Axtarış

The search found 105805 results in 0.152 seconds.

Search results

  1. İvanişvili hakimiyyəti parçalanma ərəfəsindədir - SAAKAŞVİLİ

    Bidzina İvanişvilinin hakimiyyəti parçalanma ərəfəsindədir.

    Muxalifət.az xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.

    “İvanişvili piton kimi dərisini dəyişir, lakin onun dərisi çox nazikdir. İvanişvili hazırda əvvəl olmadığı qədər zəifdir və onu ələ keçirmək daha asan olub. Biz gərək zəif olmayaq” – deyə o bildirib.

    Muxalifet2 - 15-06-2018

  2. Qubada bir neçə gün əvvəl bıçaqlanan şəxs XƏSTƏXANADA ÖLDÜ

    Quba rayonunda bir neçə gün əvvəl bıçaqlanan şəxs xəstəxanada ölüb.

    "Report"un Şimal bürosunun məlumatına görə, rayonun Zərdabi qəsəbəsi sakini, 1972-ci il təvəllüdlü Dadaşov Eldəniz Arzuman oğlu iyunun 11-də bıçaqlanıb.

    O, döş qəfəsinin sol aşağı ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub.

    Həkimlərin səylərinə baxmayaraq, E.Dadaşov iyunun 15-də dünyasını dəyişib.

    Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

    Muxalifet2 - 15-06-2018

  3. İran Baş Qərargahından QALMAQAL QƏNDİL AÇIQLAMASI

    İran Baş QərargahInın sözçüsü general-mayor Ebulfazl Şikarçı, Türkiyənin Qəndilə qarşı keçirdiyi əməliyyatı qeyri-qanuni kimi səciyyələndirib.
     
    İran dövlət televiziyasının xəbərinə görə, İran Baş Qərargahının sözçüsü general-mayor Ebulfazl Şikarçı, Türkiyənin terror təşkilatı PKK-ya qarşı Qəndilə başlatdığı əməliyyata dair bəyanat verib.
     
    QANUNSUZ BİR ƏMƏLİYATDIR
     

    Muxalifet3 - 15-06-2018

  4. Neftin qiyməti ARTACAQ – “FİTCH”

    Neftin qiymətləri geosiyasi münaqişələr və böyük tələbat səbəbindən yüksək qalacaq.
     
    Bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatında qeyd olunub.
    Bununla belə, "Fitch" hesab edir ki, 2020-ci ilə qədər neftin qiyməti 60 dollara qədər azala bilər: "Brent"in qiyməti 2018-ci ildə bir barelə görə 70 dollar, 2019-cu ildə isə 65 dollar təşkil edəcək". Agentlik əvvəlki proqnozlarda 2018-2019-cu illərdə "Brent" neftinin qiymətini 57,5 dollar səviyyəsində proqnozlaşdırırdı.

    Muxalifet3 - 15-06-2018

  5. Tramp ailəsinə CİNAYƏT İŞİ AÇILDI

    Nyu-York baş prokurorluğunda ABŞ preidenti Donald Tramp, ailəsi və Tramp Xeyriyyə Cəmiyyəti barədə cinayət işi açılıb.
     
    Tramp Vəqfi 2016-cı ildə keçirilən prezident seçkiləri zamanı qanunları pozmaqda ittiham edilir.
    Nyu-York baş prokuroru Barbara Andervud verdiyi açıqlamada Trampın vəqfin adından istifadə edərən yardım üçün toplanan vəsaiti özünün seçki kampaniyasını dəstəkləmək üçün istifadə etdiyini iddia edib.

    Muxalifet3 - 15-06-2018

  6. Ermənipərəst rus ekspert QARABAĞ CƏBHƏSİNDƏ 2 MÜMKÜN VARİANTDAN DANIŞDI

    Azərbaycanın təmas xəttinə qoşun cəmləşdirdiyi və hücuma hazırlaşdığı barədə Ermənistandan, eləcə də qondarma “dqr” rejimindən təşviş dolu bəyanatların ardı-arası kəsilmir.
     
    Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun canlı qüvvəsinin və texnikasının “intensiv cəmləşməsi” barədə videogörüntülərin yayılmasının ardınca Dağlıq Qarabağ “prezidentinin” administrasiya rəhbər David Babayan “Azadlıq” radiosunun erməni xidmətinə danışıb. Azərbaycanın 2016-cı ilin aprelindən bəri təmas xəttində ən irimiqyaslı cəmləşmə həyata keçirdiyini deyib.

