Axtarış

The search found 105805 results in 0.066 seconds.

Search results

  1. Doğu Perinçekdən şok sözlər: AMERİKA MÜXALİFƏTİ BİRLƏŞDİRDİ

    Vətən Partiyasının lideri Doğu Perinçek Amerikanın müxalifət partiyalarını bir araya gətirdiyini deyib.
     
    Vətən Partiyasının prezidentliyə namizədi Doğu Perinçek, NTV-də sualları cavablandırıb.
    Doğu Perinçekin açıqlamalarından bəzi sətir başları:
     
    HDP GİZLİ İTTİFAQDA
     

    Muxalifet3 - 21-06-2018

  2. Ərəb ölkələri Qətəri DİZ ÇÖKDÜRÜR

    Qətər böhranının 1 ili - nələr dəyişdi...
     

    Qətər və körfəz ərəb ölkələri arasında böhranın bir ili tamam oldu. Ancaq gözlənildiyi kimi, ərəb rejimləri nəinki barışmadılar, əksinə, münaqişə bir az da dərinləşir. İndi isə məlum olub ki, Səudiyyə Ərəbistanı Qətərlə sərhəddə kanal çəkdirməyə hazırlaşır. Bu layihə reallaşacağı təqdirdə yarımada olan Qətər adaya çevriləcək və Ərəbistan yarımadası ilə quru sərhədi ortadan qalxacaq.

    Muxalifet2 - 21-06-2018

  3. “FETÖ-çüyə öz ölkəsində TƏZYİQ OLUNMAYACAQ” - Ədliyyə Nazirliyi

    FETÖ işi ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı İsa Özdəmirin ölkəsinə ekstradisiyası ilə bağlı məhkəmə prosesi keçirilib.

    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib.

    Nümayəndə bildirib ki, Türkiyə tərəfindən İsa Özdəmir öz ölkəsinə ekstradisiya ediləcəyi təqdirdə ona qarşı heç bir təzyiq olunmayacağı ilə bağlı yazılı müraciət alıblar: “Ona qarşı qeyri insani hərəkət olmayacaq, bütün hüquqları təmin olunacaq”.

    Muxalifet2 - 21-06-2018

  4. Masazır-Novxanı yolu BAĞLANIR

    Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Abşeron rayonu, Masazır-Novxanı yolunda üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

    Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

    Bu məqsədlə avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

    Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

    Muxalifet2 - 21-06-2018

  5. Bu ərazilər azad edildi - NAZİR AÇIQLADI

    Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə cəbhədəki uğurlarımızla qədəm qoyuruq.

    Trend-in məlumatına görə, bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində məzunların buraxılışına həsr olunmuş tədbirdə deyib.

    Muxalifet2 - 21-06-2018

  6. 1 tona yaxın çətənə kolu MƏHV EDİLDİ

    Daxili İşlər Nazirliyinin yerli polis bölmələrinin əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıb.

    DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.

    Muxalifet2 - 21-06-2018

  7. PAMBIQÇILARI ZƏHƏRLƏYƏN ŞİRKƏTLƏR MƏLUM OLDU - Heydər Əsədovun adı hallanır

    “O pambıq sahələrinə nəinki insanı, heç heyvanı da buraxmaq olmaz”

    Muxalifet4 - 21-06-2018

  8. Türkiyənin kurort zonasında atışma - ÖLƏNLƏR VAR

    Türkiyənin Muğla vilayətinin Bodrum rayonunda əyləncə mərkəzində silahlı atışma olub.
    Muxalifət.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
    İnsidentdə həlak olanlardan biri qadındır.
    Təfərrüatlar barədə məlumat verilmir.

