Axtarış

The search found 105806 results in 0.159 seconds.

Search results

  1. "Hər kəs bilsin ki, Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq..." - Pakistanın baş nazirindən AÇIQLAMA

    Azərbaycan Respublikası rəhbərliyinin salamlarını çatdıran səfir, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu bildirib Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Baş naziri Nasirul Mulk ilə görüşüb. Muxalifet.az xəbər verir ki, səfirlikdən interAz-a verilən məlumata görə, Azərbaycan Respublikası rəhbərliyinin salamlarını çatdıran səfir, Azərbaycan Prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu bildirib.

    Muxalifet3 - 22-06-2018

  2. "Bunu hələ də özümə bağışlamıram"— Xalq artisti illər sonra ETİRAF ETDİ

    "Yanan işığı gərək daha da alışdırıb, yandırasan".
    Muxalifet.az xalq artisti Arif Quliyevin milli.az-a müsahibəsini təqdim edir.
    - Arif müəllim necəsiz?
    - Şükür Allaha, özümü çox yaxşı hiss edirəm. Əsasən də, teatrdan, kinodan danışanda.
    - Bugünkü komediyalardan razısınız?

    Muxalifet3 - 22-06-2018

  3. ​Türkiyənin dəstəklədiyi ordu Suriyanın tərəfinə keçdi

    Azad Suriya Ordusu (ASO) Suriya hökumətinin tərəfinə keçib.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiyanın Suriyada fəaliyyət göstərən Sülhü Qoruma Mərkəzi məlumat yayıb. Qruplaşmanın rəhbəri Vajdi Əbu Sles bildirib ki, nəzarətdə olan Deyr-Dama, Əş-Şeyx və Cəddal şəhərinin bir hissəsi hökumətin idarəçiliyinə keçib.
    O bildirib ki, bundan sonra Suriya hökuməti ilə birgə İŞİD və Nüsrə Cəbhəsinə qarşı vuruşacaqlar.
    Qeyd edək ki, Azad Suriya Ordusu Türkiyənin dəstəyi ilə Suriyanın şimalında yerləşən Əl Bab, Afrin kimi şəhərlərdə YPG-yə qarşı mühüm əməliyyatlar keçirib.

    Muxalifet3 - 22-06-2018

  4. ​Bu, ciddi məsələdir və Prezidentin nəzarətindədir - Nazir

    Son günlər pambıq sahələrində baş verən kütləvi zəhərlənmə halları kifayət qədər narahatedici və ciddi hadisələrdir. Bu məsələ dövlətimizin başçısının birbaşa nəzarətindədir. Respublika Baş Prokurorluğu tərəfindən baş verən hadisələrlə bağlı cinayət işi açılıb, hazırda araşdırmalar davam etdirilir. Hadisənin əsl səbəbi araşdırmalar başa çatdıqdan sonra məlum olacaq.
    Muxalifet.az xəbər verir ki, bu fikirləri Kənd Təsərrüfatı naziri İnam Kərimov Şəkidə jurnalistlərə müsahibəsində söyləyib.

    Muxalifet3 - 22-06-2018

  5. ​Sumqayıt sakini qapısına gələn "su pulu yığan"ı bıçaqlayıb

    Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində olub.
    Sumqayıt Su-kanal İdarəsində debitor üzrə nəzarətçi kimi fəaliyyət göstərən Adil Balayev iş başında olarkən bıçaqlanıb.
    Hadisəylə bağlı Sumqayıt Su-kanal İdarəsindən bildiriblər ki, ötən gün 16:00-16:05 radələrində, xidməti vəzifəsini yerinə yetirən Adil Balayev həmin məhəllədəki evlərdən birinin qapısını döyüb və abonentə 609 AZN borcu olduğu haqqında məlumat verib:

    Muxalifet3 - 22-06-2018

  6. ​Daha bir bağçada zorakılıq — Gəncədə körpəyə dağ çəkdilər + FOTO

    Daha bir körpəyə qarşı amansız davranış barədə məlumat yayılıb.
    Muxalifet..az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Gəncədə 31 saylı uşaq evində 1 yaş 6 aylıq Saranın üzünə dağ çəkilib.
    Onun uşaq evinin müəllimi olan Gülnarə adlı qadın tərəfindən şiddətə məruz qaldığı bildirilir.
    Yayılan məlumata görə, ekspertiza bunu təsdiqləsə də, bağça rəhbərliyi bunun yalan olduğunu iddia edir.
    Məsələni diqqətdə saxlayacağıq.
     

    Muxalifet3 - 22-06-2018

  7. “Nar”-dan “Samsung” smartfonu al, telefonun dəyərinin bir hissəsi balansına qayıtsın!

