Axtarış

The search found 105806 results in 0.129 seconds.

Search results

  1. İkinci F-35 təyyarəsi də Türkiyəyə verildi, lakin ABŞ-da qaldı

    Muxalifət.az xəbər verir ki, Türkiyənin ikinci F-35 hərbi təyyarəsi dünən Türkiyə Hava Qüvvələrinə təhvil verilib.

    Türkiyənin dörd il əvvəl sifariş elədiyi və ayın əvvəlində ilk dəfə havaya qalxan, 18-0002 nömrəli ikinci F-35 təyyarəsinin rəsmi sənədləşməsi iyunun 22-də tamamlanıb və təyyarə THQ-yə təhvil verilib.

    Muxalifet2 - 23-06-2018

  2. Bu ölkədə bir gündə 10 nəfər EDAM EDİLDİ

    Çinin Şanvey şəhərinin məhkəməsi 10 nəfəri ölüm hökmünə məhkum edib.

    Muxalifət.az xəbər verir ki, edama məhkum edilən şəxslərin narkoticarətdə, narkotikin daşınması və istehsalında ittiham olunduqları bildirilib. Ölüm hökmü verildiyi gün icra edilib.

    Qeyd edək ki, Çin dünyada ölüm hökmünün ən çox icra edildiyi ölkələrdən biridir.

    Muxalifet2 - 23-06-2018

  3. ​Anar Nağılbaz sənətə qayıdır - KONSERT OLACAQ

    Başı qalmaqallardan açılmayan reper Anar Nağılbaz yenidən sənətə qayıdır.
     
    Muxalifət.az-ın Lent.az-a istinadən məlumatına görə, reper paytaxt məkanlarının birində “Aytənim” adlı konsert vermək niyyətindədir.
    Reper bildirib ki, konsertində onunla bərabər sənət dostları, duet ortaqları da iştirak edəcək.
    Bu gecəylə bağlı artıq hazırlıqlara başlanılıb.

    Muxalifet4 - 23-06-2018

  4. ​Azyaşlının xəsarət aldığı uşaq bağçasında iki nəfər işdən çıxarıldı

    Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfər işdən çıxarılıb, 1 nəfərə isə töhmət verilib. Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, 2 yaşlı Mustafazadə Saranın xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar. Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub. İki yaşlı Sara Mustafazadənin üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. İlkin araşdırma zamanı məlum olub ki, S.

    Muxalifet4 - 23-06-2018

  5. ​Səhiyyə işçiləri “Tərəqqi” medalı ilə təltif edildi - SİYAHI

    Prezident İlham Əliyev səhiyyə əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
     
    Sərəncamda qeyd edilir ki, Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
     
    Abdullayev Akif Kərəm oğlu
     
    Abdullayev Rakif Misir oğlu
     
    Abdullayeva Afaq İsrafil qızı
     
    Babayev Fariz Hənifə oğlu
     
    Əhmədova Leyla Məhəmmədəli qızı
     
    Əliyev Cahangir Məmməd oğlu
     
    Qasımova Sevil Məmməd qızı
     

    Muxalifet4 - 23-06-2018

  6. 2 yaşlı körpə üçüncü mərtəbədən yıxıldı - MİNGƏÇEVİRDƏ

    Mingəçevirdə üçüncü mərtəbədən yıxılan körpə ağır xəsarət alıb.
     
    Muxalifət.az report-a istinadən xəbər verir ki, hadisə Puşkin küçəsi 12/2 ünvanında baş verib.
    Belə ki, həmin binanın 21 saylı mənzilində yaşayan iki yaşlı körpə İbişov İlqar Rəşid oğlu nəzarətsiz qalaraq üçüncü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.
    Yaralı xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

    Muxalifet4 - 23-06-2018

  7. ​Bakıda İNTİHAR DRAMI: xanım tanımadığı şəxsi ölümdən qurtardı - GÖRÜNTÜLƏR

    Bakıda orta yaşlı naməlum şəxs intihar etmək üçün binanın üstünə çıxıb.
     

