Axtarış

The search found 105805 results in 0.107 seconds.

Search results

  1. Ukraynada etirazlar başladı: parlament binasına hücum - FOTO

    Ukraynada Ali Rada binasının qarşısında şaxtaçılar, Çernobıl əlilləri və Əfqanıstan müharibəsi veteranları aksiya keçirirlər.

    Muxalifət.az-ın Ukraya KİV-ə istinadən xəbərinə görə, onlar əmək haqqına görə yığılan borcların ödənilməsini və vacib sosial standartların təmin edilməsini tələb edirlər.

    Muxalifet2 - 19-06-2018

  2. Məşhur reper ÖLDÜRÜLDÜ

    ABŞ-ın Pitsburq şəhərində “Jimmy Wopo” ləqəbli məşhur reper Treyvon Smart öldürülüb.

    Muxalifət.az xəbər verir ki, Smartın avtomobili avtomat silahlardan atəşə tutuub. Reper və yanında olan şəxs dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq Smartın həyatını xilas etmək mümkün olmayıb.

    Muxalifet2 - 19-06-2018

  3. İşğal edilmiş ərazilərlə bağlı B PLANI - Nazirin müşaviri AÇIQLADI

    Ukraynanın işğal edilmiş ərazilər üzrə müvəqqəti işlər nazirinin müşaviri Aleksandr Levçenko Kiyevin B planını açıqlayıb.
    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki,Levçenko B planının Krıma aid olduğunu bildirib.

    Muxalifet2 - 19-06-2018

  4. Sabah hava necə olacaq? – PROQNOZ AÇIQLANDI

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Şimal küləyi əsəcək.

    Muxalifət.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, iyunun 20-də Abşeron yarımadasında gecə 18-21° isti, gündüz 27-32° isti, Bakıda gecə 19-21° isti, gündüz 29-31° isti olacağı gözlənilir. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 40-50% olacaq.

    Muxalifet2 - 19-06-2018

  5. ALMANLAR: “Bir neçə ildən sonra balans dəyişəcək!” - TÜRKİYƏ VAR GÜCÜ İLƏ SİLAHLANIR

    Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Almaniya mətbuatı Türkiyənin Yunanıstanı çox geridə qoyaraq güclənəcəyindən yazıb.

    Yunan iqtisadiyyatının gündən-günə pisləşdiyini bildirən almanlar Türkiyənin Avropa üçün daha da mühüm mövqedə duracağını yazıblar.

    Almaniyada dərc edilən “Die Welt” qəzetində (Boris Kalnoky imzası ilə dərc edilən yazıda) Türkiye ilə Yunanistan arasındaki gərginlikdən bəhs edilib.

    “Türkiyə var qüvvəsi ilə silahlanır”

    Muxalifet2 - 19-06-2018

  6. “Qarabağ”ın rəqibi bəlli oldu - PÜŞKATMA

    Bu gün İsveçrənın Nyon şəhərində UEFA Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.

    Trend-in məlumatına görə, püşkatma nəticəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ağdam təmsilçisi 1-ci mərhələdə Sloveniyanın "Olimpiya Lyublyana" klubu ilə qarşılaşacaq.

    "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

    Muxalifet2 - 19-06-2018

  7. Baş nazir Münbiçdən SONRAKI HƏDƏFİ AÇIQLADI

    Türkiyənin baş naziri Binalı Yıldırım, “Kobani, Qamışlı, Hasəkə - bu bölgələrdə də təəssüf ki, hazırda PKK-nın davamı PYD/YPG ciddi mənada ABŞ-ın silah dəstəyi ilə güclü vəziyyətə gəldi. Bundan sonrakı hədəf, o bölgələri də təhlükəsiz bölgə halına gətirmək olacaq” deyib.
    Müxalifət.az

    Muxalifet3 - 19-06-2018

  8. ABŞ kəşfiyyatının Şimali Koreya bilgiləri: 36 İL ÖNCƏ...

    ABŞ-ın kəşfiyyat xidməti Şimali Koreyanın 3 mindən çox nüvə və raket obyekti olduğunu müəyyən edib.

    Muxalifət.az xəbər verir ki, məlumatı Cənubi Koreyanın “Munliva Ubo” qəzeti yayıb.

    Xəbərə görə, ABŞ kəşfiyyatı Şimali Koreyanın məxfi nüvə fəaliyyətinə 1982-ci ildə başladığını müəyyən edib. Ötən 36 ildə Şimali Koreya nüvə obyektlərinin sayını çoxaldıb.

    Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İnin imzaladığı razılaşmaya baxmayaraq bu nüvə obyektlərinə nəzarət beynəlxalq səviyyədə ciddi problem olacaq.

