Axtarış
The search found 105805 results in 0.082 seconds.
Search results
Qusarda ana və 7 yaşlı qızı İTKİN DÜŞDÜ
Qusar rayonunda ana və azyaşlı qızı itkin düşüb.
Muxalifət.az apa-ya istinadən xəbər verir ki, rayonun Xürel kəndində yaşayan Elmar Əskərov Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək, həyat yoldaşı 26.03.1988-ci il təvəllüdlü Qusar Mərkəzi rayon Xəstəxanasının psixo-nevroloji dispanserində qeydiyyatda olan Əskərova Sveta Arif qızının və 2011-ci il təvəllüdü qızı Əminə Əskərova ilə birlikdə yaşadığı evdən çıxaraq itkin düşməsi barədə məlumat verib.
Aparılan ilkin əməliyyat-axtarış tədbirləri nəticəsində ana və azyaşlı qızını tapmaq mümkün olmayıb.
Muxalifet2 - 19-06-2018
Külli miqdarda narkotik satarkən YAXALANDI
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dağlı kənd sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş Elxan Yusifov saxlanılıb.
O, 1 kiloqram 815 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən yaxalanıb.
Muxalifet2 - 19-06-2018
Türkiyədə mina partladılıb: BİR HƏRBÇİ ŞƏHİD OLUB, İKİSİ YARALANIB
Türkiyənin Siirt əyalətinin Eruh rayonunda terrorçu PKK silahlılarının yola döşədikləri minaların partladılması nəticəsində bir hərbçi şəhid olub, ikisi yaralanıb.
“Report” “Haber7”yə istinadən xəbər verir ki, yaralı hərbçilər dövlət xəstəxanasına yerləşdiriliblər.
Şəhid və yaralı hərbçilər ixtisaslı çavuş olublar.
Muxalifet2 - 19-06-2018
KÖRFƏZ ŞURASI 27 YAŞINDA ÖLÜB? –ABŞ-ın mamaçası olduğu qurum daxili didişmələrlə yalnız adını saxlaya bilib - TƏHLİL
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Qətəri mühasirəyə almasından bir il sonra Körfəz Əməkdaşlıq Şurası (KƏŞ-in Katibliyi hələ də Riyadda yerləşir) demək olar ki, ölüb.
KƏŞ 1981-ci ilin may ayında İran-İraq müharibəsi zamanı Körfəz monarxiyaları üçün birliyin təmin edilməsi məqsədi ilə yaradılıb. Onun təşəbbüsçüsü Səudiyyə kralı Xaliddir. ABŞ bu qurumun mamaçası olub.
Siyasi birliyin yoxluğuna baxmayaraq, Şura Səudiyyə Ərəbistanı və digər beş monarxiyanın siyasətini əlaqələndirmək və təsirini artırmaq üçün faydalı vasitədir.
Muxalifet2 - 19-06-2018
Azərbaycanda 1 manata motel satılır - FOTO
Şəkinin mərkəzində yerləşən motel cəmi 1 manata satışa çıxarılıb.
Muxalifət.az xəbər verir ki, 10 otaqlı motelin dəqiq qiyməti məlum deyil.
Banket zalı, qarşısında dükanlar və bir sıra obyektlər olan motel uzun illərdir istifadədədir. Hazırda sahibi tərəfindən satışa çıxarılan motelin qiyməti barədə əlavə məlumat veriləcəyi bildirilb.
Muxalifet2 - 19-06-2018
Akşənərə ciddi zərbə: 250 NƏFƏR İSTEFA ETDİ
Türkiyənin İyi Partiyasının 250 üzvü istefa edib.
Muxalifət.az xəbər verir ki, bu barədə məlumatı Anadolu agentliyi yayıb.
Məlumata görə, İyi Partiyasının Manisa vilayəti gənclər təşkilatının sədri İlyas Çinarla birlikdə istefa verən üzvlər mətbuata açıqlama verərək partiyanın milliyətçilik və vətənpərvərlikdən kənar olduğunu bildiriliblər.
Muxalifet2 - 19-06-2018
"Qəbələ"dən ayrılan futbolçu atasının baş məşqçi olduğu komandadadır
"Qəbələ"dən ayrılan futbolçu Vitali Vernidub Ukraynanın "Zarya" komandasının təlim-məşq toplanışına qatılıb.