    Muxalifet4 - 23-06-2018

  8. ​BORDO BƏRƏLİLƏR HƏRƏKƏTƏ KEÇDİ! - "GƏLƏ BİLMƏZLƏR" DEYİLƏN BÖLGƏNİ ALDILAR

    Hurriyyet.org xəbər verir ki, PKK-nın “Türkiyə addım ata bilməz” dediyi Boti təpə alınıb, bordo berelilər irəliləməyə davam edirlər.
    Şimali İraq əməliyyatı 100-cü gününü arxada qoyub. Əməliyyat çərçivəsində PKK-nın “Türkiyə bura addım ata bilməz” dediyi, Ərbilin ən üc nöqtəsindəki Zap Suyu sahilindəki Boti təpəsi alınıb, terrorçuların sızmalarının qarşısı kəsilib. Terrorçular Qəndildə mühasirədə qalıblar. Bordo berelilərin Qəndilə doğru addım-addım irəliləməsi davam edir. Burada yerləşən və sərhəd zastavalarına daim təcavüz edən mövqelər yerlə bir edilib.

    Muxalifet4 - 23-06-2018

  9. Baş nazirə sui-qəsd – 4 NƏFƏR HƏLAK OLDU

    Efiopiyanın paytaxtı Əddis-Əbəbədə ölkənin yeni baş naziri Əbiyə Əhmədi dəstəkləyən mitinq zamanı naməlum şəxs qumbara atıb, partlayış nəticəsində ən azı 4 nəfər həlak olub və bir neçə nəfər yaralanıb.
    Bu barədə TASS xəbər verib.
    Bildirilir ki, partlayış zamanı səhnədə olan Ə.Əhməd xəsarət almayıb.
    Mitinqin təşkilatçısı Seyum Teşome deyib ki, sui-qəsd baş nazirə qarşı hazırlanıb: "Həmin şəxs səhnədə oturan baş naziri hədəf kimi seçmişdi, lakin kütlə ona imkan vermədi".

    Muxalifet4 - 23-06-2018

  10. ​Səudiyyə Ərəbistanında qadınların sürücülük qadağası qaldırılır

    Səudiyyə Ərəbistanı bazar günündən etibarən qadınların avtomobil sürməsi qadağasını aradan qaldıracaq. Səudiyyə Ərəbistanı dünyada belə bir qadağanın mövcud olduğu yeganə ölkədir.
     
    İndiyədək səudiyyəli qadınlar hərəkət etmək üçün taksi xidmətlərinə və ya kişi qohumlarına arxalanırdılar.
    Bu ayın əvvəli Səudiyyə Ərəbistanı hökuməti Britaniya, Livan, Kanada daxil olmaqla, daha öncə digər ölkələrdən sürücülük vəsiqəsi alan qadınlara sadə testdən sonra sürücülük vəsiqəsi verməyə başlayıb.

    Muxalifet4 - 23-06-2018

  11. Avropa İttifaqı BİR İL İÇİNDƏ DAĞILA BİLƏR

    İtaliyanın naş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini, Avropa Birliyinin (Aİ) gələcəyinin təhlükədə olduğunu və qarşıdakı bir il ərzində müəyyənləşəcəyini deyib.
     
    Salvini,Almaniyanın “Der Spiegel” jurnalına verdiyi açıqlamasında "Avropanın birliyə davam edib etməyəcəyi bir il ərzində məlum olacaq" - deyib.
    Ölkəsinin artıq köçkünləri qəbul etməyəcəyini bildirən İtaliyalı nazir, "Tək bir nəfər belə ala bilmərik. Əksinə, bir neçəsini bir yerlərə göndərmək istədik" deyib.

    Muxalifet3 - 23-06-2018

  12. ​Azərbaycan OPEC+ təşkilatının görüşünün Bakıda keçirilməsini təklif edib

    Bu gün Vyanada keçirilən Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin 4-cü iclası zamanı dünyada sənaye üsulu ilə ilk dəfə neft çıxarılan Bibiheybət neft buruğunun əski olan tablo Azərbaycan nümayəndə heyəti tərəfindən OPEC-ə hədiyyə olunub.
     
    Muxalifət.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, energetika naziri Pərviz Şahbazov təqdimat zamanı bildirib ki, Azərbaycan “Əməkdaşlıq Bəyannaməsi”nin başlanğıcından etibarən öz öhdəliklərinə sadiqdir.

    Muxalifet4 - 23-06-2018

  13. ​Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin yeni inzibati binası istifadəyə verilib- FOTOLAR

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mənzil İstismar İdarəsinin əsaslı təmir edilən yeni inzibati binasının açılışında iştirak ediblər.
     

