Axtarış

The search found 105805 results in 0.154 seconds.

Search results

  1. Türk ordusundan PKK-ya növbəti zərbə

    Türkiyə Silahlı Qüvvələri Qəndilə yekun hücum ərəfəsində PKK-nın sonuncu dayaq nöqtəsi hesab olunan Hakurka daxil olub.
    Muxalifet.az xəbər verir ki, bununla da TSQ bir gün ərzində Şimali İraqda 4 kilometrə qədər irəliləyib.

    Muxalifet - 20-06-2018

  2. Ordumuz döyüş əmrini yerinə yetirməyə hazırdır

    Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.
    Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.
    “Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

    Muxalifet - 20-06-2018

  3. Putin Serji 600 milyona satdı

    Ermənistan Müdafiə Nazirliyi ölkədə hakimiyyət dəyişikliyindən az öncə Rusiyadan Su-30CM təyyarələrinin 2024-cü ilə qədər alışından imtina edib.

    Muxalifet - 20-06-2018

  4. Elşad Miraləm Diaspor Komitəsindəki vəzifəsindən azad edildi

    Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Elşad Miraləm vəzifəsindən azad olunub.
    Muxalifet.az bildirir ki, apa-nın əldə etdiyi məlumatına görə, E. Miraləm öz xahişi ilə işindən ayrılıb.
    E. Miraləm 14 il il komitədə çalışıb, fəlsəfə doktoru və Prezident mükafatçısıdır.
    Qeyd edək ki, aprelin 11-də keçirilən prezident seçkilərindən sonra hökumətin yenidən formalaşdırılması zamanı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub.

    Muxalifet - 20-06-2018

  5. Nurgül Yeşilçay uğursuz estetik əməliyyatlarından danışdı - FOTO

    Türkiyəli kino ulduzu uğursuz estetik əməliyyatlarından danışıb. Muxalifet.az “Haberler”ə istinadən xəbər verir ki, üzünü botoks etdirən 42 yaşlı aktrisa peşman olduğunu bildirib: “Bəli, botoks qurbanı oldum. Qaza gəldim, dozasını qaçırtdım. Dəri baxımına gedirdim. Bu il bir az boş vaxtım vardı. Orada deyilənlərə qulaq asmağa başladım. Allahdan botoks müvəqqəti idi, yoxsa yanmışdım. Mənə Çox gözəl oldun deyirdilər, mən də inanırdım. Əsl şüursuzluq! Sonra hamı üstümə gələndə anladım ki, səhv var”.

    Muxalifet - 20-06-2018

  6. Rusiyanın hücumuna hazır olmalıyıq...

    Litva Rusiya hücumuna hazır olmalıdır.
    Muxalifet.az xəbər verir ki, bunu Almaniyanın “Der Şpigel” jurnalına müsahibəsində Litva Prezidenti Dalya Qribauskayte deyib.
    “Biz müdafiəyə hazır olmasaq, təhdid böyüyəcək. Litva müdafiə olunmaq istədiyini göstərsə, ona heç kim hücum etməyəcək. Ölkə buna mental, siyasi, texniki baxımdan hazır olmalıdır. Rusiya ordusu Baltikyanı və Polşa sərhədində NATO qüvvələrindən 10 dəfə çoxdur”, – deyə o bildirib.

    Muxalifet - 20-06-2018

  7. Gömrük keçid məntəqəsində ölüm hadisəsi

    Astara gömrük keçid məntəqəsində ölüm hadisəsi baş verib.
    Muxalifet.az-ın “Report”a istinadən xəbərinə görə, İran vətəndaşı 1965-ci il təvəllüdlü Şadman Maaref Əli dünyasını dəyişib.
    Onun ölümünün səbəbləri araşdırılır.

    Muxalifet - 20-06-2018

  8. Bu müsəlman ölkənin lideri yenidən İrəvana gəlir

    Ermənistan Baş naziri Nikol Paşinyan Livanın Ermənistandakı səfiri Maya Daqeri ilə görüşüb.
    Bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb. Tərəflər Ermənistan-Livan münasibətlərini müzakirə ediblər. Daqeri həmçinin Livan Prezidenti Mişel Aunun İrəvanda keçiriləcək Frankfoniya sammitinə qatılacağını bildirib.
    Qeyd edək ki, Frankfoniya sammiti oktyabrda İrəvanda keçiriləcək. Tədbirə dünyanın bir sıra liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makronun qatılması gözlənilir.
    Aun sonuncu dəfə Ermənistana cari ilin fevralında gəlib.

