Axtarış
The search found 105805 results in 0.106 seconds.
Search results
Kim Çen İndən gözlənilməz addım: “ONUNLA DA GÖRÜŞƏ HAZIRAM...”
Koreya Xalq Demokratik Respublikasının rəhbəri Kim Çen İn Yaponiya baş naziri Sindzo Abe görüşmək istəyini dilə gətirib.
Muxalifət.az xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampla görüşü zamanı söyləyib.
“Sankey” qəzetinin məlumatına əsasan, Tramp Kimə nüvə silahından tam imtina qarşılığında sanksiyaların ləğv etməyə söz verib. Genişmiqyaslı iqtisadi inkişaf üçün isə Yaponiya ilə danışıqlar aparmaq lazım olduğunu söyləyib.
Muxalifet2 - 14-06-2018
"ABŞ YENƏ ZƏRƏRƏ UĞRADI" - ƏRDOĞAN
BMT Baş Assambleyasının Fələstin xalqı üçün qoruma tələb edən qətnaməni qəbul etməsini canlı yayımda ona gələn bir mesajla öyrənən prezident Ərdoğan, bunları söyləyib:
“Fələstinli mülki əhalinin qorunması ilə bağlı Təhlükəsizlik Şurasında ABŞ-ın veto etdiyi qərar layihəsi, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində 120 səslə qəbul edilib. 8 əleyhinə, 45 bitərəf olmaqla, Amerika yenə ziyana uğradı" deyib.
Müxalifət.azMuxalifet4 - 14-06-2018
“Türkiyə Rusiya ilə birgə S-400 istehsal edəcək” – ƏRDOĞAN
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, o, rusiyalı həmkarı Vladimir Putinə iki ölkənin birlikdə S-500 zenit-raket kompleksi hazırlamasını təklif edib.
Bu barədə Türkiyə lideri “24 TV” telekanalına müsahibəsində deyib.
“Mən Putinə S-500-ləri birlikdə hazırlamağı təklif etdim”, – deyə Ərdoğan bildirib.
Türkiyə dövlətinin başçısı Rusiya prezidentinin cavabı barədə danışmayıb. Türkiyə rəhbəri həmçinin iki dövlət başçısı arasında bu mövzuda danışıqların nə vaxt olacağını da deməyib.
Muxalifet2 - 14-06-2018
Gəncədə DƏHŞƏT: Qohumunun üzərinə benzin töküb, yandırdı
Gəncə şəhər sakini qohumunun üzərinə benzin tökərək onu yandırıb.
Şəhər sakini, 1954-cü il təvəllüdlü Fikrət Əmiraslanov özünə məxsus ət dükanında olan zaman qohumu Rabid Abdinov sərxoş vəziyyətdə dükana gəlib və onunla mübahisə edib.
Mübahisə zəmnində R.Abidinov özüylə plastik qabda gətiridiyi benzini qəfildən F.Əmiraslanovun üzərinə səpərək alışdırıb.
Müxtəlif yanıq xəsarətləri alan F.Əmiraslanov xəstəxanaya yerləşdirilib.
Muxalifet2 - 14-06-2018
ƏSƏD: Bu ölkənin bazaları Suriyada peyda ola bilər
Suriyada İran hərbi bazaları yoxdur, amma ehtiyac yaranacağı təqdirdə bu bazalar peyda olacaq.
Muxalifət.az xəbər verir ki, bunu İranın “Əl Alam” televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd deyib.
“İranla münasibətlər Suriya üçün strateji əhəmiyyət daşıyır. Bu münasibətlər ölkənin şimal və cənubundakı vəziyyətlə bağlı deyil. Bu münasibətlər, daha çox, gələcəyə yönəlib.
Muxalifet2 - 14-06-2018
Dolların məzənnəsi dəyişmədi, avro qalxdı –Mərkəzi Bank + CƏDVƏL
Azərbaycan Mərkəzi Bankı bu günə olan xarici valyuta və qiymətli metalların məzənnələrini açıqlayıb.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, dolların rəsmi kursu ötən günlə müqayisədə dəyişməyib. Belə ki, dollar bu gün 1.7000 manata dəyişdiriləcək.
Bu gün avronun rəsmi məzənnəsi isə qalxıb. Belə ki, avro 2.0067 manata dəyşdiriləcək.
