə olunacaq
Avropa Birliyinin 9 ölkəsi çevik reaksiya qüvvələrinin yaradılması barədə razılaşma imzalamağa hazırlaşır.
Sənədi iyunun 25-də Lüksemburqda Fransa, Almaniya, Belçika, Böyük Britaniya, Danimarka, Niderland,İspaniya, Portuqaliya və Estoniyanın müdafiə nazirləri imzalamalıdırlar.
İtaliya da ilk olaraq bu layihəni dəstəkləsə də, yeni hökumət bundan imtina etdi.
Muxalifet2 - 25-06-2018
“Bakı “yoran müharibə”dən genişmiqyaslı taktikaya keçir” – Cəbhədə DÖYÜŞ VƏZİYYƏTİ
“Cəbhədə 2016-cı ilin “aprel müharibəsi”ndən əvvəlki vəziyyət yaşanır”.
Muxalifət.az xəbər verir ki, bu barədə erməni siyasi şərhçi Sarqis Arstruni yazıb.
Onun sözlərinə görə, “aprel müharibəsi”ndən sonra Ermənistan rəhbərliyi cəmiyyəti cəbhədə müdafiənin möhkəmləndirildiyinə inandırmağa davam edirdi.
Muxalifet2 - 25-06-2018
Sabah ASAN-da iş olmayacaq
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri - iş günüdür.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, iyunun 27-dən etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.
Muxalifet2 - 25-06-2018
Deputat Vahid Əhmədov:“Əllə pambıq yığmağa SON QOYMAQ LAZIMDIR”
“Pambıq sahələrində baş verən zəhərlənmələr Azərbaycana gətirilən dərmanların keyfiyyəti ilə əlaqədar ola bilər”.
Bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov “Azadlıq Radiosuna” açıqlamasında deyib: “Müvafiq dövlət qurumları həmin dərmanları yoxlamadan keçirib sonradan sahələrə buraxılmalarına icazə verməlidirlər. Əks təqdirdə, oxşar hallarla yenə rastlaşacağıq”.
Muxalifet2 - 25-06-2018
Paşinyana sui-qəsd, parlamentin gülləbaranı...– GENERALLA BAĞLI SENSASİYA
Ermənistan müdafiə nazirinin keçmiş müavini, general Manvel Qriqoryan həbsi səs-küy yaratmadı. Halbuki vəziyyət göründüyü qədər sakit deyil.
Muxalifət.az xəbər verir ki, Ermənistan KİV Manvel Qriqoryanın həbs ediməsinin arxasında duran səbəbləri müzakirəyə çıxarılıb.
Erməni mənbələr generalın həbsinin Ermənistanda daha ciddi siyasi kataklizmlərin başlanğıcı üçün ilk siqnal olduğunu yazırlar:
Muxalifet2 - 25-06-2018
Bakıda mənzildə qadın MEYİTİ TAPILDI
Bakıda mənzildə 74 yaşlı qadın meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1944-cü il təvəllüdlü Əhmədvəliyeva Roza Nurislamovnanın cəsədini aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.
Muxalifet2 - 25-06-2018
Türk aviasiyası bombardman etdi – HAKURK DAĞI
Türkiyə Silahlı Qüvvələri Şimali İraqa aviazərbələr endirib.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, aviazərbələrin hədəfi Mergesor bölgəsində yerləşən Hakurk dağı olub. Məlumata görə, bombardmandan sonra ərazidən duman yüksəlib.
Yerli sakinlər türk əsgərlərinin varlığının PKK terrorçularının bölgədəki aktivliyinin azalmasına səbəb olduğunu qeyd ediblər.
Muxalifet2 - 25-06-2018
Aprel müharibəsi ilə bağlı yeni DƏHŞƏTLİ FAKTLAR ORTAYA ÇIXDI: sən demə, erməni general...
2016-cı il aprel müharibəsinin gedişatında Dağlıq Qarabağda həlak olmuş çavuş Robert Abramyanın bədəninin tibbi məhkəmə ekspertizası nəticəsində onun ölümündən üç gün əvvəl heç nə yemədiyi müəyyən edilib.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, bu haqda çavuşun atası Abram Abramyan bildirib.
Muxalifet2 - 25-06-2018
TƏMƏNNALI İDMANÇI DOSTLUĞU:Ramzan Kadırov Salah kimi "ulduzlar"a niyə ev sahibliyi edir?
Rusiya prezidenti Vladimir Putin Moskvanın ilk dəfə ev sahibi kimi diplomatik məqsədlər üçün istifadə etmək istədiyi hadisədə – “açıq, qonaqpərvər və dostluq” çempionatında bütün dünyadan olan çoxsaylı qonaqları, tamaşaçıları və oyunçuları salamlayıb. Lakin bu çempionatdan istifadə etmək istəyən daha bir adam var – Şimali Afrikada və Yaxın Şərqdəki potensial müttəfiqlərinə çatmağa çalışan Çeçenistan rəhbəri Ramzan Kadırov.
Muxalifet2 - 25-06-2018
Bakı-Batumi reysi fəaliyyətə başlayır
İyulun 2-dən etibarən Bakı Beynəlxalq Avtovağzal Kompleksindən həftənin 1, 3, 5-ci günləri olmaqla Bakı-Batumi reysi fəaliyyətə başlayacaq.
Muxalifet2 - 25-06-2018
Rusiyadan Trampa mesaj: TƏKBAŞINA HƏLL EDƏ BİLMƏZSƏN
ABŞ təkbaşına Fələstin-İsrail konfliktini həll edə bilməz.
Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov deyib. Onun sözlərinə görə, bu istiqamətdə kollektiv səylərə ehtiyac var:
“Əgər bu konflikti həll edə bilsəydilər, bunu çoxdan həll edib qurtarmışdılar. Bu konflikti həll edə bilməmələrini səbəbi onu həll etməyi bacarmamalarıdır”.
Muxalifet2 - 25-06-2018
Balıq ovlayanlar SAXLANILDI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qoruq rejiminə əməl olunması vəziyyətini araşdırmaq məqsədilə Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.
Muxalifet2 - 25-06-2018
ABŞ NATO-nun eks-baş katibinə viza vermədi
NATO-nun keçmiş baş katibi Xavyer Solananın ABŞ-a getməsi üçün viza verilməyib.Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “El Pais” qəzeti yayıb. Qəzet Solananın İrana səfər etməsiylə əlaqədar olaraq ABŞ-a buraxılmadığını bildirib.
Qeyd edək ki, Solana ABŞ-a Brukinqs İnstitutunda çıxış üçün getməliydi.Muxalifet - 25-06-2018
Abdullah Güldən ƏRDOĞANA SÜRPRİZ ZƏNG
Türkiyənin 11-ci prezidenti Abdullah Gül, prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək təbrik edib və uğurlar arzulayıb.
Abdullah Gülün mətbuat ofisindən bildiriblər ki, 11-ci prezident Abdullah Gül bu gün günorta saatlarında dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng edərək təbrik edib və uğurlar arzulayıb".
Xatırladaq ki, Səadət Partiyası sədrinin Abdullah Gülü müxalifətin vahid namizədi kimi seçkidə iştirak etməsi məsələsini qaldırması AK Partiya rəhbərliyində böyük inciklik və narahatlıq yaratmışdı.
Müxalifət.azMuxalifet3 - 25-06-2018