    Muxalifet4 - 23-06-2018

  14. ​MN:"Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır"

    Cəbhə xəttindəki əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.
     
    Bu barədə erməni mətbuatında yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib.
    Qeyd edək ki, bu gün erməni mətbuatında düşmən əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilir.

    Muxalifet4 - 23-06-2018

  15. “PKK problemi yalnız SİLAHLA HƏLL EDİLƏ BİLƏR” – DOĞU PERİNÇEK

    Bir vaxtlar terror təşkilatı PKK-nın düşərgələrinə gedərək Abdulla Öcalan ilə birlikdə poza verən Vətən Partiyasının sədri Doğu Perinçek, "PKK problemi yalnız silahla həll edilə bilər" - deyib.
     
    Vətən Partiyasının sədri Doğu Perinçek, Əskişəhərdə çıxışında, PKK probleminə toxunub. Perinçek, PKK probleminin silahla həll ediləcəyini deyərək, "Bu iş silahdan başqa yolla həll edilməz. Baxın biz bu gəmini fırtınalarda idarə edəcək kapitan olaraq bir daha açıqlayırıq. PKK probleminin arxasında Amerika var. Bu hadisə ancaq silahla həll edilə bilər" deyib.

    Muxalifet3 - 23-06-2018

  16. ​Bayram tədbirlərində iştirak edəcək Türkiyə təyyarələri Azərbaycana gəlib- FOTO

    Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçiriləcək bayram tədbirlərində iştirak etmək məqsədi ilə Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” qrupuna daxil olan F-16 tipli təyyarələri ölkəmizə gəlib.
     
    Muxalifət.az
    -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.


     

    Muxalifet4 - 23-06-2018

  17. İŞİD liderinin yardımçısı və ƏMİRLƏRİ ÖLDÜRÜLDÜ

    İraq, terror təşkilatı İŞİD-ə qarşı hava hücumu həyata keçirib. Əməliyyatda öldürülən 45 terroristin arasında İŞİD lideri Bağdadinin müharibə şurası üzrə müavini ilə media əmiri də var.
     
    İraq, sərhədin Suriya tərəfindəki Hacinə hava hücumu təşkil etdiyini bildirib.
    Terror təşkilatı İŞİD-in lider heyətinin iclas keçirdiyi ev, F-16 döyüş təyyarələri tərəfindən məhv edilib.

    Muxalifet3 - 23-06-2018

  18. “Sarkisyan Qarabağ üzrə danışıqlarda iştirak edəcək”

    Ermənistan baş nazirinin xarici siyasət üzrə müşaviri Arsen Xaratyan Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlarda ölkənin keçmiş prezidenti Serj Sarkisyanın iştirakını istisna etmir.
     
     “İnterfaks” xəbər verir ki, bununla bağlı Xaratyan Ermənistan İctimai Televiziyasının efirində bildirib: “Təəssüf ki, Ermənistanda Qarabağ danışıqlar prosesi üzrə dolğun məlumata malik çox adam yoxdur. Ola bilsin, gün gələcək ki, S.Sarkisyan bu məsələ üzrə xüsusi elçi olacaq. Dövlət maraqlarının olduğu məsələlərdə hər hansı şəxsin iştirakı istisna edilmir”.

    Muxalifet3 - 23-06-2018

  19. Rusiyada azarkeşləri daşıyan təyyarədə yanğın – Video

    Dünya çempionatını izləmək üçün Rusiyaya gedən Peru millisinin azarkeşləri dəhşətli faciənin bir addımlığından dönüblər.
     
    Qol.az-ın xəbərinə görə, 70 azarkeşi Yekaterinburqdan Moskvaya aparan təyyarədə yanğın olub. Bu zaman salonda tüstülənmə baş verib. Sərnişinlərdən biri baş verənləri telefonuna çəkib. Hadisə enişdən 20 dəqiqə əvvəl baş verib. Təyyarə uğurla eniş etməyi bacarıb.
     

    Muxalifet3 - 23-06-2018

  20. ​Magistraturaya qəbul müsabiqəsinin nəticələri açıqlandı

    Dövlət İmtahan Mərkəzi (DİM) 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrini iyunun  23-də saat 16:09-dan etibarən Mərkəzin internet saytında yerləşdirib.
     
    Muxalifət.az DİM-ə istinadən xəbər verir ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
     

    Muxalifet4 - 23-06-2018

Pages