Axtarış

The search found 105805 results in 0.061 seconds.

Search results

  1. ​Tramp cənubluları belə aldatdı: Pxenyan faktoru...

    ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri qeyri-müəyyən müddətə dayandırıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın adı açıqlanmayan rəsmisi deyib.
    Bildirilib ki, Tramp şimali koreyalı həmkarı Kim Çen İnlə görüşdən sonra belə qərar verib.
    Xatırladaq ki, iyunun 12-də Trampla Kim Çen İn Sinqapurda bir araya gəlmişdi.
     

    Muxalifet3 - 14-06-2018

  2. ​Azərbaycan silahları beynəlxalq sərgidə...

    Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir. Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdədir.
    Nazirlikdən bildiriblər ki, iyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayiş etdirilir.

    Muxalifet3 - 14-06-2018

  3. Əhaliyə BƏD XƏBƏR:”Enerji qiymətləri qaldırılır...”- QİYMƏT

    "Azərenerji" və "Azərişıq" ASC enerji tariflərinin qaldırılmasıyla bağlı Tarif Şurasına müraciət edib. Muxalifet.az azadlıq.info-ya istinadla xəbər verir ki, enerji qiymətləri 14-16 qəpiyədək qaldırılacaq. "Hazırkı qiymət 1 kilovat saata görə 350 kv.saatadək 7 qəpikdir, bundan yuxarı məsrəflər üçün isə 11 qəpikdir. Qiymətlər iyulun birindən qaldırıla bilər. Qiymət artımını payıza saxlamaq istəmirlər. Bundan başqa, qaz və suyun qiymətlərinin qaldırılması üçün də Tarif Şurasına müraciət göndərilib.

    Muxalifet3 - 14-06-2018

  4. ​Türkiyədə şok olay: Ərdoğanın tərəfdarları öldürüldü

    Türkiyədə, Şanlıurfanın Suruç mahalında AKP-çilərə hücum zamanı 3 partiya üzvü öldürülüb, 8-i isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
    Muxalifet.az xəbər verir ki, seçki təşviqatı zamanı AKP-çi deputat İbrahim Xəlil Yıldız ilə satıcı arasında mübahisə yaşanıb.
    Bir neçə dəqiqədən sonra adi mübahisə bıçaq, dəyənək və digər küt alətlərin istifadə edildiyi davaya çevrilib.
    Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet3 - 14-06-2018

  5. ​Tramp Krımın Rusiyaya məxsus olmasının sirrini açdı

    ABŞ Prezidenti Donald Tramp G7 liderləri ilə söhbətində Krımın hansı səbəbdən Rusiyaya məxsus olmasını izah edib.
    Muxalifet.az xəbər verir ki, yarımadanın bütün sakinləri rus dilində danışdığı müddətcə bura Rusiyaya məxsus olacaq.
    Ağ Ev rəhbəri həmçinin Ukraynanı dünyanın ən korrupsioner ölkəsi adlandırıb.
     

    Muxalifet3 - 14-06-2018

  6. ​Sürücülük vəsiqəsi "ASAN Xidmət"də verilə bilərmi?

    Sürücülük vəsiqəsinin "ASAN xidmət" mərkəzlərində verilməsi texniki cəhətdən mümkün deyil.
    Muxalifet.az-ın xəbərinə görə, bunu "ASAN xidmət"in sədri Ülvi Mehdiyev deyib.
    O qeyd edib ki, sürücülük vəsiqəsini almaq üçün vətəndaşlar imtahan verməli, sürücülər müxtəlif şərtləri yerinə yetirməlidirlər: "Bu isə texniki cəhətdən mümkün deyil".
     

    Muxalifet3 - 14-06-2018

  7. ​Alman professor ADU-da - Foto

    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
    Muxalifet.az xəbər verir ki, konfransda çıxış edən Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman paytaxtımıza heyranlığını gizlədə bilməyib:

    Muxalifet3 - 14-06-2018

  8. ​"Azərbaycanda əsirlər boyu müxtəlif din və məzhəb ardıclıları çiyin-çiyinə yaşayıb" - Vüsal Hətəmov

    "Sağlam mühit və sağlam gələcək” İB-nin icraçı direktoru Vüsal Hətəmov son günlər cəmiyyətdə millət vəkili Fazil Mustafa ilə dindarlar arasında meydana gələn gərginliklə bağlı saytımıza münasibət bildirib.

