Axtarış

The search found 105806 results in 0.084 seconds.

Search results

  1. Poroşenko Putinə zəng etdi: ƏSİRLƏRI AZAD ET!

    Ukrayna Prezidenti Pyotr Poroşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat xidməti yayıb. Prezidentlər əsirlər məsələsini müzakirə ediblər.

    Poroşenko Putini Rusiya həbsxanaları və işğal edilmiş Ukrayna ərazilərində saxlanılan əsirləri azad etməyə çağırıb.

    Muxalifet2 - 21-06-2018

  2. Körpünün uçmasına görə 7 NƏFƏR HƏBS OLUNDU, 2 nəfər isə... – RƏSMİ

    İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün dağılaraq yararsız hala düşməsi ilə bağlı başlanan cinayət işi ilə bağlı Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə açıqlama yayıb.

    Muxalifet2 - 21-06-2018

  3. 17 yaşlı oğlan özünü asdı - NEFTÇALADA

    Bu gün günorta saatlarında Neftçala rayonunda 17 yaşlı oğlan intihar edib.

    Muxalifət.az virtualaz.org-a istinadən xəbər verir ki, rayonun Qaravəlli kənd sakini, 2001-ci ildə anadan olmuş Ələkbərov Sadiq Elşən oğlu özünü həyətlərindəki yardımçı tikilidən asaraq intihar edib. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

    Hadisə yerinə Neftçala rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 21-06-2018

  4. Pambıq tarlalarında kütləvi ZƏHƏRLƏNMƏNİN SİRRİ –Təsərrüfat sahiblərinin və kimyəvi dərmanları ölkəyə gətirənlərin adları niyə açıqlanmır?

    Muxalifet2 - 21-06-2018

  5. 100 MİLYON OĞURLAYAN BANKİR YAXALANDI – “Bandotdel”ə aparılıb

    “GünayBank”ın keçmiş sədr müavini, bankda qeyri-leqal pul dövriyyəsi sxemi qurub onlarla adamın 100 milyon manata yaxın vəsaitini mənimsəməkdə günahlandırılan Emin Zeynalov saxlanılıb. Virtualaz.org-a məlum olub ki, onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlı tapıb yaxalayıblar.

    Muxalifet4 - 21-06-2018

  6. ​"Sığorta pulu verməyənlər pensiya ala bilməyəcək" - HADI RƏCƏBLİ

    “Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.
    Muxalifet.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

    Muxalifet4 - 21-06-2018

  7. Ərdoğan onunla ikinci tura qalacaq və... - PROQNOZ

    Türkiyədə seçkilərin ikinci tura qalması ehtimalı böyükdür.

    Muxalifət.az-ın xəbrinə görə, bu sözləri axar.az-a açıqlamasında Türkiyədə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı danışarkən politoloq İlqar Vəlizadə deyib. Ekspert prezidentlik uğrunda seçki mübarizəsinin gərgin keçəcəyini bildirib:

    Muxalifet2 - 21-06-2018

  8. Türkiyə ABŞ-a niyə “aşağı vəzifəlilər”i göndərdi?

    F-35 qırıcılarının təhvil-təslim mərasimində türk nümayəndə heyətinin kifayət qədər aşağı vəzifəli şəxslərlə təmsil olunması ABŞ-ın qəbul etdiyi qərarlara görədir və dolayısı ilə adekvat bir addımdır.
    Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib. O bildirib ki, F-35-lər Türkiyəyə təslim edilməlidir:

    Muxalifet - 21-06-2018

  9. Arvadı evdən gedən kişi özünü asdı!

    Şabran rayonunun Güləmli yaşayış massivində üç uşaq atası intihar edib.
    Muxalifet.az "Report"-a istinadən xəbər verir ki, 37 yaşlı Cəmil Balamirzə oğlu Məmmədov yaşadığı evin yardımçı otağında özünü elektrik naqilindən asaraq öldürüb.
    Məlumata görə, mərhum Cəmil Məmmədovla həyat yoldaşı arasında mübahisə baş verib. Mübahisədən sonra qadın övladlarından ikisini götürərək atası evinə - Quba rayonuna gedib. Bundan əsəbiləşən C.Məmmədov intihar edib.
    Ailənin üç oğlan övladı var

    Muxalifet - 21-06-2018

  10. Sarkisyanın mühafizə rəisinin evində milyon dollarlıq tapançalar aşkarlandı

    Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları keçmiş prezident Serj Sarqsyanın mühafizə xidmətinin rəisi Vaçaqan Kazaryanın evində axtarış aparıblar.
    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan bildirib.

    Muxalifet - 21-06-2018

  11. Azərbaycanda universitet binası uçdu

    Sumqayıt Dövlət Universitetinin (SDU) əsas binasının girişi uçub.
    Muxalifet.az-ın verdiyi məlumata görə, hadisə zamanı ölən və ya yaralanan olmayıb.
    SDU-nun mətbuat katibi Nazxanım Cəlilli bildirib ki, hadisə saat 15:30 radələrində baş verib:

    Muxalifet - 21-06-2018

  12. İRAN: ABŞ ilə bazarlıq etməyəcəyik

    Muxalifet.az xəbər verir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın İranla bağlanmış nüvə müqaviləsindən - Əhatəli Birgə Fəaliyyət Planından (ƏBFP) imtina etməklə, qlobal problemləri diplomatik yolla həll eləmək istiqamətindəki səylərə zərbə vurduğunu bəyan edib.
    İran XİN idarəsinin rəhbəri Zərif İran mətbuatında dərc etdirdiyi, “ABŞ-ın xarici siyasəti böhran içərisində” başlıqlı məqaləsində ABŞ prezidenti Donald Tramp hakimiyyətinin beynəlxalq razılaşmalara hörmət bəsləmədiyini bildirib.

