Axtarış

The search found 105805 results in 0.094 seconds.

Search results

  1. Xidmət rəisi işdən çıxdı - Ərizə yazaraq...

    Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

    Dövlət Fitosanitar Nəzarəti Xidmətdən Muxalifət.az-a verilən məlumata görə, o, başqa işə keçdiyi üçün ərizə yazaraq işdən çıxarılmasını istəyib.

    C.Quliyevin yerinə Ələddin Eyvazov təyin olunub.

    Xidmətdən C.Quliyevin işdən çıxarılmasının papmıqçıların zəhərlənməsi ilə əlaqədar olması ilə bağlı yayılan məlumatı təkzib ediblər.

    Muxalifet2 - 20-06-2018

  2. Türk ordusuna raketlə hücum: 2 ŞƏHİD, 1 YARALI

    Türkiyənin Hakkari bölgəsinin Çukurca mahalında PKK terrorçuları hərbi maşına raketlə hücum edib.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu barədə TSQ-nın Baş Qərargahından informasiya yayılıb.

    Məlumata görə, Harkabirim Təpə hərbi baza ərazisindən enən hərbi maşına hücum zamanı 2 əsgər şəhid olub, daha biri yaralanıb.

    Muxalifet2 - 20-06-2018

  3. ABŞ-ın narahatlığı: TÜRKİYƏ SURİYADA KÖK SALIR...

    Türkiyə Suriyadakı hərbi varlığını gücləndirməklə bölgəni öz nəzarətinə götürür.

    Muxalifət.az xəbər verir ki, bu fikirlər “Associated Press” (AP) agentliyinin təhlilində yer alıb.

    Məqalədə Türkiyənin Suriya xalqına xərclədiyi maliyyə vəsaiti də vurğulanıb. Məsələn, yeni çəkilən asfalt yol türk qəsəbəsi ilə Suriyanın Əl-Bab rayonunu birləşdirir. Küçələrdə Türkiyə və Suriya bayraqları yanaşı dalğalanır. Hökumət binalarına vurulan lövhələrdə ərəb və türk dillərindən istifadə olunur.

    Muxalifet2 - 20-06-2018

  4. Türkiyədən ABŞ-a CASUS-KEŞİŞ BRUNSON MESAJI

    Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, F-35 döyüş təyyarələrinin təhvili qarşılığında FETÖ istintaqı ilə bağlı həbsdə olan Amerikalı casus- keşiş Endryu Brunsonun sərbəst buraxılması tələbinin bir təhdid olduğunu deyib
     
    Baş nazirin müavini və hökumət sözçüsü Bəkir Bozdağ, "F-35 layihəsi çərçivəsində Türkiyə üçün istehsal olunan təyyarələrlə bağlı lazımi təmaslar həyata keçirilmişdir. Sabah F-35-in ilk təslim mərasimi keçiriləcəkdir" deyib.

    Muxalifet3 - 20-06-2018

  5. Şengen vizasının qiyməti artır

    Avropa İttifaqı Şengen vizasının dəyərini artırmaq qərarına gəlib.

    Avropa İttifaqı Şurası viza məcəlləsinə dəyişikliklər təklifi ilə bağlı danışıqlara başlayacaq.

    Qeyd olunur ki, dəyişikliklərə əsasən, viza üçün altı ay əvvəlcədən və səfərə azı 15 gün qalanadək müraciət etmək olar.

    Dəyişikliklərdən sonra Şengen vizasının qiymətinin 80 avroyadək artırılacağı gözlənilir. (trend)

    Muxalifet2 - 20-06-2018

  6. SOCAR fəhlələrinin zarafatı QƏTLLƏ NƏTİCƏLƏNDİ

    Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

    Muxalifət.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

    İttihama görə, ötən il dekabrın 12-də Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində fəhlələr Anar Əsgərov və Azər Xalıqov arasında mübahisə yaranıb.

