Axtarış

The search found 105805 results in 0.114 seconds.

Search results

  1. ​ABŞ-DA SÜNI QAN YARADILDI

    İnsan orqanizmində ən mühüm rol oynayan orqan və toxumalardan biri, bəlkə də birincisi qandır. Bəlli olduğu kimi insan susuz bir neçə gün, yeməksiz isə daha çox yaşaya bildiyi halda ciddi qan itkisi şəraitində dəqiqələr, və ya yaxşı halda bir neçə saat ərzində ölə bilər. Bu zaman hazırda istifadə edilən qanəvəzedici məhlulların çox vaxt köməyi məhdud olur.

    Muxalifet4 - 21-06-2018

  2. Trampdan Rusiyaya dostluq MESAJI

    ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətləri yenidən qaydaya salmaq arzusunu ifadə edib.

    Muxalifət.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Amerika lideri bu haqda Minnesota ştatında mitinqdə çıxışında bildirdi.

    “Biz Rusiya ilə yola getmək istəyirik”, - Tramp vurğulayıb.

    Muxalifet2 - 21-06-2018

  3. “Araz”ın satıcısı iş yoldaşlarını bıçaqladı: ÖLƏN VAR - Video

    Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. DİN-dən verilən məlumata görə, iyunun 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən “Araz” marketin yaxınlığında orada satıcı işləyən Zabrat qəsəbə sakini Surxay Əliyev münaqişə zəminində iş yoldaşları, qəsəbə sakinləri Vüqar Hüseynzadəyə və Kənan Səlimova bıçaqla xəsarət yetirib. Çoxsaylı xəsarət almış V.Hüseynzadə hadisə yerində ölüb, K.Səlimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

    Muxalifet2 - 21-06-2018

  4. PKK çökür: TERROR YUVASI QƏNDİL DAŞ DÖVRÜNƏ QAYIDIR

    Türkiyənin Qəndilə qarşı başlatdığı əməliyyatdan sonra terrorçular küncə sıxışdırılıb. İHA və SİHA-ların 24 saat havadan müşahidəsi sayəsində bölgədə terrorçubaşları başlarını girdikləri mağaralardan çıxara bilmirlər. Hətta bir müddətdir ki, terrorçubaşları Murad Qarayılan ilə Cəmil Bayık qorxudan görüşə bilmirlər.
     
    PKK-nın GEDƏCƏK YERİ YOX
     
    PKK Qəndildə sıxışdırılıb. İflas prosesi bir ildir ki, davam edir.
    Yüksək səviyyəli PKK-lılar uzun müddətdir ki, toplana bilmir.

    Muxalifet3 - 21-06-2018

  5. Kredit borcuna görə bankın geri aldığı AVTOMOBİL OĞURLANDI

    Krediti ödənilmədiyinə görə bank işçiləri tərəfindən dayanacağa yerləşdirilən avtomobil oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    Muxalifet2 - 21-06-2018

  6. “Azərpoçt” MMC “Əsgərə məktub” aksiyasını keçirir- “Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!”

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin “Azərpoçt” MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.

    Muxalifet2 - 21-06-2018

  7. Türkiyə Kubokunun qalibi yeni baş məşqçi ilə anlaşıb

    Türkiyənin "Akhisarspor" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.
    Muxalifet.az "Haber 7"yə istinadən məlumatına görə, bu barədə klubun prezidenti Hüseyn Eryüksəl açıqlama verib. O, Safet Susiçlə 1+1 illik müqavilə imzaladıqlarını söyləyib. 63 yaşlı mütəxəssis bu postda Okan Buruku əvəzləyib.
    Qeyd edək ki, "Akhisarspor" başa çatan mövsümdə Türkiyə Kubokunun qalibi olub. Komanda 2018-2019 mövsümündə Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq.

    Muxalifet - 21-06-2018

  8. Sabah hava necə olacaq?

    İyunun 22-nə gözlənilən hava şəraiti açıqlanıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
    Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 21-06-2018

  9. Çavuşoğlu tarix verdi: YPG MÜNBİÇDƏN ÇƏKİLİR

    Türkiyənin xarici işlər naziri Çavuşoğlu, ABŞ və Türkiyə arasındakı anlaşmanın həyata keçdiyini və terrorçuların 4 iyulda Münbiçdən ayrılacağını bildirib.
     