"Report"un Luqansk klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçi iyunun 18-dən başlanan hazırlıq prosesində iştirak edir. Onun əsas komandada qalıb-qalmayacağı hələlik bilinmir. İyunun 30-dək Zaporojyedə hazırlıq keçəcək "Zarya" ertəsi gün Sloveniyaya yollanacaq. V.Vernidub klubda qalsa, "Qəbələ" ilə Adriatik dənizi sahillərində görüşə biləcək.
Muxalifet2 - 19-06-2018
Sensasiya: ABŞ “Kosmik ordu” qurur - TRAMP QƏRAR VERDİ
ABŞ Prezidenti Donald Tramp Amerika ordusunun tərkibində “Kosmik qüvvələr”in qurulması haqda əmri verib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, dünən Ağ Evdə Milli Kosmik Şuranın toplantısı keçirilib.
Tramp bəyan edib ki, silahlı qüvvələrin 6-cı qolu olaraq “Kosmik qüvvələr”in qurulmasına lazım olan prosesin dərhal başladılması üçün Pentaqona təlimat verib: “Bu, böyük bir addımdır. Hava qüvvələrimiz vardı, ayrıca Kosmik qüvvələrimiz də olacaq”.
Muxalifet2 - 19-06-2018
ALİ KOMİSSAR:"Azərbaycan BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçiləri ilə fəal əməkdaşlıq edir"
Azərbaycan BMT-nin insan hüquqları üzrə xüsusi məruzəçiləri ilə açıq və fəal əməkdaşlıq edir.
Bunu BMT-nin İnsan Hüquqları Şurasının 38-ci sessiyasında təşkilatın insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn deyib.
Muxalifet2 - 19-06-2018
Bakının bu yolları bağlanır – XƏBƏRDARLIQ
26 iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100-cü ildönümü münasibətilə keçiriləcək hərbi paradın təlim-məşqlərinə hazırlıq məqsədilə paytaxtın bəzi yerlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Muxalifet2 - 19-06-2018
Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş TƏDBİR KEÇİRİLƏCƏK
İyunun 20-də Bakıda Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçiriləcək.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəliyi və Dövlət Miqrasiya Xidməti tərəfindən təşkil ediləcək.
Muxalifet2 - 19-06-2018
MTN-in qadın generalı apellyasiya şikayətini geri götürdü
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qadın generalı Natəvan Mirvətova barəsindəki hökmdən verilən apellyasiya şikayətindən imtina edib. Muxalifət.az xəbər verir ki, bu barədə apa-ya N. Mirvətovanın vəkili Adilə Məmmədova deyib. O bildirib ki, N. Mirvətova barəsindəki hökmdən apellyasiya şikayəti versə də sonradan hüquqlarını müdafiə etdiyi şəxsin istəyi ilə geri götürüb. Vəkil şikayətdən imtinanın səbəbləri barədə danışmayıb.
Muxalifet2 - 19-06-2018
QƏNDİL TERRORÇULARININ GİZLİ PLANI
Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyə Silahlı qüvvələri Qəndil rayonunda yuva salmış terrorçulara qarşı əməliyyatın ilkin mərhələsini tamamlayıb. İkinci və üçüncü mərhələlər üçün bölgədə hərbi və logistik hazırlıqlar görülür.
PKK-nın Qəndildəki terrorçuları iki yerə bölərək Kocar və Serteki Bamo dağlarına keçirməyə hazırlaşdığı, 2 300 nəfər terrorçunun bir qisminin Ranya-Süleymaniye və Kərkük yolu vasitəsilə Mahmur rayonuna yerləşdirməyə çalışdığı bəlli olub.
Muxalifet2 - 19-06-2018
Müdafiə Nazirliyinə təlimat verildi: Kosmos ordusu QURULUR
ABŞ ordusunun 6-cı qolu olan “Kosmos Qüvvələri” ordusunu quracaq.
Muxalifət.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
Ağ Evdə keçirilən Milli Kosmos Konfranslnda Amerika ordusu haqqında yenilikləri açıqlayan prezident “Kosmos Qüvvələri”nin yaradılması üçün Müdafiə Nazirliyinə (Pentaqon) təlimat verdiyini deyib.
