Axtarış

The search found 105805 results in 0.135 seconds.

Search results

  1. ABŞ-dan Rusiyada TERROR XƏBƏRDARLIĞI

    ABŞ Dövlət Departamenti DÇ-2018-in oyunlarını izləmək üçün Rusiyaya yollanan vətəndaşlarına terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.
     
    Bununla əlaqədar yayımlanan bəyanatda bu səviyyədə beynəlxalq tədbirlərin terrorçular üçün cəlbedici hədəf olduğu bildirilib: “Dünya çempionatı zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə baxmayaraq, terrorçular stadion, fan-zona, vağzal və digər ictimai yerlərə hücumlar təşkil edə bilərlər”.

    Muxalifet3 - 16-06-2018

  2. Bakıda müşavirə: Bu icra başçıları İŞDƏN ÇIXARILACAQ

    Bakı rayonlarının icra başçılarının iştirakı ilə müşavirə keçrilib.
     
    İclasda icra başçılarına yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması və sair məsələlərlə bağlı konkret tapşırıqlar verilib.
    Bakının bir neçə rayon icra başçılarının işində nöqsanlar olduğu diqqətə çatdırılıb. İnsanlar tərəfindən narazılıqların olduğuna görə yaxın zamanlarda həmin icra başçıların işdən azad olunacağı xəbərdarlığı edilib.

    Muxalifet3 - 16-06-2018

  3. Fetullah Gülənin ABŞ CASUSU OLDUĞU 45 İLDİR BƏLLİDİR

    FETÖ terror təşkilatının başçısı Fətullah Gülənin ABŞın qurduğun qaranlıq gizli təşkilat “Gladyo”nun cassus olduğu müəyyənləşib. Yeni yazdığı kitabda şahid ifadələrinə əsaslanaraq şok iddianı gündəmə gətirən tədqiqatçı yazıçı İsmayıl Nacar, “Yeni Akit”a verdiyi açıqlamada, Gülənin Gladyo casusu olduğu məlumatını ona keçmiş daxili işlər nazirlərindən Faruk Sükanın hələ 1973-ci ildə söylədiyini bildirib.
     

    Muxalifet3 - 16-06-2018

  4. Fransa – Avstraliya: 2 - 1

    DÇ-2018-in 1-ci turu çərçivəsində C qrupunda keçiriləcək Fransa – Avstraliya matçı üçün start heyətlər açıqlanıb.
     
    FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı 11-liklərlə çıxacaqlar:
    Fransa: Lloris, Varan, Lyuk Hernandes, Pavar, Umtiti, Tolisso, Kant, Poqba, Dembele, Qrizmann, Mbappe
    Avstraliya: Rayan, Seynsberi, Bexiç, Risdon, Milliqan, Lekki, Yedinak, Muy, Roqiç, Kruz, Nebbaut

    Muxalifet3 - 16-06-2018

  5. Serj Sarkisyana 400 MİLYONLUQ İTTİHAM: HƏBS OLUNA BİLƏR

    Ermənistanın sabiq prezidenti Serj Sarkisyan həbs edilə bilər.
     
    Ermənistan KİV-İ xəbər verir ki, o, 400 milyon dollar məbləğində dövlət vəsaitini mənimsəməkdə və həmin vəsaitin müxtəlif vasitələrlə xarici dövlətlərə yönəldilməsində ittiham olunur.
    Qeyd olunur ki, Sarkisyan mənimsədiyi pulların böyük qismini Avropadakı offşor zonalara və Rusiyaya köçürüb.
    Eks-prezident barəsində yaxın günlərdə istintaq başladılacağı da iddialar sırasındadır.
     

    Muxalifet3 - 16-06-2018

  6. Rusiya XİN-dən “Trend” agentliyinə sərt təpki

    Cümə günü RF XİN-də keçirilən ənənəvi brifinq zamanı Mariya Zaxarova Trend agentliyinin müxbirinin sualına kobud formada cavab verib.
     
     Belə ki, agentlik bir müddətdir ki, rəsmi Moskva nümayəndələrinin Ermənistanın baş naziri Paşinyanın fikirlərini pisləməsinə nail olmaq istəyir.
    Müxbir XİN-in brifinqinin stenoqramında bu məsələ ilə bağlı M.Zaxarovanın müavininin fikirlərnin dəyişdirildiyini xatırladıb ki, bu da onun fikirlərinin ümumi mənasını dəyişib.