    Muxalifet - 20-06-2018

  9. Avropa İttifaqının Təhlükəsizlik Şurası yaradılacaq

    Almaniya və Fransa Avropa İttifaqının Təhlükəsizlik Şurasını yaratmaq qərarına gəlib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin rəsmi saytında dərc edilib.
    Məlumatda bildirilir ki, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqında islahata dair təklifləri müzakirə edib və Aİ Təhlükəsizlik Şurasının yaradılmasını fikrini dəstəkləyiblər. A. Merkel deyib ki, bu müzakirələr Avropa İttifaqının inkişafı və ölkələr arasında əməkdaşlıq üçün yeni imkan açıb.

    Muxalifet - 20-06-2018

  10. Rusiyanın geosiyasi layihəsi TÜRKİYƏNİN MARAQLARINA QARŞIDIR - Şok ssenari

    Türkiyə, Suriyanın gələcəyi məsələsində Rusiya və İranla əməkdaşlıq edir, amma Rusiyanın o gələcək məsələsində Türkiyənin mənafeləri ilə tam üst-üstə düşməyən bir yeni sülh rejimi çalışması da var.
     
     Suriyanın Tartus bölgəsindəki Manara sahəsində  (Aralıq dənizi sahilindəki bölgə) Putinə çox yaxın olan iki Rus oliqarxı bu bölgədə böyük turizm bazaları yaratmaq üçün çalışır.

    Muxalifet3 - 20-06-2018

  11. Bu ölkələrin ətəyi altına girənləri məhv edirik - Ərdoğan

    Suriyada imperialist məqsədləri olan ölkələrin ətəyi altına girib kantonçuluq oynayanlar tək-tək dərslərini alırlar.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Suriya xalqına zülm edərək özlərinə bir terror koridoru qurmağa çalışanların bir müddət əvvəl “Fərat qalxanı”nda, bu ilin əvvəlində isə Afrində dərslərini vermişdik. İndi də Menbiçdə dərslərini veririk”, - Ərdoğan bildirib.

    Muxalifet - 20-06-2018

  12. Könül Xasıyeva əməliyyat olunacaq

    Xəstəlik pis şeydir, Allah heç kimə göstərməsin.
    Muxalifet.az axşam.az-a istinadən bildirir ki, bu sözləri xalq artisti Könül Xasıyeva "Xəzər maqazin"ə açıqlamasında deyib. Uzun müddətdir səhhətində yenidən problem yaranan muğam ifaçısı göz yaşlarını saxlaya bilməyib.
    K.Xasıyeva övladının da səhhətində problemlər olduğunu söyləyib:
    "Həmişə el içində olan adam üçün indi həyat darıxdırıcıdır. Əvvəl şəkərim yox idi, indi onu da tapdım. Həm də astmadan əziyyət çəkirəm. Tək arzum övladım Kazımın toyunu görməkdir.

    Muxalifet - 20-06-2018

  13. Abel Məhərrəmovun səfir oğlu haqda SENSASİON İDDİA – “Diplomatik möhür altında çaxır alveri ilə məşğuldur”

    Bakıda fəaliyyət göstərən “Mona Liza”, “Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər. Məlumatlı mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir.

    Muxalifet4 - 20-06-2018

  14. Əfqanıstanda 30 hərbçi öldürüldü

    Əfqanıstanda “Taliban” silahlılarının iki Nəzarət-Buraxılış Məntəqəsinə hücumu nəticəsində azı 30 hərbçi həlak olub.
    Muxalifet.az “Reuters”ə isatinadən xəbər verir ki, bunu yerli hökumət nümayəndəsi bildirib.
    Hadisə iyunun 20-də ölkənin şimal-qərbində yerləşən Badqis vilayətində baş verib.
    Qeyd edək ki, Əfqanıstan Prezidenti Əşrəf Qəni Ramazan bayramı münasibətilə iyunun 15-dən 17-dək birtərəfli atəşkəs elan etmişdi. “Taliban” qruplaşması atəşkəs rejiminin uzadılması təklifini qəbul etməyib.

