Axtarış

The search found 105806 results in 0.064 seconds.

Search results

  1. Müdafiə Nazirliyi ermənilərin yaydığı məlumatı yalanladı

    Bu gün erməni mətbuatında düşmən əsgərinin meyitinin tapılması barədə məlumat verilib. Bir neçə saat sonra isə daha bir məlumatda guya Azərbaycan Ordusunun diversiya keçirdiyi bildirilib.
     
    Azərbaycanın Müdafiə Nazirliyi erməni KİV-lərində yayılan məlumatlara dərhal münasibət bildirib.
    Nazirlikdən verilən məlumatda qeyd edilib ki, bu kimi xəbərlər yaymaqla Ermənistan tərəfi ordusundakı qanunsuzluqlar və nizamnamədən kənar münasibətlər nəticəsində mütəmadi olaraq baş verən qeyri-döyüş ölüm hadisələrini və cinayətləri ört-basdır etmək məqsədini güdür.

    Muxalifet3 - 23-06-2018

  2. ​27 yaşlı oğlan baltalandı - YARDIMLIDA

    Yardımlıda qonşular arasında düşən mübahisə zamanı bir nəfər balta ilə ağır xəsarət alıb.
     
    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, rayonun Urakəran kəndində baş verən hadisə zamanı kənd sakini, 1991-ci il təvəllüdlü Tural Məzahir oğlu Təhməzov baş, təpə və gicgah nahiyəsinin çapılmış yarası ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
    Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
    Hadisənin hasar üstündə düşən mübahisədən sonra törədildiyi bildirilir.

    Muxalifet4 - 23-06-2018

  3. "Çiyələyin qiymətinin baha olmasının səbəbkarı alverçilərdir" - Ekspert

    "Xaçmaz və ya Xudat çiyələyi çox dadlıdır, amma ələ düşməz. Özü xırda olur, çünki bu zonada çiyələyə dərman vurmazlar", "İşbazlara çiyələyi Rusiyaya göndərmək əl verir, bizə satmaq yox. Kimsə gömrükdə malı o yana buraxmasa, onda biz də yaxşı məhsula həsrət qalmarıq" kimi ifadələrə sosial şəbəkə və forumlarda tez-tez rast gəlinir.
    Bu il Bakı küçələri və şəhərin ticarət nöqtələrində satılan çiyələk həm keyfiyyətsiz, həm də baha olması ilə diqqət çəkdi. Həcminə görə çiyələk almanı, dadına görə isə turş alçanı xatırladır.

    Muxalifet3 - 23-06-2018

  4. "Bu gedişlə oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq" - Millət vəkili

    Son illər Azərbaycanda qız uşaqlarının sayı getdikcə kəskin şəkildə azalmaqdadır. Bunlar çox ciddi problemlərdən, gələcəyimizlə bağlı təhlükələrdən xəbər verir.
    Muxalifet.az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında millət vəkili, professor Jalə Əliyeva deyib.
    Onun sözlərinə görə, qız uşaqları ilə bağlı problemə 25-30 il öncə nadir hallarda təsadüf olunsa da, amma son illər bu problem ciddi şəkildə yaşanmaqdadır və narahatlıq doğurmaqdadır.

    Muxalifet3 - 23-06-2018

  5. SON DƏQİQƏ: Azərbaycanın müdafiə sənayesi naziri VƏFAT ETDİ

    Müdafiə sənayesi naziri Yavər Camalov qəflətən dünyasını dəyişib.
    Muxalifet.az APA-ya istinadla xəbər verir ki, məlumatı mərhum nazirin ailəsinə yaxın mənbələr təsdiqləyib.
    Allah rəhmət etsin!
     

    Muxalifet3 - 23-06-2018

  6. ​Dünya çempionatında iki ölkə ilk dəfə üz-üzə gələcək

    Futbol üzrə dünya çempionatı davam edir.
    Muxalifet.az xəbər verir ki, sabah G qrupunda yer alan iki komanda üz-üzə gələcək. Bu, İngiltərə və Panama komandalarının tarixdə ilk oyunudur.
    İki ölkənin milli yığması daha əvvəl heç vaxt qarşılaşmayıb. İngiltərə-Panama oyunu sabah Nijni Novqorod şəhərindəki stadionda Bakı vaxtı ilə 16:00-da başlayacaq.
    Qeyd edək ki, Belçikaya məğlub olan Panamanın sıfır xalı var.
     