    Muxalifet3 - 14-06-2018

  9. ​Qiyməti 100 min dollar olduğu deyilən böcək - Sumqayıtda TAPILDI - Fotofakt

    Sumqayıtda qiyməti 100 min dollar olduğu deyilən böcək tapılıb.

    Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbə sakini Malik Məmmədov "Kərgədan böcəyi”ni yaşadığı evin həyətyanı sahəsində tapıb. O, 3-4 sm uzunluğunda olan böcəyi itməməsi üçün şüşə qaba qoyub.
    Sakin bildirir ki, 2 ay əvvəl həmin böcəklə bağlı televiziyaların birində yayımlanan sujetə baxıb. Orada "Kərgədan böcəyi”nin dəyərli olduğunu, son dövrlər nadir hallarda rast gəlindiyini öyrənib.

    Muxalifet3 - 14-06-2018

  10. ​ ŞOK: Ana oğlunu kameraya çəkdi, ruhu gördü - VİDEO - FOTO

    Fotoları görəndə qorxudan nə edəcəyimi bilmədim. Pəncərədə ruh qadın vardı.
    Britaniyanın Devon qraflığındakı Peyton şəhərinin sakini, 41 yaşlı Luiza Lenton 19-cu əsrdə inşa olunmuş "Oldway Mansion" malikanəsinə oğlu ilə birlikdə yollanmışdı.
    Muxalifet.az Daily Mail-ə istinadən bildirir ki, Luiza malikanənin həyətindlə velosiped sürən oğlunun videosunu və fotolarını çəkib.

    Muxalifet3 - 14-06-2018

  11. ​Artıq heç kəsi izləmək mümkün olmayacaq — Yeni internet texnologiyası

    Hollandiyanın “Delft” texniki universitetinin alimləri yeni super təhlükəsiz internet üzərində işləyirlər.
    Muxalifet.az xəbər verir ki, yeni sistem kvant dövrü hesabına olacaq.
    Alimlər bildirirlər ki, kvant interneti rabitəni tamamilə təhlükəsiz edəcək. İki nəfər arasında danışıqlar və yazışmalar icazəsiz formada dinlənilməyəcək, izlənməyəcək. Eyni zamanda internet parolunu qırmaq mümkünsüz olacaq.
    Eyni zamanda bildirilir ki, yeni texnologiya ilə internetin sürəti daha da artacaq.
     

    Muxalifet3 - 14-06-2018

  12. ​Azərbaycandan Türkiyəyə iki dəfə daha tez çatmaq mümkün olacaq — NECƏ?

    Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” nəzarət-buraxılış məntəqəsindən Gürcüstan-Türkiyə sərhədindəki “Sarpi” nəzarət-buraxılış məntəqəsinədək məsafə 4 saatadək azalacaq.
    Muxalifet.az trend-ə istinadən xəbər verir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi ölkənin qərbi ilə şərqini əlaqələndirən Rikot aşırımında yol tikintisi üçün tender elan edib.
    Qeyd olunur ki, bu layihə üçün ümumilikdə 2 milyard dollara yaxın vəsait sərf olunacaq.

    Muxalifet3 - 14-06-2018

  13. ​"Yandırılan" kişi 1 il sonra evinə qayıtdı - İnanılmaz olay

    Yaponiyada çayda boğulan və krematoriyada yandırıldığı bilinən şəxs evinə qayıdıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Tokyo polisi məlumat yayıb.
    Belə ki, anlaşılmazlığın baş verməsində polis günahkar olub.
    Hüquq-mühafizə orqanları səhvən bir qadına ərinin ölməsi barədə məlumat verib.
    Lakin bir ildən sonra ölən şəxsin sözügedən qadının əri olmadığı bəlli olub.
    Polis məsələ ilə bağlı qadından üzr istəyib və ölən şəxsin digər bir ailənin üzvü olduğunu deyib.
     

    Muxalifet3 - 14-06-2018

  14. ​Marneulinin azərbaycanlı meri həbs edildi - Qərar

    Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov həbs olunub.
    Muxalifet.az-ın məlumatına görə, bu barədə Rustavi məhkəməsi qərar qəbul edib.
    T. Abazovun vəkili onun 10 min lari məbləğində girov müqabilində azadlığa buraxılmasını tələb etsə də, hakim vəsatəti təmin etməyib.
    İş üzrə ilkin məhkəmə dinləməsi avqustun 6-na təyin olunub.
     