    Muxalifet2 - 21-06-2018

  9. Nazir oğlunun itləri Mais Piriyevi ƏSƏBİLƏŞDİRDİ

    Bir neçə gün öncə maliyyə naziri Samir Şərifovun oğlunun dünyada “Anadolu aslanı” kimi tanınan poyraz itləri alması, onları Türkiyədə 10 hektarlıq ərazidə saxlaması haqda məlumatlar yayılıb. Qeyd edək ki, məlumatların ana mənbəyi Türkiyə mətbuatı olub.
    İt fermasının sahibi Birol Başyiğitin sözlərinə görə, bu itlər iri cüssəli, qoruma instinkləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkir. O bildirib ki, bu itləri nazirin oğlu Anadolunun Erdemit qəsəbəsində, 10 hektar xüsusi hasarlanmış ərazidə bəsləyir.

    Muxalifet2 - 21-06-2018

  10. İran islahatçıları Amerika ilə danışıqlar istəyirlər – rəsmi Tehran isə Vaşinqtonla gizli təmasları inkar edir – TƏHLİL

    İran hökumətinin rəsmi təmsilçisi Məhəmmədbaqir Nobəxt bildirib ki, Tehran ABŞ prezidenti Donald Trampla danışıqlar aparmayacaq. Onun sözlərinə görə, “biz milli təhlükəsizlik məsələləri üzrə heç vaxt danışıqlar aparmırıq, bununla yanaşı, dialoq bizim siyasətimizin üsullarından bir olaraq qalır”.

    Muxalifet2 - 21-06-2018

  11. “Üçlər ittifaqı” Türkiyəyə qarşı – Müharibə hər an BAŞLAYA BİLƏR

    Aralıq dənizində İsrail, Yunanıstan və Cənubi Kiprdən ibarət ittifaq güclənir. Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, üç ölkənin müdafiə nazirləri - Panos Kammenos (Yunanıstan), Aviqdor Liberman (İsrail) və Savvas Angelides Cənubi Kiprdə bu gün görüşəcəklər. Cənubi Kiprin müdafiə naziri görüşdə regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi kimi mövzuların müzakirə ediləcəyini bildirib.

    Muxalifet2 - 21-06-2018

  12. DİN-dən maşın sahiblərinə xəbərdarlıq: OĞURLANA BİLƏR

    Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Şabanova M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “Mitsubişi” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə içərisində 300 manat və 50 ABŞ dolları, habelə sənədləri olan çantasının oğurlandığını bildirib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 21-06-2018

  13. RUSİYA SURİYADA TURİZM OBYEKTLƏRİ TİKDİRİR –Kreml Suriya danışıqlarında Türkiyəyə arxa çevirə bilər - TƏHLİL

    Milli təhlükəsizlik camiyəsinin ən hörmətli şəxslərindən olan bir dostumun istəyilə Vaşinqtonda regionun xəritəsini, Suriya və Türkiyə mərkəzli olmaqla, önümüzə açaraq, bir az strategiyadan söhbət etdik.Etiraf etməliyəm ki, Suriyada baş verən bütün hadisələri daim hərbi və kəşfiyyat ağırlıqlı olaraq izləməyə alışmış bizlər üçün bu söhbət çox aydınlaşdırıcı oldu.

    Aşağıda anladacaqlarımın çoxu həmin dostumun ağzından eşitdiyim məlumatlardır. Mümkün olduqca, öz şərhimi əlavə etmədən çatdırmağa çalışacam.

    Muxalifet2 - 21-06-2018

  14. “Bakı Bus” sərnişinləri təhqir edir, yoxsa OĞRULARI TUTUR?

    Xüsusilə komfort baxımından yüksək səviyyədə olan bir avtobusda yaradılan bu problemdən belə aydın olur ki, şirkət sanki “süni dəhliz” yaradıb. Bununla da süni şəkildə sərnişin axınını idarə etmək istəyir.

    Bu sözləri nəqliyyat eksperti Azər Allahverənov Bakı Bus MMC-yə məxsus avtobusların artıq bir neçə aydır sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulan ön qapının ancaq bir layının açılması problemindən danişarkən deyib.

