Axtarış
The search found 105806 results in 0.188 seconds.
Search results
Tülküyə işgəncə verib, videosunu yaydı: Nazirlik isə...
Son günlər vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxsin tapılması məqsədilə Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin Heyvan Haqları üzrə inzibatçısı Fərid Mansurov tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Müraciət Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb.
Muxalifət.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.
Muxalifet2 - 22-06-2018
Musiqi kollecinin direktoru qəzaya düşdü
Ağdamda yol qəzası baş verib.
Muxalifet.az-ın xəbərinə görə, rayonun Quzanlı qəsəbəsində 02 AA 071 dövlət nömrə nişanlı, “Nissan” markalı avtomobil, 63 BA 537 dövlət nömrə nişanlı, “Moskvich” markalı maşınla toqquşub.
“Nissan” markalı maşın Ağdam Musiqi Kollecinin xidməti maşınıdır.
Qəza baş verən zaman Kollecin direktoru Laura Ağayeva da avtomobildə olub.
Faktla bağlı araşdırma aparılır.
Muxalifet3 - 22-06-2018
İran nüvə müqaviləsindən çıxır
Avropanın İranla apardığı danışıqlar nəticəsiz qalıb.
Muxalifet.az xəbər verir ki, İran yaxın günlərdə müqavilədən çəkilə bilər. İranın XİN rəhbərinin müavini Abbas Arakçı bildirib ki, əgər avropalı partnyorlar rəsmi Tehranı fikrindən daşındıra bilməsələr, bu baş verəcək.
“İranın səbri tükənib. Çox güman ki, yaxın həftələrdə İran nüvə müqaviləsindən çəkiləcək”, - deyə diplomat bildirib.
Abbas bildirib ki, Avropa ilə danışıqların davam etdirilməsi qeyri-müəyyən perspektivdir. Nüvə müqaviləsi barədə uğur əldə edilməsinə şübhə ilə yanaşır:Muxalifet3 - 22-06-2018
"Dəli Samir" adlı avtoritet hakim qarşısında
"Dəli Samir" kimi tanınan avtoritet yenidən hakim qarşısına çıxarılıb.
Muxalifet.az-ın xəbərinə görə, cinayət məcəlləsinin 317-2.1 ( cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirləndirilən Aslanov Samir Nuşirəvan oğlunun məhkəmə prosesinə Sabunçu rayon məhkəməsinin hakimi Süleyman Ağayev sədrlik edir.Muxalifet3 - 22-06-2018
“Elə şortikli qızlar var ki, “abırlı” geyinən qadınlardan qeyrətlidir” - Şeyxin qudası
Bakı metrosunda şortikli qıza hücum olunması son günlər müzakirə olunan əsas mövzulardan biridir. Sosial şəbəkələrdə yayılan videodan belə aydın olur ki, bir cavan oğlan üzbəüzündə oturmuş şortikli qızın geyiminə və oturuşuna irad bildirir və sərt cavab alır. Sonra söhbətə yaşlı bir qadın qarışır və münaqişə yaranır.
Bəs görəsən bu cür məsələlərin ictimailəşməsi, ictimai maraq kəsb etməsi nədən qaynaqlanır və bunun hansı fəsadları ola bilər?Muxalifet3 - 22-06-2018
Konqo OPEK-ə qoşuldu
OPEK Konqo dövlətinin təşkilata qoşulmasına icazə verib.
Muxalifet.az xəbər verir ki, bu barədə təşkilata üzv ölkələrin iclasına dair hesabatda məlumat verilib.
“Konfrans Konqonun tələbini nəzərdən keçirib və bu ölkəyə OPEK üzvü olmağa icazə verib”, - deyə məlumatada deyilir.
Sənədə əsasən, Konqo artıq OPEK-ə üzv ölkə sayılır.
Muxalifet3 - 22-06-2018
Prezident seçilsəm, onları həbs edəcəyəm - İlginc BƏYANAT
Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) prezidentliyə namizəd Məhərrəm İncənin Ankara mitinqində çıxışı zamanı səsləndirdiyi ilginc fikir hər kəsin təəccübünə səbəb olub.
Muxalifet.az xəbər verir ki, anlaşılmaz açıqlamaları ilə diqqət çəkən müxalif namizəd bu dəfə də adətindən geri qalmayıb.
O, prezident seçiləcəyi təqdirdə TRT, Anadolu Agentliyi və Ali Seçki qurumunun rəhbərlərini həbsə göndərəcəyini bildirib.
