Axtarış

The search found 105805 results in 0.106 seconds.

Search results

  1. DƏHŞƏT: Pambıq sahəsində daha 14 nəfər zəhərləndi - TƏRTƏRDƏ

    Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.
    Qida Təhlükəsizliyi Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.
    Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Muxalifet4 - 17-06-2018

  2. Daxili işlər nazirinin telefonu oğurlandı – KÜÇƏDƏ

    Böyük Britaniyanın daxili işlər naziri Sacid Cavid bir neçə ay əvvəl küçədə mopedlə ona hücum edən qarətçilərin mobil telefonunu oğurladıqlarını etiraf edib.
    Muxalifet.az-ın məlumatına görə, S. Cavid bunu bu gün "The Sun" qəzetinə müsahibəsində bildirib.
    S. Cavid hadisənin bir anda baş verdiyini qeyd edib: "Mən Londonda Yuston vağzalı yaxınlığında idim. Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar".

    Muxalifet4 - 17-06-2018

  3. Türkiyə vətəndaşı: Səsvermə prosesi sabit, qanunauyğun şəkildə həyata keçirilir

    “İlk dəfədir ki, Azərbaycanda Türkiyədə keçirilən prezident və parlament seçkiləri üçün səsvermədə iştirak edirəm. Bu əlamətdar hadisədir. Bu gün həyəcanlı, eyni zamanda da sevincli gündür”.
    Muxalifet.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində səsverməyə gələn Bakıda yaşayan Türkiyə vətəndaşı Dilek Özlem deyib.
    D.Özlem bildirib ki, səsvermədə aktivlik müşahidə olunur. Səsvermə üçün yaxşı şərait yaradılıb və vətəndaşlar gəlib istədikləri namizədə səs versinlər. Səsvermə prosesi sabit, qanunauyğun şəkildə həyata keçirilir.

    Muxalifet4 - 17-06-2018

  4. Prezidenti aldadan təqdimatlarda erməni izi? – YENİ NAZİR HAQDA SENSASİON İDDİALAR

    Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.

    Muxalifet4 - 17-06-2018

  5. ​Almaniya və Meksika yığmalarının start heyəti açıqlandı

    Futbol üzrə dünya çempionatında F qrupunun açılış oyununda üz-üzə gələcək Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb.
    Muxalifet.az xəbər verir ki, komandalar ilk dəqiqədən aşağıdakı "11-lik"lə meydana çıxacaqlar:
    Almaniya: 1. Manuel Noyer, 2. Marvin Plattenhardt, 5. Mats Hummels, 6. Sami Xedira, 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Timo Verner, 10. Məsut Özil, 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Coşua Kimmix

    Muxalifet3 - 17-06-2018

  6. ​Nazirlikdən fermerlərə xəbərdarlıq

    Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonunda fermerlərlə maarifləndirici görüşündə bəhs edilib.
    Qeyd olunur ki, xidmətin nümayəndələri Seydimli kəndində pambıq sahəsinə baxış keçirib, fermerlərlə maarifləndirici söhbət aparıblar.

    Muxalifet3 - 17-06-2018

  7. ​ŞOK: Erməni qadınlar ÜSYAN ETDİ: Türk kişilərini istəyirik... - VİDEO

    Sosial şəbəkələrdə Ermənistanda çəkilmiş görüntülər rezonans doğurub.
    Muxalifet.az xəbər verir ki, görüntülərdə erməni qadınların üsyanı əks olunub.
    Videoda gözüyaşlı erməni qadını dəfələrlə “Ermənistanda kişi yoxdur” ifadəsini səsləndirib. Hətta ona yaxınlaşan polis əməkdaşının sualına da sərt bir şəkildə eyni cavabı verir. Bundan sonra ətrafda olan qadınlardan biri “Biz türk kişiləri ilə çay içmək istəyirik” deyir. Digər bir qadın isə “hər erməni qızına bir türk kişi, niyə hər kəsə olar bizə isə türk kişilər olmaz”, - deyir.

