Axtarış

The search found 105806 results in 0.119 seconds.

Search results

  1. İsraildən TÜRKİYƏYƏ YANLIŞ KƏŞFİYYAT MƏLUMATLARI VERİLİB

    Türkiyənin müdafiən naziri Nurəddin Canik, Türkiyənin İsraildən satın aldığı insansız hava vasitəsi Heronların TSQ-yə yanlış kəşfiyyat məlumatları verdiyini deyib. Canik, "10 ədəd Heron aldıq. İstifadəsini İsraildən gələn mühəndislər etdi, kəşfiyyat məlumatlarının toplanmasını onlar həyata keçirdilər. Sonradan çoxunun yanlış olduğunu, dağı-taşı bombardman etdiyimizi anladıq" deyib.
     

    Muxalifet3 - 22-06-2018

  2. 26 iyun qeyri-iş günüdür? - RƏSMİ AÇIQLAMA

    26 iyun - Azərbaycan Silahlı Qüvvələrinin yarandığı gün ölkədə qeydi-iş günü olacaq.

    Muxalifət.az xəbər verir ki, bu barədə axar.az-a Nazirlər Kabinetindən bildirilib.

    Belə ki, 26 iyun, həftənin 2-ci gününə, çərşənbə axşamına təsadüf edir. Həmin tarixdə ölkədə iş olmayacaq.

    Xatırladaq ki, 26 iyun Azərbaycanda Silahlı Qüvvələr Günü kimi qeyd edilir. Bu il Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi qeyd ediləcək.

    Bu münasibətlə paytaxtda möhtəşəm parad keçiriləcək.

    Muxalifet2 - 22-06-2018

  3. Trampın bu qərarı dünyanı ŞOKA SALACAQ

    “Əgər ABŞ prezidenti Donald Trampın özündən asılı olarsa, o, Krımın Rusiyaya birləşməsini tanıya bilər”.

    Muxalifət.az xəbər verir ki, bunu “Rossiya 1” telekanalın efirində Atlantik Şurasının aparıcı eksperti Ariel Koen bildirib.

    Onun sözlərinə görə, Vaşinqton demokratiyasının mövqeyi budur ki, Krımın zəbt edilməsi tanınmayacaq. O, Baltikyanı ölkələrin SSRİ tərəfindən işğalının ABŞ tərəfindən tanınmamasını xatırladıb. Ekspert hesab edir ki, ABŞ Donbas üzrə danışıqların tamamlanmasından sonra Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcək.

    Muxalifet2 - 22-06-2018

  4. İbadidən “QƏNDİL ƏMƏLİYYATINI DAYANDIRIN” ÇAĞIRIŞI

    Türkiyənin terror təşkilatı PKK-ya qarşı təşkil etdiyi əməliyyat Bağdad rəhbərliyində narahatlığa səbəb olub.
     
    Terrorla mübarizədə qətiyyətli hücum dövrünə keçən Türk Silahlı Qüvvələri, terror təşkilatı PKK-nın kökünü kəsməkdə qərarlıdır.
    Suriyadan sonra İraqda da təşkilata qarşı geniş əməliyyat başlayan Türk əsgəri, addım-addım Qəndilə yaxınlaşır.
    İraqın şimalında davam edən əməliyyat, illərdir təşkilatın bölgəyə yerləşməsinə icazə verən Bağdad rəhbərliyini narahat edib.
     
    “TÜRK ƏSGƏRİ GERİ QAYITSIN” ÇAĞIRIŞI

    Muxalifet3 - 22-06-2018

  5. Kadırovdan Qərbə: RUSİYA QILINCINDAN ÖLƏNLƏR...

    Nasist Almaniyasının səhvləri təkrar edilməməlidir.

    Muxalifət.az xəbər verir ki, bu sözləri öz Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

    “Alman diviziyaları həqiqətən Leninqrad, Moskva və Stalinqradın qarşısında dayanırdılar. Hitler rus dili və rus tarixi ilə tanış deyildi. Əks təqdirdə fransızlar, isveçlilər, polyaklar və digərlərinin getdiyi yolla gedib, öz həyat yolunu onlar kimi biabırçı şəkildə bitirib-bitirməmək haqqında düşünərdi.