    Muxalifet3 - 23-06-2018

  7. Mərhum nazir Yavər Camalov kim olub? - DOSYE

    Müdafiə sənayesi naziri Yavər Camalov vəfat edib.
    Muxalifet.az-ın xəbərinə görə, Yavər Camalov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
    2006-ci ildən müdafiə sənayesi naziri olan Yavər Camalovun avtobioqrafiyasını təqdim edirik:
    Yavər Talıb oğlu Camalov 17 oktyabr 1949-cu ildə Sabirabad rayonunun Çölbeşdəli kəndində anadan olub.
    1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirib.

    Muxalifet3 - 23-06-2018

  8. ​Lukaku bombardirlər cədvəlində Ronalduya çatdı

    Rusiyada keçirilən futbol üzrə dünya çempionatının bombardirlər cədvəlində ikihakimiyyətlilik yaranıb.
    Muxalifet.az xəbər verir ki, hazırda Moskvanın "Spartak" stadionunda davam edən Belçika – Tunis matçında iki qol vuran Romelu Lukaku qollarının sayını dördə çatdırıb.
    İlk matçda Panamanın qapısına da iki qol vurmuş konqoəsilli futbolçu bununla da mundialın ən sərrast futbolçusu Kriştianu Ronalduya çatıb. Belə ki, hər iki futbolçu ən çox – dörd qol vurub.
     
     

    Muxalifet3 - 23-06-2018

  9. ​ABŞ Şimali Koreya sərhədinə tabut göndərdi - Foto

    ABŞ Koreya müharibəsində (1950-1953) ölən əsgərlərinin qalıqlarının gətirilməsi üçün Şimali Koreya sərhədinə tabutlar göndərib.
    Muxalifet.az xəbər verir ki, tabutların göndərilməsində əsas məqsəd ABŞ əsgərlərinin qalıqlarının şərəfli formada daşınmasını təmin etməkdir.
    ABŞ ümumilikdə Şimali Koreyaya 215 tabut göndərməyi planlaşdırır.
    Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn Sinqapurda görüşdükləri zaman Koreya müharibəsində həlak olan ABŞ hərbçilərinin sümüklərinin qaytarılması barədə razılığa gəlmişdilər.
     

    Muxalifet3 - 23-06-2018

  10. ​Baş nazirin mitinqində partlayış: yüzlərlə insan...

    Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində Baş nazir Abiy Əhmədin qatıldığı mitinqdə partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, 132 nəfər yaralanıb.
    Partlayışdan dərhal sonra ərazidən uzaqlaşdırılan nazir açıqlamasında ölkəsinə zərər verməyə çalışan şəxslərin məğlub olacağını deyib:
    “Bu hadisə Efiopiyanın bir araya gəlməsini istəməyən qüvvələrin uğursuz cəhdidir. Sevgi daim qazanacaq. Başqalarını öldürmək məğlubiyyətdir. Bizi bölməyə çalışanlar bunu bacarmayacaq”.

    Muxalifet3 - 23-06-2018

  11. ​Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları...

    2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük döyüşdə yaralanan erməni əsgər ailəsindən gizlədilib.
    Muxaslifet.az xəbər verir ki, iki il gizlədilən hərbçi bu müddət ərzində ailəsindən müalicə adıyla 11 min dolar pul istəyib və yemək göndərilməsini tələb edib. Ailə əsgərə lazım olan pul və yeməyi yollayıb, lakin 2 il onun harada saxlanmasından xəbərsiz olub.

    Muxalifet3 - 23-06-2018

  12. ​Onun səfərindən sonra Putin və Tramp görüşəcək

    ABŞ və Rusiya liderləri Trampın Milli Təhlükəsizlik üzrə müşaviri Con Boltonun Moskva səfərindən qısa bir müddət sonra görüşəcək.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Mayk Pompeo verib.
    "Boltonun bazar və ya bazar ertəsi günü Moskvaya hərəkət etməyi planlaşdırdığını bilirəm. Orada tərəfdaşları ilə bir araya gələcək və yəqin ki, bu görüşdən qısa bir müddət sonra Tramp və Putin görüşəcək", - Pompeo qeyd edib.
     

    Muxalifet3 - 23-06-2018

  13. ”Görəsən Azərbaycanın döyüşə başlaması üçün nə qədər səbri qalıb?” - ​Rusiyadan AÇIQLAMA

    Moskvanın siyasi və hərbi analiz mərkəzinin direktor müavini Aleksandr Xramçixin bildirib ki, Azərbaycan ordusu havada da Ermənistan ordusundan üstündür.
    Muxalifet.az xəbər verir ki, Xramçixin müsahibəsində maraqlı məqamlara toxunub: “Hazırda hava məkanında üstünlük Azərbaycanın tərəfindədir.
    Ermənistanın isə bunu dəyişməyə gücü yoxdur. Azərbaycan hava məkanında tam üstünlüyə sahibdir”.
    Ekspert qeyd edib ki, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına təsir edir.