    Muxalifet3 - 17-06-2018

  8. AB Türkiyəyə vədini yerinə yetirsəydi... – Şərh

    Dövlətlərarası razılaşma ilə partiyalar arasında razılaşma eyni deyil.
    Bu sözləri  politoloq Əhəd Məmmədli Almaniyanın “Bild” qəzetinin miqrant axınına görə partiyalar arasında yaranmış gərginliyin AB və Türkiyənin 2016-cı ildə imzaladığı razılaşmaya bənzər bir anlaşma ilə çözüləcəyi iddiasını şərh edərkən deyib. O bildirib ki, miqrantlarla bağlı bütün mövzular həssas yanaşma tələb edir:

    Muxalifet3 - 17-06-2018

  9. ​30 min island azarkeşdən möhtəşəm şou - Video

    Son günlər DÇ-2018-də 1-1 hesabı ilə bitən Argentina - İslandiya qarşılaşmasından çox danışılır.
    Qaynarinfo xəbər verir ki, oyunun başlanmasına az qalmış 30 min island azarkeşin Moskvada keşirdiyi möhtəşəm dəstək aksiyası da sosial şəbəkələrdə böyük maraq oyadıb.
    Həmin möhtşəm şounu təqdim edirik:
     

    Muxalifet3 - 17-06-2018

  10. ​“Əl-Qaidə” lideri əsir götürüldü

    Liviya ordusu Əl-Qaidə terror qruplaşmasının liderlərindən biri sayılan Əbu Safyan bin Kamunu əsir götürüb.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Arabiya” informasiya yayıb.
    Məlumata görə, terrorçulara qarşı keçirilən əməliyyat çərçivəsində terrorçular şəhərdə sıxışdırılıb. Sursatları bitdikdən sonra saxlanılan terrorçular arasında bin Kamu da olub.

    Muxalifet3 - 17-06-2018

  11. ​Reytinq agentliyi: 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımı 1,5-1,8 faiz təşkil edəcək

    Rusiyanın AKPA reytinq agentliyi 2018-ci ildə Azərbaycan iqtisadiyyatının real artımının 1,5-1,8 faiz təşkil edəcəyini gözləyir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Trend-ə AKPA Tədqiqat və Proqnozlaşdırma Qrupunun direktor müavini Jannur Aşıqəli bildirib.
    Onun sözlərinə görə, artıq 2019-cu ildə iqtisadiyyatın real artımı 2-2,5 faizə qədər yüksələcək. Qeyd edək ki, AKPA-nın proqnozları ümumi daxili məhsulun 1,5 faiz artacağını gözləyən Azərbaycan hakimiyyətinin proqnozları ilə üst-üstə düşür - hakimiyyət 2019-cu il üçün iqtisadiyyatın 4 faiz artacağını proqnozlaşdırır.

    Muxalifet3 - 17-06-2018

  12. ​AKP mitinqində gözlənilməz qonaq: Çillər qayıdır?

    Türkiyənin keçmiş baş naziri Tansu Çillər AKP-nin Yeniqapıda təşkil etdiyi mitinqə qatılıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
    Çillərin gözlənilməz ziyarəti jurnalistlərin də marağına səbəb olub. Jurnalistlərin keçmiş baş nazirə ünvanladığı “Siyasətə geri dönürsünüz?” sualına Çillər “Milli şüurla buradayam” cavabını verib.
     

    Muxalifet3 - 17-06-2018

  13. ​Ərdoğan şəhid ailələrinə səsləndi: Sizin 81 milyon...

    Bu gün atalar günüdür. Atası şəhid olduğu üçün bu günü yaxşı keçməyənlərə “sizin 81 milyon mənəvi atanız var” demək istəyirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə çıxışı zamanı deyib.
    Ərdoğan çıxışı zamanı həmçinin 6 gün sonra Türkiyədə prezident idarə üsulunun uğurla tətbiqinə başlanacağına əminliyini ifadə edib.
     