Qızıl da bu gün bahalaşıb.
Muxalifet2 - 14-06-2018
Bakının yeni silahları Paşinyanı QORXUYA SALDI VƏ... - Xankəndidə müharibə toplantısı
ATƏT-in Minsk qrupunun həmsədrləri dünən Ermənistana səfər etdi və inqilabdan sonra hakimiyyətə gələn yeni baş nazir Nikol Paşinyanla görüşdü. Bu səfər daha çox tanışlıq xarakteri daşıyırdı. Güman ki, həmsədrlər həm də Ermənistanın yeni rəhbərliyi ilə Azərbaycan rəhbərliyinin görüşünün mümkünlüyünü də yoxladılar.
Muxalifet2 - 14-06-2018
BMT İsrailin HÜQUQ TANIMAZLIĞINI TƏSDİQ ETDİ
Türkiyənin Avropa üzrə naziri Çelik, BMT TŞ-da veto edilən Fələstin layihəsinin BMT Baş Məclisində qəbul edilməsinə dair, "BMT Baş Məclisi İsrailin hüquq tanımazlığını təsdiq etdi" deyib.
Avropa Birliyi (Aİ) üzrə nazir və baş müzakirəçi Ömər Çelik, Twitter hesabından verdiyi açıqlamada, BMT Baş Assambleyasının Fələstin qərarına münasibət bildirib:Muxalifet3 - 14-06-2018
MERKEL:"Biz Romanı dəstəkləyirik, İtaliya tək qala bilməz"
Almaniya kansleri Angela Merkelin mətbuat katibi Şteffen Zayberq Aralıq dənizində miqrasiya böhranının həllində Berlinin Romanı dəstəkləmək niyyətində olduğunu bildirib.
Azərtac xəbər verir ki, Almaniya kanslerinin mətbuat katibinin sözlərinə görə, İtaliya xüsusən coğrafi mövqeyinə görə xeyli sayda qaçqın və miqrant çoxluğundan əziyyət çəkir. “Heç bir ölkə bu məsələdə təkbaşına qalmamalıdır. Buna görə biz İtaliyanı dəstəkləyirik və onu Avropanın ümumi probleminin həlli prosesində mühüm tərəfdaş kimi qəbul edirik”, – deyə Şteffen Zayberq qeyd edib.
Muxalifet2 - 14-06-2018
Tiflisdən Bakı və Ankaraya qarşı erməni gedişi - NONSENS
Qərb qonşumuzdan gözlənilməz de-marş; Gürcüstan rəhbərliyinin TANAP-ın açılış mərasiminə qatılmamasının sirri; Tiflis “oturduğu budağı” niyə kəsir? Gürcüstan XİN-dən müəmmalı mövqe...
Muxalifet2 - 14-06-2018
Bakının mərkəzi yollarında avtomobillərin hərəkəti MƏHDUDLAŞDIRILIR
Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Azadlıq meydanı, Neftçilər prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə sözügedən yolda nəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Muxalifet2 - 14-06-2018
“Neft qiymətlərinin YÜKSƏK OLMASINDA OPEC GÜNAHKARDIR” - TRAMP
ABŞ prezidenti Donald Tramp, neft qiymətlərinin yüksək olmasından Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEK) məsul tutub.
Tramp, sosial paylaşma saytı Twitter-də etdiyi açıqlamada, neft qiymətlərinin çox yüksək olmasına etiraz edib.
“Neft qiymətləri çox yüksəkdir, arxasında yenə OPEK var, bu yaxşı deyil" deyən Tramp, aprel ayında da OPEC-i neft qiymətlərini süni olaraq yüksəltməklə ittiham etmişdi.Muxalifet3 - 14-06-2018
YAPONİYA: ABŞ bizi tək buraxmayacaq
ABŞ və Yaponiya arasındakı müttəfiqlik münasibətlərində dəyişiklik olmayacaq.
Muxalifət.az xəbər verir ki, bunu Seulda jurnalistlərə açıqlamasında Yaponiya Xarici İşlər naziri Taro Kono deyib. Onun sözlərinə görə, Yaponiyada ABŞ hərbçilərinin yerləşdirilməsi məsələsində də dəyişiklik olmayacaq:
“Cənubi Koreya və ABŞ arasında hərbi təlimlərin keçirilməsi Şimali Koreyanın nüvəsizləşdirilmə istiqamətində atacağı addımlardan asılı olacaq. ABŞ Yaponiyanın müdafiəsiylə bağlı müttəfiqlik vədlərinə əməl edəcək”.