    Muxalifet3 - 14-06-2018

  15. ​Türkiyə hökumətindən qanlı olayla bağlı açıqlama

    Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Qalın Suruçda AKP-çilərə edilən hücumu şiddətlə qınayıb.
    Muxalifet.az xəbər verir ki, hökumət rəsmisi məsələnin araşdırılacağını və cinayətkarların gərəkdiyi cəzanı alacaqlarını bildirib.
    Qeyd edək ki, Suruç mahalında baş verən qanlı olayda 3 AKP-çi öldürülüb, 8-i isə yaralanıb.
     

    Muxalifet3 - 14-06-2018

  16. ​Eynşteynin gündəliyindəki ŞOK CÜMLƏLƏR

    Alman fizikçi Albert Eynşteynin irqçi və xarici düşmənçilik fikirlərini yazdığı səyahət gündəliyi yayımlanıb.
     Muxalifet.az xəbər verir ki, məşhur alim 1922-23-cü illərdə Orta və Uzaq Şərqə səfəri zamanı gördüklərini gündəliyə yazıb.
    Yazılarda Eynşteynin xaricilər haqqında mənfi fikirləri diqqət cəlb edib.
    Eynşteyn çinliləri pis, axmaq adlandırıb. Alim həyatının növbəti illərində ABŞ-da insan hüquqları mübarizəsində rol oynamış, irqçiliyi də “ağdərililərin xəstəliyi” adlandırıb.
    Amma onun gündəlikləri fərqlidir.

    Muxalifet3 - 14-06-2018

  17. ​Dünyanın ən təhlükəli 5 gəmisi: 3-ü Rusiyanındır...

    Dünyanın 5 ən təhlükəli sualtı gəmilərindən 3-ü Rusiyaya aiddir.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Nəşnl İnterest” nəşri məlumat yayıb.
    Mütəxəssislər nüvə silahları ilə təchiz edilən sualtı gəmilərin bəşəriyyətin bu günə qədər icad etdiyi ən təhlükəli hərbi texnikalar olduğunu qeyd ediblər.
    Belə ki, “955 Borey”, “667BDRM” Delfin nüvə başlıqlı sualtı gəmisi və “885 Yasen” Rusiya istehsalı olan ən təhlükəli sualtı texnikalardır.
    Qeyd edək ki, digər 2 sualtı gəmi ABŞ-a məxsusdur. Bunlar “Ohio” və “Kolumbiya” gəmiləridir.
     

    Muxalifet3 - 14-06-2018

  18. ​Baş nazirdən Suruç açıqlaması: Siyasi səbəbi varsa...

    Bu hadisənin səbəbi nə olursa-olsun, heç bir şey insan həyatından önəmli deyil. Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Suruçda 3 AKP-çinin öldürülməsi olayına münasibət bildirərkən deyib. “Ümid edirəm ki, bu olay adi cinayətdir və siyasi səbəbi yoxdur. Əgər siyasi səbəbi olarsa, təbii ki, nəticələri də fərqli olar. Bu bayram günlərini millətimizin əmin-amanlıq içərisində keçirməsini istəyirəm. Gözəl günləri kədərli günə çevirməyimizə haqqımız yoxdur”, - deyə baş nazir bildirib.

    Muxalifet3 - 14-06-2018

  19. ​İran liderindən əmr: Anbarları boşaldın...

    İran Prezidenti Həsən Ruhani ABŞ-ın sanksiyalarından sonra ölkə bazarlarında yaranan kəskin qiymət artımı səbəbindən anbarlardakı malların bazara çıxarılması ilə bağlı əmr verib.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran prezidentinin xüsusi nümayəndəsi Mahmud Vaizi deyib. O bildirib ki, hökumətin xüsusi toplantısından sonra dövlət başçısı sözügedən qərarı verib.
    Vaizi vurğulayıb ki, ölkədəki proseslərin iqtisadiyyatla əlaqəsi yoxdur və bu, psixoloji savaşın bir hissəsidir.

    Muxalifet3 - 14-06-2018

  20. Kənddən qaçan qoyun döndüyündə rekordlar kitabına düşdü - FOTO-VİDEO

    Muxalifet.az həmin görüntüləri təqdim edir.

    Muxalifet3 - 14-06-2018

Pages