    Muxalifet2 - 19-06-2018

  9. Ərdoğan açıqladı: Bu futbolçunun HEYRANIYAM

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan portuqaliyalı futbolçu Kristiano Ronaldonun heyranı olduğunu bildirib.

    Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, “Gənclik və Texnologiya görüşü” verlişində gənclərin suallarını cavablandıran Ərdoğan dünya çempionatı və Ronaldo haqqında fikirlərini söyləyib. O, Portuqalya və İspaniya qarşılaşmasında Ronaldonun vurduğu 3 qolun əhəmiyyətli olduğunu söyləyib:

    Muxalifet2 - 19-06-2018

  10. Azərbaycan ordusu Ermənistan İHA-sını VURDU

    Azərbaycan, Fizuli-Xocavənd bölgəsində Ermənistana aid İnsansız Hava vasitəsini vuraraq salıb.
     
    Azərbaycan Müdafiə Nazirliyindən edilən açıqlamada, Fizuli-Xocavənd rayonu istiqamətində Azərbaycan mövqeləri üzərindən uçurulan Ermənistan Silahlı Qüvvələrinə aid "X-55" İHA Azərbaycan Hərbi Hava Qüvvələri Hava Müdafiə Qüvvələri tərəfindən aşkar edilərək məhv edildiyi bildirilib.
    Nazirlik, vurulan İHA-nın görüntülərini paylaşıb.

    Muxalifet3 - 19-06-2018

  11. İran ABŞ-a hücuma hazırlaşır - O bölgəyə ORDU YERİDİLDİ

    İran Əsəd ordusu ilə birlikdə Suriyanın cənubundakı Dera bölgəsinə hücuma hazırlaşır.

    Muxalifət.az xəbər verir ki, Suriya ordusu dünən gecə Deranın şərqinə ən azı 60 zirehli avtomobil göndərib.

    Hücum ABŞ-ın bölgədə dəstəklədiyi qruplara qarşı həyata keçiriləcək.

    Muxalifet2 - 19-06-2018

  12. Tansu Çillər SÜKUTU POZDU: "Bu yola probelm həll olunmaz, çətin bir mərhələdəyik”

    Türkiyənin sabiq baş naziri Tansu Çillər 24 iyunda keçiriləcək prezident seçkiləri barədə proqnoz verməkdən çəkinib.

    Uzun müddət mətbuata danışmayan Tansu Çillər CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə tərəfindən “1990-cı illərin simvolu”adlandırılmasından sonra sükutu pozmaq qərarına gəlib.

    Tansu Çillər bildirib ki, koalisiya hökuməti çətin durum yaradır və bunu siyasi həyatında şəxsən yaşayıb:

    Muxalifet2 - 19-06-2018

  13. Daha bir ölkə səfirliyi Qüdsə köçürür

    Kolumbiya İsrailin Təl Əviv şəhərindəki səfirliyini Qüdsə köçürə bilər.

    Muxalifət.az xəbər verir ki, bunu Kolumbiyanın yeni seçilən Prezidenti İvan Duque Markez söyləyib.

    O, özünü İsrailin dəstəkçisi kimi təqdim edib.

    İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi Modi Əfraim Duquenin seçilməsini məmnuniyyətlə qarşıladıqlarnı deyib.

    Qeyd edək ki, bundan öncə ABŞ, Qvatemala və Paraqvay İsraildəki səfirliyini Təl Əvivdən Qüdsə köçürüb.

    Muxalifet2 - 19-06-2018

  14. Kamran Quliyev: "Neftçi" Avropa Liqasında I təsnifat mərhələsini keçməlidir"

    "Neftçi" klubunun prezidenti Kamran Quliyev Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri dəyərləndirib.

    K.Quliyev "Report"a açıqlamasında 5 mümkün rəqibdən heç birinin zəif olmadığını söyləyib. Bununla yanaşı, klub rəsmisi flaqmanın mərhələ adlamasının vacibliyini dilə gətirib: "Düzdür, rəqiblərimiz zəif deyillər. Lakin özümüz də zəif deyilik. Biz bu mərhələni keçməliyik. Təbii ki, istənilən rəqibə ciddi yanaşmalıyıq. Amma növbəti mərhələyə yüksəlmək üçün kifayət qədər potensialımız var".

    Muxalifet2 - 19-06-2018

  15. Bezosun sərvəti 141 milyardı keçdi – YENİ REYTİNQ

    "Amazon" şirkətinin qurucusu Ceff Bezosun sərvəti artmağa davam edir.