Muxalifet2 - 14-06-2018
KTN-də daha bir dəyişiklik –Nazir əcnəbi mütəxəssisi özünə məsləhətçi təyin etdi + FOTO
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub.
Muxalifət.az APA-ya istinadən xəbər verir ki, nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib.
Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası “Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib.
Muxalifet2 - 14-06-2018
Türk əsgəri MÜNBİÇƏ GİRMƏYƏ HAZIRLAŞIR
Türkiyənin baş qərargah rəisi Akar, NATO Müttəfiq Qüvvələr Hərəkat Komandanı Scarparrotti ilə Münbiç yol xəritəsinə dair telefon danışığı aparıb.
Türkiyə ilə ABŞ-ın əldə etdiyi Münbiç anlaşması, terrorçuların bölgədən təmizlənməsi mərhələsinə çatıb. Baş qərargah rəisi Hulusi Akar, yaxın vaxtlarda başlayacaq əməliyyatla bağlı NATO-ya məlumat verib.
MÜNBİÇ ÜÇÜN GERİ SAYIM BAŞLADI
Muxalifet3 - 14-06-2018
“Kredit faizləri çox yüksəkdir” - ELMAN RÜSTƏMOV
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov brifinq keçirib. 2018-ci ilin ötən dövrü ilə bağlı durumu və ilin sonuna olan proqnozlardan danışıb.
O bildirib ki, 2018-ci ilin sonuna olan proqnoza görə, iqtisadiyyatın inkişafı davam edəcək: “Monetar şəraitin yumşaldılması haqqında qərar qəbul etmişik.
Pul bazasına artıcı təsir göstərən əməliyyatlar keçirmişik. Əmanətlərin dollarlaşması azalıb. İnflyasiya risklərini nəzərə almaqla faiz dəhlizi parametlərinə dair avqust ayında qərarlar verəcəyik.
Muxalifet2 - 14-06-2018
Metropolitenə yeni mətbuat xidməti TƏYİN EDİLDİ
“Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat olub.
Muxalifət.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun imzaladığı əmrə əsasən, Bəxtiyar Məmmədov şöbə rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, B.Məmmədov bundan əvvəl şöbə rəisinin müavini vəzifəsində çalışıb.
Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev mayın 31-də öz ərizəsi ilə işdən azad edilib. B.Məmmədov həmin tarixdən bu vəzifəni icra edirdi.
Muxalifet2 - 14-06-2018
Final oyununa bilet FANTASTİK HƏDDƏ: 14 min 200 manat
Dünya çempionatı hələ start götürməmiş, final oyununa biletlərin qiyməti fantastik həddə çatıb. Muxalifət.az-ın Rusiya KİV-lərinə istinadən məlumatına görə, finalı izləmək istəyənlərə indidən 500 min rubla (təxminən 14 min 200 manat) biletlər təklif olunur. Final oyunu üçün nominal qiyməti 66 min rubl olan bu biletlərin qiymətinin artmasına səbəb tələbatın böyük olmasıdır. Xatırladaq ki, çempionatın finalı iyulun 15-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək.
Muxalifet2 - 14-06-2018
OBAMA VƏ TRAMPIN NƏZƏRİNDƏN QAÇAN HƏQİQƏT:süni adalar yaradan Çin Sakit okeanın hegemonuna çevrilir - TƏHLİL
ABŞ-ın müdafiə naziri Cim Mattis Cənubi Çin dənizində Pekinin “qorxu və məcburiyyət” strategiyasına qarşı çıxıb. Məlum strategiya bölgədə gəmi əleyhinə raketlərin, “yer-hava” tipli raketlər və elektron əngəl qurğuları, habelə Vudi adasında nüvə silahlı bombardımançı təyyarələrin yerləşdirilməsini nəzərdə tutur. Mattis xəbərdarlıq edib ki, “Çin beynəlxalq birliyi vecinə almır”.
Amma nəticələr nədir?
Muxalifet2 - 14-06-2018
"Son zəng" günü məktəbdə BIÇAQLANMA
Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.
Report-un məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbinin şagirdləri arasında baş verib.
Muxalifet2 - 14-06-2018