Axtarış

The search found 105817 results in 0.123 seconds.

Search results

  1. NATO Baltikyanını itirəcək – ŞOK İDDİA

    ABŞ hərbçilərinin keçirdiyi hərbi oyunlar göstərdi ki, NATO komandanlığı Rusiya ilə konflikt zamanı qoşunlarını alyansın şərqinə vaxtında yerləşdirə bilməyəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə informasiyanı “Vaşinqton Post” qəzeti yayıb.
    “Oyunlar göstərdi ki, ordunun hərəkəti dar yollar və bürokratiya ucbatından zəiflədiləcək. Nəticədə Rusiya ordusu Baltikyanının hamısını ələ keçirəcək.

    Muxalifet - 25-06-2018

  2. Şamaxıdakı ERMƏNİ CƏLLADLARININ UŞAQLARININ MÜLK DAVASI

    1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzası üzrə ermənilərdən ibarət daşnak və bolşevik quldurları tərəfindən törədilmiş qətliamlarda 30 minə qədər dinc sakin qətlə yetirilmiş, 73 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, çoxsaylı tarixi-memarlıq abidələri dağıdılmış və xalqımızın xeyli maddi sərvətləri yağmalanmışdı. Arada bir əsrlik zaman fasiləsi olsa da bu faciələrin izləri insanların yaddaşından, qədim yurdun bağrından hələ də silinməyib.
     

    Muxalifet3 - 25-06-2018

  3. Azərbaycan TÜRKÜ TBMM-də MİLLƏT VƏKİLİ SEÇİLDİ

    Azərbaycan əsilli siyasətçi Şamil Ayrım Türkiyə parlamentinin deputatı seçilib. 
     
    Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, o, iyunun 24-də Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində Milliyyətçi Hərəkat Partiyasının (MHP) siyahısından qalib gəlib.
    Ş.Ayrım 27-ci çağırış parlamentdə İstanbul şəhərini təmsil edəcək. 

    Muxalifet3 - 25-06-2018

  4. SƏFİR, İŞ ADAMI, YOXSA...? - Azərbaycanın Qazaxıstandakı səfiri haqda SENSASİON İDDİALAR

    Rəşad Məmmədov BDU-nun Hüquq fakültəsinin diplomunu necə əldə edib? Və yaxud səfir Məmmədov “əyani təhsil aldığı müddətdə” necə iki illik hərbi xidmət keçib? Azərbaycan Respublikasının Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Eynəddin oğlu Məmmədov, barəsində mediada tənqidi məqalə dərc olunan azsaylı dipolamtlardandır. Lakin Hurriyyet.org-un əldə etdiyi faktlar onun heç də qüsursuz fəaliyyət göstərdiyini deməyə əsas vermir. Sadəcə, uzun illərdir diplomatik fəaliyyətlə məşğul olan R.Məmmədovun öz qanunsuz əməllərini gizləməkdə kifayət qədər peşəkar olduğunu deyə bilərik.

    Muxalifet4 - 25-06-2018

  5. Tramp qanunsuz mühacirləri dərhal ölkədən qovmağa çağırdı –"Bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır"

    ABŞ prezidenti qanunsuz mühacirlərin dərhal deportasiyasına çağırıb. Donald Tramp bildirib ki, bu insanların ölkəmizi işğal etməsinə imkan verə bilməz. Bizə Amerikanı daha da möhtəşəm edəcək insanlar lazımdır.  “Sistemimiz yaxşı mühacirət, qanun və nizama ziddir”- deyə Tramp Twitter hesabında yazıb. 

    Muxalifet2 - 25-06-2018

  6. "Avropanın parçalanmasının qarşısını ala bilmirik” – SOS

    “Miqrasiya böhranı Avropanı parçalayır”.

    Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Polşa prezidentinin dəftərxanasının müdiri Kşiştof Şerskiy bildirib.

    “Görünür ki, miqrasiya böhranı Avropanı parçalayır. Bu, həm dövlətlərin öz aralarında, həm də ayrı-ayrı dövlətlərin daxilində cəmiyyətlərdə baş verir. Biz Avropa İttifaqının daxilində miqrasiya böhranını aradan qaldıra bilmirik. Böhranın aradan qaldırılması üsullarını onun doğulduğu yerdə axtarmaq lazımdır”, - o qeyd edib.

    Muxalifet2 - 25-06-2018

  7. Rusiya Azərbaycan üçün yollarını açır – İki ölkə arasında tranzit sərbəst, İCAZƏSİZ OLACAQ

    “Azərbaycan və Rusiya beynəlxalq avtomobil daşımalarında sərbəst tranzit haqqında razılaşmaya geri dönmək niyyətindədirlər”.

    “APA-Economics”in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Dövlət Dumasının nəqliyyat və tikinti komitəsinin rəhbəri Yevgeni Moskvişev bildirib.

    Muxalifet2 - 25-06-2018

  8. İmişlidə dəhşətli qəza: 1 ÖLÜ, 5 YARALI

    İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın məlumatına görə, rayon mərkəzindəki Koroğlu küçəsində “Mersedes” markalı 90 SG 519 dövlət nömrə nişanlı avtomobillə VAZ-2107 markalı 90 BB 693 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

    Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

    Muxalifet2 - 25-06-2018

  9. “Monilit Plaza”da GÜCLÜ YANĞIN - FOTO (YENİLƏNDİ)

    Fövqəladə Hallar Nazirliyi Bakıda hoteldə baş verən yanğınla bağlı məlumat yayıb.