    Muxalifet2 - 22-06-2018

  6. Əli Mirəliyev övladını atıb gedən gəlini ilə bağlı ŞOK SİRRİ AÇDI: “Oğlum yaxşı kişi olsaydı...” - VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı müğənni Əli Mirəliyevin adaşı nəvəsi olub.

    Muxalifət.az xəbər verir ki, sənətçi gəlininin adaşı olan nəvəsini atıb getməsindən danışıb:

    Muxalifet2 - 22-06-2018

  7. "Ronaldonun gücü tükənəndə Portuqaliya mundialı TƏRK EDƏCƏK" - Təmkin Xəlilzadə

    "Qəbələ"nin müdafiəçisi Təmkin Xəlilzadə Qol.az-a müsahibə verib. Komandasının hazırlıq prosesini və püşkin nəticəsini dəyərləndirən futbolçu Rusiyada keçirilən dünya çempionatı ilə bağlı da fikirlərini açıqlayıb.

    - Artıq Sloveniyada təlim-məşq toplanışına start vermisiniz. Hazırlıq necə gedir?

    - Hər şey qaydasındadır. Hazırlığımız super keçir. Avroliqa oyununa hazırlaşırıq.

    - Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibiniz Lüksemburqun "Proqres" klubu olacaq. Püşkü necə dəyərləndirirsən?

    Muxalifet2 - 22-06-2018

  8. RUSİYA SSRİ-nin TALEYİNİ YAŞAYA BİLƏR - TƏHLİL

    ABŞ əzəli rəqibini həm iqtisadi, həm də siyasi basqılarla zəiflətməyə çalışır
     
    Əgər bu, baş verərsə, o zaman növbə İran, Türkiyə, Çin və Ağ Evlə kəllə-kəlləyə gələn digər ölkələrə çata bilər

    Muxalifet2 - 22-06-2018

  9. İranın İspaniya ilə oyunda MƏĞLUBİYYƏTİNƏ İSRAİLLİ SEVİNCİ - FOTO

    İspaniya ilə İran arasında oynanan və İranın 1-0 uduzduğu matçda sevinən tərəf yalnız İspaniya olmadı. Televiziya başında matçı izləyən İsraillilər İranın məğlubiyyətindən sonra böyük sevinc yaşayıb.
     
    Rusiyada davam edən Futbol üzrə Dünya Kuboku turnirində ikinci matçlar oynanılıb. Ötən gün İspaniya ilə İran arasında oynanan B qrupunun ikinci oyununda İran, rəqibinə 1-0 yenilərkən meydança içində İranlı oyunçular böyük fəlakət yaşamış kimi, göz yaşlarını tuta bilməyiblər.
    O anlarda İsraildən bunun əksinə, xoşbəxtlik və sevinc dolu fotolar gəlib.

    Muxalifet3 - 22-06-2018

  10. Qardaş ölkə üçün ÜÇ SSENARİ – Okeanın o tayından qorxunc PROQNOZ

    İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Seçkilərə günlər qala müxtəlif analitik, araşdırma və sosioloji mərkəzlər seçkilərin nəticələri ilə bağlı proqnozlar və mümkün ssenarilər irəli sürürlər.

    Muxalifət.az xəbər verir ki, proqnozlardan biri ABŞ-ın nüfuzlu banklarından olan “JP Morgan” tərəfindən səsləndirilib.

    Bankın baş iqtisadçısı Yarkın Cebeciyə görə, keçirilən son rəy sorğuları seçkilərin üç mümkün nəticəsinin ola biləcəyini göstərir.

    Muxalifet2 - 22-06-2018

  11. “Boz kardinal” azərbaycanlı oliqarxı gözdən salmaq üçün ildə NEÇƏ MİLYARD XƏRCLƏYİR...

    Rusiyanın dövlət neft korporasiyası “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçin mətbuatda opponentlərini, o cümlədən “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovu gözdən salmaq, onlara qarşı qara piar aparmaq üçün ildə 4 milyard rubl xərcləyir. Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatında dərc edilmiş araşdırmada bildirilir.

    Muxalifet2 - 22-06-2018

  12. Tural Səfərova VƏZİFƏ VERİLDİ

    “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə yeni mətbuat katibi təyin olunub.

    Report-un məlumatına görə, bu vəzifəyə Tural Səfərov gətirilib.