    Muxalifet3 - 16-06-2018

  7. Ermənilər Qarabağda müşahidə sistemləri qurur

    Ermənistan işğal altında olan Qarabağın şimal-şərq istiqamətində qanunsuz müşahidə sistemləri qurur.
     
    "Facebook" sosial şəbəkəsində yayılan məlumatlara görə, bir müddət əvvəl Qarabağdakı qondarma qurumun "təhlükəsizlik xidməti"nin rəisi vəzifəsindən azad edilən Arşavir Qaramyan və onun sabiq müavini Qaqik Sarkisyanın rəhbərliyi ilə qoşunların təmas xəttinin şimal-şərq istiqamətində (Madagiz, Talış istiqaməti) xüsusi quruculuq işləri aparılır.

    Muxalifet3 - 16-06-2018

  8. Mübariz Mənsimovdan “sifarişli” yazılara kəskin reaksiya

    Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov müxtəlif kütləvi informasiya vasitələrində ona qarşı aparılan qara piara kəskin reaksiya verib.
     
    O, sosial şəbəkədəki şəxsi hesabında məsələyə belə münasibət bildirib:

    Muxalifet3 - 16-06-2018

  9. Rasim Balayev 18+ filmlərdən danışdı

    Xalq artisti, tanınmış aktyor Rasim Balayev filmlərdə istifadə olunan açıq-saçıq kadrlara münasibət bildirib.
     
    Yenicag.az-a açıqlama verən aktyor 18+ səhnələrini dünya kinosu ilə müqayisə edib:

    Muxalifet3 - 16-06-2018

  10. Paşinyan QARABAĞDA – FOTO

    Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyan səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.
     
    Xəbəri Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.
    Məlumata görə, Qarabağa bir günlük gələn Paşinyan, ilk növbədə Xocavənd rayonunun Çartaz kəndində yeni tikilən kilsəni ziyarət edib.
    Gündəmdəki məlumatların daha sonra yayılacağı bildirilir.
     

    Muxalifet3 - 16-06-2018

  11. ​Messinin DÇ-də ilk uğursuzluğu: qol vura bilmədi

    Rusiyada keçirilən futbol üzrə dünya çempionatı çərçivəsində baş tutan Argentina-İslandiya qarşılaşmasında ilk hissə başa çatıb.
    Muxalifet.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsi 1-1 hesablı heç-heçə ilə nəticələnib.
    19-cu dəqiqədə fərqlənən “Mançester Siti”nin forvardı Sergio Aqueroya 23-cü dəqiqədə Alfred Finnboqason cərimə meydançasında yaşanan qarışıqlıq zamanı dəqiq zərbə ilə cavab verib.
    DÇ-2018-in ilk turunda, Argentina - İslaniya oyununun 67-ci dəqiqəsində Leonel Messi İslandiyanın qapısına təyin edilən pelanti zərbəsini vura bilmədi.

    Muxalifet3 - 16-06-2018

  12. ​SON DƏQİQƏ: Qarabağı istəyən müharibəyə hazır olsun. XOŞLUQLA OLMAYACAQ – Ermənistan

    Yeni baş nazir məğlubiyyətin məsuliyyətini Sarkisyanın komandasının üstünə atacaq
    Ermənistanın yeni baş naziri Nikol Paşiyanın Moskvada Putin tərəfindən Azərbaycan prezidenti İlham Əliyevlə tanış edilməsi şərhçilər tərəfindən fərqli cür qarşılanıb.
    Muxalifet.az xəbər verir ki, bəzi şərhçilər onun danışıqların indiyə kimi mövcud formatına qayıdacağını, bəziləri isə avantürist addımlar ataraq müharibəyə səbəb olacaqlarını düşünürlər.

    Muxalifet3 - 16-06-2018

  13. ​İstanbulda İŞİD əməliyyatı: 30 nəfər...

    İstanbulda İŞİD terror qruplaşması üzvlərinin saxlanması istiqamətində əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, əməliyyat çərçivəsində İstanbulun 7 mahalında 12 ünvana eyni zamanda basqın edilib.
    Nəticədə İŞİD sıralarında vuruşmaq üçün ölkəni tərk etməyə hazırlaşan 30 nəfər həbs olunub.
     

