Axtarış
The search found 105805 results in 0.126 seconds.
Search results
Polşada turistlə dolu avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Polşada turistləri daşıyan avtobus dərəyə düşüb.
Muxalifet.az "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində iki nəfər ölüb, 16 nəfər yaralanıb.
Məlumata görə, 50 insanın olduğu avtobus əvvəlcə qarşıdan gələn yol xəttinə çıxıb, sonra dərəyə yuvarlanıb.
Hazırda yol bağlanıb, ərazidə 6 təcili tibbi yardım dəstəsi və onlarla xilasetmə qrupu işləyir, yaralıları evakuasiya etmək üçün helikopterlər cəlb olunub.Muxalifet - 18-06-2018
Rusiyadan dünya çempionatına rokord xərc
Rusiya 10 il ərzində futbol üzrə dünya çempionatına xərclər üzrə lider olub.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, JLL konsaltinq şirkətinin açıqlamasına görə, Rusiya dünya çempionatına hazırlıq çərçivəsində 680 milyard rubldan (11,6 milyard dollar) çox xərcləyib.
Şirkətin hesablamalarına əsasən, pulun çox hissəsi - 437,8 milyard rubl (71 faizi) dövlət büdcəsindən ayrılıb.Muxalifet - 18-06-2018
"Ceyşul İslam"ın iki nömrəli komandiri öldürüldü
Suriyanın İdlib şəhərində "Ceyşul İslam" qruplaşmasının iki nömrəli şəxsi sayılan Əbu İsmayıl Cubaşa sui-qəsd təşkil edilib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb.
Bu gün səhər saatlarında təşkil edilən sui-qəsddə Əbu İsmayıl oğlu ilə birlikdə öldürülüb.
Qeyd edək ki, İdlibdə son 2 ayda 95 cihadçı komadir sui-qəsd nəticəsində öldürülüb.Muxalifet - 18-06-2018
Salyanda DƏHŞƏT: İki gənc intihar etdi
Salyanda 24 yaşlı gənc intihar edib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Plastmas yaşayış massivində qeydə alınıb.
Belə ki, massiv sakini Abbasov Vüsal Nadir oğlu yaşadığı ünvanda özünü asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil.
***
Bundan başqa, Salyan şəhərində də intihar faktı qeydə alınıb. Belə ki, şəhərin 28 yaşlı sakini Əltural Qurbanov 5 mərtəbəli yaşayış binasının damında özünü asıb.
Hər iki faktla bağlı araşdırma aparılır.Muxalifet - 18-06-2018
“Fənərbağça” Aykut Kocaman ilə vidalaşdı...
Türkiyənin “Fənərbağça” futbol komandasının baş məşqçisi Aykut Kocaman vəzifəsindən kənarlaşdırılıb.
Muxalifet.az xəbərinə görə, bunu klubun rəsmi saytında klubun yeni prezidenti Əli Koç açıqlayıb.
Ə. Koç qarşılıqlı razılaşma əsasında A. Kocaman ilə yollarını ayırdıqlarını bildirib və ona təşəkkür edib.
Qeyd edək ki, “Fənərbağça” 2017-2018-ci il futbol mövsümünü ikinci sırada tamamlayıb. Klubun iyunun 2-3-də keçirilən qurultayında məşhur iş adamı Əli Koç prezident seçilib.Muxalifet - 18-06-2018
Çavuşoğlundan MÜNBİÇ AÇIQLAMASI
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Silahlı Qüvvələrinin(TSQ) ABŞ ilə varılan anlaşma çərçivəsində Münbiçin ətrafına yerləşdiyini, tezliklə şəhərin içinə də giriləcəyini və Münbiçin terrordan təmizləyəcəyini deyib
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Türk Silahlı Qüvvələrinin(TSQ) Suriyanın Münbiç bölgəsinə daxil olmasına yönəlik açıqlama verib.Muxalifet3 - 18-06-2018
TÜRKİYƏDƏ İNSANLARIN ÜZƏRİNƏ GÖYDƏN PUL YAĞDI - VİDEO
Türkiyənin İstanbul şəhərinin Taksim meydanında dünən axşam saatlarında maraqlı anlar yaşanıb. Türkiyə KİV-ləri xəbər verir ki, şəxsiyyəti məlum olmayan bir şəxs meydanda yerləşən otelin üst mərtəbələrinin birindən pul atıb. Pul atıldığını görən vətəndaşlar otelin qarşısına toplaşaraq izdiham yaradıblar. Aşağı atılan pulun Çinin milli valyutası yuan olduğu bildirilir.