    Muxalifet3 - 17-06-2018

  14. ​Güclü yağış bu bölgələri iflic etdi - Video

    Bu gün axşam saatlarından etibarən İsmayıllıda da hava şəraiti pisləşib.
    Kənd sakinlərinin verdiyi məlumata görə, güclü külək və yağış İsmayıllının Qalınçaq kəndində bir neçə tövləni uçurub, ağacları kökündən qoparıb.
    Hava şəraiti insanların evlərinə geri dönməsinə maneə olub, kənd təsərrüfatına ciddi ziyan vurub.
     

    Muxalifet3 - 17-06-2018

  15. ​Özəl uşaq bağçası - kimin mülküdür?

    Qalmaqala səbəb olan videomaterialın qəhrəmanı, Bakının Yasamal rayonunda yerləşən, tez-tələsik bağlanan "Kids Studio" özəl uşaq bağçasının tərbiyəçisi Firuzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, AR CM-in 133-cü (əzab vermə) maddəsi ilə ittiham olunan Tağıyeva barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    Əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qadın "Kids Studio" mərkəzində azyaşlı uşaqlara kobud davranmaqda və onları döyməkdə ittiham olunur.

    Muxalifet3 - 17-06-2018

  16. ​Əfqanıstanda partlayış: 25 ölü, 50 yaralı

    Əfqanıstanın Cəlalabad bölgəsində partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində 25 nəfər həlak olub.
    Məlumata görə, kamikadzenin partladıcı qurğunu işə salması nəticəsində eyni zamanda 50 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
    Partlayışla bağlı hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.
     

    Muxalifet3 - 17-06-2018

  17. ​Hansısa azərbaycanlı Zaxarovaya şəxsi müstəvidə nəsə edib?

    Rusiyanın Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovanı anlamaq olduqca çətindir. Bəzən elə təəssürat yaranır ki, ölkənin Xarici İşlər Nazirliyinin ümumiyyətlə Rusiyaya aidiyyatı yoxdur. Əlbəttə, belə vəziyyətin yaranmasında nazir Sergey Lavrovun da ermənipərəst mövqeyinin böyük təsiri var. Ancaq mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-azərbaycan adasıdır. Bilmirəm, bəlkə nə vaxtsa Azərbaycanla, yaxud azərbaycanlılarla bağlı şəxsi müstəvidə xoşagəlməz yaşantısı olub, ya nədir, konkret söz demək çox çətindir.

    Muxalifet3 - 17-06-2018

  18. ​Həmyerlimiz səs yarışmasında 3-cü yeri qazandı

    Qazaxıstanın paytaxtı Astana şəhərinin 20 illik yubileyi şərəfinə "Astananın səsi" («Voice of Astana») I beynəlxalq estrada musiqi müsabiqəsi keçirilib.
    Muxalifet.az xəbər verir ki, Qazaxıstan Mədəniyyət və İdman Nazirliynin təşkilatçılığı ilə hər il keçiriləcək dünya səviyyəli müsabiqənin yekun nəticələri açıqlanıb.

    Muxalifet3 - 17-06-2018

  19. ​Ərdoğandan sərt sözlər: Həddini bil, korsan?

    Məhərrəm bəy, korrupsiya hallarından danışırsan, həddini bil.
    Muxalifet.az  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
    “Biz İstanbulu borcla təhvil aldıq. Sən bizim investisiyalarımızı görmürsən? Korsan? Adam oğurluqdan bəhs edir. Həddini bil”, - Ərdoğan bildirib.
     

    Muxalifet3 - 17-06-2018

  20. SON DƏQİQƏ: Ermənistan hücuma keçdi. Yeni müşahidə obyektləri dağıdıldı — TƏFƏRRÜAT

    Ermənistan rəhbərliyinin son hərbi və siyasi uğursuzluğu onları Qarabağ münaqişəsi zonasında gərginliyi artırmağa vadar edib. Son dörd gün ərzində Ermənistan silahlı qüvvələri Azərbaycan mövqelərinə atəşi gücləndirib. Azərbaycan ordusunun cavab atəşi nəticəsində Tərtər, Goranboy və Ağdam istiqamətində düşmən əhəmiyyətli itkilər verib. Buna baxmayaraq Ermənistan Müdafiə Nazirliyi itkilərlə bağlı susmağa davam edir.

    Muxalifet3 - 17-06-2018

Pages