    “Nar” tamamilə yeni “Smart balans” kampaniyasına start verib. Abunəçilər üçün nəzərdə tutulan bu xüsusi təklifdən M.Cəfərov 3005 ünvanında yerləşən “Nar” satış-xidmət mərkəzində yararlanmaq olar. Belə ki, “Memar Əcəmi” metro stansiyasının yaxınlığında yerləşən mərkəzdən smartfon alan hər bir “Nar” abunəçisi əldə etdiyi smartfonun dəyərinin müəyyən faizini geri ala bilir. “Samsung J3” alarkən 19 AZN, “Samsung J5” aldıqda isə 36 AZN 24 saat ərzində abunəçinin istifadə etdiyi “Nar” nömrəsinin balansına qayıdır.  

    Muxalifet4 - 23-06-2018

  8. “Azərbaycan dilinə tərcümə olunmuş “Quran”a inanmıram” - EKSTRASENS / VİDEO

    ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” proqramı yenə qalmaqalsız ötüşməyib.
     
    Muxalifet.az xəbər verir ki, bu dəfə verilişə qonaq ismində dəvət olunmuş ekstrasens Nadim digər ilahiyyatçı qonaqla mübahisə edib.
     
    Belə ki, ilahiyyatçı Nadimdən “Qurani Kərim”ə inanıb, inanmadığını söyləyib. Nadim isə cavabında “Mən Allaha da, “Quran”a da inanıram, ancaq Azərbaycan dilinə tərcümə olunmuş “Quran”a inanmıram”.
     
    Onun cavabı isə studiyada gərginlik yaradıb. Həmin görüntüləri təqdim edirik:

    Muxalifet4 - 23-06-2018

  9. İsveçrə 90-cı dəqiqə qolu ilə Serbiyanı məğlub etdi

    Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin ikinci turu davam edir.
     
    Muxalifet.az xəbər verir ki, "E" qrupu çərçivəsində baş tutan matç Serbiya və İsveçrə milliləri arasında keçirilib.
     
    Qarşılaşma isveçrəlilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı 5-ci dəqiqədə Aleksandar Mitroviçin qolu ilə Serbiya açıb. Buna baxmayaraq, İsveçrə, 52-ci dəqiqədə Qranit Caka, 90-cı dəqiqədə isə Xerdan Şaqirinin qolları matçdan qalib ayrılıb.
     

    Muxalifet4 - 23-06-2018

  10. ŞOK: Bu həkimlər qızlara dərman qarşılığında cinsi əlaqə təklif edir

    Afrikada baş verən qorxunc bir hadisə dünya mediasını şoka salıb. Belə ki, “Sərhəd tanımayan həkimlər” adlı yardım qurumunun üzvlərinin Afrikada köməyə möhtac olan gənc qızlarla dərman qarşılığında cinsi əlaqəyə girdiyi iddia edilib. İngiltərənin BBC kanalının xəbərinə görə, yardım qurumunun üzvləri bu məqsədlərini əsasən, Keniya, Liviya və Mərkəzi Afrikada həyata keçirir. Bu barədə ilk dəfə "Sərhəd tanımayan həkimlər"in London bürosunda işləyən, adının gizli qalmasını istəyən ali səviyyəli bir işçi xəbər verib. O, qurumun binasına gənc qızların fahişəlik etmək üçün gəlib-getdiyini deyib.

    Muxalifet4 - 23-06-2018

  11. Bakıdakı kilsədə DƏHŞƏT: keşiş 9 yaşlı qızı...

    Rus Pravoslav Kilsəsinin Bakı Yepiskopluğunda qalmaqallı hadisə baş verib. Bu hadisə bir neçə il əvvəl Avropa və ABŞ-dakı katolik kilsələrdə baş verən cinsi zorakılıq hadisələrini xatırladır. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi kilsədə azyaşlı qızın zorlanması faktının araşdırılmasına başlayıb.
    Bununla bağlı “Sputnik Azərbaycan” Nəsimi rayon hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

    Muxalifet4 - 23-06-2018

  12. ABŞ-dan Rusiyaya sərt xəbərdarlıq: DAYANDIRIN, YOXSA...

    ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley, Suriyada rejimin, ölkənin cənub qərbindəki atəşkəsi pozmasına son verməsinin lazım olduğunu bildirərək, "Rusiyadan, rolu olduğu atəşkəsin tətbiqi, rejimin pozuntularını dayandırmasını gözləyirik. Yoxsa, artan gərginliyin səbəbkarı Rusiya olacaq" - deyə, qeyd edib.
     
    Nikki Haley etdiyi yazılı açıqlamada, Suriyada rejimin ölkənin cənub qərbindəki hərbi əməliyyatlarını artıraraq, ötən il Rusiya, ABŞ və İordaniya ilə varılan gərginliyin azaldılmasına qarşı atəşkəsi pozması ilə bağlı xəbərdarlıq edib.

