Axtarış

The search found 105805 results in 0.083 seconds.

Search results

  1. İntiharçı "Mavi Balina"da gəlişmə: HƏBS OLUNDULAR

    Rusiyada 2015-də çıxan və dünyada 130 gəncin həyatına son qoyan “Mavi Balina” internet oyununun qurucusundan sonra onunla işbirliyində olan Nikita Nearonov da yaxalanıb.
     
    Oyunun qurucusu Filipp Budeikin (22), ötən il 16 uşağın intiharına səbəbolduğu üçün cəzalanıb və 3 il həbs cəzası almışdı. Budeikin həbsdə olsa da, oyunun  hələ də istifadəçiləri intihara sürüklədiyi fəaliyitini davam etdirdiyi ortaya çıxıb.

    Muxalifet3 - 21-06-2018

  2. FES dolları bahalaşdırdı: Manatın taleyi necə olacaq...

    Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcəsini artırması manata birbaşa təsir göstərməyəcək.
    Bu sözləri Mualifet.az-a ABŞ-ın Federal Ehtiyatlar Sisteminin qərarının manata təsiri ilə bağlı danışarkən Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, Azərbaycanda milli valyutanın qorunub saxlanılması üçün bütün şərtlər var:

    Muxalifet - 21-06-2018

  3. ABŞ qərarına ALMANİYADAN SƏRT TƏPKİ

    Alman hökumətinin insan haqları və humanitar yardım üzrə məsul vəzifəlisi Baerbel Boşlar, ABŞ-ın, BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarına təpki göstərib.
     

    Muxalifet3 - 21-06-2018

  4. ATƏT-in nümayəndə heyəti Bakıya gəldi

    ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gəlib.
    Muxalifet.az APA-ya istinadən xəbərinə görə, əvvəlcə Ermənistan və Gürcüstana səfər etmiş səfirlər ölkə rəhbərliyi, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər.
    Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir.

    Muxalifet - 21-06-2018

  5. TƏCİLİ: PKK-nın 2 LİDERİ YAXALANDI - QƏNDİLDƏ

    Türk əsgəri addım addım Qəndilə irəliləyərkən kritik bir iddia irəli sürülüb. Terror təşkilatı PKK-nın hələ ki, adları məlum olmayan 2 mühüm rəhbərinin tutulduğu qeyd olunub.
     
    “Aydınlıq” qəzetinin xəbərinə görə, gün ərzində adlarının açıqlanacağı bildirilən 2 yüksək səviyyəli PKK-lı liderin yaxalandığı və terrorçubaşı Öcalanın olduğu İmralı Adasındakı həbsxanaya aparıldıqları bildirilib.
     
    Bu hadisə sıradan biro lay deyil, əksinə Türkiyənin terrorla mübarizəsinə, hətta seçki nəticələrinə təsir edəcək bir hadisədir.

    Muxalifet3 - 21-06-2018

  6. Salah Misir yığmasını tərk edir...

    Misir yığmasının hücumçusu Məhəmməd Salahla Misir Futbol Federasiyasının rəhbərliyi arasında qalmaqal yaşanıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı “Eqipt Tudey” saytı yayıb. Sayt qalmaqala əsas səbəbin Misir yığmasının Dünya Çempionatına hazırlığı olduğunu bildirib. Belə ki, Salah federasiya rəhbərliyi ilə yığmanın çempionata hazırlığını yaxşı təşkil etməmələri ucbatından dalaşıb.