    Muxalifet3 - 16-06-2018

  14. ​Əfqanıstanda şok: Talibanla hökumətin görüşü zamanı...

    Əfqanıstanda hüquq mühafizə orqanları nümayəndələri ilə Talibanın təmsilçiləri arasında görüş zamanı partlayış baş verib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi məlumat yayıb. Agentlik partlayışın Nanqarxar şəhərində baş verdiyini bildirib. Partlayış nəticəsində 20 nəfər həlak olub.
     

    Muxalifet3 - 16-06-2018

  15. ​Şeyx məscidə nəvəsi ilə gəldi

    Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bayram namazına nəvəsi ilə birlikdə gəlib.
    Muxalifet.az xəbər verir ki, şeyx və azyaşlı nəvəsi bayram namazını “Təzəpir” məscidində qılıb, dualar ediblər.
     

    Muxalifet3 - 16-06-2018

  16. ​Güclü sel maşını dərəyə aşırdı: içindəkilər son anda... - Foto

    Quba-İspik-Xınalıq yolunda dağlardan gələn sel suları nəticəsində “Mersedes” markalı avtomobil dərəyə aşıb.
    Muxalifet.az xəbər verir ki, hadisə zamanı avtomobildə olan iki nəfər Bakı sakini maşını vaxtında tərk edə bilib və xəsarət almayıb.
    Hadisə günorta saatlarında Quba-İspik-Xınalıq yolunun 55-ci kilometrliyində baş verib.
    Nəticədə Quba-Xınalıq yolu bir müddət bağlı qalsa da, əraziyə cəlb olunan texnikanın köməkliyi ilə hərəkət yenidən bərpa olunub.
     

    Muxalifet3 - 16-06-2018

  17. ​Sürücülərə BƏD XƏBƏR: “Aİ-92” markalı benzinin istehsalı dayandırılır – Qiymətlər QALDIRILACAQ?

    Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu oktyabr ayında əsaslı təmirə dayandırılacaq.
    Bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emal üzrə vitse-prezidenti David Məmmədov jurnalistlərə bildirib.

    O qeyd edib ki, istehsalın dayandırılması səbəbindən “Ai-92” markalı benzinə mövcud ehtiyatlardan çox ehtiyac yaranarsa, Rusiyadan benzin idxal ediləcək. Bununla bağlı saziş isə gələn ay imzalanacaq:

    Muxalifet3 - 16-06-2018

  18. ​Paşinyan həddini aşdı: Bakıya qarşı... - Video

    Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfəri zamanı cəbhənin təmas xəttində olub.
    Bu barədə Paşinyanın Mətbuat Xidməti məlumat yayıb.
    Paşinyanı səfəri zamanı qondarma rejimin rəhbəri Bako Saakyan, Ermənistanın Müdafiə naziri David Tonoyan, Ermənistanın Baş Qərargah rəisi Artak Davtyan, Ermənistan Baş Qərargahının Baş inspektoru Movses Akopyan, qondarma rejimin Müdafiə naziri Levon Mnatsakanyan müşayiət edib.
     

    Muxalifet3 - 16-06-2018

  19. ​Rusiyada təyyarə qəzası: Ölənlər var

    Rusiyanın Altay diyarında Yak-52 təyyarəsi qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, qəzada iki nəfərin həyatını itirdiyi deyilir. 
    Təlim-idman təyyarəsinin hansı səbəbdən qəzaya uğradığı hələlik bəlli deyil. Araşdırmalar davam edir. 
     

    Muxalifet3 - 16-06-2018

  20. ​Ramil Usubov polis rəisini vəzifəsindən azad etdi

    İmişli rayon Polis Şöbəsinin rəisi işdən çıxıb.
    Muxalifet.az xəbər verir ki, polis polkovniki Ayaz Cəfərov daxili işlər naziri Ramil Usubova raport yazaraq vəzifədən azad edilməsini xahiş edib.
    Raportu qəbul edən R.Usubov polis rəisinin işdən çıxarılması ilə bağlı əmr imzalayıb.
    Hazırda İmişli rayon Polis Şöbəsinin rəisi vəzifəsini əməliyyat üzrə müavin icra edir.
     

    Muxalifet3 - 16-06-2018

Pages