    Muxalifet - 21-06-2018

  13. Danimarka yığması Avstraliya ilə heç-heçə etdi

    Rusiyada keçirilən futbol üzrə dünya çempionatının C qrupunda ikinci turun oyunlarına start verib.
    Muxalifet.az-ın məlumatına görə, Danimarka yığması Avstraliya ilə üz-üzə gəlib. "Samara Arena"da baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

    Muxalifet - 21-06-2018

  14. BÖLGƏ ATƏŞ XƏTTİNDƏ! - İRAN HƏRBİ GƏMİLƏRİNİ GÖNDƏRDİ

     Muxalifet.az xəbər verir ki, İran Yəmən sahillərindəki Ədən körfəzinə 2 hərbi gəmi göndərib.
    “Tasnim” agentliyinin verdiyi xəbərə görə, İran Dəniz Qüvvələrinin vertolyot daşımaq imkanına malik “Hark” və eskadra mina gəmisi “Subulan”dan ibarət 54-cü donanması Ədən körfəzinə göndərilib.
    Ərəb yarımadasının cənub sahilində, Hind okeanını Qırmızı dənizə bağlayan strateji mövqedə yerləşən Ədən körfəzi Səudiyyə Ərəbistanının lideri olduğu koalisiyanın Yəmənə qarşı hərbi əməliyyatları baxımından həssas mövqedə yerləşir.

    Muxalifet - 21-06-2018

  15. PKK LİDERİ TERRORÇUBAŞI KARAYILAN DA YAXALANDI

    Suriyanın şimalında yuvalanan terrorçuların zərərsizləşdirilməsindən sonra Türk hərbçiləri təşkilatın əsas mərkəzi kimi göstərilən Qəndilə yönəlib.
     
    Bölgədəki irəliləyişini davam etdirən Türk əsgərinə hava əməliyyatları ilə  dəstək verilir.
     
    QƏNDİLDƏ PKK-nın 35 RƏHBƏR HEYƏTİ MƏHV EDİDİ
     
    “Sizə yaxın günlərdə fərqli müjdələrim olacaq" deyən prezident Rəcəb Tayyib Ərdoğan, Kahramanmaraş mitinqində Qəndilə keçirilmiş hava əməliyyatı nəticəsində təşkilatın 35 rəhbər heyətinin zərərsizləşdirildiyini açıqlayıb.
     

    Muxalifet3 - 21-06-2018

  16. Bu gün keçirilən buraxılış imtahanları başa çatdı​​​​​​​

    Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 64 800 şagird (IX sinif üzrə 37029, XI sinif üzrə 27771) üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

    Muxalifet - 21-06-2018

  17. Abşeronda avtomobil piyadanı vuraraq öldürdü

    Abşeron rayonunda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.
    "Report"un Sumqayıt-Abşeron bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.
    Belə ki, təqribən, 45-50 yaşlarında kişi Abşeron rayon Ceyranbatan qəsəbəsi ərazisində magistral yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı aldığı xəsarətlərdən elə yerindəcə dünyasını dəyişib.
    Hazırda onun kimliyi müəyyənləşdirilir.
    Faktla bağlı araşdırma aparılır

    Muxalifet - 21-06-2018

  18. ​Trampdan etirazçıya şok sözlər: Ananın yanına get...

    ABŞ Prezidenti Donald Tramp Minnesota ştatında mitinqdə çıxışı zamanı vətəndaşlardan biri ona etiraz edib.
    Muxalifet.az xəbər verir ki, sözügedən şəxs mühafizəçilər tərəfindən zaldan çıxarıldıqdan sonra Ağ Ev rəhbəri onu lağa qoyub.
    “Kişi idi, yoxsa qadın? Məndən daha çox bərbərə getməlidir. Anlamıram. Saçını kəsdirməlidir. Ananın yanına get əzizim... Çölə! ”, - deyə dövlət başçısı bildirib.
     

    Muxalifet3 - 21-06-2018

  19. ​Baş nazirin birinci müavini işdən çıxarıldı - Sərəncam

    Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini vəzifəsindən azad edilib.
    Muxalifet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün baş nazirin birinci müavini Asəf Məmmədovun vəzifəsindən azad edilməsi barədə müvafiq fərman imzalayıb.
     

    Muxalifet3 - 21-06-2018

  20. ​Azərbaycan tütün idxalını azaldıb

    Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 47 mln. 968,28 min dollar dəyərində tütün idxal edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında yer alıb.
    Məlumata görə, bu, məbləğ baxımından illik nisbətdə 11 mln. 039,54 min dollar və ya 18,71% azdır.
    Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 59 mln. 001,82 min dollar dəyərində tütün idxal edilib.

    Muxalifet3 - 21-06-2018

Pages