Muxalifet3 - 22-06-2018
İsmayıllıda uçan körpü qismən bərpa olundu - Video
İsmayıllı rayonunun Qalacıq kəndində uçan körpünün bərpası zamanı Rayon İcra Hakimiyyəti başçısı Mirdamət Sadıqov da ərazidə olub.
ARB TV xəbər verir ki, körpünün müvəqqəti bərpası nəticəsində kəndin rayon mərkəzi ilə əlaqəsi təmin edilib, xırdatutumlu avtomobillər və piyadaların gediş-gəlişi üçün qismən şərait yaranıb.Muxalifet3 - 22-06-2018
UBER-in rəhbəri görüşmək istədi, qəbul etmədim - Ərdoğan
UBER-in rəhbəri mənimlə görüşmək istədi, qəbul etmədim.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Sariyer mitinqində çıxışı zamanı deyib.
“UBER işi bitdimi? Tək açıqlama ilə bitdi. UBER-in rəhbərini qəbul etmədim. Mən taksi sürücülərimizi alçalda bilmərəm. Sizi xətrinizə dəyə bilməzdim. Sizdən xahişim var: Avtomobilləriniz tər-təmiz olsun. Avtmobillərinizdə siqaret çəkməyin və müştərilərə icazə verməyin!”, - deyə dövlət baçısı bildirib.Muxalifet3 - 22-06-2018
Gürcüstan Marsı şərabı ilə “fəth edəcək”
Gürcüstan “Qırmızı planeti” milli şərabı ilə fəth etmək niyyətindədir.
Muxalifet.az “Ren TV”yə istinadən xəbər verir ki, bir qrup alim və ekspertlər Marsın mənimsənilməsi üzrə layihəyə qoşulub.
Tbilisi Qırmızı planetin kolonizasiyasına öz töhfəsini özünəməxsus şəkildə verməyi planlaşdırır. Gürcülər Marsda üzüm tənəkləri yetişdirəcək.
Artıq xüsusi şaquli istixana hazırlanıb. Onun sınaqları bu ilin sentyabr ayından etibarən aparılacaq.Muxalifet3 - 22-06-2018
Türk müğənnilərin Azərbaycandakı milyonluq biznesləri – STATİSTİKA
Türkiyəli məşhurlar üçün Azərbaycan sadəcə istirahət və ya konsert vermək üçün deyil, həmçinin, biznes qurmaq üçün əlverişlidir. Türkiyədən fərqli olaraq vergilərin daha az olması, dünya bazarına çıxış üçün ilk addım ola biləcək Bakıda türk sənətçilərin öz bizneslərini inkişaf etdirmələrinə şərait yaradıb. Şirkətinin Bakıda filialını açıb, işlərini böyüdən Türkiyəli məşhurlardan biri gözəl aktrisa Tuba Büyüküstündür. Aktrisanın ailəsi ilə birlikdə "Baykon” və "İstron” adlı iki tərəzi sistemləri şirkəti var.
Muxalifet3 - 22-06-2018
ABŞ Şimali Koreyaya qarşı sanksiyaların müddətini uzatdı
ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.
Muxalifet.az xəbər verir ki, bu haqda Ağ Ev bəyanat yayıb.
Buna qədər Pxenyana qarşı sanskiyaların uzadılması ilə bağlı 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə oxşar fərmanlar verilib.
Sanksiyalar KXDR-nın nüvə və raket proqramına yönəlib. Həmçinin Pxenyanın yol verdiyi digər beynəlxalq norma pozuntularına, o cümlədən çirkli pullların yuyulması, kiberhücumlar, insan haqları pozuntularına görə, Şimali Koreya rəhbərliyini cəzalandırmaq məqsədi daşıyır.
Muxalifet3 - 22-06-2018
Nigeriya millisi islandlara heç bir şans vermədi
Rusiyada keçirilən futbol üzrə dünya çempionatı davam edir.
Muxalifet.az xəbər verir ki, “Volqoqrad” arenada “D” qrupunun ikinci turunun son matçı yekunlaşıb.
Nigeriya millisi İslandiya yığması ilə münasibətlərinə aydınlıq gətirməyə çalışıb.
Matç 2:0 hesabı ilə Nigeriya millisinin xeyrinə başa çatıb.
Oyunun 48-ci dəqiqəsində nigeriyalılar gözəl hücum quraraq, hesabı açıblar. İnanılmaz çevikliyi ilə seçilən Əhməd Musa möhtəşəm zərbə ilə qapıçıya heç bir şans verməyib.Muxalifet3 - 22-06-2018
Əsəd ümidsizdir: Onların siyasəti dəyişməyəcək
Yaxın gələcəkdə ABŞ-ın siyasətinin dəyişəcəyini düşünmürəm.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın NTV telekanalına açıqlamasında deyib.