    Muxalifet - 21-06-2018

  7. Tansu Çillərdən DİQQƏT ÇƏKƏN AÇIQLAMA

    AK Partiyanın mitinqində “Milli Şüur” mesajı verən keçmiş baş nazir Tansu Çillər, “Bu gün içəridə elə qurumlar var ki, kəndirləri kənarda olan və bu ipdən yapışmağa çalışan seçki ittifaqlarıdır bunlar. Bu vəziyyəti çox böyük bir təhlükə kimi görürəm. 24 iyun seçkisində millətimə inanıram” deyərək, dolayısı ilə Milli İttifaq çətiri altında birləşən CHP-İP-DP və PKK-nın siyasi qolu olan HDP birliyinin məhz xaricdən təşkil olunub, idarə olunduğunu xalqa çatdırıb.
    Müxalifət.az

    Muxalifet3 - 21-06-2018

  8. ŞƏR İTTİFAQINDAN HƏRBİ HƏMLƏ

    İsrail, Yunanıstan və Cənubi Kiprin müdafiə nazirləri, regional təhlükəsizlik, hərbi əməkdaşlığın daha da artırılması, dəniz və enerji təhlükəsizliyinin təşviqi üçün cümə günü Cənubi Kiprdə bir araya gələcək.
     
    Yunanıstanın müdafiə naziri Panos Kammenos və İsrailin müdafiə naziri Aviqdor Liberman Cənubi Kiprə gedəcək. “Larnaka Zenon” axtarış və xilasetmə koordinasiya mərkəzində bir araya gələcək nazirlərin, əməkdaşlığı müzakirə edəcəyi bildirilir.
     
    QAZDAN SONRA HƏRBİ ƏMƏKDAŞLIQ
     

    Muxalifet3 - 21-06-2018

  9. Deputatdan ilginc təklif: Avtobuslarda gedişhaqqı aşağı salınsın...

    İctimai nəqliyyatın yer üstündə alternativsiz növü sayılan avtobuslarda oturan qadınlar əllərində yelpiklərlə, kişilər də yelpik götürmək ayıb sayıldığından cib dəsmalları ilə özlərini sərinlədirlər.
    Muxalifet.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa ictimai nəqliyyatda kondisioner probleminə münasibət bildirərkən deyib. O təklif edib ki, kondisionerlər işləmədiyinə görə avtobuslarda gedişhaqqı aşağı salınsın:

    Muxalifet - 21-06-2018

  10. Binəqədi susuz qaldı

    Binəqədi rayonun 7 və 8-ci mikrorayonlarında içməli suyun verilməsində iki gündür məhdudiyyətlər yaranıb.

    “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, bu gün ərzində sözügedən ərazilərə içməli suyun verilişi bərpa ediləcək.

    Muxalifet2 - 21-06-2018

  11. Nazirlikdə pambıq zəhərlənməsi ilə bağlı iclas keçirildi - TAPŞIRIQLAR

    Kənd Təsərrüfatı Nazirliyində İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə ilə bağlı iclas keçirilib.

    Nazirlikdən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı naziri İnam Kərimovun da iştirak etdiyi iclasda bölgələrin kənd təsərrüfatı idarəsinin rəhbərlərinə tapşırıqlar verilib.

    Muxalifet2 - 21-06-2018

  12. İranda qadınlara stadiona giriş hüququ verildi- İLK DƏFƏ

    İran hakimiyyəti qadınların “Azadi” stadionuna girişinə icazə verib.

    Trend-in məlumatına görə, 1979-cu ildən bəri ilk dəfə qadınlar bu hüququ əldə edib.

    Bununla yanaşı, Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində ötən gün baş tutan İran-İspaniya oyununu da izləmək imkanı qazanıblar.

    Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı qadınların stadiona giriş əldə etməyinə icazə vermişdi.

    Muxalifet2 - 21-06-2018

  13. Türkiyə yeni qırıcılarını bu gün ABŞ-dan alacaq

    Bu gün ABŞ Türkiyəyə satacağı “F-35” tipli qırıcı təyyarələrdən ilk ikisini təslim edəcək.

    Muxalifət.az xəbər verir ki, qırıcılar Texasda baş tutacaq mərasim Texas-Ford Vortda yer alan “Lokid Martin” bazasında keçiriləcək. Təslim ediləcək iki təyyarə türk pilotların təlim keçməsi üçün 2019-cu ilə qədər ABŞ-da qalacaq.

    Muxalifet2 - 21-06-2018

  14. Avtovağzalda MÜHÜM YENİLİK

    Bakı Beynəlxalq Avtovağzal Kompleksində tezliklə yeni “Nəqliyyat Qovşağı" istifadəyə veriləcək.

    Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilən məlumata görə, təlabata yeni avtostansiyalar təşkil ediləcək.

    Muxalifet2 - 21-06-2018

  15. Seçindən proqnoz: NEFT DEFİSİTİ GÖZLƏNİLİR

    Dünya bazarını yaxın 10 ildə neft defisiti gözləyir.

    Muxalifət.az xəbər verir ki, bunu “Rosneft” səhmdarlarının illik ümumi iclasında çıxışı zamanı “Rosneft” rəhbəri İqor Seçin deyib.

    Onun sözlərinə görə, neft defisiti 2025-ci ilə qədər 700-750 milyon ton həcmində olacaq.

    O, bu situasiyanın “Rosneft”ə dünya bazarında payını artırması üçün unikal imkanlar yaratdığını bildirib.

    Muxalifet2 - 21-06-2018

  16. Fədayə Laçından XƏBƏR VAR - Vəkili danışdı

    Məhbusların xüsusi təyinatlı qatardan qaçmasına görə həbs edilən müğənni Fədayə Laçının cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Muxalifət.az xəbər verir ki, vəkil Türkel Süleymanlının apa-ya verdiyi məlumata görə, iş üzrə əsas istintaq hərəkətləri yekunlaşıb: "Cinayət işinin materialları iyulun 15-dən sonra ərazi üzrə aidiyyəti məhkəməyə göndəriləcək".

    Muxalifet2 - 21-06-2018

  17. Beynəlxalq təşkilatlar ABŞ-a ETİRAZ EDİR – BMT İnsan haqları şurasından imtina Rusiya və Çini gücləndirəcək

    Dünya boyunca insan haqları qrupları ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxmaq qərarından məyus olublar və bu qərarı tənqid ediblər. Bir çox insan haqları müdafiəçiləri iyunun 19-da ABŞ-ın BMT-dəki səfiri Nikki Haley tərəfindən elan edilmiş qərarı Amerikanın bütün dünyada insan haqlarının müdafiəçisi rolunu tərk etməsi kimi qiymətləndiriblər.

    Obama-nın daha bir qərarından geri çəkilmə

    Muxalifet2 - 21-06-2018

  18. Türk əsgəri İRAN SƏRHƏDİNƏ DOĞRU İRƏLİLƏYİR

    PKK-lı terrorçuları Qəndildən təmizləmək üçün əməliyyata başlayan təhlükəsizlik qüvvələri, istiqamətini İran sərhədinə çevirib. Xüsusi Təyinatlı Qüvvələr, İran sərhədində yerləşən strateji Şekif aağına çatıb.
     

    Muxalifet3 - 21-06-2018

  19. Xəzərin sahilini zibilləyən şəxs CƏRİMƏLƏNDİ

    Şüvəlan qəsəbəsində Xəzər dənizi sahilində tullantıların qalaqlanması ilə bağlı şikayət daxil olub.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

    Araşdırma zamanı fakt öz təsdiqini tapıb. Tullantıların əraziyə Şüvəlan qəsəbə sakini Yusif Atayev tərəfindən atıldığı məlum olub.

    Muxalifet2 - 21-06-2018

  20. Avstriya məşhur kriminal avtoriteti Rusiyaya təslim etdi – Aslan Gagiyev isə həbsinin siyasi sifariş olduğunu iddia edir

    Rusiyanın Daxili İşlər Nazirliyi bildirir ki, sislsilə sifarişli qətllərdə əli olması iddia edilən kriminal avtorirtetlərdən biri aylarla davam edən hüquqi çəkişmədən sonra Avstriya tərəfindən Moskvaya ekstradisiya edilib.

    Nazirliyin sözçüsü İrina Volk iyunun 20-də deyib ki, həm də “Dzhako” ləqəbi ilə tanınan 47 yaşlı Aslan Gagiyev polisin müşayiəti ilə Moskvaya göndərilib.

    Muxalifet2 - 21-06-2018

Pages