ABŞ-ın sadəcə Yer kürəsində deyil, kosmosda da gücün göstərə biləcəyini dilə gətirən Tramp Amerikanın özünü müdafiə edərkən kosmosda da hərəkətdə olmasının vacibliyini vurğulayıb.
Muxalifet2 - 19-06-2018
Sürücü buna görə cərimələnə bilməz - EKSPERT
Sürücü görə bilmədiyi, qavramadığı yol nişanının müəyyən etdiyi qadağanı və ya qaydanı pozduğuna görə məsuliyyətə cəlb oluna bilməz. Muxalifət.az xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov yol kənarında quraşdırılan "dayanmaq olmaz" nişanının ağacların arasında qalaraq görünməməsi səbəbindən avtmobilini həmin yerdə saxladığı üçün sürücünün cərimə edilməsindən danışarkən deyib. Cərimələnən sürücü İstiqlaliyyət küçəsində yol kənarında avtomobillərin dayandığını nəzərə alaraq müvəqqəti olaraq həmin yerə park edib.
Muxalifet2 - 19-06-2018
“Üçüncü Atom Elektrik Stansiyasını da tikəcəyik” – ƏRDOĞAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara ölkədə üçüncü Atom Elektrik Stansiyasını (AES) tikmək niyyətindədir.
Bu barədə Türkiyə lideri gənclərlə görüşündə bildirib.
Muxalifet2 - 19-06-2018
Türkiyədən ABŞ-a F-35 TƏPKİSİ
ABŞ Senatının F-35 qərarını dəyərləndirən baş nazir Yıldırım, "Yanlış qərardır. Türkiyə alternativsiz deyil. ABŞ Senatının belə bir təşəbbüsdə olması təəssüfedicidir. Bu təşəbbüslər strateji tərəfdaşlıq ruhuna ziddir" deyib.
Baş nazir Binalı Yıldırım, ABŞ Senatının Türkiyəyə qarşı F-35 qərarına münasibət bildirib.
Baş nazir Yıldırım, "Qərar çox uğursuzdur. Türkiyə alternativsiz deyil. ABŞ Senatının belə bir təşəbbüsdə olması təəssüfedicidir. Bu təşəbbüslər strateji tərəfdaşlıq ruhuna ziddir" deyib.Muxalifet3 - 19-06-2018
Generallara imamlıq edənlər tutuldu - ƏMƏLİYYAT
Konyanın 31 məntəqəsində Türk Silahlı Qüvvələrində xidmət edən personala “imamlıq” etdiyi iddia olunan 124 nəfərin həbsi ilə bağlı əməliyyat başlayıb.
Muxalifət.az xəbər verir ki, əməliyyat bu gün səhər saatlarında başlayıb.
Hərbçilərə imamlıq edənlərin FETÖ/PYD terror təşkilatının nümayəndələri olduğu müəyyən edilib.
Şübhəlilərin imamlıq etdiyi hərbçilər arasında generalların da olduğu qeyd olunur.
Muxalifet2 - 19-06-2018
Gürcüstandan Azərbaycana avtomobil idxalı 5 dəfə ARTIB
Bu ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 2 786 ədəd avtomobil idxal edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş avtomobillərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 5 dəfə çoxdur.
Hesabat dövründə qonşu ölkədən idxal olunmuş avtomobillərin ümumi dəyəri 54 mln. 099 min dollar təşkil edib. İdxal olunmuş avtomobillərin dəyəri ötən illə müqayisədə 3,7 dəfə çox olub.
Muxalifet2 - 19-06-2018
Səudiyyə Ərəbistanı HƏRƏKƏTƏ KEÇDİ: bu ölkə hərbi baza məskəninə çeviriləcək
Səudiyyə Ərəbistanı tək tərəfli olaraq Qətəri ada ölkəsinə çevirmək planını ehtiva edən layihənin tətbiq edilməsinə çox yaxında start verəcəyini açıqlayıb.
Muxalifət.az publika.az-a istinadən xəbər verir ki, Kral Sarayının məsləhətçisi Süud Əl-Kəhtani “Selva Kanalı” layihəsində təkliflərin təqdim edilməsi üçün son günün bu həftənin bazar günü olduğunu bildirib. O, Qətərin adaya çevrilməsi üçün tətbiq ediləcək layihədən dolayı Səudiyyə xalqını təbrik edib.
Muxalifet2 - 19-06-2018