    Muxalifet2 - 22-06-2018

  13. Игра ради «кресла» - Личные интересы превыше нравственности и морали

    едавно в Азербайджане в очередной раз задержали оппозиционных активистов. Все было бы ничего, если бы эти так называемые «оппозиционные активисты» были бы известны обществу, организовывали бы митинги, занимались бы подрывной деятельностью. Но не тут-то было.

    Muxalifet4 - 22-06-2018

  14. “Taym” jurnalının ÜZ SƏHİFƏSİNDƏ TRAMPİN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD

    Amerikanın “Time” jurnalı son nəşrində ABŞ prezidenti Trampın insanlığa biganə qaldığını bildirərək ağlayan Honduraslı uşağı Trampla birlikdə üz səhifəsində dərc edib.
     
    ABŞ-ın həftəlik xəbər jurnalı “Time” son nəşrində, Trampı bəşəriyyətin qarşısında biganə qalmaqla ittiham edib.
     
    TRAMPIN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD
     

    Muxalifet3 - 22-06-2018

  15. Azərbaycanda dəhşətli İSTİLƏR BAŞLAYIR

    Bakıda və Abşeron yarımadasında iyunun 23-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 30-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

    Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 35-40 faiz təşkil edəcək.

    Muxalifet2 - 22-06-2018

  16. AB “erməni qaçqınlara” NİYƏ MİLYONLAR AYIRIR?

    Zəngilandakı suriyalı qaçqınların sayı o qədər deyil ki, onlara xüsusi diqqət yetirilsin.

    Bu sözləri rus politoloq və tarixçi Oleq Kuznetsov Avropa Birliyinin Suriyadan Ermənistana köçürülən erməni əsilli qaçqınlara ayırdığı 3 milyon avro haqda danışarkən deyib.

    Muxalifet2 - 22-06-2018

  17. Əfqanıstanda taliblər 4 nəfəri öldürüb, 33 nəfəri oğurlayıb

    Əfqanıstanda yol-tikinti işləri zaman “Taliban”la təhlükəsizlik əməkdaşları arasında baş vermiş atışma nəticəsində 4 nəfər ölüb
    Muxalifet.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qəndahar əyalətinin başçısı Davud Əhmədi məlumat verib.
    Onun sözlərinə görə, əyalətdə yol-tikinti şirkətinin 33 əməkdaşı terrorçu qruplaşmanın üzvləri tərəfindən qaçırılıb. Oğurlananlardan 20-si şirkətin təhlükəsizlik xidmətinin əməkdaşı, 13-ü isə mühəndis-texniki heyətin işçilərdir.

    Muxalifet - 22-06-2018

  18. Qaradağdan Birinci vitse-prezidentə ŞİKAYƏT

    Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında yaşayan II qrup əlili Atabəy Ağayev tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
     
    Həmin müraciəti olduğu kimi təqdim edirik:
    "Hörmətli Mehriban xanım, yeganə ümidim Sizsiniz. Mən II qrup əlililəm, 65 yaşım var. Qaradağ rayonu Səngəçal qəsəbəsi, Massiv 1, ev 8 a ünvanında ailəmlə birlikdə yaşayıram. Oğlum Ağayev Aslan və ailəsi də mənimlə birlikdə yaşayır. İki nəvəm var. Oğlum ali təhsillidir, lakin hazırda işləmir.

    Muxalifet3 - 22-06-2018

  19. Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü

    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belarusun paytaxtı Minsk şəhərində Şərq tərəfdaşlığı ölkələrinin qeyri-rəsmi görüşünə qatılıb.
     
    Tədbirdə Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla da görüşüb.
    Ermənistan xarici işlər nazirinin sözçüsü Tiqran Balayan nazirlərin birgə çəkilən fotolarını şəxsi Twitter hesabında paylaşıb.
    Görüşün detalları barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.

    Muxalifet3 - 22-06-2018

  20. Elçibəy iqtidarı rus qoşununu Azərbaycandan pulla çıxarıb

    Prezident Elçibəyin keçmiş mətbuat katibindən və sabiq baş nazirdən sensasiyalı açıqlamalar
     
    AXC hakimiyyəti zamanında prezident Əbülfəz Elçibəyin mətbuat katibi olmuş Arif Əliyev moderator.az saytına müsahibəsində Azərbaycandan keçmiş SSRİ-dən qalma rus qoşunlarının necə çıxarılması barədə açıqlamalar verib.

    Muxalifet3 - 22-06-2018

Pages