Muxalifet4 - 18-06-2018
İsveç C.Koreyaya qalib gəldi
Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. Muxalifet.az xəbər verir ki, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulacaq. Hazırda İsveç millisi Cənubi Koreya ilə Nijni Novqorodda şəhər stadionunda üz-üzə gəlir. Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panamanı, daha sonra İngiltərə Tunisi sınağa çəkəcək. *** C.Koreya İsveç matçı 1-0 isveçlilərin qələbəsi ilə bitib. Belə ki, 65-ci dəqiqədə Qranvqist 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb.
Muxalifet - 18-06-2018
“Audi” şirkətinin rəhbəri həbs olundu
Almaniyada dizel qalmaqalı ilə əlaqədar "Audi" avtokonserninin rəhbəri Rupert Ştadler saxlanılıb.
Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Süddautsche Zeitung" məlumat yayıb.
Bir neçə gün əvvəl Münhen şəhər prokurorluğu "dələduzluq" maddəsi ilə Ştadlerə qarşı cinayət işi açmışdı. Onun mənzilində axtarış aparılıb.Muxalifet - 18-06-2018
"BU QURULMUŞ SSENARİ İDİ…" – Azərbaycanlı deputat Marneuli hadisələrindən danışdı
Gürcüstan hökuməti tərəfindən mənəvi terrora məruz qalan Gürcüstan parlamentinin üzvü, "Milli Hərəkat” Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov "Yeni Sözçü” qəzetinə müsahibə verib. Muxalifet.az həmin müsahibəni təqdim edir:
-Azər müəllim hal-hazırda Gürcüstanda nə baş verir?
Muxalifet4 - 18-06-2018
ABŞ Çin və Rusiya ilə müharibə başlamadan təslim oldu
ABŞ potensial rəqiblərin qitələrarası ballistik raketlərindən lazımı müdafiəyə malik deyil.
Muxalifet.az “The National Interest” nəşrinə istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müdafiə Nazirliyinin Strateji komandanlığının başçısı general Con Hayten bildirib.
Haytenin fikrincə, ABŞ Rusiya və Çin raketləri ilə mübarizə sistemini bu raketlər işə salınana kimi hazırlamalıdır.Muxalifet - 18-06-2018
Trampdan açıqlama: Ən pis cinayətkarlar...
Miqrantlar ABŞ sərhədini keçmək üçün uşaqlardan istifadə edir.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Tvitter səhifəsində yazıb.
“Ölkəyə keçmək üçün uşaqlar dünyanın ən pis cinayətkarları tərəfindən istifadə olunur. ABŞ-ın cənub sərhədində baş verən cinayətləri kimsə görüb?”, - Tramp bildirib.
Prezident ölkə sərhədlərinin təhlükəsizliyini zəif olmasında demokratları günahlandırıb və bunula bağlı qanunları dəyişməyə çağırıb.
Muxalifet3 - 18-06-2018
Sakinlərdən etiraz: Min illik Azərbaycan türbəsi dağılır
Güney Azərbaycanın Marağa şəhərində bir qrup yerli əhali Göy Günbəd türbəsinin viran qalmış ərazisinə toplaşaraq, Azərbaycanın tarixi binalarının tədricən sıradan çıxarılmasına etiraz ediblər.
Muxalifet.az xəbər verir ki, İran Mədəni İrs Təşkilatının məsulları, o cümlədən tarixi binaların qorunub saxlanılması və bərpa edilməsi bölümünün rəis müavini Mehrdad Cavadi Göy Günbəd və Dairəvi Türbənin yerləşdiyi yerə baxış keçirib. Soydaşlarımız burada Azərbaycanın tarixi binalarının məhv edilməsi siyasətinə öz etirazlarını bildiriblər.Muxalifet3 - 18-06-2018
Ruhani İsveçrəyə gedir
Iran Prezidenti Həsən Ruhani 2-3 iyul tarixlərində İsveçrəyə səfərə gedəcək.
Muxalifet.az xəbər verir ki, İran lideri bu ölkənin prezidenti Alen Berse və digər hökumət rəsmiləri ilə görüşlər keçirəcək.