“Vaşinqtonla danışıqlar cəhdi vaxt itkisidir”, - deyə Əsəd bildirib.
Muxalifet3 - 22-06-2018
Ukraynada Azərbaycan Ticarət Evi açıldı
İyunun 22-də Kiyevdə Azərbaycan Ticarət Evinin açılışı olub. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, sahibkarlar iştirak ediblər.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Azərbaycan Ticarət Evinin ümumi sahəsi 300 kvadratmetrə yaxındır.Muxalifet3 - 22-06-2018
Bakıda dələduz anbaan kameraya düşdü - Video
Bakıda bir neçə mağazada kassada çalışanları aldadaraq dələduzluq edən şəxs ortaya çıxıb. Üzünü gizlədən həmin şəxs kassaya yaxınlaşaraq aldığı məhsulun pulunu ödədiyini bildirir və hətta pulun xırdasını da tələb edir. Sonradan mağazaların təhlükəsizlik kamerasına baxdıqda isə bu şəxsin ümumiyyətlə aldığı məhsulun pulunu ödəmədiyi məlum olur.
Muxalifet3 - 22-06-2018
SON DƏQİQƏ: Ərdoğan dünyaya meydan oxudu:” Kimsəni dinləmədən vurarıq...”
“Afrində 4600 terrorçunu zərərsizləşdirdik. Cerablusda 3 mindən artıq İŞİD-çini zərərsizləşdirdik. İndi Qəndildəyik, sabah Sincarda olacağıq. Ölkəmizi narahat edən kim olursa olsun, heç kimə qulaq asmarıq, vurarıq.”
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ataşəhər rayonunda keçirdiyi mitinqdə deyib. Ərdoğan CHP üzvlərinə də müraciət edərək onları ideologiya fərqlərini bir kənara qoymağa çağırıb.Muxalifet3 - 22-06-2018
19 il əvvəl 36 polisi öldürən şəxs həbs edildi
İranda 19 il əvvəl 36 polisi öldürməkdə təqsirləndirilən terrorçu həbs edilib.
Muxalifet.az xəbər verir ki, bunu İiranlı general Məsud Zahidian deyib.
“Əməliyyat keçirilən zaman ondan silah və döyüş sursatı müsadirə edilib. O, 1999-cu ildə birinci dəfə tutulub. Narkotik maddəni İranşəhr şəhərinin Qurnak kəndində gizlətdiyi barədə yalan məlumat vermişdi. O zaman 36 polis əməkdaşı, o cümlədən bir general onun əlaltıları tərəfindən mühasirəyə alınaraq qətlə yetirilmişdi”.
Həmin silahlı toqquşmadan sonra adı açıqlanmayan şəxs İranı tərk edibmiş.Muxalifet3 - 22-06-2018
Tatarıstanda partlayış: 8 nəfər yaralandı
Rusiyanın subyektlərindən sayılan Tatarıstan Respublikasının Zainsk şəhərində yaşayış binasında qaz balonunun partlaması nəticəsində 8 nəfər xəsarət alıb.
Muxalifet.az xəbər verir ki, yerli qəza tibb mərkəzinin məlumatına görə, xəsarət alanlardan 3 nəfərin, o cümlədən bir uşağın vəziyyəti ağırdır. Partlayış binanın mənzillərindən birində təmir işləri aparılan zamanı baş verib.
Hadisə nəticəsində binanın 4-cü və 5-ci mərtəbələrində mənzillərə ciddi ziyan dəyib, 16 sakin təxliyə edilib.
Muxalifet3 - 22-06-2018
Skelet kraliça — Avropa tarixinin qaranlıq üzü
Avropa tarixində bir-birindən maraqlı hadisələr olub. Bəzən krallar borcları üçün müharibəyə qalxır, minlərlə insan qırılır, əkinlər yandırılır, kəndlər dağılırdı. Bəzən isə adi bir səbəb ucbatından illərlə davam edən müharibələr baş verirdi.
Muxalifet.az xəbər verir ki, Avropa krallarının həyatı da maraqlı faktlarla doludur. Tarixçi-alim Əkbər Nəcəf bu faktlardan birini bizimlə bölüşdü.
"Adil, Zalım, İntiqamçı və Ədəbi Aşiq"Muxalifet3 - 22-06-2018