    Muxalifet2 - 20-06-2018

  7. ABŞ-dan neft bazarlarını silkələyəcək qanun gəlir – Tramp hökuməti ucuz neft üçün OPEC-lə SAVAŞA HAZIRLAŞIR

    “ABŞ müxtəlif ölkələrlə ticarət savaşlarının ardınca, konkret təşkilatların üzərinə yeriməyə hazırlaşır. “Neft istehsal və ixrac edən kartellərə qarşı addımlar haqqında” qanun layihəsi Konqresin baxışına təqdim edilib. Qanun layihəsi neft bazarında hər cür sövdələşmələri qanunsuz sayır və 100 il əvvəl qəbul edilmiş Şermanın antiinhisar qanunun tələblərinin OPEC-ə tətbiqini nəzərdə tutur. O zaman Şerman qanunu Rokfeller imperiyasının monopol gücünün sarsıdılmasını hədəfə almışdı”.

    Muxalifet2 - 20-06-2018

  8. Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - DETALLAR - VİDEO

    Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya çıxıb.

    Muxalifət.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri Su-30SM-lərin Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj Sarkisyan hakimiyyəti dövründə bağlandığını yazıb.

    Muxalifet2 - 20-06-2018

  9. Avropa İttifaqı ABŞ-a qarşı hərəkətə keçdi – CAVAB TƏDBİRLƏRİ TƏSDİQLƏNDİ

    Avropa İttifaqı (Aİ) ABŞ-ın polad və alüminium idxalına gömrük rüsumlarının tətbiq edilməsi ilə bağlı qərarına cavab tədbirlərini təsdiqləyib.

    Bu barədə Avropa Komissiyası məlumat yayıb.

    Məlumata görə, bu tədbirlər iyunun 22-dən qüvvədə olacaq və ümumi dəyəri 2,8 mlrd. avro təşkil edən bir sıra malları əhatə edəcək/Report.

    Muxalifet2 - 20-06-2018

  10. Ər arvadını namaz qılarkən 7 yerindən bıçaqladı - AĞSUDA DƏHŞƏT - VİDEO

    Ağsu rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

    Muxalifət.az apa-ya istinadən xəbər verir ki, Qaraqaşlı kənd sakini, 1988-ci il təvəllüdlü Namiq Həsənov həyat yoldaşı, 1992-ci il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını bıçaqlayıb.

    Şəbnəm Həsənli təcili tibbi yardım stansiyasının avtomobili ilə Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. Çoxlu qan itirdiyi üçün vəziyyəti ağırdır. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

    Muxalifet2 - 20-06-2018

  11. Elşad Miraləm Diaspor Komitəsindəki VƏZİFƏSİNDƏN AYRILDI

    Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub. APA-nın əldə etdiyi məlumatına görə, E. Miraləm öz xahişi ilə işindən ayrılıb.

     E. Miraləm 14 il il komitədə çalışıb, fəlsəfə doktoru və Prezident mükafatçısıdır.

     Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

    Muxalifet2 - 20-06-2018

  12. Azərbaycan yeni hərbi helikopterlər alıb

    Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.

    Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.

    “Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib.

    Onun sözlərinə görə, 26 iyunda keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.

    Muxalifet2 - 20-06-2018

  13. Hərbi Prokurorluğunun mətbuat xidmətinə YENİ TƏYİNAT

    Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

    Firad Fuad oğlu Əliyev respublika hərbi prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri təyin edilib.

    Qeyd edək ki, bundan əvvəl Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri vəzifəsində uzun illər Əfrahim Təhməzov çalışıb. (apa)

    Muxalifet2 - 20-06-2018

  14. NATO ilə sərhəddə silahları gücləndiririk, amma… – RUSİYA

    Rusiya ordusunun imkanları NATO-ya üzv ölkələrlə təmas xəttində artırılır.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu deyib. Onun sözlərinə görə, Rusiya ordunun imkanlarını yalnız öz ərazisində artırır.

    O, ordunun imkanlarının yeni silahlar və hərbi hazırlığın artırılmasıyla yüksəldiyini bildirib.