    Muxalifet3 - 15-06-2018

  7. Kremldən Azərbaycan-Ermənistan prezidentlərinin görüşü haqda AÇIQLAMA

    "Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin Moskvada görüşü ilk tanışlıq idi".
     
    RİA Novosti-nin verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. O bildirib ki, gələcək görüşlər barədə danışmaq isə hələ tezdir.
    Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ötən gün “facebook” səhifəsində Moskvada Rusiya prezidenti Vladimir Putin vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevlə tanış olduğunu bildirib.

    Muxalifet3 - 15-06-2018

  8. Hindistanda 5 Azərbaycan vətəndaşı HƏBS EDİLDİ

    Hindistanın paytaxtı Dehlinin İndira Qandi Beynəlxalq Aeroportunda 5 Azərbaycan vətəndaşı həbs edilib. Virtualaz.org Hindistan mənbələrinə istinadən xəbər verir ki, onlar qızıl qaçaqmalçılığında ittiham olunur. 
     
    Aeroportun gömrük komissarı Anubha Sinha bildirib ki, həbs edilənlərin 3-ü qadındır. Onların üzərindən 2,5 kiloqrama yaxın qızıl məmulatları aşkarlanıb. Saxlanılanlar qızılı gömrükdən gizlətməklə aerportdan keçirmək istəyiblər.
     

    Muxalifet3 - 15-06-2018

  9. MHP sədri Bağçalı 24 İYUN SEÇKİSİNİN ARXA PLANINI SÖYLƏYİB

    MHP-nin başqanı Dövlət Bağçalı, partiyasının ümumi mərkəzində partiyadaşları ilə bayramlaşmadan sonra açıqlama verib.
     
    MHP-nin lideri Dövlət Bağçalı 24 iyun seçkisinin arxa planından danışıb: “Bu seçkinin arxa planı Türk millətinin gələcəyidir, təminatıdır. Bu seçkidə gələcəyi qucaqlayan dövlət başçılığı hökumət sisteminə keçiləcəkdir” deyib.
    Müxalifət.az

    Muxalifet3 - 15-06-2018

  10. Siyasi məhbusların doğmaları aksiya keçirib - BAKIDA

    Bu gün siyasi məhbusların ailə üzvlərindən, əsasən qadınlardan ibarət qrup Bakının mərkəzində yürüş keçirib. Onlar üzərində həbs olunmuş həyat yoldaşlarının və övladlarının rəsmi olan maykalar geyiniblər.
     
    Aksiyada məqsəd adamların qanunsuz həbsdə saxlandığı bir vaxtda milli qurtuluşdan danışmağın mümkün olmadığını göstərmək olub.

    Muxalifet3 - 15-06-2018

  11. Əbülfəz Elçibəy – 80

    Deməyə sözüm var... 

    Muxalifet3 - 15-06-2018

  12. Müəllim üçün ayda 552 manat aşağı göstəricidir

    Contact.az

     
    Bu maaşa ölməyərək birtəhər yaşamaq olar
     
    Ölkə məktəblərində "son zəng" çalındı. 151 458 müəllim gündəlik ağır işdən azad olub dincələ biləcək. Müəllimlərin illik əməyinə yekun vuraq: onlar çox qazana bildimi?

    Muxalifet3 - 15-06-2018

  13. Azərbaycanlılar Amerikalı HƏRBÇİNİ DÖYDÜLƏR

    “Litvanın Kaunas şəhərinin mərkəzində sərxoş azərbaycanlılar sərxoş amerikalı hərbçini döyüblər. NATO-nun şərqə genişlənməsinin siması bu cürdür”.
     
     Virtualaz.org xəbər verir ki, @spacelordrock nikli məşhur bloger azərbaycanlılarla ABŞ hərbçisi arasında yaşanmış hadisə ilə bağlı xəbəri belə şərh edib. Xatırladaq ki, hadisə cümə gününə keçən gecə baş verib.
    Dava nəticəsində amerikalı hərbçi xəsarət alıb. Bunu isə Kaunas dairəsinin polis komissarlığının mətbuat xidməti bildirib.
     