    Qaynarinfo.az xəbər verir ki, Forbes jurnalına görə, Bezosun sərvəti 1 iyundan bəri 5 milyard artıb və 141,9 milyard dollara çatıb. Dünyanın ən varlı şəxsi olan Ceffin sərvəti Bill Qeytsin pulundan 49 milyard, Vorren Baffetin sərvətindən isə 60 milyard dollar çoxdur.

    O, bu ilin əvvəllərində dünyanın ən varlı şəxsi statusuna yiyələnib. "Amazon" Əpldan sonra dünyanın ən yüksək qiymətə sahib şirkətidir.

    Muxalifet2 - 19-06-2018

  16. Kiyevdə mitinq: 2 POLİS YARALANDI (VİDEO)

    Ukrayna parlamentinin binası qarşısında veteranlar və şaxtaçıların mtinqi aksiyaçılarla polis arasında toqquşma nəticəsində iki asayiş keşikçisi xəsarət alıb.

    "İnterfax" xəbər verir ki, bu barədə Ukrayna Daxili İŞlər Nazirliyindən bildiriblər.

    İnformasiyaya əsasən, mitinq iştirakçılarından biri saxlanılıb.

    Məlumata görə, iyunun 19-da 2 minə yaxın veteranlar təşkilatı təmsilçiləri və şaxtaçılar Kiyevin Konstitusiya meydanında güzəştlərinin saxlanılmasını tələb ediblər. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma olub. /report/

    Muxalifet2 - 19-06-2018

  17. Dünyanın ən bahalı müharibə silahları - AĞLASIĞMAZ QİYMƏTLƏR - FOTOLAR

    Dünyadakı supergüclər milyardlarla dollarlıq müdafiə sənayesi büdcələri ilə ordularını yeni silahlarla təmin etmək üçün çalışır. Gündən-günə inkişaf edən texnologiya ilə birlikdə müasirləşən silah-sursatların qiymətləri bir çox ölkənin ümumdaxili xərclərindən belə qat-qat çox olur.

    Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, dünyanın ən bahalı silahlarını təqdim edir:

    10. INS Vikramaditya

    Qiyməti: 2 milyard 350 milyon dollar

    Muxalifet2 - 19-06-2018

  18. Deputatdan “şortik qalmaqalı”na reaksiya: "Ata-anası görmür o qız necə geyinir?"

    "Atası-anası onu hər gün evdə görmür? Görmürlər, o uşaq necə geyinir?"

    Muxalifət.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında Bakı metrosunda gənc qızın şortik geyinməsi ilə bağlı yaranan qalmaqala münasibət bildirən Milli Məclisin deputatı Ağacan Abıyev deyib.

    Ağacan Abıyevin fikrincə, valideynlər uşaqlarının geyim məsələsinə diqqətlə yanaşmalıdırlar:

    "Vallah, bu məsələdə siz necə düşünürsüzsə, mən də elə düşünürəm. Sizə bir şey deyim, bizdə geyimə görə qadağa yoxdur, kim necə istəyir, elə də geyinir.

    Muxalifet2 - 19-06-2018

  19. Yapon şahzadəsi 102 ildən sonra RUSİYADA

    Yaponiya şahzadəsi Takamado Dünya Çempionatını izləmək üçün Rusiyaya gedib.

    Muxalifət.az xəbər verir ki, Takamado 1916-cı ildən sonra Rusiyaya səfər edən kral ailəsinin ilk üzvü kimi tarixə düşüb. 102 ildən sonra ilk dəfə baş tutan səfərdə şahzadənin Rusiya rəsmiləri ilə görüşü olmayacaq.

    Şahzadə bu gün Mordoviya arenasında keçiriləcək Yaponiya-Kolumbiya qarşılaşmasını izləyəcək.

    Muxalifet2 - 19-06-2018

  20. Qorxunc gəmi qəzası: 128 NƏFƏR İTKİN DÜŞDÜ

    İndoneziyanın dünyaca məşhur Toba gölündə sərnişin daşıyan gəmi batıb.

    Muxalifət.az xəbər verir ki, hadisə nəticəsində gəmidə olan 128 nəfər suda itkin düşüb.

    İndoneziyanın “Antara” xəbər agentliyinin verdiyi məlumata görə, hadisə Sumatra adasının şimalında, Medan şəhərinin yaxınlığında baş verib. Gəmi Samosirdən Simalunqun bölgəsinə gedərkən batıb.

    Yerli qaynaqlardan verilən məlumata görə, gəmi hava şəraitinin əlverişsiz olması və potensialından çox yük götürməsi nəticəsində suya qərq olub.

    Axtarış-xilasetmə işləri davam edir

    Muxalifet2 - 19-06-2018

Pages