    Muxalifet - 20-06-2018

  15. RUSİYA SANKSİYALARIN LƏĞVİNDƏ MARAQLI DEYİL - Moskvanın "dovşana qaç, tazıya tut" siyasəti - TƏHLİL

    Nikolay Kojanov
    “Əl-Cəzirə”

    Mayın 8-də ABŞ prezidenti Donald Tramp İranla nüvə sazişindən imtina etməyi qərara alıb və İrana sərt sanksiya tətbiq edib. Bu hərəkət avropalı müttəfiqləri müqaviləni xilas etməyə sövq edib, iranlı rəsmilər isə Çin və Rusiyaya güvənməyə çalışırlar.
    Bununla yanaşı, bəzi analitiklər Trampın Ortaq Kompleks Tədbirlər Planını (JCPOA) tərk etmək qərarından faydalanmağı təklif edir və ABŞ sanksiyalarının ləğvindən daha çox onların saxlanılmasında maraqlıdırlar.

    Muxalifet - 20-06-2018

  16. ​Ramin Hacılı barəsində həbs qətimkan tədbiri seçildi

    Dövlət sərhədini qanunsuz keçmək istəyərək saxlanılan Ramin Hacılı barəsində cinayət işi başlanılıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq İdarəsində onun barəsində 29, 318.1-ci (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
    Səbail Rayon Məhkəməsinin qərarı ilə R.Hacılı barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    O, ittihamı qəbul etmədiyini deyib.
    Daha sonra R.Hacılı Bakı İstintaq Təcridxanasına köçürülüb.

    Muxalifet4 - 20-06-2018

  17. DÇ-2018: Ən yaşlı oyunçu Rusiyaya məğlubiyyətə görə Misir xalqından üzr istəyib

    Misir milli komandasının kapitanı Essam əl-Hadari futbol üzrə dünya çempionatında II turun açılış matçında Rusiyaya 1:3 hesablı məğlubiyyətlə əlaqədar üzr istəyib.

    Muxalifet - 20-06-2018

  18. ABŞ-dan hər ağızdan bir avaz: “TÜRK ƏSGƏRİ MÜNBİÇƏ GİRMƏYƏCƏK” İDDİASI

    ABŞ-ın Suriya və İraqda İŞİD-ə qarşı yeritdiyi “Təbii Qətiyyətlilik Əməliyyatı”nın sözçüsü polkovnik Sean Ryan, Pentaqon müxbirlərinə verdiyi açıqlamada Türk əsgərinin Münbiç mərkəzinə daxil olmayacağını deyib.
     

    Muxalifet3 - 20-06-2018

  19. Türkiyədə dəhşətli avtomobil qəzası...

    Türkiyənin Əskişehir əyalətinin Sivrihisar rayonunda baş verən avtomobil qəzasında 5 nəfər ölüb, 2 nəfər yaralanıb.
    Muxalifet.az “Haber7”yə istinadən xəbər verir ki, avtomobil Sivrihisra-Eskişehir avtomobil yolunda dəmir baryerlərə çarpılaraq aşıb.
    Ölənlərin hamısı bir ailənin üzvləridir.
    Yaralıların həyatı üçün təhlükə olmadığı bildirilib.
    Hadisənin səbəbi araşdırılır.

    Muxalifet - 20-06-2018

  20. PENTAQON TÜRKİYƏ İLƏ BAĞLI QƏRARINI VERDİ

    Muxalifet.az xəbər verir ki, Pentaqon iyunun 21-də iki ədəd F-35 hərbi təyyarəsini Türkiyəyə təhvil verəcəyini bəyan edib.
    ABŞ Senatının Türkiyəyə F-35 hərbi təyyarəsi satışını əngəlləyən qanun layihəsini təqdiqləməsinə rəğmən, ABŞ Müdafiə Nazirliyi bəyan edib ki, Texas ştatının Fort Vors şəhərinə keçiriləcək mərasimdə iki ədəd təyyarə Türkiyəyə təhvil veriləcək. Məlumatı Pentaqonun mətbuat nümayəndəsi Mayk Endrüs verib.

    Muxalifet - 20-06-2018

Pages