    Kaunasda Laysves xiyabanı: hadisə burada baş verib

    Muxalifet3 - 15-06-2018

  14. ​18 il eyni rəqəmlərlə lotereya oynadı və... - Milyonlar+

    ABŞ-da “Pavrbol”( Powerball) lotereya oyunu zamanı 18 il eyni rəqəmlərlə oynayan şəxs iki milyon dollar qazanıb.
    Muxalifet.az xəbər verir ki, loterayadan böyük məbləğdə pul udan Maykl Tren illərdir eyni rəqəmləri oynadığını açıqlayıb.
    Tren qazandığı pulla evinin kredit borcunu ödəyəcəyini deyib.
     

    Muxalifet3 - 15-06-2018

  15. ​ABŞ bizə müharibə elan etdi - Çin

    ABŞ Prezidenti Donald Trampın Çin məhsullarına 25 faizlik əlavə vergi tətbiq edilməsi barədə qərarı iki ölkə arasında gərginliyi pik həddə çatdırıb.
    Muxalifet.az xəbər verir ki, Pekin rəhbərliyi Trampın Çinə qarşı ticarət müharibəsi başlatdığnı açıqlayıb.
    Çin Ticarət Nazirliyi isə rəsmi açıqlamasında Vaşinqton rəhbərliyinin bu addımına cavab verəcəklərini bildirib.
    Qeyd edək ki, Trampın yeni vergi qərarı 50 milyon dollar həcmindəki Çin məhsullarını əhatə edir.
     

    Muxalifet3 - 15-06-2018

  16. ​Putinin Paşinyana yeni “sürprizi”

    Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Xidməti iyunun 14-dən etibarən Ermənistanda heyvan idxalını müvəqqəti qadağan edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın Mətbuat Xidməti yayıb. Qadağanın bütün növ quş, sürünən, amfibiya və hidroboin heyvanlara aid edildiyi bildirilib. Xidmət Ermənistandan yalnız it, pişik, tutuquşu kimi heyvanların gətirilməsinə izn verib.
     

    Muxalifet3 - 15-06-2018

  17. ​Nüvə silahı faydasızdır: Alimlərdən dünyaya XƏBƏRDARLIQ

    ABŞ-ın nüvə silahından istifadəsi, amerikalıların özünə ziyan vuracaq.
    Muxalifet.az xəbər verir ki, bu iddia ilə Miçiqan Texnologiyalar Universitetinin alimləri çıxış ediblər. Ən pessimist variantı tədqiq edən alimlər iki nüvə dövlətinin bir-birinə nüvə silahıyla zərbə endirməsinin sui-qəsd anlamına gəldiyini bildiriblər.

    Muxalifet3 - 15-06-2018

  18. ​Kim Çenə şəxsi nömrəmi verdim ki... - Tramp

    Kim Çen İn danışmağa başlayanda Şimali Koreya xalqı diqqətlə qulaq asır. Mən də xalqımdan eyni cür münasibət görmək istəyirəm.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri ilə görüşü barədə “Foks Nyus”a açıqlamasında deyib. O, görüş zamanı Kim Çenə şəxsi nömrəsini verdiyini söyləyib:
    “Artıq ona zəng edib “bir problemimiz var” deyə bilərəm. Birbaşa mənimlə əlaqə saxlaması üçün ona nömrə verdim. Bir problem yarananda artıq mənə zəng vura bilər. Ünsiyyətimizin olması yaxşı bir şeydir".

    Muxalifet3 - 15-06-2018

  19. Ordumuz işğal altında olan kəndimizi belə azad edib — DÖYÜŞ ƏMƏLİYYATI ANBAAN ÇƏKİLDİ -VİDEO

    Qəhrəman ordumuzun Günnüt kəndini işğaldan azad etdiyi görüntülər yayıldı.
    Həmin videonu təqdim edir:
     

    Muxalifet3 - 15-06-2018

  20. ​Çinlə mövqeyimiz üst-üstə düşür, xüsusən də... - Çavuşoğlu

    Regional eləcə də, beynəlxalq məsələlərdə Çin ilə mövqeyimiz üst-üstə düşür. Xüsusən də siyasi sahədə və sülh üçün əməkdaşlığımızı davam etdirəcəyik.
    Muxalifet.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pekin səfəri zamanı Çin Xarici İşlər naziri Vanq Yi ilə görüşündə bildirib.
    İki ölkənin liderlərinin cızdığı çərçivə istiqamətində əlaqələri daha da irəli aparmaqda israrlı olan Çavuşoğlu Türkiyə-Çin arasındakı ticarəti inkişaf etdirmək istədiklərini qeyd edib.
     

    Muxalifet3 - 15-06-2018

Pages