    Muxalifet3 - 23-06-2018

  14. ​Prezidentə sui-qəsd edildi - Axtarış aparılır

    Bu gün naməlum şəxslər tərəfindən Zimbabve prezidenti Emmerson Mnanqaqvaya sui-qəsd edilib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısı xəsarət almayıb.
    “Hadisə Bulavayo şəhərində prezident mitinqdə çıxış edərkən baş verib. Hazırda dövlət başçısı təhlükəsiz yerdədir”, - deyə prezidentin mətbuat katibi bildirib.
    Prezident dəftərxanasının nümayəndəsi Corc Çarambanın sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlar olub. Onların arasında vitse-prezident və bir neçə nazir var.

    Muxalifet3 - 23-06-2018

  15. ​Yüksək vəzifəli məmurumuz bu gün oğluna toy edir

    Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyevin ailəsində şad gündür.
    Muxalifet.az azvision.az-a istinadən  məlumatına görə, bu gün Z.Nağdəliyevin oğlunun toy mərasimi keçirilir.
    Prezidentin köməkçisinin oğlu 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin deputatı Kamran Bayramovun qızı ilə ailə həyatı qurur.
     

    Muxalifet3 - 23-06-2018

  16. ​Meksika 1/8 finalda - Yeniləndi

    Cənubi Koreya matçın 92-ci dəqiqəsində təsəlli qoluna imza atdı: 2-1. Qalib gələn Meksika 1/8 finala yüksəldi.
     

    Muxalifet3 - 23-06-2018

  17. ​OPEK Rusiyaya təklif göndərdi: səbirsizliklə...

    OPEK Rusiyanı müşahidəçi ölkə qismində təşkilata qoşulmağa dəvət edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Energetika, Sənaye və Mədəni Ehtiyatlar naziri Xalid əl-Fəlih məlumat yayıb. O, OPEK-in tərkibindəki bütün dövlətlərin Rusiyanın iştirakından məmnun olacağını bildirib:
    “Rusiyanı müşahidəçi kimi dəvət etmişik. Onlardan təşkilata qatılmaq üçün rəsmi tələb gəlməsini səbirsizliklə gözləyirik”.
    Rusiyanın Energetika naziri Aleksandr Novak isə Moskvanın sözügedən təklifi diqqətlə nəzərdən keçirdiyini deyib.
     

    Muxalifet3 - 23-06-2018

  18. ​İngiltərədə minlərlə insan ayağa qalxdı: referendum tələbi

    İngiltərədə minlərlə insan ölkəsinin Avropa Birliyinə üzv olması üçün ikinci dəfə referendum keçirilməsini tələb edib.
    Muxalifet.az xəbər verir ki, Londonda toplaşan minlərlə nümayişçi İngilətərə parlamentinə doğru yürüş edib. Nümayişçilər hökumət əleyhinə şüarlar səsləndiriblər.
    Macar əsilli amerikalı milyarder Corc Soros Breksitin dayandırılması əleyhinə aparılan kampaniyalara maliyyə dəstəyi göstərir.
    Qeyd edək ki, İngiltərə 2016-cı ildə keçirilən referendumla AB-dən ayrılmağa qərar verib, 2017-ci ilin martında Breksitin rəsmi şəkildə başladığını elan edib.
     

    Muxalifet3 - 23-06-2018

  19. ​OPEK-in qərarını Bakı da dəstəklədi: sutkada 1 milyon...

    Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEK) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. OPEK və qeyri-OPEK ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib.

    Muxalifet3 - 23-06-2018

  20. ​Türkiyənin müttəfiqinə hücum: Suriya ordusu yardıma gəldi

    Suriya ordusu Azad Suriya Ordusu ilə birgə Əl Nüsrənin hücumunun qarşısını alıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada Atəşkəsə Nəzarət qurumu məlumat yayıb.
    Məlumatda ötən gecə Əl Nüsrə döyüşçülərinin 9-cu tank diviziyasının Dama və Deyr Dama yaşayış məntəqəsi yaxınlığındakı mövqelərinə hücum etdiyi bildirilib. Qarşıdurma zamanı 5 suriyalı əsgər öldürülüb, 19-u yaralanıb.

    Əl Nüsrə öncə ASO-ya hücum edib. ASO isə hücum başlayanda Suriya ordusundan yardım istəyib.
     

    Muxalifet3 - 23-06-2018

Pages