    Şoyqu NATO ilə sərhəddə şəxsi heyətin sayının artırılmadığını deyib.

    Muxalifet2 - 20-06-2018

  15. ALMANİYA: “BİOLOJİ HÜCUMUN QARŞISINI ALDIQ”

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Almaniya polisi bir nəfər şübhəlinin tutulması nəticəsində ölkədə böyük bir bioloji hücumun qarşısının alındığını bildirib.

    AFP informasiya agentliyi Almaniyada ötən həftə yaxalanan bir nəfər Tunis vətəndaşının evində zəhərli bioloji “risin” maddəsinin tapıldığını, bununla yanaşı, bomba hazırlanmasında istifadə edilən materialların ələ keçirildiyini bildirib.

    Almaniya Federal Kriminal Polis Departamentinin rəhbəri olan Holger Münh Almaniyaya qarşı bioloji hücumun planlaşdırıldığını bəyan edib.

    Muxalifet2 - 20-06-2018

  16. Yasamal Rayon İcra Hakimiyyətində dəyişiklik – BİRİNCİ MÜAVİN İŞDƏN ÇIXARILDI

    Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının birinci müavini Səməd İslamov işdən çıxarılıb.
    “Report” xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
    Digər sərəncamla Rzayev Elçin Adil oğlu Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.
    E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində işləyib. O, bir müddət əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

    Muxalifet2 - 20-06-2018

  17. Zaxarova: "ABŞ kosmosda hərbi əməliyyatlar aparmaq istəyir"

    Rəsmi Moskva ABŞ-ın hərbi-kosmik qüvvələrinin yaradılması barədə qərara münasibət bildirib.

    Bununla bağlı danışan Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu, Vaşinqtonun kosmosa silah çıxarmaq niyyətini növbəti dəfə təsdiq edir.

    Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbi-kosmik qüvvələrin Hərbi Hava Qüvvələrinin tərkibindən çıxarılması barədə göstəriş verib.

    M.Zaxarova əlavə edib: "Bu addım bir daha sübut edir ki, ABŞ-ın kosmosda hərbi əməliyyatlar aparmağa istiqamətlənmiş planları var. (trend)

    Muxalifet2 - 20-06-2018

  18. “Mən zəhərlənən pambıqçılara görə..." - İstefa verən rəisdən AÇIQLAMA

    Xəbər verdiyimiz kimi, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb.

    Muxalifət.az xəbər verir ki, unikal.org-a açıqlama verən Camal Quliyev zəhərlənən pambıqçılara görə işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib:

    Muxalifet2 - 20-06-2018

  19. "Qarabağ"ın oyununun vaxtı dəyişdi - UEFA-dan yeni qərar

    Uefa Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ” və “Olimpiya” (Sloveniya) arasında keçiriləcək oyunların vaxtını dəyişdirib.

    "Qarabağ"ın baş meneceri Asif Əsgərovun Qol.az-a verdiyi məlumata görə, Lüblyanada keçiriləcək ilk görüş əvvəlcədən nəzərdə tutulduğu kimi iyulun 11-də yox, 10-da olacaq. Bakıda keçiriləcək cavab matçı da əvvəlcə nəzərdə tutulduğundan bir gün tez - iyulun 17-də olacağı gözlənilir.

    UEFA Sloveniya klublarının Avroliqa oyunlarının üst-üstə düşmə ehtimalını nəzərə alaraq, ÇL-in bəzi oyunlarının tarixində dəyişiklik edib

    Muxalifet2 - 20-06-2018

  20. “Dodaq qənimi” olan klinika rəhbəri meydan oxudu - VİDEO

    Onların nəsli tükənə bilər, ancaq mənim, Elnarə Rzayevanın klinikası bağlana bilməz.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri son günlər mətbuatda haqqında gedən şikayətlər və ona müraciət edən pasiyentlərin dodaqlarını müalicə etmək adı ilə yandıran kosmetoloq Elnarə Rzayeva klinikasının başlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.

    Muxalifet2 - 20-06-2018

Pages