    Muxalifət.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakının Səbail rayonunda “Monilit Plaza” hotelinin ümumi sahəsi 1000 m² (hər mərtəbəsi 500 m², dam örtüyü taxta atmalar və dəmirdən ibarət) olan ikimərtəbəli restoranın dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə, ona bitişik ümumi sahəsi 50 m² olan istifadəyə yararsız talvarın yanar konstruksiyaları və 50 m² sahədə məişət tullantıları yanıb.

    Muxalifet2 - 25-06-2018

  10. AŞPA-nın yeni PREZİDENTİ SEÇİLDİ

    Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.

    Muxalifet2 - 25-06-2018

  11. Gürcüstanda Ermənistan əleyhinə status yazan azərbaycanlıya CİNAYƏT İŞİ AÇILDI

    Gürcüstanın azərbaycanlı vətəndaşı Orxan Abbasa qarşı terrorizmə çağırış maddəsi üzrə cinayət işi açılıb.

    O. Abbas APA-ya bildirib ki, buna səbəb 2016-cı ilin aprel döyüşləri zamanı “Facebook” sosial şəbəkəsində Ermənistan əleyhinə yazdığı statusdur. O, statusunda Gürcüstan azərbaycanlılarına müraciət edərək Azərbaycanın Gürcüstandakı səfirliyi qarşısında dəstək aksiyası keçirmək əvəzinə, Ermənistan səfirliyi önündə etiraz aksiyası keçirərək Ermənistan bayrağını yandırmaq lazım olduğunu yazıb.

    Muxalifet2 - 25-06-2018

  12. "Neftçi" Avropa Liqasında ilk mübarizəsinə bu tarixdə çıxacaq - UEFA AÇIQLADI

    Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda keçiriləcək "Neftçi" - "Uypeşt" (Macarsltan) matçının başlama saatı açıqlanıb.

    Muxalifət.az UEFA-nın saytına istinadən xəbər verir ki, iyulun 12-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

    Qeyd edək ki, UEFA hələlik cavab görüşünün başlama saatını açıqlamayıb.

    Muxalifet2 - 25-06-2018

  13. "Poqonunu sökəcəyi" generalın kəndindən İncəyə - CAVAB

    CHP-nin prezidentliyə namizədi Məhərrəm İncənin təhdid etdiyi 2-ci ordu komandanı, general İsmayıl Mətin Təməlin doğulduğu Bayburt rayonunun Taxt kəndində İncəyə cəmi 1 səs verilib.

    Muxalifət.az xəbər verir ki, 153 seçicinin səsvermə hüququndan istifadə etdiyi məntəqədən CHP də cəmi 1 səs toplayıb.

    Generalın kəndində seçicilərin 145 nəfəri Ərdoğanı, 4 nəfəri Akşənəri, 3 nəfəri isə Təməl Qaramollaoğlunu dəstəkləyib.

    Muxalifet2 - 25-06-2018

  14. Aptek müdiri 2 işçisi ilə həbs edildi: "GÜNAHKARIQ..."

    Paytaxtda bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması faktı üzrə həbs edilmiş Tural Abiyev, Səltənət İbrahimova və Kəmalə Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Muxalifət.az xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

    Muxalifet2 - 25-06-2018

  15. Səfər Mehdiyev “Mazımçay” gömrük postunda - FOTO

    İyunun 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

    Muxalifət.az xəbər verir ki, Səfər Mehdiyev Azərbaycan Respublikasının Gürcüstanla dövlət sərhədində yerləşən “Mazımçay” gömrük postunda sərhədkeçmə prosesinin sadələşdirilməsi, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli və asan keçidinin təmin olunması barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib.

    Muxalifet2 - 25-06-2018

  16. Zakir Həsənov, Nəcməddin Sadıkov və Kərəm Mustafayev ordenlə təltif edildi –SƏRƏNCAM

    Prezident İlham Əliyev  Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

    Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: 

    1-ci dərəcəli “Rəşadət” ordeni ilə

     

    Həsənov Zakir Əsgər oğlu – general-polkovnik

    Muxalifet2 - 25-06-2018

  17. Almaniyadan seçki ilə bağlı İLK AÇIQLAMA

    Almaniyanın hökumət sözçüsü Steffen Seibert, federal hökumət və gələcək Türk hökuməti arasındakı iş mühitinin konstruktiv və səmərəli olacağına inandıqlarını deyib.
     
    Steffen Seibert, Berlindəki Federal Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Türkiyədəki seçkiləri qısaca dəyərləndirib.

    Muxalifet3 - 25-06-2018

  18. Avropa bu böhranla bacara bilmir - POLŞADAN ETİRAF

    Miqrasiya böhranı Avropanı parçalayır.

    Muxalifət.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Polşa Prezident Administrasiyasının rəhbəri Kşiştof Şerski deyib. Onun sözlərinə görə, miqrasiya böhranı təkcə ölkələri yox, həm də ölkələrdəki cəmiyyətləri də daxildən parçalayır:

    “Biz Avropa Birliyinin daxilindəki miqrasiya böhranı ilə bacara bilmirik. Buna görə də onun qarşısını almaq üçün böhranın yarandığı yerdə problemin həllini axtarmaq lazımdır”.

    Muxalifet2 - 25-06-2018

  19. BAKIDA VANDALİZM AKTI: Qarabağda döyüşən əfqanların məzarlığı dağıdıldı

    1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq Azərbaycana gəlib düşmənə qarşı döyüşmüş, şəhid olmuş əfqanların məzarları dağıdılıb. Bakının bir addımlığında, Xırdalan şəhər qəbristanlığında 30-dan çox məzar daşı sındırılıb. Bu vandalizm aktını kimlərin və hansı məqsədlə törətdiyi bilinmir.

    Muxalifet4 - 25-06-2018

  20. Prezident Administrasiyasında 6 yeni sektor yaradıldı

    Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılıb.

    Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.

    Muxalifet2 - 25-06-2018

Pages