Məlumata görə, Ruhani A.Berse ilə iyulun 2-də Sürixdə görüşəcək və daha sonra müzakirələr olacaq.
“Rəsmi görüş növbəti gün baş tutacaq”, – deyə İsveçrə hökumətinin məlumatında deyilib.
Muxalifet3 - 18-06-2018
Xızıda çobanları ildırım vurdu: 1 ölü, 1 yaralı
Xızının ən yüksək yaylağında ildırım iki çobanı vurub.
Muxalifet.az xəbər verir ki, hadisə Dübrar yaylağında baş verib.
İldırım Qobustan sakini, 40 yaşlı Ağa Misir oğlu Ağayevi vuraraq öldürüb. Şahidlərin verdiyi məlumata görə, ildırım yaylaqdakı digər çobanı da vurub. Lakin o, sağ qalıb. Yaralı Xızı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Muxalifet3 - 18-06-2018
ŞoK: “Ermənistan yeni qırıcılar ilə Azərbaycanın milyardlıq kəmərlərini vuracaq...” - AÇIQLAMA
Ermənistanın baş naziri Nikol Paşinyan Serj Sərkisyandan az separatçı olmadığını ətraf aləmə sübut etməyə çalışır. Onun baş nazir seçilməsindən heç iki ay keçməyib, ancaq artıq ikinci dəfə Qarabağa gəlib və yenə təxribatçı açıqlamalar səsləndirib. Geri qayıtdıqdan sonra isə Xocalıda yerləşən hava limanında turistlərin iştirakı ilə şou göstəriblər, kiçik motorlu ucaqları havaya qaldırıblar. Bu da azmış kimi Nikol Paşinyan Rusiyanın onlara hədiyyə etdiyi Su-30SM qırıcı təyyarəsində çəkdirdiyi şəkli sosial şəbəkəsindəki səhifəsində yerləşdirib və bununla bizə sanki acıq verib.
Muxalifet3 - 18-06-2018
Parada hazırlıq: Bakıda məşqlər başladı
İyunun 26-da Bakı şəhərində keçiriləcək hərbi paradda iştirak edən şəxsi heyətin paytaxtın "Azadlıq” meydanında məşqləri başlayıb.
Azeridefence.com xəbər verir ki, bu gün səhər saatlarında şəxsi heyət "Azadlıq” meydanına gətirilib. Hazırlıq məşqlərində müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin rəhbərliyi iştirak edib.Muxalifet3 - 18-06-2018
Türkiyənin əsl planı: YPG Menbiçdən çıxır, sonra isə...
YPG-çilərin Menbiçdən çıxmasına şəxsən özümüz nəzarət edəcəyik. Yəni şəhəri tərk etdiklərindən əmin olacağıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Planın icrasına başladıq, davamı gələcək. Tezliklə Menbiçi təmizləyib, digər şəhərlərə keçəcəyik. Məqsədimiz YPG-ni nəzarətdə saxladığı bütün bölgələrdən çıxarmaqdır. Ordumuz şəhərin içinə də girəcək, amma bunlar mərhələ-mərhələ olacaq. Bilirsiniz ki, türk əsgəri bir işə başladısa, bunu uğurla başa vurur. “Fərat qalxanı”nda, Afrində olduğu kimi”, - Çavuşoğlu bildirib.Muxalifet3 - 18-06-2018
Kadırovdan ABŞ-a cavab: Rusiya və Qafqazı özünüzlə səhv salmayın
Çeçenistan Prezidenti Ramzan Kadırov ABŞ Dövlət Departamentinin Rusiyada keçirilən Dünya Çempionatı ilə bağlı xəbərdarlığına münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, Kadırov ABŞ-ın terrorla bağlı narahatlığının əsassız olduğunu deyib:
“Təşkil olunmuş turnirə dünyanın bir çox ölkəsindən azarkeşlər gəlir. Rusiya və Şimali Qafqaz ölkələri də onları ən yaxşı şəkildə qəbul edir. ABŞ-ın və Qərb mediasının bu çıxışı nifrət xarakteri daşıyır”, - Kadırov bildirib.Muxalifet3 - 18-06-2018
Pompeo Lavrova zəng etdi: Suriya...
Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı baş tutub.
Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, tərəflər Koreya yarımadası və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığının ABŞ tərəfindən baş tutduğu bildirilib.
Muxalifet3 - 18-06-2018