    Muxalifet3 - 23-06-2018

  13. Türk ordusu PKK-nı küncə sıxışdırdı, TERRORÇULAR BELƏ YALVARIRLAR - VİDEO

    Türk Silahlı Qüvvələrinin(TSQ) uğurlu şəkildə davam edən əməliyyatları nəticəsində Qəndil düşərgəsində narahat olan PKK-lı terrorçular, təşkil etdikləri mətbuat konfransında Şimali İraqdakı Ərbil rəhbərliyinin onlara yardım etmədiklərini söyləyərək Kürd xalqından dəstək istəyib. Türk Silahlı Qüvvələrinin(TSQ) terrorçuların yuvası halına gələn Qəndil dağına qarşı əməliyyatları PKK-nı narahat edib. Türk Silahlı Qüvvələrinin Şimali İraq ərazisindəki əməliyyatları fasiləsiz davam edərkən, PKK-lı terrorçular da bölgədəki Kürd xalqının arasına qarışaraq dəstək axtarışına girişib.

    Muxalifet3 - 23-06-2018

  14. TSQ-dən açıqlama: ÇOX SAYDA TERRORÇU MƏHV EDİLDİ

    Türk Silahlı Qüvvələri (TSQ), Şimali İraqın Qara bölgəsinə təşkil olunan hava hərəkatında 15 terrorçunun məhv edildiyi bəyan edib.
    Müxalifət.az

    Muxalifet3 - 23-06-2018

  15. ATƏT nümayəndələrinin Azərbaycana səfərinə dair məlumat yaydı

    İyunun 18-22-də ATƏT-in 24 nəfərdən ibarət Daimi Nümayəndələr qrupu Ermənistana, Gürcüstana və Azərbaycana səfər edib.

    Muxalifət.az ATƏT-in saytına istinadən xəbər verir ki, səfirlər İrəvan, Tiflis və Bakıda hökumət üzvləri, siyasi partiyalar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüblər. Danışıqlar zamanı təhlükəsizlik, münaqişələr və son siyasi hadisələrə xüsusi diqqət yetirilib.

    Muxalifet2 - 23-06-2018

  16. Kütləvi zəhərlənmələr, yanğınlar – AZƏRBAYCANA QARŞI XAİN TƏXRİBATA START VERİLİB?!

    Aqrar və iqtisadi sahədə ciddi islahatlar həyata keçirildiyi bir vaxtda məlum olayların baş verməsini təsadüfi saymayanlar da var; ehtimal olunan təxribatların müəlliflərinin isə xarici...

    Muxalifet2 - 23-06-2018

  17. Tansu Çillərdən ŞOK AÇIQLAMALAR: “BAŞQA SEÇİM YOXDUR”

    Türkiyənin keçmiş baş naziri Tansu Çillər, Türkiyənin daxildən və xaricdən müxtəlif şəbəkələr vasitəsilə məngənə altına alındığını söyləyib. Böyük İstanbul mitinqinə bu səbəblə qatıldığını deyən Çillər, "Bir milli şüurla hadisələrə baxdım və bütün təcrübələrimdən sonra müşahidələrimi millətimlə bölüşmək istədim" deyib.
     
    AK Partiyanın Yenikapı Mitinq Meydanında keçirilən Böyük İstanbul mitinqinə qatılan Rifah-Yol hökumətinin baş naziri Tansu Çillər, “Yeni Şəfəq” qəzetinə açıqlama verib.

    Muxalifet3 - 23-06-2018

  18. Qarabağ klanı Paşinyanı məhv etməyə hazırlaşır - PLAN

    Ermənistanda Sərkisyanın yaxın adamlarına qarşı aparılan təmizləmə siyasəti onu göstərir ki, Qarabağ klanının indiki rejimə qarşı çox ciddi planları var.

    Muxalifət.az-ın xəbrinə görə, bunu axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bildirib ki, Qarabağ klanının indiki rejimə qarşı planları dövlət çevrilişindən tutmuş Paşinyanın ölkədə həyata keçirdiyi kadr və iqtisadi islahatların əngəllənməsinə qədər, bir sıra layihələri əhatə edir:

    Muxalifet2 - 23-06-2018

  19. İrəvanın Kremlə qarşı “U gedişi” – QORXULU NATO OYUNU, QARABAĞA ŞANS PƏNCƏRƏSİ

    İşğalçı ölkədən Rusiyaya qarşı növbəti de-marş; Putinə sədaqət andı içən Nikol Paşinyan Alyansın sammitinə hazırlaşır; Ermənistan özünü təzədən “satışa” çıxarır, Moskvanın və Bakının reaksiyası nə olacaq?..

    Muxalifet2 - 23-06-2018

  20. Velosipedçi qəzaya düşdü, huşunu itirdi, velosipedini oğurladılar - BAKIDA

    Ötən gün axşam saatlarında paytaxt ərazisində velosiped "Toyota Camry" markalı avtomobil ilə toqquşub.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, qəza Azərbaycan Dövlət Akademik Dram Teatrı yaxınlığında qeydə alınıb.

    Qəza nəticəsində velosipedçi, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Fərzəliyev Elvin Elxan oğlu yaralanıb. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

    Muxalifet2 - 23-06-2018

Pages