    Muxalifet2 - 21-06-2018

  15. ALİMLƏRDƏN ŞOK İXTİRA: Səhra şəraitində havadan su almağa imkan verən qurğu hazırlandı

    Haqqında söhbət gedən tapıntı təmiz içməli su qıtlığı yaşayan 2,1 milyard insanın həyatını ciddi şəkildə dəyişə bilər. Kaliforniyanın Berkli Universitetindən olan bir qrup alim səhra şəraitində havadan içməli suyun alınması üzrə eksperimental tədqiqatı uğurla başa çatdırıblar.

    Muxalifet4 - 21-06-2018

  16. Şok: Erməni generalın evində DƏHŞƏT - Video/18+

    Həbs edilən erməni general Manvel Qriqoryanın Azərbaycanın işğal olunmuş Qarabağ ərazisində yerləşən iqamətgahında aparılan axtarışın bəzi təfərrüatı məlum olub.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, axtarış zamanı generalın evindən bir sıra arxiv fotoları tapılıb.

    Belə ki, fotoların vaxtilə Qriqoryana haqq vermədiyi üçün cəzalandırılaraq onun evinin zirzəmisində qul kimi saxlanılan erməni iş adamlarına aid olduğu üzə çıxıb.

    Muxalifet2 - 21-06-2018

  17. Oliqarxların yüzlərlə süni balıq gölləri nəzarətə götürüldü, 147-si LƏĞV EDİLDİ

    Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə torpaq qanunvericiliyinin tələbləri pozulmaqla yaradılan süni balıq göllərinin monitorinqini aparıb, 147 süni göl ləğv edilib. Nəticədə 100 hektarlarla torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.

    Bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, komitə ümumilikdə 529 balıq gölü müəyyən edib və onlar barəsində məlumat bankı yaradılıb.

    Muxalifet4 - 21-06-2018

  18. ŞOK İDDİA: "HDP-nin həmsədri Dəmirtaşın QARDAŞI ÖLDÜRÜLÜB”

    HDP-nin həmsədri Selahattin Dəmirtaşın böyük qardaşı PKK-lı terrorçu Nurəddin Dəmirtaşın öldürüldüyü iddia edilib.
     
    HDP-nin həmsədri Selahattin Dəmirtaşın böyük qardaşı PKK-lı terrorçu Nurəddin Dəmirtaşın öldürüldüyü xəbəri gündəmə bomba kimi düşüb. İraqda Məsud Bərzani rəhbərliyindəki Kürdüstan Demokrat Partiyasına (KDP) yaxın mənbələr, TSQ-nin Qəndil hərəkatında Nurəddin Dəmirtaşın öldürüldüyünü açıqlayıb. Dəmirtaşın ölümü ilə bağlı terror təşkilatının psixoloji çöküş yaşayacağı əndişəsi ilə PKK mediası Nurəddin Demirtaşın ölmədiyi təbliğatını aparır.

    Muxalifet3 - 21-06-2018

  19. İsmayıllıda avtomobil 7 yaşlı uşağı VURARAQ ÖLDÜRDÜ

    İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın yerli bürosunun xəbərinə görə, 50-BE-448 dövlət nömrə nişanlı, "QAZ 2400" markalı minik avtomobili Muğanlı-İsmayıllı yolunun 29-cu kilometrliyində hərəkətdə olarkən yolu keçən piyadanı, 2011-ci il təvəllüdlü Babayev Məhəmməd Əhməd oğlunu vurub. Ağır bədən xəsarətləri alan 7 yaşlı uşaq ölüb.

    Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

    Muxalifet2 - 21-06-2018

  20. Diaqnostikadan keçən müəllimlərin maaşı açıqlandı –10 FAİZİ 700-900 MANAT ALACAQ

    “2014-2017-ci illərdə Azərbaycanda 134136 müəllim diaqnostik qiymətləndirmədən keçib”. 
    Muxalifət.az-ın APA-ya istinadən verdiyi  xəbərə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Emin Əmrullayev Nazirliyin hesabat tədbirində deyib.

    Muxalifet2 - 21-06-2018

Pages