    İştirak etdiyi canlı yayımda gündəmə dair dəyərləndirmə edən xarici işlər naziri Mövlud Çavuşoğlu, Münbiçdəki YPG-li terrorçuların 4 iyulda çəkilməyə başlayacağını açıqlayıb.
     
    SİLAHLARI YIĞACAQ OLAN ABŞ-dır
     

    Muxalifet3 - 21-06-2018

  10. ABŞ Türkiyəyə “ölmüş” F-35-lər verir? – ŞOK İDDİA

    Türkiyə yaxın vaxtlarda ABŞ-dan alacağı beşinci nəsil F-35 Lightining II döyüş təyyarələrindən faydalana bilməyəcək.
    Muxalifet.az xəbər verir ki, bu sözləri “Drive” müəllifi Cozef Trevitik deyib.
    “Təsdiqini tapmasa da, ortalıqda gəzən bir sıra məlumatlara görə, ABŞ-ın Müdafiə naziri Ceyms Mettis türk həmkarlarına əldə etdikləri F-35 qırıcılarının çalışmayacağını bildirib”, - ekspert vurğulayıb.

    Muxalifet - 21-06-2018

  11. Türk əsilli futbolçu "Yuventus"-a transfer oldu...

    İtaliyanın "Yuventus" klubu İngiltərə "Liverpul"unun futbolçusu Emre Canı heyətinə qatıb.
    Muxalifet.az klubun rəsmi "twitter" səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi artıq Turin şəhərindədir. Türk əsilli almaniyalı oyunçunu İtaliya təmsilçisinin nümayəndələri qarşılayıb. O, tibbi müayinədən keçdikdən sonra "Yuventus"la rəsmi müqavilə imzalayacaq.

    Muxalifet - 21-06-2018

  12. Terrorçubaşı CƏMİL BAYIK ƏLƏ KEÇİRİLDİ

    PKK-nın Qəndildəki başçılarından biri Cəmil Bayık, Türk Silahlı Qüvvələri və MİT-in bir müddətdir ki, bölgədə apardığı əməliyyatlar nəticəsində ələ keçirildiyi bildirilib.
     
    Terror təşkilatı PKK-nın Qəndildəki başçılarından biri Cəmil Bayık, Türk Silahlı Qüvvələri və MİT-in bir müddətdir ki, bölgədə apardığı əməliyyatlar zamanı ələ keçirildiyi irəli sürülüb. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Şanlıurfa mitinqində dediyi, "Yığıncaq vəziyyətindəki lider komandanı həll etdik" ifadəsi də məhz bu hadisəyə yönəlik olduğu qeyd edilir.
     

    Muxalifet3 - 21-06-2018

  13. Türkiyəli məşhur aparıcı - ƏMƏLİYYAT OLUNDU

    Keçən ay pilates edərkən qolunda iki əzələsi yırtılan Seda Sayan təcili əməliyyat edilib.
    Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sayan əməliyyat olmaq üçün proqramının mövsüm finalına getməsini gözləyib. Onur Akay həmkarı Seda Sayanın istirahət etdikdən sonra əməliyyat olmağı planlaşdırdığını, amma ağrılarının dözülməz hala gəldiyini xəbər verib.
    Televiziya ulduzu dünən özəl xəstəxanada əməliyyat olunub. Həkim Sarper Çetinkaya əməliyyatın uğurlu keçməsi haqqında məlumat verib.

    Muxalifet - 21-06-2018

  14. Tramp mühacirlərə dair sərəncam imzalayıb: ARTIQ UŞAQLARı VALİDEYNLƏRİNDƏN AYIRMAYACAQLAR

    ABŞ prezidenti mühacir uşaqların ailələrindən ayrılmamasına dair sərəncam imzalayıb. Donals Tramp deyib ki, 17 aylıq prezidentlik dövründə ən böyük siyasət dəyişikliyi edib. O deyib ki, biz ailələrin birlikdə qalmasını istəyirik. Prezident bunun vacibliyini önə çəkərək bildirib ki, mənim imzaladığım sənəd məhz buna xidmət edəcək. Tramp administrasiyası körpələr və uşaqları valideynlərindən ayıraraq, Texasın cənubundakı sığınacaqlara göndərir. Meksika sərhədlərinə yaxın bu bölgədə “kövrək yaş” adlandırılan 3 sığınacaq açılıb.

    Muxalifet3 - 21-06-2018

  15. QƏRB DÜNYASINI SARAN POPULİST MİLLƏTÇİLİK:niyə "acgöz bankirlər" və miqrantlar xalq qəzəbinin qurbanlıq keçilərinə dönürlər? - TƏHLİL

    Populizm əleyhinə elitizm deyil, qloballaşma əleyhinə milliyyətçilik, deyəsən, bu çərəyin başlıca siyasi münaqişəsidir. Demək olar ki, nəzər yetirdiyimiz hər yerdə – ABŞ-da, yaxud İtaliyada, Almaniya və ya İngiltərədə, hələ Çin, Rusiya və Hindistanı demirik, milli duyğunun yüksəlişi siyasi hadisələrin əsas hərəkətverici qüvvəsi olub.

    Muxalifet2 - 21-06-2018

  16. Türk əsilli futbolçudan dünyaya dərs olacaq addım: TƏTİLƏ GETMƏK ƏVƏZİNƏ...

    Dünyada bir çox futbolçu var ki, maqazin fiquruna çevrilmək istəyir, hətta özəl həyatları, karyeraları istedadlarının önünə keçir. Ancaq bu qəlibdən uzaq gəzməyə çalışan futbolçular da az deyil.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, türkiyəli futbolçu Nuri Şahin azarkeşlərin görməyə adət etdiyi futbolçulardan bir çox fəaliyyəti və hədəfləri ilə kəskin fərqlənir.

    Muxalifet2 - 21-06-2018

  17. İrəvanda “Bakı böhranı”: Armendən Nikola qarşı SABOTAJ

    Ermənistanın Xarici İşlər naziri Zoqrab Mnatsakanyan Nikol Paşinyan hökumətinə qarşı açıq sabotaja başlayıb.

    Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet Ermənistanın ölkədəki inqilabdan sonra nüfuzunun artdığını və bunun Mnatsakanyan tərəfindən Azərbaycana qarşı mübarizədə istifadə edilmədiyini iddia edib:

    Muxalifet2 - 21-06-2018

  18. Dəhşətli İSTİLƏR GƏLİR: minlərlə insan təhlükədə - ALİMLƏRDƏN XƏBƏRDARLIQ

    Qlobal istiləşmə və iqlim dəyişikliyinin təsirləri narahatlıqları artırmağa başlayıb. Mütəxəssislər həddən artıq isti hava səbəbindən 2100-cü ildə 100 min nəfərin öləcəyini açıqlayıb.

    Muxalifət.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalara görə 1981-2010-cu illər arasında Avropa qitəsində hər il orta hesabla 3 min nəfər istidən dünyasını dəyişib. Mütəxəssislər bildirir ki, vəziyyət bu cür davam etsə, 2100-cü ildə 100 min nəfər istidən öləcək.

    Muxalifet2 - 21-06-2018

  19. Təhsil Nazirliyinə yeni Aparat rəhbəri TƏYİN EDİLDİ

    Azərbaycan Təhsil Nazirliyinə (TN) yeni Aparat rəhbəri təyin olunub.

    Muxalifət.az report-a istinadən xəbər verir ki, bu vəzifəyə Muxtar Məmmədov təyin edilib.

    M.Məmmədov bu təyinata qədər TN-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri idi, eyni zamanda Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.

    Muxalifet2 - 21-06-2018

  20. Mogerini: "Avropa İttifaqı Minsk qrupunun vasitəçilik səylərini və TƏKLİFLƏRİNİ DƏSTƏKLƏYİR"

    "Avropa İttifaqı ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini və təkliflərini dəstəkləməyə davam edir".

    APA-nın məlumatına görə, bu sözləri Avropa ittifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Mogerini Brüsseldə Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyanla keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini müzakirə ediblər: “Bütün qətiyyətimizlə prosesləri töhfə verməyə davam edəcəyik”.

    Muxalifet2 - 21-06-2018

Pages